Məhkəmə qərarları › İş №1(102)-1728/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1728/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1728/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Vüsal Kazım oğlu tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1990-ci il tarixdə Yardımlı rayonunun Gölyerli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Gölyerli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2. 13 sentyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına t əyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 “Access Bank”dan götürdüyü 366.000 ABŞ dolları məbləğində kredit borcunu ödəyə bilməməsini öyrənərək, sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə qohumluq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə edərək banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsində köməklik göstərəcəyini vəd verib ilk dəfə 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən “Milli Bankın” inzibati binasının qarşısında 4.000 manat, növbəti gün taksi fəaliyyəti ilə məşğul olan Şahid4 Sədyar oğlu vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsinin yaxınlığında 16.000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar dairəsi” yaxınlığında yerləşən “Ləvəngi” adlı restoranın qarşısında 21.000 manat, Zərərçəkmiş şəxs1 yaxın, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 xahişi əsasında eyni məsələnin həllində yardım etmək adı ilə Zərərçəkmiş şəxs2 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən 2 saylı notariat kontorunun qarşısında sonuncuya məxsus 8.000 manat dəyərində “Vaz 21214” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 2.000 manat nağd pulu, bundan başqa, 2019-cu ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, əmlakını ə lə keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək atası X1 guya respublikanın rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağını və bu məsələnin həlli üçün 40.000 manat pul lazım olduğunu bildirib alacağı həmin məbləğdə pulu 1 ay müddətinə geri qaytarılacağını yalan vəd verməklə aldadaraq, Hacıqabıl rayonu, Nəvai kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Nur” ailəvi istirahət mərkəzinin həyətində sonuncunun 20.000 manat dəyərində qızıl-zinət əşyalarını, 2019-cu ilin fevral ayının əvvəllərində isə banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsi üçün vəd verdiyi məsələnin tam həll edilməsi bəhanəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Neftçilər” parkında 5000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhat ə olunan qəsdlə etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 66.000 manat məbləğində nağd pul vəsaitini və qızıl-zinət əşyalarını, Zərərçəkmiş şəxs2 10.000 manat dəyərində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli, Zərərçəkmiş şəxs2 isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CMnin 178.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, hökmlə maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Səfərov Vüsal Kazım oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətin təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Səfərov Vüsal Kazım oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi mövcud deyil və mə hkəmə istintaqı zamanı ittiham tərəfi onun əməlini sübut edə bilməmişdir. Məhkəmələr məhkumun lehinə verilən ifadələri əsassız olaraq onun əleyhinə qiymətləndirib, məhkəmədə tədqiq olunan sübutları məcmu şəklində təhlil etmədən və onlara obyektiv qiymət vermədən, çıxardığı hökmü ibtidai istintaq zamanı verilən ifadələrə istinad etməklə əsaslandırmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı cinayət işi materiallarını saxtalaşdırılmış, təhrif olunmuş ifadələri, saxta məhkumluq arayışı tərtib edərək materiala əlavə etmiş müstəntiqi müdafiə tərəfinin vəsatətinə əsasən çağırılıb dindirilməməsini əsassız olaraq təmin etməməklə ittiham mövqeyini nümayiş etdirmişdir. Göstərilənlərə əsasən ittiham hökmünün ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Məhkum barəsində bəraət hökmünün çıxarılması, cinayət işi materialına saxta ifadələr, saxta məhkumluq barədə arayışlar əlavə etmiş müstəntiq barəsində xüsusi qərar çıxarılması, məhkəmə sorğusuna cavab verməyərək məhkəmə istintaqının gedişinə maneçilik törədən Nizami rayon polis idarəsinin və Nizami rayon prokurorluğunun rəhbər şəxsləri barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edil məsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azə rbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdi rən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununu n 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokol, “CD diskdə olan telefon danışıqlarına dair cədvələ baxış keçirilməsi haqqında” protokol, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Belə olan halda məhkəmələr haqlı olaraq Məhkum özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatla rı onun cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədilə seçdiyi müdafiə üsulu kimi qiymətləndirmişlər.

24. Bununla yanaşı, məhkəmə istintaqı zamanı sübutların tədqiqi zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində istintaq orqanı tərəfindən prosessual pozuntulara yol verildiyi, şahid qismində dindirilmiş Şahid6 ilə həmin dövrdə təqsirləndirilən şəxs statusunda olmuş Məhkum arasında keçirilən üzləşmədə dindirmə protokolunun real olaraq üzləşmə istintaq hərəkəti ilə bağlı tərtib edilmədiyi, şahidlə təqsirləndirilən şəxsin eyni vaxtda qarşı-qarşıya gəlmədiyi və real olaraq üzləşmədikləri müəyyən edilmişdir. Lakin məhkəmələr həmin pozuntuları Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsifinə və onun həmin maddə ilə təqsirli bilinməsi nə təsir etməyəcək prosessual pozuntular kimi qiymətləndirib, bu pozuntular əsasında əldə edilmiş sənədləri iş üzrə sübut növü kimi qiymətləndirməmişlər.

25. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

27. Lakin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahis ələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.

28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrin in əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

29. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkar ın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

30. Cəza tətbiqinin əsaslarına gəldikdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni el ementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).

31. Eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkumun azadlıqdan məhrum ed ilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə və cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

32. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara, eləcə də cəza tətbiqinin ümumi prinsiplərinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının şərhini rəhbər tutmaqla cinayət işinin materialları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, habelə təyin olunmuş cəz anın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişlər.

33. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

34. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın is lah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəzanın məqsədlərinə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi təqdirdə nail olunacağı qənaətinə gələrək yekunda ona Cinayət Məcəlləsinin bu maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

35. Lakin apellyasiya baxışı dövründə Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi zərərin nəticələrini tam aradan qaldırmışdır. Bu hal cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş 29 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən müəyyən edilir, həmin ərizələrdən görünür ki, Məhkum onlara vurduğu maddi ziyanı tam ödəmiş, bu səbəbdən zərərçəkmişlər Məhkum qarşı heç bir iddia, şikayət və tələblərinin olmadığını bildirmişlər.

36. Göstərilən halı nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhkum hökm üzrə təyin edilmiş cəzanı yüngülləşdirərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkumun zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın tam ödəməsi və sonuncularla barışıq əldə etməsi, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülmə klə onun həmin cəzanı çəkmədən islah edilməsini mümkün edir.

37. Məhkəmə kollegiyası əlavə olaraq onu da nəzərə alır ki, məhkumun müdafiəçisinin verdiyi kassasiya müraciətinin araşdırması dövründə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak edərək, məhkuma qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, eləcə də hər iki zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda məhkəməyə yazılı ərizə təqdim edərək, Məhkum tərəfindən onlara vurulmuş maddi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığı bildirmişlər.

38. Qeyd edilənlərə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmu ş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

39. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

40. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməsini və sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, onun təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edildiyi 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.

41. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş əsas cəza ilə yanaşı eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edildiyini də nəzərə alır və qeyd edir ki, əlavə cəza Azərbayc an Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Səfərov Vüsal Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Səfərov Vüsal Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatın da olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-433/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar