Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1728/2025 12.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonu Prişib şəhərində (Göytəpə şəhəri) anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-121/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-509/2024 nömrəli 18 oktyabr 2024cü il tarixli hökmü ilə (hakimlər N.N.Hüseynov (sədrlik edən və məruzəçi), N.H.Məmmədov və E.Q.Məmmədovadan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-121/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), P.V.Hacıyev və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-509/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən sax lanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda 1 ədəd bükümdə təmiz çəkisi - 13,342 qram psixotrop maddə olan külli miqdarda metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 20 fevral 2024-cü il tarixdə saat 14:45 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi H.Əliyev prospekti, 154 ünvanda yerləşən RPŞ-yə gətirilib, həmin şöbənin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otaqda üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd bükümdə, ümumi təmiz çəkisi - 13,342 qram ağ rəngli kristallardan ibarət olan küll i miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Birinci instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-121/2025 nömrəli 21 aprel 2025ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilmiş Məhkum əməli sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, həm əməliyyat-axtarış tədbirləri keçirilərkən, həm ibtidai istintaq zamanı kobud pozuntulara yol verilmiş, məhkəmə istintaqları zamanı yol verilmiş ciddi pozuntular aradan qaldırılmamış, hərtərəfli, tam, obyektiv və vaxtında subutlar, sübutlar arasındakı iş üzrə yekun hüquqı nəticəyə gəlinməsində mühüm əhəmiyyət kəsb edən ziddiyyətlər aradan qaldırılmamış, tədqiq edilməmiş, əsassız və qanunsuz qərar çıxarılması səbəbindən, CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilmiş Məhkum barəsində məhkəməyə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi əsası ilə məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə bəraətverici əsasla hökm çıxarılmamışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Cəlilabad RPŞ-də əməliyyat-qeydiyyat işi açılmamışdır. Cinayət işi materiallarından məlum olur ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onun izlənilməsi, telefon danışıqlarına qu laq asılması, telefon danışıq məlumatlarının götürülməsi, videomüşahidə kamerasından istifadə edilməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta yuxarıda qeyd edildiyi kimi barəsində əməliyyat-qeydiyyat işi açılmadan o, tutulmuş və onun prosessual hüquqları pozulmuşdur. Cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum şübhəli şəxs qismində saxlandığı yerdə əməliyyat-axtarış qrupunun rəhbəri Şahid1 tərəfindən onun saxlanmasına dair protokol tərtib edilməmiş, akt tərtib edilmişdir ki, həmin aktın məzmunundan bəlli olur ki, akt komputerdə yazılmaqla sonradan Cəlilabad şəhərində Cəlilabad RPŞ-nin inzibati binasında tərtib edilmiş və onların cızdığı plana müfaviq "müfəssəl və təfsilatlı məlumat verməyə hələ tam hazırlanmadığından" əməliyyat müvəkkili tərəfindən üzərinə dərhal baxış keçirilməmiş və faktiki polis əməkdaşlarının sərancamında qalmışdır ki, sonradan, yəni istintaq sənədlərinə görə 1 (bir) saat 16 (on altı) dəqiqə sonra, faktiki isə 2 (iki) saat 56 (əlli altı) dəqiqə sonra onun üzərindən ittihamın təməl nöqtəsini təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 13,342 qram olan ağ rəngli kristallardan ibarət olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür ki, Məhkum da həm ibtidai araşdırmanın gedişində, həm də məhkəmə istintaqı zamanı həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən verilən amansız təsir və təzyiqlərə, işgəncələrə dözməyərək ona məxsus olmasını etiraf etməyə məcbur olmasını bildirmişdir. Eyni zamanda Məhkum CM-in 234.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmasına dair protokol isə xx.xx.2024-cü il tarixdə saat 15:30 dəqiqədə Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmişdir ki, bu da onun istintaq sənədlərinə görə 45 (qırx beş) dəqiqə, faktiki isə 2 (iki) saat, 25 (iyirmi beş) dəqiqə müddətində heç bir sənəd tərtib edilməmişdir. Həmçinin, Məhkum tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək və müstəqil olaraq müdafiəçi seçmək hüquqları pozulmuşdur. Belə ki, Məhkum müdafiəçi seçməsinə imkan yaradılmadığı ndan ilk günlər işgəncəyə məruz qalaraq sənədlərə iradəsinə zidd olaraq imza etməyə məcbur olsa da, Bakı istintaq təqcridxanasına etap ediləndən sonra heç bir istintaq hərəkəti protokoluna imza etməmişdir. Protokollarda müstəntiq qeyd etmişdir ki, Məhkum heç bir əsaslı səbəb göstərmədən protokollara imza etməmişdir. Təqsirləndirilən şəxs Məhkum isə bildirir ki, əslinsə həmin protokollara təqsirli olmaması və müstəqil müdafiəçi tutmasına imkan verilmədiyindən imza etməmiş, lakin müstəntiq onun dediklərini yazmamış, protokola oz istədiyini yazmış və onlarla eyni mövqeydə olan müdafiəçi Ədalət Şükürova imza etdirməklə işi yekunlaşdıraraq məhkəməyə vermişdir. Şikayətdə həmçinin qeyd edilir ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə zamanı hal şahidi iştirak etmədiyindən videoçəkiliş faktiki iş üzrə mütəxəssis qismində cəlb edilmiş Cəlilabad RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən aparılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşd ırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, da şıma” əməlinə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tə rkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəy yən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Flüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn əliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, ape llyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan Məhkum birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 9 ildir orta məktəbdə fiziki tərbiyə müəllimi işləmiş, 20 ildir ki, seçki məntəqələrində müşahidəçi olmuşdur. Verilmiş ittihamla özünü təqsirli bilmir, fiziki təzyiqə məruz qaldığına görə müxtəlif sənədlərə imza çəkmişdir. Dövlətinə və dövlətçiliyə sadiq birisi olmuş, ailəsi də həmişə siyasəti dəstəkləmiş və Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olmuşlar. 20 fevral 2024-cü il saat 13 radələrində Oktay Eynullayev küçəsində öz məhlələrində övladının sağlamlığında olan problemə görə onun üçün süd alıb evə qayıdarkən polis əməkdaşları onu saxlayıb heç bir səbəb izah etmədən onu avtomobilə əyləşdirib vurmuşlar. Həmin vaxt Turab adlı şəxs onun cibinə nəsə qoymuşdur. Ona “bu nədi mənim cibimə qoyursan?” sualını verdikdə avtomobilin ön oturacağında əyləşən Rəhman adında biri ona nalayiq söyüşlər söyməyə başlamış və ona “sən camaatı zəhərləyirsən” demişdir. Həmin şəxsə müəllim olduğunu bildirmiş, günahının nə olduğunu bölmə də öyrənəcəyini düşünmüşdür. Polis şöbəsinə çatdıqda ona qarşı davranış avtomobildə olandan da pis olmuşdur. Belə ki, dəfələrlə işgəncəyə məruz qalmış, 3-4 dəfə çəkilişə girmiş, orada narkotik vasitənin ona aid olmasını bildirməsini istəmişlər. O, polis əməkdaşlarına narkotik vasitənin ona aid olduğunu deyəcəyini bildirsə də çəkiliş zamanı həmin kütlənin ona aid olmadığını demişdir. Buna görə də bir neçə dəfə çəkiliş aparılmışdır. Sonda isə polis əməkdaşları onun evindən narkotik vasitə çıxaracaqlarını bildirib onu yenə də döymüşlər. Çəkilişdə burnundan qan gəldiyi üçün çəkiliş dayandırıb kiməsə göndərib kosmetik vasitə alıb burnunun üzərinə sürtmüşlər ki, qan görünməsin. Narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi olmadığını bildirərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) sarı rəngli sellofana bükülmüş halda metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şifah sorğu zamanı Məhkum psixotrop maddə istifadə etmədiyini, təqdim etdiyi metamfetaminə bənzər kütləni həmin gün günorta yaşadı ğı küçədə yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin həmin kütlədən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan əlavə Məhkum burnu üzərində olan sıyrıq xəsarətini polis əməkdaşları tərəfindən saxlanılıb avtomobilə əyləşdirilən zaman ehtiyatsızlıqdan aldığını bildirmişdir. Məhkəmə qərarlarında istinad edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli 19/174 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 13,342 qram olan ağ rəngli kristallardan ibarət olan maddə me tamfetamindir. Qeyd: - Metamfetaminin təmiz çəkisi – 13,342 qram, cəmi tədqiqata sərf olundu – 0,1 qram, qalıq -13,242 qr. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 fevral 2024cü il tarixli 191 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda müayinə zamanı Məhkum psixi və fiziki asılılıq olmadan narkotik vasitə halları istisna olunmur. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş 1434/2024 nömrəli “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Məhkum xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, müayinə zamanı burunun üzərində, sol dizin ön səthində 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, sağ kürək və sağ qulaq seyranı ətrafında 2-3 sm ölçüdə bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Məhkum aldığı xəsarətlərin səbəbini izah etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 3 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən döymə və işgəncəyə məruz qalıb törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi ilə bağlı Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39. 1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozar aq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur.” «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törəd ilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1-1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanı lmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və m əcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublika sı CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, icti mai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq d üzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-121/2025 nömrəli 21 aprel 2025ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun də yişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)121/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1728/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1728/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver