Məhkəmə qərarları › İş №1(102)-1729/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1729/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1729/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məh kum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 5 oktyabr tarixli, 1(106)-639/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 12 iyul 2023-cü il tarixli hökmü ilə 1990-cı il 4 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Şərur rayon u Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Arbatan kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə, CM-in 69.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə digər şəxs Təqsirləndirilən şəxs da məhkum edilmişdir. Həmin hökmdən məhkumlar Təqsirləndirilən şəxs və Məhkum, habelə sonuncunun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi) Elçin Xasməmmədov v ə Kamil Bəşirovdan ibarət tərkibdə) 2023-cü il 5 oktyabr tarixli, 1(106)-639/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, A.X5 Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs hökmlə CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmış, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkki z) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, R.X3 Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Məhkum hökmlə CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmış, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 5 oktyabr tarixli, 1(106)-639/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlkin Rəcəbovdan ibarət tərkibdə) 2024-cü il 29 fevral tarixli, 1(102)-716/2024 nömrəli qərarı ilə məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməmisdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdilər ona görə ki, onlar "Məhəmməd” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqs ədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib 4000 (dörd min) manat müqabilində qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 4073,5 qram qurudulmuş marixuana, 4061,0342 qram həşiş qətranı, 1983,7 qram tiryək, ümumi təsir miqdarı 22,057 qram olan 472 ml. metadon məhlulu və 589 ədəd metadon həblərin i bir ədəd bağlamada Beyləqan rayonu, İmamverdili kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının arxa hüdudları), kol bitkilərinin arasında gizlədilməsi barədə Məhkum məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun sonuncu qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Məhkum Təqsirləndirilən şəxs həmin əraziyə göndərmiş, Təqsirləndirilən şəxs da həmin əraziyə gələrək qeyd olunan bir bağlamada külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, daşıyarkən, bu barədə əməliyyat məlumatı almış Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının 17 yanvar 2022-ci il tarixdə saat 23:50-də keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq üzərindən qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ PROKURORUN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum hər ikisi istintaq zamanı sonradan, müdafiəçinin iştirakı ilə verdikləri ifadələrində əvvəlki yəni onların adından səhv yazılmış ifadələrini təsdiq etməmişlər, istintaqa doğru ifadələr vermişlər. Mobil telefonlarda olan zənglər və digər məlumatlar da Məhkum narkotik vasitələrin dövriyyəsi ilə əlaqəsinin olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs “İpone” və “Nokia’' və Məhkum “Samsung” markalı mobil telefonlarına baxış keçirmişlər. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilə n şəxs istifadəsində olmuş “İpone” markalı, ***-***-**** saylı mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxs kimi təqdim edilən şəxsin istifadəsində olan +**********85 saylı nömrə ilə danışıqlar aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs telefonuna hadisə yerinin şəkli göndərilmişdir. Məhkum istifadəsində olmuş “Samsung” markalı, ***-***-**-** saylı mobil nömrə olan telefonla isə İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxs kimi təqdim edilən şəxsin istifadəsində olan +**********85 saylı nömrə ilə, yaxud digər xarici vətəndaşın nömrəsi ilə heç bir danışıq aparılmamış, heç bir əlaqə qurulmamışdır. Onun telefonuna hadisə yeri ilə bağlı heç bir məlumat göndərilməmişdir. Məhkum Təqsirləndirilən şəxsla birgə narkotik vasitələrin alışı və satışı ilə məşğul olmasına dair heç bir sübut yoxdur, bu halları ittiham tərəfi sübuta yetirməmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 5 oktyabr tarixli, 1(106)-639/2023 nömrəli qərarının ləğv edilməsini və onun əməlinin CM-in 307.1-ci maddəsi ilə tövsif edilməsini və həbsdə olma müddətinin nəzərə alınmaqla onun məhkəmə zalından azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum məhkəmənin əvvəlki iclasında kassasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya instanisyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə iclasında çıxış edə rək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya mür aciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməmə sini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bə ndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalan dırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun mü dafiəşisnin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırkı kassasiya şikayətində qaldırılan məsələlər müdafiə tərəfindən apellyasiya instansiya məhkəməsində də qaldırılmış və apellyasiya məhkəməsi müdafiə tərəfinin hər bir dəlilinə əsaslandırılmış qiymət verərək həmin dəlillərlə razılaşmamışdır. Cinayət işi üzrə toplanmış mötəbər sübutla rdan da görünür ki, Məhkum Təqsirləndirilən şəxs hara, nə məqsədlə getdiyindən tam və ətraflı məlumatlı olmuş, Təqsirləndirilən şəxs öz telefonunu vermiş, yol pulu vermiş, yol boyu Təqsirləndirilən şəxsla telefonla dəfələrlə danışmış, bu danışıqlar Təqsirləndirilən şəxs tutulana kimi davam etmişdir. Məhkum müdafiə hüququ təmin olunmaqla şübhəli şəxs qismində veridiyi 18 yanvar 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2022-ci ildə işçisi Təqsirləndirilən şəxs narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsindən xəbəri olmamış, sonuncudan aşkar olunmuş narkotik vasitənin ona aidiyyəti olmamışdır. X7 Respublikasında yaşayan Məhəmməd deyil, Hüseyn adlı tanışı olmuşdur. Məhkum müdafiə hüququ təmin olunmaqla təqsirləndirilən şəxs qismində verdiyi 19 yanvar 2022-ci il ta rixli ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etdiyi üçün bir neçə dəfə İran İslam Respublikasında yaşayan Hüseyn adlı tanışı vasitəsi ilə metamfetamn əldə etmişdir. Belə ki, qramına uyğun olaraq Hüseynin verdiyi plastik kart hesabına pul göndərmiş və sonra onun dediyi yerlərdən narkotik vasitəni götürmüşdür. Hüseyn 16 yanvar 2022-ci ildə ona zəng edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə Beyləqan rayonunda yolun kənarında qoyacağı bağlamanı oradan götürüb, onun deyəcəyi şəxsə verməyi xahiş etmiş və bunun qarşılığında ona 4000 manat pul təklif etmişdir. Hüseyn həmçinin bağlamada təhlükəli əşya olmadığını bildirmişdir. Buna baxmayaraq Hüseynin təklifi ilə razılaşmamış, lakin bu işi Təqsirləndirilən şəxs təklif etmişdir. Azər təklifi qəbul etmiş, be lə olan halda bağlamanı gətirdikdən sonra əldə olunacaq pulun 2000 manatını özünə götürəcəyini Azərin nəzərinə çatdırmışdır. Hüseynin nömrəsini Azərə vermiş və onlar bir-biriləri ilə əlaqə saxlamışlar. Azərin Məhəmməd kimi tanıdığı iranlı, əslində Hüseyndir. Azər Həmin gün iranlı Hüseynin göndərəcəyi bağlamanı götürmək üçün Beyləqan rayonuna getmişdir. Digər məhkum Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində etirafedici ifadələr verərək məhz Məhkum tapşırığı ilə narkotik vasitələri götürmək üçün Beyləqan rayonuna gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işi üzrə toplanmış sübutlarla əlaqəli şəkildə təhlil edərək, ittiham və müdafiə tərəflərinin arqumentlərini qarşılıqlı şəkildə müqayisə edərək, məhkəmələrin iş üzrə toplanmış sübutlara ve rmiş olduğu qiymətin qanuniliyini və əsaslılığını yoxlayaraq belə nəticəyə gəlir ki, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 5 oktyabr tarixli, 1(106)-639/2023 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar