Məhkəmə qərarları › İş №1(102)-173/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-173/2020

08.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-173/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs Məhkum müdafiəçisi, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Ağayev Elman Qulu oğlunun iştirakları ilə xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmə klə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Ağayev Elman Qulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və A.K.Orucov) Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəz açəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxx 2017-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ildən 8 ilə endirilmiş, həmçinin anlaşılmazlıqların aradan qaldırılması qaydasında xx xxx 2018-ci il tarixli qərarla Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və təhlükəli residivə aid müddəaların hökmdən xaric edilməsi müəyy ən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını talama məqsədi ilə ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə saat 21:30-da Zərərçəkmiş şəxs yaşadığı, ünvan 2 ünvanındakı mənzilin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsini əlində olan mismarla açaraq qanunsuz olaraq mənzilə daxil olmuş, həmin mənzilin birinci mərtəbəsində yerləşən yataq otağındakı saxlanc yeri hesab olunan paltar və xırdavat dolabından sonuncuya məxsus dəyəri 130 manat olan, bir ədəd gövdəsinin alt qapağında "Accurate 22 k X" yazısı həkk olunmuş, 916 əyarlı qol saatını, dəyəri 120 manat olan, bir ədəd gö vdəsinin alt qapağında "Accurate 22 k X" yazısı həkk olunmuş, 916 əyarlı qol saatını, dəyəri 634 manat olan bir ədəd üzərində oval formalı elementləri olan, 750 əyarlı qolbağı, dəyəri 214 manat olan, bir tay 750 əyarlı sırğanı, dəyəri 209 manat olan, bir tay 750 əyarlı sırğanı, dəyəri 297 manat olan bir ədəd içərisində "Elnarə" sözü həkk olunmuş, 750 əyarlı üzüyü, dəyəri 29 manat olan bir ədəd üzərində qara qaşı olan 925 əyarlı gümüş üzüyü, dəyəri 26 manat olan bir ədəd 925 əyarlı üzərində yaşıl rəngli qaşı olan gümüş üzüyü, dəyəri 17 manat olan bir ədəd 875 əyarlı üzərində yaşıl rəngli qaşı olan gümüş üzüyü, dəyəri 18 manat olan bir ədəd 875 əyarlı ağ şəffaf qaşları olan sırğanı, dəyəri 290 manat olan 583 əyarlı bir ədəd qulplu 5-lik pul sikkəsini, dəyəri 4 manat olan bir ədəd üzərində ər əb yazısı olan üzüyü, dəyəri 5600 manat olan 4 ədəd 750 əyarlı kişi üzüklərini, dəyəri 7500 manat olan 10 ədəd 583 əyarlı qızıl qadın üzüklərini, dəyəri 17500 manat olan 10 cüt 750 əyarlı sırğaları, dəyəri 7000 manat olan 4 ədəd 750 əyarlı uşaq üçün nəzərdə tutulmuş qolbaqları, dəyəri 19600 manat olan 8 ədəd 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl qolbaqları, dəyəri 7500 manat olan 5 ədəd 583 əyarlı qızıl qadın boyunbağılarını, dəyəri 11200 manat olan 4 ədəd 750 əyarlı qızıl qadın boyunbağılarını, dəyəri 15750 manat olan 9 ədəd 583 əyarlı kulonları və dəyəri 1500 manat olan bir ədəd "Canon" markalı fotoaparatı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs külli miqdarda – 95.138 manat ziyan vurub, oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıd a qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin həcminin dəqiq müəyyən edilməsi, habelə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, zərərçəkmiş şəxs ilkin izahat və ifadələrində ona dəymiş ziyanın təxminən 45-50 min manat dəyərində qızıl-zinət əşyalarından və 1500 ABŞ dolları dəyərində fotoaparatdan ibarət olduğunu bildirsə də, sonradan ortada olmayan zinət əşyalarının sayını qərəzli olaraq artıraraq heç bir sübut olmadan vurulmuş zərərin həcmi ni dəfələrlə yüksək həcmdə müəyyən edilməsinə nail olmuşdur. Müdafiəçi həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi anlaşılmazlıqların aradan qaldırılması qaydasında xx xxx 2018-ci il tarixli qərarla təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin olmasına aid müddəaların hökmdən xaric etsə də, cəzasını yüngülləşdirməməklə qanun pozuntusuna yol vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə müdafiəçi E.Ağayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellya siya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qə rar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkumun törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləğinin düzgün müəyyən edilməməsi və məhkuma təyin edilmiş cəzanın ağır olması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-d ə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli 1 №-li Qərarında tövsiyə olunur ki, “xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq cinayəti törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respub likası CM-nin 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs oğurlanmış zərgərlik məmulatlarının bir qismi maddi sübut kimi əldə edilmiş, digər hissəsi isə istintaq dövründə əldə olunmamışdır. Odur ki, həm əldə olunan predmetlərin, həm də əldə olunmasa da, zərərçəkmiş şəxs tərəfindən təsvir edilən əşyaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunaraq rəylər alınmaqla maddi sübut kimi götürülən əşyaların qiymətinin 1988 manat, digər oğurlanmış zərgərl ik əşyalarının qiymətinin isə 91.650 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı digər sənədlərlə Məhkum Zərərçəkmiş şəxs məxsus evdən 95.138 manat məbləğində qızıl-zinət əşyaları oğurlaması tam sübuta yetirilmişdir. Oğurlanmış əmlakın miqdarının 45.000 manat məbləğində olması barədə Məhkum ifadələri özünü müdafiə xarakteri daşıyır və iş üzrə hər hansı sübutla təsdiqini tapmır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin bununla əlaqədar dəlillərini əsassız hesab edir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmi yyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin t örədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsas ən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqs irkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qə naətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndi rilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar