Məhkəmə qərarları › İş №1(102)-173/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-173/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-173/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1, müdafəçisi Müdafiəçi4, barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum4, müdafiəçisi Müdafiəçi2 və barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Məhkum4 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə, Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə, Məhkum3 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Zeynal Qurban oğlu Ağayev, hakimlər X26 Məcidov və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə) 24 fevral 2023-cü il tarixli hökmü ilə xx.xx.1994-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı övladı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 32.4,312.2ci maddələrində nəzərdə tutulan cinayət ə məllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. 11 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv lət Xidmətinin Qaradağ rayon idarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müfəttişi işləmiş, X ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, məhkum olunmamış, "BP Azərbaycan” şirkətində texnik işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbay can Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 23 may 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi4 və təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən, təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri tam təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-266/2023 saylı, 24 fevral 2023-cü il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum1 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 310-cu maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə toplanılmaqla Məhkum1 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 29 mart 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 12 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, bu hissədə qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, CM-in 52-1.2-ci maddəsinə əsasən Məhkum1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etmə mək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Məhkum1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməsi hökm edilmişdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum4 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum4 CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum3 CMin 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum3 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icra ata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkum4, Məhkum2 və Məhkum3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. Mülki iddia üzrə icraata xitam verilmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən: Məhkum1 tanışı Məhkum4 və sonuncu vasitəsi ilə tanıdığı Məhkum3 və Məhkum2 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət e dən sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin səlahiyyətli vəzifəli şəxslərə verilməsinin zəruriliyini bildirib, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə qrupu n üzvü Məhkum2 Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs1 həmin adla sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə aldığı 8000 manat pul vəsaitini qrup üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və cinayətkar qrupun üzvləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum4 vasitəsi ilə tanıdığı Məhkum3 və Məhkum2 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu ərazisində yerləşən "N” saylı hərbi hissəsində zabit kimi xidmət keçən dostu X9 iş yerinin dislokasiya üzrə Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət edən Zərərçəkmiş şəxs3 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını, X9 xeyrinə ediləcək hərəkətə, yəni Elnur Əhmədovun xidmət yerinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən X15 dəyişdirilməsinin qarşılığında birb aşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək qrupun üzvü Məhkum3 Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayının sonlarında, istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Sabunçu rayon, Qaraçuxur qəsəbəsi "Aura” şadlıq sarayının qarşısında aldığı 6000 manat, habelə bir neçə gün sonra Məhkum3 ilə Məhkum2 birlikdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu ərazisində "Sərhədçi” X13 yaxınlığında aldıqları 6000 manat, ümumilikdə 12000 manat pul vəsaitini qrup üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 12000 manat məbləğində yəni xeyli miqdarda əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elnur Əhmədovun xeyrinə ediləcək hərəkətə görə özü qabaqcadan əlbir olduğu qrup üzvləri vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs3 təkrarən təhrik etmişdir. Bundan başqa o, 2022-ci ilin yanvar ayının ortalarında tanışı Şahid3 vasitəsilə tanış olduğu sonuncunun bibisioğlu Zərərçəkmiş şəxs4 heç bir səlahiyyəti və vəzifəsi olmadığı halda özünü Prezident Administrasiyasının mühafizə xidmətində işləyən vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən musiqi kollecində təhsil almış Zərərçəkmiş şəxs4 arvadı X6 işə düzəldilməsi ilə bağlı ona müraciət edən Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10000 manat pul vəsaitinin verilməsi müqabilində Fəridə Əliyevanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestrinə hərbi qulluqçu kimi xidmətə qəbul olunmasına kömək edəcəyi və həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs4 özünə məxsus "Azər-Türk Bank” ASC-də xx.xx.2021-ci il tarixdə açılmış AZ75AZRT******************** saylı bank hesabına aid **********444091 nömrəli kartının nömrəsini verib pulun həmin hesaba köçürməsini, qalan hissəsini isə nağd olaraq götürəcəyini bildirdikdən sonra, Zərərçəkmiş şəxs4 razılaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-ə məxsus 416974******7047 nömrəli hesab kartından ona məxsus **********444091 nömrəli kart hesabına 2900 manat, həmin tarixdə "emanat” ödəniş terminalı vasitəsilə həmin hesaba 2100 manat, xx.xx.2022- ci il tarixdə "emanat” ödəniş terminalı vasitəsilə həmin hesaba 2900 manat və 100 manat olmaqla cəmi 8.000 manat pul vəsaitinin onun AZ75AZRT******************** saylı bank hesabına aid **********444091 nömrəli kartına köçürmüş, 2022-ci ilin fevral ayının əvvəllərində bu məqsədlə Zərərçəkmiş şəxs4 bibisi qızı Şahid3 ilə sonuncunun yaşadığı ünvan 5 ünvanında yerləşən evdə görüşərkən əlbəəl 2.000 manat olmaqla ümumilikdə 10000 manat pul vəsaitini götürməklə şəxsi ehtiyaclarına sərf edib, vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 10000 manat məbləğində, yəni xeyli miqdarda əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin, yəni Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının fəaliyyətini nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin ə həmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Fəridə Əliyevanın xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin yanvar ayının sonlarında tanışı Şahid3 vasitəsilə tanış olduğu sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə görüşlərin birində heç bir səlahiyyəti və vəzifəsi olmadığı halda özünü Prezident Administrasiyasının mühafizə xidmətində işləyən vəzifəli şəxs kimi təqdim edib, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, istədiyi halda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən Afət Kazımava üçün mənz il təşkil edə biləcəyini bildirərkən, kirayədə yaşayan və mənzilə ehtiyacı olan Zərərçəkmiş şəxs2 ilkin ödəniş etməklə sosial evlərdən ipoteka və ya kredit formasında mənzil götürmək niyyətində olduğunu bildirmiş, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə guya tanışlarından xahiş edib ilkin ödəniş kimi 5.000 manat, sonra isə razılaşdırılmış qaydada aylıq ödəniş etmək şərti ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən 2 otaqlı, 73 kvadrat metr sahəsi olan təmirli mənzil təşkil edəcəyinə inandırıb sonuncunu aldadaraq özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs2 özünə məxsus "Azər-Türk Bank” ASCdə xx.xx.2021-ci il tarixdə açılmış AZ75AZRT******************** saylı bank hesabına aid **********444091 nömrəli plastik kartının nömrəsini verib pulun həmin hesaba köçürməsini, qalan hissəsini isə nağd olaraq götürəcəyini bildirdikdən sonra, Zərərçəkmiş şəxs2 razılaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-yə məxsus 416973******9814 nömrəli hesab kartından ona məxsus **********444091 nömrəli kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə "Bank Respublika” ASC-yə məxsus hesabından ona məxsus **********444091 nömrəli kart hesabına 400 manat, xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-yə məxsus 416973******9814 nömrəli hesab kartından ona məxsus **********444091 nömrəli kart hesabına 1355 manat, cəmi 2055 manat pul vəsaitini onun istifadəsində ola n hesab kartına köçürmüş, istintaqla müəyyən edilməyən tarixdə Zərərçəkmiş şəxs2yla sonuncun yaşadığı ünvan 6 ünvanında yerləşən evdə görüşərkən əlbəəl 2.945 manat olmaqla ümumilikdə 5000 manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 5000 manat məbləğində əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxslərin, yəni Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının fəaliyyətini nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Məhkum2 qohumu Məhkum3, tanışı Məhkum4 və sonuncu vasitəsi ilə tanıdığı Məhkum1 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı özünə müraciət edən qonşusu Zərərçəkmiş şəxs1 tanışı Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, onun vasitəsilə Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığın da birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin səlahiyyətli vəzifəli şəxslərə verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə qonşusu Zərərçəkmiş şəxs1 həmin adla sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə 8000 manat pul vəsaitini Məhkum3 ilə birlikdə alaraq qrup üzvləri-Məhkum4, Məhkum3 və Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ö zgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və cinayətkar qrupun üzvləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, təkrarən qohumu Məhkum3 və tanışı Məhkum4 vasitəsi ilə tanıdığı Məhkum1 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu ərazisində yerləşən "N” saylı hərbi hissə sində zabit kimi xidmət keçən dostu X9 iş yerinin dislokasiya üzrə Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət edən Zərərçəkmiş şəxs3 tanışı Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını, onun vasitəsilə X9 xeyrinə ediləcək hərəkətə, yəni Elnur Əhmədovun xidmət yerinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən X15 dəyişdirilməsinin qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək qrupun üzvü Məhkum3 Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayının sonlarında, istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Sabunçu rayon, Qaraçuxur qəsəbəsi "Aura” şadlıq sarayının qarşısında aldığı 6000 manat, habelə bir neçə gün sonra Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu ərazisində "Sərhədçi” X13 yaxınlığında aldıqları 6000 manat, ümumilikdə 12000 manat pul vəsaitini qrup üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 12000 manat məbləğində yəni xeyli miqdarda əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elnur Əhmədovun xeyrinə ediləcək hərəkətə gör ə özü qabaqcadan əlbir olduğu qrup üzvləri vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs3 təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən qohumu Məhkum3 və tanışı Məhkum4 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı özünə müraciət edən qonşusu Zərərçəkmiş şəxs1 tanışı Məhkum4 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin ol masını, onun vasitəsilə Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə qonşusu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə 8000 manat pul vəsaitini qabaqcadan əlbir olduğu q rup üzvü Məhkum3 vasitəsi ilə əldə edib qrup üzvləri-Məhkum4 və Məhkum3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və cinayətkar qrupun üzvü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təkrarən təhrik etmişdir. Məhkum3 qohumu Məhkum2, tanışı Məhkum4 və sonuncu vasitəsi ilə tanıdığı Məhkum1 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçi rmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət edən sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 tanışı Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, onun vasitəsilə Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul və saitinin səlahiyyətli vəzifəli şəxslərə verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 həmin adla sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə 8000 manat pul vəsaitini Məhkum2 ilə birlikdə alaraq qrup üzvləri-Məhkum4, Məhkum2 və Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzlu q etmiş, qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və cinayətkar qrupun üzvləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, təkrarən qohumu Məhkum2 və tanışı Məhkum4 vasitəsi ilə tanıdığı Məhkum1 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu ərazisində yerləşən "N” saylı hərbi hissəsində zabit kimi xidmət keçən dostu X9 iş yerinin dislokasiya üzrə Bakı şəhəri ndə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət edən Zərərçəkmiş şəxs3 tanışı Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını, onun vasitəsilə X9 xeyrinə ediləcək hərəkətə, yəni Elnur Əhmədovun xidmət yerinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən X15 dəyişdirilməsinin qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayının sonlarında, istintaqla m üəyyən edilməyən gündə Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi "Aura” şadlıq sarayının qarşısında aldığı 6000 manat, habelə bir neçə gün sonra Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu ərazisində "Sərhədçi” X13 yaxınlığında aldıqları 6000 manat, ümumilikdə 12000 manat pul vəsaitini qrup üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 12000 manat məbləğində yəni xeyli miqdarda əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elnur Əhmədovun xeyrinə ediləcək hərəkətə görə özü qabaqcadan əlbir olduğu qrup üzvləri vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul v əsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs3 təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən qohumu Məhkum2 və tanışı Məhkum4 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət edən sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 tanışı Məhkum4 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, onun vasitəsilə Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə 8000 manat pul vəsaitini əldə edib qrup üzvləri-Məhkum4 və Məhkum2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcad an əlbir olduğu həmin şəxslərlə bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin, yəni Cahid Çükürovun xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və cinayətkar qrupun üzvü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təkrarən təhrik etmişdir. Məhkum4 22 avqust 2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müfəttişi vəzifəsində işləyərkən qulluq mövqeyindən yararlanaraq tanışları Məhkum1, Məhkum3 və sonuncunun qohumu Məhkum2 i lə özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət edən sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müfəttişi vəzifəsində işləməklə şəxsən tanıdığı Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, onun vasitəsilə Şahid2 xeyrinə edi ləcək hərəkətə görə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin səlahiyyətli vəzifəli şəxslərə verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə qrupun üzvü Məhkum2 Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs1 həmin adla sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə aldığı 8000 manat pul vəsaitini qabaqcadan əlbir olduğu qrup üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, təkrarən 22 avqust 2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik ş öbəsinin müfəttişi vəzifəsində işləyərkən qulluq mövqeyindən yararlanaraq tanışı Məhkum3 və sonuncunun qohumu Məhkum2 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə övladı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı qrup üzvü Məhkum2 müraciət edən sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müfəttişi vəzifəsində işləməklə Azərbaycan Respublikası Müdafiə N azirliyində yüksək vəzifədə işləyən tanışlarının və əlaqələrinin olmasını, onların vasitəsilə Şahid2 xeyrinə ediləcək hərəkətə görə, yəni Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmətə qəbul olunması qarşılığında birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat pul vəsaitinin verilməsinin zəruriliyini bildirib həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin noyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olan fərdi evdə 8000 manat pul vəsaitini qabaqcadan əlbir olduğu qrup üzvü Məhkum3 vasitəsi ilə əldə edib qrup üzvləri-Məhkum2 və Məhkum3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu həmin şəxslərlə bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təkrarən təhrik etmişdir. Kassasiya protestinin və kassasiya şikayəti nin dəlilləri: Protest müəllifi qeyd edir ki, işin hallarına və apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən məhkəmə, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə qeyd olunan köməkliyin hansı formada ediləcəyini nəzərə almamış, köməkliyin konkret nədə ifadə olunduğu və hansı köməklik hərəkətləri nəticəsində sonuncuların tələb etdiyi pulu verməsini aydınlaşdırmamışdır. Belə ki, Məhkum3, Məhkum2 və Məhkum4 zərərçəkmiş şəxslərə Məhkum1 X2 Xidmətində idarə rəisi vəzifəsində çalışdığını və sonuncunun əlaqələrindən istifadə edərək onlara köməklik göstərəcəklərini bildirmiş və zərərçəkmiş şəxslərin onlara inanmasına əsas Məhkum1 yüksək vəzifədə çalışması və vəzifəli şəxslərlə yaxın əlaqələrinin olması olmuş, bunun müqabilində sonuncunun tələb etdiyi məbləği ona vermişlər. Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri, Məhkum4 CM-in 178.2.1, 178.2.2. 178.2.3, 178.2.4, 32,4,312.2-ci maddələri, Elcin Nağdəliyev və Məhkum3 CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə verilmiş ittihamın əsasını onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində MAXE kimi isə düzəltmək adı ilə 8000 manat, X9 is verini Bakı səhərində yerləşən X15 dəyişdirəcəyi adı ilə 12.000 manat, X10 Müdafiə Nazirliyində isə düzəldəcəyi adı ilə 10.000 manat, bundan başqa özünü Prezident Administrasiyasında işləyən vəzifəli səxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 Sövlət qızına Bakı səhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən təmirli mənzil təşkil edəcəyi adı ilə 5000 manat məbləğində pulunu ələ keçi rməsi faktı təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə özü də bu faktın doğruluğunu təsdiq etmiş, dələduzluq cinayətinin obyektiv cəhətinin icrasını, aldatmanın üsulunu (yalançı rüşvət alma) ittihamda olduğu kimi qəbul etmiş, lakin hökmün nəticəvi hissəsində şəxsə CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verərkən, düzgün olmayaraq bəraətin əsası kimi şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini göstərmişdir. Məhkəmə Məhkum1, E.V.Nağdəİiyev, Məhkum3 və Məhkum4 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verərkən, şəxslərin əməllərində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına (CPM-in 42.1.2-ci maddəsi) istinad etsə, bu daha məntiqli və ağlabatan yanaşma olardı. Məhkəmə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində bəraət hökmü çıxararkən, əsas istin ad nöqtəsi “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-cİ maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci 4 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair" 2023-cü il 17 aprel tarixli Qərardadında təsbit edilmiş hüquqi mövqelər olmuşdur. Məlum olduğu kimi, öncəki dövrün istintaq və məhkəmə təcrübəsində yalançı rüşvət alan şəxs tərəfindən törədilən dələduzluq əməlləri CM-in 178 və 312-ci maddələri ilə məcmu şəklində tövsif olunduğu halda, qeyd olunan qərarların qəbul edilməsindən sonra məhkəmələr tərəfindən yalançı rüşvət alanın əməli yalnız dələduzluğun üsulu və dələduzluq əməli kimi qiymətləndirilməyə başlanmışdır. İttiham tərəfində haqlı sual yaradan məqam isə, əvvəlki dövrdə eyni əməlin cinayətlərin məcmusu şəklində, CM-in 178 və 32.4, 312-ci maddələri tövsif edilməsini düzgün hesab edən məhkəmələrin indiki şəraitdə belə əməlləri törətmiş yalançı vasitəçilərə bəraət verməsi və bəraətin əsaslarını düzgün şərh etməməsi ilə bağlıdır. Nəzəri baxımdan indiki dövrün təcrübəsinə uyğun olaraq qəbul ets ək ki, “psevdorüşvətçiyə “rüşvət" şəklində pul və sair nemətlər verilməsi halında "rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur”, bu halda, ayrı-ayrı şəxslərə kütləvi şəkildə CM-in 32.4,312-ci maddələri bəraət verilməsi düzgün qənaət hesab oluna bilməz. Yalançı vasitəçinin əməllərinə fərqli yanaşmanın əsasını yalnız mövcud təcrübənin dəyişməsi (Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qeyd etdiyi qərarları) təşkil etdiyindən yalançı rüşvət alanın əməlinə bəraət verilməsi barədə gəlinən nəticə düzgün hüquqi mövqe kimi qəbul olunmamal ıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki iş üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsini çıxarmalı olduğu halda, səhvən bəraət hökmü çıxarmış, həmçinin gəldiyi bəraətin əsasını düzgün müəyyən etməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 barələrindəki hökmü işdəki sübutların CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməsinə əsaslanmış nəticə hesab oluna bilməz. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri, X7 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrin yanlış mövqeyinə əsasən, Məhkum1 zərərçəkmiş şəxslərə heç bir səlahiyyəti və vəzifəsi olmadığı halda özünü Prezident Administrasiyasının mühafizə xidmətində işləyən vəzifəli çəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin, yəni Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının fəaliyyətini nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Zərərçəkmİş şəxs X17 ifadəsində Məhkum1 Prezident Aparatının Mühafizə xidmətində işlədiyini, özünün əlaqələri ilə ona kömək edəcəyini, onlara müvafiq sənədləri toplamasını tapşırdığını, onların da deyilən sənədləri toplayıb notariat qaydada təsdiq etdirdikdən sonra Elvin ilə görüşüb ona verdiklərini qeyd etmişdir. Zərərçəkmiş şəxs Kazımova X18 Əsgərzadəni Nuriyyə vasitəsi ilə tanıdığını, onunla restoranda görüşdüklərini, Nuriyyənin Elvinin imkanlı adam olduğunu və Prezident aparatında mühafizə xidmətində işlədiyini bildirməsini, həmçinin Elvinlə də görüşəndə ona mayor rütbəsində olduğunu, Prezidentin sərəncamı ilə X2 xidmətini n idarə rəisi vəzifəsinə təyin olunduğunu bildirdiyini, onun da sosial evlərdən ev ala biləcəyinə köməklik göstərəcəyini qeyd etmişdir. Lakin Məhkum1 cinayət törətdiyi zaman kəsiyində Prezident Administrasiyasının mühafizə xidmətində işləməmiş, öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası CPM-nin 10-cu (Qanunçuluq) maddəsinin tələbləri də pozularaq, qanunçuluğa ciddi riayət olunmamış, nəticədə təqsirləndirilən şəxs Elvin Əsgərovun konstitusion hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəmə tərəfindən X5 törətdiyi cinayət əməlinə hüquqi qiymət verilərkən maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Məhkəmə Məhkum1 Əsgər oğlu barəsində hökm ç ıxararkən və cəza təyin edərkən Azərbaycan Respublikası CPM-in 8-ci (cinayət mühakimə icraatının vəzifələri), 9-cu maddələrinin (cinayət mühakimə icraatının əsas prinsip və şərtlərini təyinatı) şərtlərini pozmuş, işi hərtərəfli, obyektiv və tam araşdırmamış, bu səbəbdən də o, Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkum1 Əsgər oğluna cəza təyin etməklə, onun insan və vətəndaş hüquq və azadlıqları məhdudlaşdırmaqla müdafiəsi tapdalanmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materialları və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı halda onu qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilmiş və cərimə cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən Məhkum 1, Fəridə Əliyevaya və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməlləri epizodları üzrə Azərbaycan Respublikası CM-in 310-cu madəsində (özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüququ şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməklə onun əməlinə düzgün hüquqi qiymət verməyərək bu cinayəti törətməkdə təqsirli hesab etmişdir. Apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, Məhkum1 heç bir səlahiyyəti və vəzifəsi olmadığı halda özünü Prezident Administrasiyasnm mühafizə xidmətində (Azərbaycan Respublikasında belə səlahiyyətli orqan yoxdur) işləyən vəzifəli şəxs kimi təqdim edib vəz ifəli şəxsin (olmayan vəzifəli şəxsin) səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə tərəfindən Prezident Administrasiyasnnın mühafizə xidmətinin fəaliyyətinin nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasının nədən ibarət olmasını müəyyən etməmiş və hökümdə bu barədə heç əsas sübut qeyd etməmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7№ li qərarının 24-cü bəndinə istinad edərkən səhvə yol yermiş, bu halda təqsirkar Məhkum1 məqsədinin məhz özgə əmlakını qanunsuz olaraq ələ keçirməsi və buna nail olmasını nəzərə almamışdır. Beləliklə müdafiə tərəfi iş materiallarına və məhkəmədə toplanmış subutlara istinadən hesab edir ki, Məhkum1 Azərbayvan Respublikası CM-in 310-cu maddəsində nəzərdə tutulan cin ayət əməlini törətməkdə təqsirli bilməsinə heç bir əsas və sübut yoxdur və həmin maddə ilə o, qanunsuz olaraq təqsirli bilinib cərimə cəzasına məhkum edilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum1 Azərbaycan Respublikası CMin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 kassasiya protestinin təmin edilməməsinə, kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçın ın kassasiya protestinin təmin edilməsinə və kassasiya şikayətinin təmin edilməməsinə, digər proses iştirakçılarının kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məzmunundan aydın olur ki həmin protestdə apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxslərMəhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, onlara həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinin əsassız olması qeyd edilmiş, kassasiya şikayətində isə Məhkum1 CM-in 310-cu maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilmişdir. İlk əvvəl dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məhkum edilmiş şəxslərə verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsi ilə ittihamın xaric edilməsi barədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət vermə (aktiv rüşvətxorluq) formal tərkibli c inayətdir. Rüşvət vermə rüşvətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsin in şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cin ayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dəl əduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiym ətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayə tinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və X14 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə b ir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Məhkum edilmiş şəxslər-Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 irəli sürülmüş ittihamdan görünür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəkləri hərəkətin müqabilində birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişlər. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən təqsirləndirilən şəxslərin niyyətinin həmin insanların əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxslərin CMin 32.4,312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmalarına dair ittiham hökmünün çıxarılması əsassızdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində ar adan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərin ittihamından Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə onlara bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Qanunvericili yin göstərilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan hökmünü kassasiya protestində göstərilən dəlillərə əsaslanaraq ləğv olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətind ədir. Apellyasiya məhkəməsi Məhkum1 Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməlinin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum1 hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə tövsif edilmişdir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən CM-in sözügedən ma ddəsi ilə törədilən cinayət əməlinin mahiyyəti özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdən ibarət olmuşdur. Belə ki, o, zərərçəkmiş şəxslərə heç bir səlahiyyəti və vəzifəsi olmadığı halda özünü Prezident Administrasiyasının mühafizə xidmətində işləyən vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin, yəni Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının fəaliyyətini nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Məhkum1 özünü vəzifəli şəxs kimi təqdim etməməsi, onun tərəfindən vəzifəli şəxsin səlahiyyətlərini mənimsənilməməsi qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət Məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar f iziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzi fəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fizik i və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsasən: -Zərərçəkmiş şəxs4 ifadəsində Məhkum1 Prezident Aparatının Mühafizə xidmətində işlədiyini, özünün əlaqələri ilə ona köməklik edəcəyini, onlara müvafiq sənədləri toplamasını tapşırdığını, onların da deyilən sənədləri toplayıb notariat qaydada təsdiq elətdirdikdən sonra Elvin ilə görüşüb ona verdiklərini qeyd etmişdir; -Zərərçəkmiş şəxs2 Məhkum1 Nuriyyə vasitəsilə tanıdığını, onunla restoranda görüşdüklərini, Nuriyyənin Elvinin imkanlı adam olduğunu və Prezident aparında mühafizə xidmətində işl ədiyini bildirməsini, həmçinin Elvinlə də görüşəndə onun özünün də ona mayor rütbəsində olduğunu, prezidentin sərəncamı ilə X2 xidmətinin idarə rəisi vəzifəsinə təyin olduğunu bildirdiyini, onun da sosial evlərdən ev ala biləcəyinə köməklik göstərəcəyini qeyd etmişdir; -Elvin Əzgərzadə cinayəti törətdiyi zaman kəsiyində Prezident Administrasiyasının mühafizə xidmətində işləməmiş, öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 24-cü bəndinə əsasən məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məhkum1 özbaşına özünün vəzifəli şəxs kimi təqdim edib-etməməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermişlər. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 310cu maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərb aycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materialla rla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Məhkum4 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə, Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə, Məhkum3 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə, onun barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü kassasiya protesinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar