Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-173/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Pərviz Müseyib oğlu Hüseynovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafiəçi2, bəraət almış şəxs X3, bəra ət almış şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nigar Qədirli) 13 dekabr 2023-cü il tarixli 1(007)-483/2023 nömrəli hökmü ilə 18 iyul 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Həçəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdə əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsi, ev 148-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 01, mənzil 302-də yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əsasən X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 10 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs1 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs1 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2“ ticarət mərkəzində 2000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində həmin ünvanda 2000 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 2000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 6000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs Maqsud Firudinova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan su i-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 18 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs2 Müşfiq oğluna bildirib aldadaraq sonuncunun etibarından suiistifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs2 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 2019-cu ilin yanvar ayının ortalarında ünvan 2 ünvanda yerləşən yaşayış binasının qarşısında 19000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurma qla dələduzluq etmişdir. Bundan əlavə, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs3 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs3 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 2019-cu ilin yanvar ayının ortalarında ünvan 3 ünvanda 1000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr ospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində 1500 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 2000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən "Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 4.5 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs4 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçə kmiş şəxs4 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzində 6000 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 3000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icar əyə götürdüyü Şahid2 məxsus 30 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs5 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs5 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzində 20000 manat, 28 fevral 2019-cu il tarixdə həmin ünvanda 8500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 28500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 12,5 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını X8 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Rafiq Orucova satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Rafiq Orucovdan 2019-cu ilin fevral ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində 22000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs Rafiq Orucova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 8 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs9 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs9 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs9 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqla s 2” ticarət mərkəzində 5000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM'' Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 13000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs7 yalan məlumat verib aldadaraq, etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs7 2019-cu ilin avqust ayının ortalarında Ba kı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 13000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 6000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs8 yalan məlumat verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs8 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X6 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda hə min mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 6000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs10 yalan məlumat verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs10 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əfqan Ələkbərov) 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(007)-483/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs6 və onun nümayəndəsi Ə.Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından Dövlət ittihamçısı3 kassasiya protesti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət i ttihamçısı3 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi bəraət hökmü qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hökm çıxararkən hesab etmişlər ki, X2 CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də məhkəmə baxışı qismən istintaqla aparılsa da, hər hansı bir yeni məlumat əldə edilməmiş, faktiki ibtidai, eləcə də birinci instansiyası məhkəməsində aparılmış icraat zamanı toplanmış məlumatlar bir daha təsdiq olunmuşdur. İbtidai istintaq zamanı əhəmiyyət kəsb edən məsələ zərərçəkmişlərin tələb hüququnun "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından sonra yaranması ilə bağlıdır. Belə ki, məhkəmə iclası z amanı zərərçəkmiş şəxslər verilmiş suallara cavab olaraq bildirmişlər ki, ticarət mərkəzi yanmadığı təqdirdə onların Elçin Bədəlova qarşı verilmiş pulun geri qaytarılması ilə bağlı tələbləri olmayacaqdı. Bu fakt bir daha təsdiq edir ki, Elçin Bədəlovun "Diqlas” ticarət mərkəzində yerləşən mağazaları satmaq fikri olmamış, onun belə bir səlahiyyətinin olmaması zərərçəkmiş şəxslərə öncədən bəlli olmuşdur. Qeyd olunan hal məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş "Diqlas” ticarət mərkəzinin direktoru və direktor müavini, həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin verdiyi ifadələrlə təsdiq edilmişdir. Protestə qeyd edilmişdir ki, məhkəmələrin gəldikləri yekun nəticə işin faktiki halları ilə uyğunsuzluq təşkil etmiş, məhkəmələrin müəyyən etdiyi hallar t ədqiq edilmiş sübutlara uyğun gəlməmişdir. Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı qərəzli mövqedədir və həqiqətə uyğun olmayan ifadələr vermişlər. Belə olan halda bir sıra suallar yaranır və məhkəmə prosesində ittiham tərəfi bu sualları vermişdir. Belə ki, Elçin Bədəlovdan ticarət nöqtələrində (hər birinə qarşı) onun payının hansı faiz və ya məbləğ civarında olması, nöqtələri satarkən zərərçəkənlərə buna dair hansı məlumatların verilməsi, alqı-satqıdan sonra onların nöqtələrə dair payının necə, kim tərəfindən və hansı şəkildə müəyyən edilməsi, ən əsası isə alqı-satqıdan sonra onların icarə haqqının hansı şəkildə enməsi barədə suallara faktiki heç bir cavab verilməmişdir. Bununla da, Elçin Bədəlov ticarət nöqtələri zərərçəkmiş şəxslərə satarkən öz mövqeyinə uyğun belə heç bir mə ntiqli izah verməmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun və Zərərçəkmiş şəxs6 nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Elçin Bədəlov “Diqlas 2” ticarət mərkəzinin arxasında olan 18 kv.m və 12,5 kv.m sahələri olan mağazaların (satış piştaxtasının) ona məxsus olmasını və satdığını bildirmiş və Zərərçəkmiş şəxs2 19000 manat, Rafiq Orucovdan isə 22000 manat məbləğində pul vəsaitini almışdır. O, zərərçəkənlərə satdığı əmlakları onların adına rəsmiləşdirəcəyinə söz vermişdir. 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və məlum olmuşdur ki, Elçin Bədəlov mağazaların ona məxsus olduğunu bildirərək digər şəxslərdən də pul alaraq onları aldatmışdır. Zərərçəkən şəxslər Elçin Bədəlovdan pullarını tələb etdikdə sonuncu bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaq. Sonradan isə zərərçəkmişlərə müxtəli f vədlər verərək, pulun əvəzi olaraq torpaq sahəsi göstərsə də sənədləşmə mərhələsinə gəldikdə müxtəlif bəhanələr gətirərək vədindən yayınmışdır. X9 satılan yerin ona məxsus olmasını və satdığı yerin sənədləşməsi ilə bağlı vəd verməsi ilə bağlı səs yazısı göndərmişdir. Aidiyyəti üzrə müraciətlər edildikdən sonra, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılmış və müvafiq araşdırma aparılıb. İstintaq zamanı Elçin Bədəlov Zərərçəkmiş şəxs2 19000 manat və zərərçəkmiş şəxs R.Orucovdan isə 22000 manat almasını etiraf etmişdir. Məhkəmə nəzərə almamışdır ki, qeyd edilən əmlaklar daşınmaz əmlak olmaqla həmin sahənin icarəyə və yaxud istifadəyə verilməsi ancaq notarial qaydada təsdiq edilmiş müqavilə əsasında mümkündür. Məhkəmədə bununla bağlı notarial qaydada müqavilənin bağlanıldığı bildirilsə də, müqavilələrin ticarət mərkəzi yanan zamanı yandığı bildirilib. Ancaq nədənsə Elçin Bədəlov tərəfindən hansı notariusda və nə zaman bağlanıldığı xatıralanmayıb və məhkəmə bu hala göz yumub. Məhkəmənin sübut olmadan bu nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Hesab edirik ki, məhkəmənin qeyd etdiyi bu hal Elçin Bədəlovun özünü müdafiə etmək məqsədi ilə irəli sürdüyü əsassız mülahizədir və bu halı təsdiq edən sübut olmadan məhkəmənin buna əsaslanması yolverilməzdir. Həmçinin nədənsə həqiqətin müəyyən edilməsi üçün iddia edilən müqavilənin olubolmaması ilə bağlı məhkəmə hərəkətsizlik edərək aidiyyəti qurumlara sorğular belə verməmişdir. Çünki məhkəməyə də məlumdur ki, müqavilənin tərəflərdə olan nüsxəsi yanğın zamanı yansa idi belə, həmin müqavilənin bir nüsxəsi not ariat orqanının arxivində saxlanılır. Diqlas ticarət mərkəzi yanarkən ancaq tərəflərdə olan nüsxələrin yanma ehtimalı ola bilərdi. Məhkəmə heç bir sübut olmadan Elçin Bədəlovun ticarət mərkəzinin təmirinə 300.000 manat xərc çəkməsini və bunun da əvəzində ticarət mərkəzinin yanındakı mağazaların icarəyə verərək gəlir əldə etmək hüququnun verildiyi nəticəsinə gəlib. Ancaq gəldiyi nəticəni sübutla əsaslandırmayıb. Ən əsası isə məhkəmə nəzərə almamışdır ki, Elçin Bədəlovun hər hansı daşınmaz əmlakı icarəyə verməsi üçün onun həmin əmlaklar üzərində sərəncam vermək hüquqları qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmalı və ya ən azı notarial qaydada idarəetmə səlahiyyətləri verilməlidir. Elçin Bədəlovun belə bir hüququnun olmaması və bununla bağlı hər hansı səlahiyyətverici sənədin aşkar edilməməsi ona qarşı irəli sürülən ittihamın qanuni və əsaslı olmasını sübut edir. Heç şübhəsiz Elçin Bədəlov əvvəlcədən belə bir hüququnun olmadığnı zərərçəkənə bildirsə idi, şübhə yoxdur ki heç kim ona sahəsi 6 kv.m və ya ən çoxu 18 kv.m olan göy çadırla üstü örtülü yerə (piştaxtaya) görə 19000 manat və digər məbləğlərdə pul verməzdi. Məhkəmə nəzərə almamışdır ki, qeyd edilən hallarla bağlı çoxsaylı ziddiyyətlər mövcuddur və bu cür yanaşma qanunsuzdur. Qanunsuzluq ondan ibarətdir ki, məhkəmə hesab edirsə ki, Elçin Bədəlovun heç nəyi satmaq hüququ olmayıb və o ancaq ticarət mərkəzinə məxsus piştaxtaları icarəyə götürərək təmir etdirib və aldığı icarə haqqının əsas hissəsini də ticarət mərkəzinə, yəni piştaxtanın sahibinə ödəyib, onda Elçin Bədəlov təmir etdirdiyi əmlakın sahibindən yox n iyə zərərçəkmişlərdən alırdı? Yəni çəkdiyi xərci təmir etdirərək əmlakını yaxşılaşdırdığı ticarət mərkəzindən deyil onu icarəyə götürəndən almasının qanunsuzluğunu ümumiyyətlə nəzərə almamışdır. Bununla bağlı bir halı da məhkəmənin nəzərinə çatdırırıq ki, düşünürük ki, ticarət mərkəzinin rəhbərliyi məhkəmədə dindirilən zamanı E.Bədəlovun mövqeyi ilə eyni ifadəni ona görə verirlər ki, əslində əmlakı təmir etdirilən ticarət mərkəzi idi və qanunla bu yaxşılaşmaya görə də Elçin Bədəlovun iddia etdiyi 300000 manatı da qanunla əmlakı təmir edilən bir mülkiyyətçi kimi onlar ödəməli idi. Özlərini gözlənilən iddialardan qorumaq üçün qeyd edilən formada ifadə verilmişdir. Məhkəmə nəzərə almalı idi ki, Elçin Bədəlov ticarət mərkəzinə məxsus əmlakı təmir etdirdiyi halda hər ay icarə haqı ödəyən zərərç əkənlərdən həmin təmir haqqını almaq hüququ yox idi. Məhkəmə Elçin Bədəlovun yalan vəd verməsi ilə bağlı təqdim edilmiş sübuta, Zərərçəkmiş şəxs2la danışığın səs yazısına ümumiyyətlə qiymət verməyib. Həmin səs yazısı ittihamın əsaslı olmasını bir daha təsdiq edir. Ziddiyyətli hal ondan ibarətdir ki, Elçin Bədəlov özü də həm birinci və apellyasiya instansiyası məhkəməsində gah zərərçəkən şəxslərdən aldığı pulun Diqlas Ticarət Mərkəzin inzibati binasının təmiri zamanı verdiyi 300000 (bəzi izahatlarda 350000) manat dəyərində elektrik ləvazimatlarının əvəzi olaraq aldığını, gah da zərərçəkmiş şəxslərə satdığı piştaxtanın qurulmasına çəkdiyi xərcin əvəzi olaraq alıb. Məhkəmə gəldiyi bu nəticəyə gəlməklə ciddi yalnışlığa yol verməklə yanaşı işin həqiqi hallarını nəzərə almayıb. Belə ki, işin həq iqi hallarından da müəyyən edilir ki, Elçin Bədəlov zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 19000 manat və Zərərçəkmiş şəxs6 22000 manatı aldıqdan sonra qısa müddət keçməmiş 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmışdır. Onların icarə haqlarında hər hansı azalma olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs6 (X7 hüquqi varisi) münasibətdə isə Elçin Bədəlov 22000 manatı aldıqdan sonra satılan yer ümumiyyətlə təhvil verilməmişdir. Belə olan halda heç bir icarə haqqı və ödənilməsi ola bilməzdi. Ancaq məhkəmə bu ziddiyyətli hala qiymət verməmişdir. Bundan əlavə məhkəmə nədənsə bu halla bağlı ümumi cümlələr işlətməklə şahidlərin o cümlədən, iş üzrə zərərçəkmiş şəxslərin guya verdikləri pulun təmir xərci olması barədə hansısa ifadələrinə istinad edir. Halbuki, iş materiallarında zərərçəkm iş şəxslərin belə bir ifadəsi yoxdur. Məhkəmənin bu mövqeyinin qanunsuzluğunu və əsassızlığını ifşa edən hal mövcuddur və məhkəmə nədənsə bunu nəzərə almamışdır. Məhkəmə təqsirləndirilən şəxs Elçin Bədəlov tərəfindən zərərçəkmiş şəxslərin bir qisminə vurduğu ziyanı ödəməsini nəzərə almayıb. Elçin Bədəlovun zərərçəkənlərə vurulmuş ziyanın əvəzini ödəməsi onun zərərçəkmiş şəxslərdən qanunsuz olaraq ittiham aktında qeyd edilən vəsaitləri aldığını sübuta yetirir. Belə olan halda məhkəmənin işin hallarına zidd olan nəticəyə gələrək qanunsuz qərar qəbul etməsi anlaşılmazdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən dövlət itt ihamçısının kassasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mü bahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətlərinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Elçin Bədəlova Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı hərəkətlər kimi başa düşülür. Həmin əməllərin təkrar və xeyli miqdarda törədilməsi bu cinayət tərkibinin ağırlaşdırıcı tövsifedici əlamətləri hesab olunur və belə olan halda əməl müvafiq olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində izah edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə e dilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi dələduzluq cinayətinə görə cinayət məsuliyyəti yalnız əmlakın aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməsi halında əmələ gələ bilər, aldatma və ya etibardan sui-istifadə etmə cinayət tərkibinin zəruri elementləri kimi çıxış edir və bu hallar c inayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi Elçin Bədəlovun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfinin sübutlarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Elçin Bədəlovun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmir. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi Elçin Bədəlova Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və qanun normalarına istinad etmişlər. Belə ki, həm ibtidai istintaq zamanı, həm birinci və apellyasiya instansiyası məhkəmələrində X6 ona verilmiş ittihamda və təqsirli bilindiyi əməllərdə özünü təqsirli bilməmiş və göstərmişdir ki, “Diqlas” Ticarət Mərkəzində yerləşən bir neçə mağaza onun tərəfindən icarəyə götürülmüş və həmin mağazaların təmirinə təxminən 300.000 manat vəsait xərcləmişdir. Bunun müqabilində qeyd olunan mağazaları digər şəxslərə icarəyə verməklə gəlir götürmüşdür. Əldə olunan icarə haqqının bir hissəsini ticarət mərkəzinin rəhbərliyinə verib, az bir qismini isə özündə saxlamaqla gəlir əldə etmişdir. Bir müddət bu qayda üzrə işlədikdən sonra, mağazaların icarədarlarına işdən çəkiləcəyi barədə məlumat vermiş, icarə darlar onun tərəfindən təmirə çəkilmiş xərcin müqabilində müxtəlif məbləğlərdə vəsait ödəmişlər. Onunla icarədarlar arasında hər hansısa alqı-satqı mövcud olmamış, onun belə bir səlahiyyətinin olmaması icarədarlara da bəlli olmuşdur. Ticarət mərkəzinə məxsus qeydiyyat kitabına müvafiq dəyişikliklər edilmiş, icarə müqavilələrindən onun adı çıxarılmış, icarədarların adı siyahıya salınmışdır. Həmçinin icarə haqqlarının məbləği də ödənilmiş vəsaitə mütənasib olaraq azaldılmışdır. Bir müddət sonra “Diqlas” ticarət mərkəzi yanmış və bundan sonra icarədarlar ona ödədikləri pulun geri qaytarılmasını tələb etmişlər. Hal-hazırda icarədarlar tərəfindən ona verilmiş vəsaitlər geri qaytarılmış, lakin onun əməlində heç bir cinayət tərkibi mövcud olmamışdır. Belə ki, onun məqsədi həmin şəxsləri aldatmaql a vəsaiti ələ keçirmək deyil, sadəcə təmirə xərclədiyi vəsait müqabilində gəlir əldə etmək olmuşdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər öz ifadələrində faktiki olaraq E.O.Bədəlovun ifadəsində göstərilən halları təsdiq etmişlər. Məhkəmənin hökmündə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri təsvir edilmiş, kassasiya kollegiyası onları yenidən öz qərarında təsvir etməyə zərurət görmür. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, X6 “Diqlas” ticarət mərkəzində yerləşən mağazaları cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində tanınmış şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait m üqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Daha sonra Elçin Bədəlov həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı və aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi barədə məlumat vermişdir. Bununla əlaqədar Bədəlov Elçin onun tərəfindən mağazaların təmirinə xərclənmiş vəsaitlə əlaqədar gəliri əldə etmək məqsədi ilə zərərçəkmiş şəxslərə mağazanı gələcəkdə icarə müqaviləsinə əsasən işlətmək üçün müəyyən məbləğdə pulu ona birdəfəlik ödənilməsi, bunun müqabilində aylıq icarə haqqının mütənasib olaraq azaldılması təklif etmişdir. Zərərçəkmiş şəxslər pul məbləği haqqında razılığa gəldikdən sonra həmin pulları E.O.Bədəlova ödəmişlər. Elçin Bədəlovun zərərçəkmiş şəxsləri aldatması, yəni mağazaların satılmasına görə onlardan pulu alıb ələ keçirilməsi işin halları ilə təkzib olunur. Belə ki, E.O.Bədəlovun icarədə olan mağazaları satmaq səlahiyyətinin olmaması zərərçəkmiş şəxslərə əvvəlcədən bəlli olmuşdur. Bundan başqa, zərərçəkmiş şəxslər Elçin Bədəlova pul ödəyəndən sonra da icarə haqqının ödəməsi barədə razılığa gəlmiş və ödəməni davam etmişlər. Beləliklə, birinci instansiyası məhkəməsi sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlarla - bəraət almış şəxs Elçin Bədəlov ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Elçin Bədəlovun zərərçəkmiş şəxsləri aldadaraq icarəyə verilmiş mağazaların onlara satmaq adı ilə onlardan müxtəlif məbləğlərdə pulu alıb ələ keçirməsi sübuta yetirilməmişdir. Təqsirləndiril ən şəxs E.O.Bədəlovun zərərçəkmiş şəxslərə icarəyə götürüldüyü əmlakları onlara satmaq adı altında zərərçəkmiş şəxslərin əmlaklarını (pul vəsaitlərini) ələ keçirmək məqsədi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya protestinə, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs6 apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuna uyğun hesab etmişdir. Qeyd edilməlidir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri apellyasiya protestinin və apellyasiya şikayətlərinin əsasını təşkil etmişlər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin və apellyasiya şikayətlərinin bütün dəlillərinə qiymət verərək onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Mə hkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan həmin nəticələrlə razılaşaraq onları əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Həqiqətə söykənməyən qərar qanuni və əsaslı hesab edilə bilməz. İşin hallarından görünür ki, zərərçəkmiş şəxslərlə E.O.Bədəlov arasında sahibkarlıq fəaliyyəti ilə bağlı mülki münasibətlər mövcud olmuşdur. Həmin münasibətlər çərçivəsində E.O.Bədəlov zərərçəkmiş şəxslərdən icarədə olan mağazaları gələcəkdə işlətməyə görə pul almışdır. Zərərçəkmiş şəxslər in kassasiya şikayətlərində məhkəmə qərarlarının qanunsuzluğu ilə bağlı irəli sürülən dəlillərdən biri ondan ibarətdir ki, məhkəmələr E.O.Bədəlovun sahibkarlıq fəaliyyətini qanun tələblərinə uyğun şəkildə həyata keçirib-keçirmədiyini yoxlamamışlar. Kassatorlar hesab edirlər ki, E.O. Bədəlovun mağazaları "Diqlas" ticarət mərkəzindən icarəyə götürərək zərərçəkmiş şəxslərə icarəyə verməsi ilə bağlı müvafiq müqavilələrin mövcudluğu və onun sahibkar kimi vergi qeydiyyatında olub-olmaması araşdırılmadan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası şikayətlərin bu dəlili aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı E.O.Bədəlova qarşı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və ya vergiləri ödəməkdən yayınma ilə bağlı ittihamı irəli sürməmişdir. Onun sahibkarlıq fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə riayət edib-etməməsi, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4- cü maddələri ilə irəli sürülmüş ittihamın predmetinə və sübut edilməli olan hallara aid deyil. Buna görə də, bu məsələlərin araşdırılmaması məhkəmələrin E.O.Bədəlov barəsində qəbul etdiyi qərarların qanuniliyini və əsaslılığını şübhə altına almır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürü lən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Elçin Bədəlovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsiri sübuta yetirilmə mişdir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiy i nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X2 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola bi ləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protesti və kassasiya şikayətlərində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhk əmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq protestin və zərərçəkmiş şəxslərin nümayəndəsinin şikayətlərinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin edilməsin. X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-173/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-173/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver