Məhkəmə qərarları › İş №1(102)-1730/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1730/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1730/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun, mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı ndan Məhkum və mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, “XXXXı” Publik hüquqi şəxsin terapiya şöbəsinin terapevti vəzifəsində işləmiş, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 iyun 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham el an edilmişdir. 3. 18 iyul 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 3 aprel 2018-ci il tarixli 27-k nömrəli əmrlə XXXXının baş həkiminin müavini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 23 avqust 2019-cu il tarixli 64 nömrəli qərarı ilə edilmiş struktur dəyişikliklərindən sonra həmin vəzifənin “XXXXı” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsi hesab edilməsi nəzərə alınmaqla) vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən “XXXXı” publik hüquqi şəxs üzrə 07 sentyabr 2020-ci il tarixli 202 nömrəli əmrə əsasən, 11 oktyabr 2021-ci il tarixədək “XXXXı” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirən zaman Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Tibb müəssisəsi rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis) müavininin nümunəvi vəzifə Təlimatı”na əsasən, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan sərəncamlar vermək, onların icrasına nəzarəti həyata keçirmək, müalicə-diaqnostika bölmələrinə, kabinetlərə və laboratoriyalara rəhbərlik etmək, müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirmək, həkimlərin və orta tibb heyətinin ixtisaslarının artırılmasını, klinik araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil etmək, profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq etmək, tibbi yardım göstərilməsinin ardıcıllığını təmin etmək, müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib etmək, daxili əmək rejimi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, həmçinin “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə ediİməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin müəyyən edilməsi, əlillik dərəcəsi ol an şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün), əlilliyin səbəbinin dəyişdirilməsi və digər məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, əmək qabiliyyətinin müvəqqəti və dayanıqlı itirilməsində yaranan mürəkkəb və münaqişəli məsələlərin həll edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Azərbayc an Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK- ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri ə lavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində XX-in məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X-a əlillik dərəcəsin in təyin edilməsində köməklik göstərilməsi barədə sonuncunun qayınatası şahid 4-ün 2021-ci ilin fevral ayında “XXXXı” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini və qudası şahid 5na, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək XX3nın əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi si steminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “TibbiSosial Ekspertiza və Reabilitasiya Alt Sistemi”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “XXXXı” publik hüquqi şəxsin X ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşl əri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 3 fevral 2021-ci il tarixdə Xünvanında yerləşən “XXXXı” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “XXXXı” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz şahidin, “XXXXı” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz şahid 1 və şahid 2 vasitəsi ilə daxil olaraq, şahid 5 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli koxlear nevrit. Neyrosensor tip ağır eşitmə IV (dörd) dərəcəli”, “Eşitmənin ototoksik itirilməsi, Neyrosensor tip ağır eşitmə IV (dörd) dərəcəli. Xroniki otitin kəskinləşməsi” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan 03.02.2021-ci il tarixli 0309003AAMVG nömrəli elektron göndərişə cinayətdən xəbərsiz şahid 1, şahid3 və şahid 2vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “XXXXı” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri XX-in “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etmə kdə ifadə olunan köməkçiliyi ilə özünün 183059189 nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “XXXXı” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkimnevropatoloqunun 183058143 nömrəli və Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahının 183060735 nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi XX-in köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, XX3ya 19 fevral 2021-ci il tarixdən müddətsiz III dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 19 fevral 2021-ci il tarixdən 13 dekabr 2023- cü il tarixədək olan müddətdə XX3ya ümumilikdə 4.292,19 manat (dörd min iki yüz doxsan iki manat on doqquz qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən “Kapital Bank” ASC-nin İmişli və Saatlı rayonları ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla XX-in köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, v əzifəli şəxs qismində XXin köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi XX-in məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Qaracalar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan XX2 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında “XXXXı” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əla qələri olan rayon sakini şahid 5na, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək şahid 9un əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “TibbiSosial Ekspertiza və Reabilitasiya Alt Sistemi”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “XXXXı” publik hüquqi şəxsin X ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 18 avqust 2021-ci il tarixdə X ünvanında yerləşən “XXXXı” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəs indəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “XXXXı” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz şahid 2, “XXXXı” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz şahid 1 və şahid 2 vasitəsi ilə daxil olaraq, şahid 5 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz IV mərhələ”, “Ürək çatmamazlığı, QDÇ II dərəcə”, “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya”, “Ağır formalı bədxassəli qan xəstəlikləri” kimi düzgün olmayan diaqnozlara dair bilə-bil ə yalan məlumatları informasiya resursu sayılan 18.08.2021-ci il tarixli 0309003AAP6L nömrəli elektron göndərişə cinayətdən xəbərsiz şahidlər vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “XXXXı” publik hüquqi şəxsin Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri XX-in “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etməkdə ifadə olunan köməkçiliyi ilə özünün 183059189 nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “XXXXı”publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqunun 183058143 nömrəli, Cərrahiyyə şöbəsinin h əkim-ümumi cərrahının 183060735 nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdirinin 183063079 nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi XX-in köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, şahid 9a 8 may 2021-ci il tarixdən 28 avqust 2026-cı il tarixədək II dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 8 may 2021-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə şahid 9a ümumilikdə 8.835,45 manat (səkkiz min səkkiz yüz otuz beş manat qırx beş qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsai tinin sonuncu tərəfindən “Kapital Bank” ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla XX-in köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində XX-in köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. B undan başqa, o, təkrarən, “XXXXı” publik hüquqi şəxs üzrə 20 iyun 2022-ci il tarixli PHŞ/6.65-3.1-2022-462 nömrəli əmrlə xəstəxananın Terapiya şöbəsinin həkimterapevti vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Sahə həkim-terapevtin nümunəvi vəzifə Təlimatı”na əsasən, müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən pasiyentlərin ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində bərpaedici müalicələrini təşkil etmək və aparmaq, kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz hallarda pasiyentlərə ambulator, gündüz stasionarı və evdə s tasionar şəraitlərində təxirəsalınmaz tibb yardım göstərmək, pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirmək, müvafiq qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparmaq və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirmək, pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə göndərişlərinin zəruriliyi barədə rəy vermək, ilkin tibbisanitar yardımını həyata keçirən orta tibb personalının fəaliyyətinə rəhbərlik etmək, tibbi sənədləşdirməni müəyyən edilmiş qaydada aparmaq, təhkim edilmiş əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil etmək, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 0 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında ölüm haqqında tibbi şəhadətnamə vermək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində hüquqi əsas olmad an yaşa görə əmək pensiyasının ödənilməsini formal baxımdan qanuniləşdirmək məqsədilə, 4 mart 2022-ci il tarixdə vəfat etmiş anası – 10.09.1934-cü il təvəllüdlü Saatlı rayonu, Əlisoltanlı kənd sakini şahid 7nın ölüm faktı barədə aidiyyəti üzrə dövlət orqanlarına məlumat vermədən mərhumun yaşa görə əmək pensiyasını “Kapital Bank” ASC-yə məxsus plastik kart vasitəsilə 2022-ci ilin dekabr ayınadək alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş övladının mərhum valideyninin ölüm tarixinin rəsmi sənədlərdə 2022-ci ilin sonlarına rəsmiləşdirilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin dekabr ayında “XXXXı” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini şahid 5na, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə ist ifadə edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na uyğun olaraq təqdim edilməsi zəruri sayılan tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.), habelə müraciət edən və vəfat edən şəxsin qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim olunmadığı, bununla da, ölümün səbəbi, vaxtı və yeri müəyyənləşdirilmədiyi halda, guya mərhumun ölümünün təfərrüatları dəqiqləşdirilib rəsmi sənədlərdə olmayan faktlara dair bilə-bilə yalan məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə (VSİS) dax il edərək Nazirlik tərəfindən elektron qaydada, həmçinin xəstəxananın Konsultativ Poliklinika şöbəsinin möhürü ilə təsdiqlənməsini təmin edəcəyini “XXXXı” publik hüquqi şəxsin X ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 16 dekabr 2022-ci il tarixdə Xünvanında yerləşən “XXXXı” publik hüquqi şəxsin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə (VSİS) daxil olaraq, şahid 5 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin 000000201191 saylı elektron blankında mərhumun anket məlumatlarına aid qrafaları doldurduqdan sonra “ölüm tarixi: 26.11.2022, saat 10:00”, “bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal: sol mədəcik çatmamazlığı”, “ölümün səbəbini yaratmış xəstəlik və ya hal: essensial (birincili) hipertenziya” kimi düzgün olmayan və tibbi sənədlərə əsaslanmayan faktlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə (VSİS) yaradılmış “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin 000000201191 saylı elektron blankına daxil edib, məlumatların doğruluğunun Azərbaycan Respublikas ı Səhiyyə Nazirliyinə göndərilməsini təmin etdikdən sonra həmin Nazirlik tərəfindən elektron qaydada, həmçinin cinayətdən xəbərsiz “XXXXı” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin müdiri tərəfindən şöbəyə məxsus olmaqla üzərində soldan sağa doğru dairəvi formada birinci sütunda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, ikinci sütunda “XXXXi” Publik Hüquqi Şəxs, ortada “Konsultativ Poliklinika Şöbəsi” sözləri yazılmış möhürlə təsdiq edilməsinə nail olub, bilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş 16.12.2022-ci il tarixli 000000201191 saylı ölüm haqqında tibbi şəhadətnamənin vəfat etmiş şəxsin övladına təqdim etməklə, sonuncu vasitəsilə Saatlı rayon qeydiyyat şöbəsinə təqdim olunmaqla həmin şöbənin cinayətdən xəbərsiz səlahiyyətli şəxsləri tərəfindən ölüm haqqında 20 dekabr 2022-ci il tarixli 455 nömrəli akt qeydinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial” altsisteminə ötürülməsinə, nəticədə, şahid 7na yaşa görə əmək pensiyası ödənişinin 31.12.2022-ci il tarixdən etibarən kəsilməsinə, bununla da, 01.04.2022-ci il tarixdən 31.12.2022-ci il tarixədək olan müddətdə şahid 7na ödənilmiş ümumilikdə 2.567,58 manat (iki min beş yüz altmış yeddi manat əlli səkkiz qəpik) məbləğində yaşa görə əmək pensiyası vəsaitinin mərhumun övladı tərəfindən “Kapital Bank” ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf ed ilməsinin qanuni formaya salınmasına nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əhalinin sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.

5. Saatlı Rayon Məhkəməsinin 1(055)-44/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası na məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 02 (iki) müddətə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilm əsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanması, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkuma qarşı qaldırdığı mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxsə daha ağır - azadlıqdan məhrum etmə növündə, həmçinin təklif etdiyi qaydada əlavə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu apellyasiya şikayəti verib, hökmün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və 15695.22 manat (on beş min altı yüz doxsan beş manat iyirmi iki qəpik) məbləğində dəymiş zərərin Məhkumdan tutulub iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 1(055)44/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsinə, həmçinin Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 308.1ci maddəsi ilə təyin edilmiş cəzanın dəyişdirilməsi, eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdır ılması cəzasının təyin edilməsi, üzərinə əlavə vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ona təyin edilmiş cəzanı ağırlaşdırarkən məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət əməli törətməsini, ona təyin edilmiş cərimə cəzasının yetərincə islahedici təsirə malik olmamasını və cinayət nəticəsində vurulmuş ziyandan heç bir məbləğ ödəmədiyini əsas götürmüşdür. Cinayət nəticəsində vurulmuş ziyandan heç bir məbləğ ödəməməsi ilə bağlı bildirir ki, həmin məbləğlərdə olan pul vəsaitini faydalanan şəxslər özləri almışlar. Belə olan halda, yəni o, ziyan vurmadığı halda nəyə görə ziyan ödəməlidir. Həmin halı məhkəmə kollegiyası əsaslandırmamışdır. Mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxs tərəfindən həmin şəxslərə rəsmi müraciət olunaraq onlara ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onların razılığına əsasən əmək pensiyalarından hər ay tutularaq bərpa olunması üçün müraciət etmələri və ya həmin vəsaiti müvafiq rekvizitlərlə filialın hesabına bərpa edilməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şəxsiyyətinin, o cümlədən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin kifayət qədər nəzərə alınmadan ona yüngül cəza təyin edildiyi hesab edilmişdir. Bununla bağlı bildirilir ki, o, ali təhsilli həkim-terapevtdir, otuz ildən artıq müddətdir ki, həkimlik təcrübəsi vardır. İşlədiyi müddətdə insanların sağlamlığının keşiyində durmuşdur. Altmışdan artıq yaşı, himayəsində iki azyaşlı övladı və işləməyən arvadı var. Ailənin yeganə qazanc gətirən şəxsidir. Cinayət nəticəsində o, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmamışdır. Cinayət işinin ibtidai istintaq və məhkəmə baxışı zamanı XXX3 və XX2 oğlunun ambulator və ya stasionar xəstənin tibbi kartası, eləcə də xəstəliklərinin diaqnozunu təsdiq edən epikriz müəyyən edilməmişdir. Həmin epikrizlərin o və komissiya üzvləri tərəfindən təsdiq edilməsi sübut olunmur. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu kassasiya şikayətində maddi və prosessual hüquq normalarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına istinad edərək bi ldirmişdir ki, məhkum Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ehtiva olunan cinayət əməllərini törədərək, qanunsuz əmək pensiyasının təyin edilməsinə nail olmuşdur. Onun cinayət əməlinin nəticəsində mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün hallar mövcuddur. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarının mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur.

12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını A zərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ve rməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum verdiyi kassasiya şikayətində əməlində fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mə nafelərinə mühüm zərər vurmasının təsdiq olunmadığını bildirib Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə mülki iddianın əsassız olaraq baxılmamış saxlanıldığını iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə məhkumun kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş c inayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi üzrə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına, birinci instansiya məhkəməsinin hökm ünə və apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən Məhkum vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.

26. Kassasiya şikayətində məhkum fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmadığı iddia edərək, fakt iki olaraq Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini iddia edir.

27. Bununla bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kim təsbit edilmişdir.

28. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin məzmunun dan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi dir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd) (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Qərarı).

29. Digər tərəfdən, vəzifə səlahiyyətlərindən sui- istifadə cinayətinin subyektiv cəhətinin zəruri əlaməti cinayətin məqsədidir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində bu məqsəd vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur.

30. Vəzifədən sui-istifadə etmə əməli, hətta, belə məqsədlərlə törədil sə belə, bu əməlin mühüm zərərin vurulmasına səbəb olması müəyyən edilmədikdə (Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətlərindən biri) şəxsin vəzifəsindən sui-istifadə etməsi Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin tələbləri baxımından həmin cinayətin tərkibini yaratmır.

31. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır.

32. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələ həll edilərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarə, müəssisə, təşkilatın normal işinə vurulan mənfi təsirinin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və s. nəzərə alınmalıdır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 19 iyul 2013-cü il tarixli Qərarına əsaslanaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin yalnız birbaşa və ya dolayı qəsdlə törədilməsi mümkünlüyünü də nəzərə alaraq vurğulayır ki, şəxsin bu cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun qulluq mənafeyi əleyhinə olan əməlini məhz qəsdlə törətməsi, yəni iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk etməsi, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görərək bu nəticələrin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi (dolayı qəsd) müəyyən edilməlidir.

34. Baxılan iş üzrə Məhkuma Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan olunmuş ittihamda onun vəzifədən sui-istifadə etmə əməllərini törədərkən mühüm zərərin vurulmasında ifadə olunan nəticələrin baş verməsini arzu etməsi, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi, belə qəsdinin olması iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş, bu hal ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda da öz əksini tapmışdır.

35. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmündən verilmiş apellyasiya müraciətlərində dövlət ittihamçı Məhkuma təyin edilmiş cəzaya, mülki iddiaçı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə mülki iddianın həllinə aid hissələri mübahisələndirsələr də, dəlillərindən asılı olmayaraq törədilmiş cinayət əməllərini və törədilmə hallarını, cinayət əməllərinin tərkibinin mövcudluğunu, məhkumun həmin əməllərə aidiyyəti və təqsirliliyi məsələlərini araşdırna apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları müvafiq maddi və prosessual cinayət- hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkumin Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Abbaszadə Əlizamin Hikmət oğlunun, şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının 21 may 2024-cü il tarixli, 422/KEŞ nömrəli və 425/KEŞ nömrəli rəyləri, şahid 7nın barəsində 16 dekabr 2022-ci il tarixli, 000000201191 saylı ölüm haqqında tibbi şəhadətnamə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 fevral 2024-cü il, 30 aprel 2024-cü il və 22 may 2024-cü il tarixli müşayiət məktubları, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” pu blik hüquqi şəxsdən daxil olmuş 08 fevral 2024-cü il tarixli məktub, “XXXXı” publik hüquqi şəxsdən daxil olmuş 15 may 2024-cü il tarixli məktub, Saatlı rayon qeydiyyat şöbəsindən verilmiş 29 fevral 2024-cü il tarixli arayış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 03 aprel 2018-ci il tarixli, 27-k nömrəli əmr, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “XXXXı” publik hüquqi şəxs üzrə 7 sentyabr 2020-ci il tarixli, 202 nömrəli, 21 oktyabr 2020-ci il tarixli, 253 nömrəli və 20 iyun 2022-ci il tarixli, PHŞ/6.65-3.1-2022-462 nömrəli əmrlər və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

36. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlay an apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üz rə təqsirli bilindiyi bütün epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhkum həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş və ona bu maddə üzrə cəza təyin edilməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, məhkumun kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

38. Məhkəmə kollegiyası həmçinin Məhkumun ona təyin edilmiş cəzanın ağır olmasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə də əsaslı nəticəyə gəlmişdir.

39. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını n alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

40. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyi n olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

42. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

43. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halı nda götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

44. Məhkumun Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək, cəza təyin edilmiş cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, madd ənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

45. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran hal kimi təkrar törədilməsi nəzərə alaraq ona təq sirli bilindiyi hər iki maddə üzrə islah işləri növündə əsas cəza təyin edilmişdir.

46. Hökmü cəza təyini hissəsində dəyişən apellyasiya instansiyası məhkəməsi məhkuma Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə bütün epizodlar üzrə cinayət məsuliyyətində cəlbetmə müddəti keçdiyindən cəza təyin etməmiş, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş cəzanı 01 (bir) il 06 (altı) ay müddətə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi məhkuma Məhkumə təyin edilmiş əsas cəzanın ağırlaşdırılması barədə qənaətini eyni xarakterli cinayət işi ilə bağlı ona daha əvvəl cərimə cəzasının təyin edildiyi, təyin olunmuş əvvəlki cəzanın islah təsirinin yetərli olmadığı, məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayətlər törətdiyi, vurulmuş ziyanı aradan qaldırmadığı, cinayət əməllərini təkrar törədildiyinin cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığı ilə əsaslandırmışdır.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən edilənlərdən fərqli cəzanı yüngülləşdirən hal və ya Məhkuma daha yüngül cəzanın təyin edilməsi üçün hər hansı digər əsas aşkar etməyən məhkəmə kollegiyası, mübahisəsi edilən qərarda əksini tapan cəza təyininə dair mövqe ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

49. Məhkəmə kollegiyası mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlunun mülki iddianın əsassız olaraq baxılmamış saxlanılması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

50. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

51. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

52. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

53. Məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsinin kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılanlarla tamamilə eynidir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək heç bir amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul ed ir və qeyd edir ki, kassasiya şikayətində istinad edilən məsələlərə dair baxılan iş üzrə qəbul edilmiş məhkəmə aktlarında artıq əsaslandırılmış cavablandırma verilmişdir.

54. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs mülki iddiaçının kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

55. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkum və zərərçəkmiş şəxs - mülki iddiaçının dəlillərinin obyektiv araşdırmasına, əlaqəli maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilə nlər isə apellyasiya instansiyası məhkəməsinin nəticələrini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

56. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiələrinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktl ar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

57. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

58. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum və mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu tərəfindən verilmiş kassas iya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-69/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar