Məhkəmə qərarları › İş №1(102)-1731/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1731/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1731/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X30 Ağa oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə) 19 may 2021-ci il tarixli hökmü ilə xx xxx 1987-ci il tarixdə Ucar rayonu, Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bil inərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyun 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmış və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 06 (altı) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış disklərin cinayət işinin materiallarında əlavə edilməsinin nəzərə alınması və cinayət işin in materiallarında saxlanılması, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X4 ibarət tərkibdə) 26 oktyabr 2021-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Məhkum təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkum məhkəməyədək icraat zamanı 25 iyun 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 07 (yeddi) müddətinə azadlıqdan məhrum etmə növündə cəzasından çıxılaraq üzərində qəti olaraq, 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 19 may 2021-ci il tarixdən hesablanmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu il ə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs lombard fəaliyyəti ilə məşğul olub yaxşı gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin fəaliyyətlə məşğul olması görüntüsünü yaratmaq üçün 2018-ci ildə icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, X22 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsində 2018- ci ilin iyun-avqust aylarında sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə pul alıb ələ keçirməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş subutları, həmçinin apellyasiya icraatı zamanı cinayət işinin qismə n istintaq yolu ilə aparmaqla iş üzrə toplanılmış mötəbər sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, subutlara qanunun tələbin baxımından deyil, yalnız subyektiv mülahizələrə görə birinci instansiya məhkəməsinin cinayət hökmündə istinad etdiyi sübutların digər obyektiv sübutlarla uyğun gəlmədiyini yoxlamadan, onları təhlil etmədən və zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə qərəzli münasibətlərini üstün tutmaqla onun ifadəsinin və digər sübutların ziddiyyətli olmasına hüquqi qiymət vermədən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilmiş və istinad etdiyi cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində qanunsuz olaraq cəza təyin etmişdir. Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarına əsasən Məhkum xx.xx.2018-ci il tarixdən - 05 aprel 2019-cu ilədək, X7 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten məlumatına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid1 Əlikram oğlunun isə istifadə etmiş olduğu ***-***-**-** mobil nömrənin anten əhatəsi xx.xx.2018-xx.xx.2019 tarixlərdə həmin müddətləri Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsi 1A ünvanının əhatəsini göstərərək Məhkum göstərdiyi dəlilləri tam təsdiq etmişdir. Buna baxmayaraq Apellyasiya Məhkəməsi qərarında göstərir ki, ’’Bakcell Telekom” MMC-dən götürülmüş CD diskdə olan məlumatlarla əsasən Məhkum ilə X14 arasında lombard açaraq biznes fəaliyyəti ilə məşqul olmalarına dair danışıqların aparılması təsdiq olunur. Lakin Məhkum ifadəsində 10 ay 15 gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsi 1A ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20 kv.m sahəsində yerləşən lombardda işləməsi iş materiallarında olan hər hansı sübutla öz əksini tapmır. Məhkəmə istintaqı zamanı ifadə vermiş X8 da ifadəsində göstərmişdir ki, "Zolotaya Korona” pul köçürmə sistemi ilə Rusiya Federasiyasına Zaur Qəmbərovun adma göndərilmiş pul vəsaiti onun həyat yoldaşına Göyçay rayonunda satılmış evin alqısatqısından daxil olmuş və evin alqı-satqısma dair subutlar təqdim edərək onu da qeyd etmişdir ki. Zaur Qəmbərov onun həyat yoldaşıdır. Evlənmək haqqında şəhadətnamə də cinayət işinin materiallarına əlavə edilmişdir. Bu hallar təqsirləndirilən şəxsin ifadələrində, apellyasiya şikayətində və vəsatətlər ində qeyd edilməsinə baxmayaraq Apellyasiya Məhkəməsi həmin dəlilləri və subutları düzgün qiymətləndirmədən birinci instansiya məhkəməsinin qanunsuz hökmünü qüvvəsində saxlamışdır. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 138, 143-146 və 351-ci maddələrinin tələblərinə əhəmiyyət verməyərək zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum ifadələri, habelə digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq hökmdə nəyə görə məhz zərərçəkmişin ifadələrinə üstünlük verməsini, təqsirləndirilən şəxsin cinayət törətməməsi barədə irəli sürdüyü dəlilərin hansı mötəbər və mümkün sübutlarla təkzib olunmasını əsaslandırmamasına da düzgün qiymət verilməmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və CPM-nin 21 -ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyasının pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətində X11 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar çıxarılmasını xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüqu qi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün t ətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinməsi mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qə rarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə q ərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin x arakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, Məhkum tərəfindən cinayət əməlinin törədilməsini məhkumun özün ün etiraf etməməsinə baxmayaraq, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid2, Şahid5, X15, X8, X1 ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara əsasən Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işi üzrə müə yyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs əldə etdiyi 70.000 manat pul vəsaitindən guya, Bakı şəhəri, Binəqədi rayonu, X22 1 A ünvanında yerləşən qeyri- yaşayış sahəsinin icarəyə götürməsi üçün Şahid2 5.500 manat, Şahid1 Əlikram oğluna 5500 manat, təmirtikinti işərinə və avadanlıq alınmasına 17.000 manat, Könül adlı naməlum şəxsə 400 manat, Şahid5 23.000 manat verməsi barədə verilmiş ifadələri iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmamış və məhkəmələr haqlı olaraq onun bu ifadəsini özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə verməsi qənaətinə gəlmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(062)-1653/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Məhkum cavabdeh Şahid5 qarşı borclu olduğu 5500 ABŞ dolları icra olunduğu günə manatla məzənnəsi ilə və 23.000 manat pulun alınması barədə iddia tələbi qismən təmin edilmiş, Şahid5 5500 ABŞ dolları ekvivalentində pul icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə alınıb Məhkum verilməsi qət edilmiş, lakin, iddia qalan hissədə, yəni, Şahid5 23.000 manat alınıb Məhkum qaytarılması hissəsində təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu hal Məhkum 23.000 manat pul vəsaitini Şahid5 verməməsi və onun niyyətinin Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona verdiyi vədi yerinə yetirməyərək dələduzluq etmək yolu ilə ona verilmiş pul vəsaitini qanunsuz yolla ələ keçirmək olduğunu bir daha təsdiq edir. Apellyasiya məhkəməsi həm birinci instansiya məhkəməsində "xxxx" MMC- dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş CD diskəki məlumatları, eyni zamanda apellyasiya baxışı zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş CD diskdəki anten məlumatları tədqiq edərək həmçinin hesab etmişdir ki, iş materiallarında olan sübutlarla və CD diskdə olan məlumatlarla Məhkum ilə Zərərçəkmiş şəxs arasında lombard açaraq biznes fəaliyyəti ilə məşqul olmalarına dair danışıqların aparılması təsdiq olunur. Lakin Məhkum ifadəsində 10 ay 15 gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsi, ev 1a ünvanında yerləşən qeyriyaşayış sahəsi 20 kv/m sahəsində yerləşən lombardda işləməsi iş materiallarında olan hər hansı sübutla öz təsdiqini tapmır. Eyni zamanda "xxxx" MMC-dən və "xxxx" MMc-dən götürülmüş CD diskdəki anten məlumatların da Şahid1 Əlikram oğlunun Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsi, ev 1a ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20 kv/m sahəsində yerləşən lombarda gəlibgetməsi və ya həmin obyekdə işləməsinə dəlalət edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmələrdə tədqiq edilərək araşdırılmış 29 noyabr 2018-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizədən görünür ki, 3M-254 reyestr nömrəli icarə müqaviləsi Məhkum və Şahid2 qarşılıqlı razılıqlarına əsasən ləğv edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Məhkum cəmi 3 ay obyekti işlətmişdir, o, 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri 27 saylı notariat kontorunda 21 iyun 2018-ci il tarixli Məhkumla bağladığı icarə müqaviləsini ləğv etmişdir. Elvin obyekti 10 ay işlətməmiş, 10 ayı n icarə haqqını verməmişdir. O, Elvinin yanında başqa kiminsə işləməsini görməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ifadə verən digər şahidlər X17, X8, X5 və X9 ifadələrindən də göründüyü kimi Məhkum təqsirsizliyinə dəlalət edən hər hansı bir hal movcud deyil və sonuncunun Zərərçəkmiş şəxs əmlakını dələduzluq niyyəti ilə ələ keçirərək mənimsəməsinə dair niyətinin olmamasına dair hər hansı bir mötəbər sübut eldə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsə ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurub dələduzluq etməsinin sübuta yetirilməsi barədə aşağı məh kəmə instansiyalarının gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətində iş birliyi ilə bağlı Məhkum ilə zərərçəkmiş şəxs X10 arasında şifahi bağladıqları razılaşmanın - müqavilələrin öhdəliklərinin baş tutmaması və Məhkum hər hansı bir öhdəliyi yerinə yetirməsində təqsiri olduğu halda Məhkum mülki məsuliyyət daşıya biləcəyini göstərməsi, həmçinin kommersiya uğursuzluğunun olması barədə dəlilləri tam əsassızdır. CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talam a cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlar ını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın o na verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edil məlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətin ə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi tam sübuta yetirilmişdir. Məhkumun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmu ş əməli törətməsi zərərçəkmiş şəxs, şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Kassasiya şikayətinin zərərçəkmiş şəxslə məhkum arasında pul alınması ilə bağlı münasibətlərin mülki xarakterli olması ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqi tapmır. Məhkum tərəfindən ittiham olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün olaraq təqsirli bilmişdir. Bu səbəbdən kassasiya şikayətinin məhkuma bəraət verməsi barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinc i instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunu r və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanun u ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təq sirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Res publikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar