Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1731/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən hakim K.Əliyev) 01 sentyabr 2022-ci il tarixli 1(039)-152/2022 nömrəli hökmü ilə, xx xxxxxxxx 1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 24 may 2022- ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,349 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda əldə edib üzərində saxlamış, həmin narkotik vasitəni 06 fevral 2022-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri B.İmanov küçəsində yerləşən böyük həcmli transformatorun yaxınlığında tanışı Şahid1 30 manata satmış, Şahid1 isə narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə növbəti gün yəni 07 fevral 2022-ci il tarixdə, saat 10 radələrində Yevlax şəhəri, Y.Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 10:50-dən saat 11:10-dək olan müddət ərzində müdafiəçinin i ştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində Məhkum ona satmış olduğu 0,349 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib qablaşdırılaraq götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 1(107)-399/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 1(039)-152/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyab r 2022-ci il tarixli 1(107)-399/2022 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Qərarın qanunsuz olması ilk öncə onunla müəyyən olunmuşdur ki, müdafiə etdiyi şəxs hazırki ittihamla heç vaxt özünü təqsirli hesab etməmişdir. Nə istintaq dövrü, nə məhkəmə istintaqında ittihamın bir cümləsini belə qəbul etməmişdir. Birinci inistansiya məhkəməsinin hökmünün ikinci səhifəsinin ikinci abzasında Məhkum ifadələri onun qeyd etdiyi kimi yaz ılmamışdır. Şəxs heç bir cümləsində “həmin maddəni öz istifadəsi üçün saxlamışdır” ifadəsini işlətməmişdir. Bundan başqa onun ifadəsinin son cümləsində “özü istifadə etmək üçün narkotik vasitə əldə etsədə heç vaxt onları satmaq niyyəti olmamışdır”. Bu fikirlər Məhkum aid deyil. Şəxs telefon danışığnda ancaq metal ilə bağlı ona zəng olunduğu bildirilmişdir. Şəxs etmədiyi bir cinayətə görə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4mun ifadəsi tamamilə yalnış yazılmışdır. Şəxs məhkəmə istintaqı zamanı ağlamış, çoxsaylı suallara cavab verərək Sadıxoğludan heç bir narkotik vasitə almadığını, yalan ifadə verməyə məcbur edildiyini bildirmişdir. Şəxs yəni şahid ağladığından məhkəmə tərəfindən bir neçə dəqiqə koridorda gözləmiş və təkrar ifadə vermişdir. İttihamçının v erdiyi suallara cavab olaraq bildirmişdir ki, o yalan ifadə vermişdir. Əsil ifadəni isə hazırda məhkəmədə verir. Məhkum heç bir narkotik vasitə almamışdır. Yalan ifadə verməyə məcbur edildiyini bildirmişdir. Bu səbəbdəndə onun ifadələri hökmdə düzgün qeyd edilmədiyindən onun şahid qismində apellyasiya məhkəməsinə çağırılmasını və qeyd etdiklərinin təkrar soruşulmasını xahiş etmişdir. Eyni ilə şahidin və təqsirləndirilənin ifadələrində olan ona aid olmayan ifadələrin qeyd edilməsini nəzərə alaraq protokolda düzəlişin edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkum özü narkotiklərlə mübarizə aparırdı. Bununla əlaqədar Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsi ilə əməkdaşlıq etmişdir. Şəxs heç kimə narkotik vasitə satmayıb. Bu şəkildə istintaqın aparılması eləcədə hökm ç ıxarılması qanuni və ədalətli deyildir. Müdafiə etdiyi şəxsə etmədiyi bir cinayətə görə 3 il 8 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Müdafiə etdiyi şəxs barəsində Şəki Apellyasiya Məhkəməsində qaldırdığı hallara obyektiv qiymət verilməyib. Məhkəmənin çəkilişlə gedən iclasında şahid eyni vəziyyəti təkrarən eyni fikirləri məhkəmədə hakimlərə bildirib. Müdafiə etdiyi şəxsdən heç bir narkotik vasitəni almadığını bildirib. İşdə narkotik vasitənin müdafiə etdiyi şəxsin üzərində nə olmasını, nə də onun satışını konkret ortaya qoyan heç bir sübut mövcud deyildir. Belə olan halda müdafiə etdiyi şəxsin satışını ortaya qoya biləcək, nə dəlil nə də sübut mövcud deyildir. Məhkum edilmiş Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirsizdir. Məhkəmədən ədalətli bir qərarı n qəbul edilməsini və bu maddə üzrə ona bərəat verilməsini istəyir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdi m edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektiv liyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəmə sinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və M.N.Zülfiqarovun ifadələri, məhkəmə ekspertizalarının rəylə ri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.2-c i maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, o, ara sıra narkotik vasitə olan heroindən istifadə edir. Öz adına rəsmiləşdirilməyən ***-***-**-** saylı telefon nömrəsini istifadə edir. O, Yevlax şəhər sakini Şahid1 tanısa da, sonuncuya nəinki 06 fevral 2022-ci il tarixdə ümumiyyətlə narkotik vasitə satmamışdır. O, 06 fevral 2022-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı nömrəsi ilə Şahid1 istifadə etdiyi telefon nömrəsi ilə dəmir alış verişi ilə bağlı danışmış, lakin ona narkotik vasitə satacağı barədə heçnə deməmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb, özü istifadə etmək üçün narkotik vasitə əldə etsə də, heç vaxt onları satmaq niyyəti olmamışd ır. Hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid1 həm ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində, eləcədə təqsirləndirilən şəxslə aralarında olan üzləşdirmə protokolunda verdiyi ifadəsində, şəxsi axtarış protokolunda verdiyi izahatında, onun barəsində olan cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılarkən və hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsində şahid qismində verilmiş ifadəsində onda aşkar edilmiş narkotik vasitəni Məhkumdan aldığını etiraf etmişdir. Apellyasiya məhkəməsinin məhkəmə iclasında Şahid1 narkotik vasitəni Məhkumdan almadığını göstərsə də, apellyasiya məhkəməsi onun bu ifadəsini inandırıcı qəbul etməmişdir. Belə ki, işdə olan Bakcell MMC-dən təqdim olunmuş CD diskə baxış keçirilməsi barədə 28 may 2022-ci il tarixli p rotokoldan görünür ki, Şahid1 məxsus olan ***-***-**-** nömrəli telefonla Məhkum istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 2021-ci ilin dekabr ayından 2022-ci ilin feval ayının 7-dək çox saylı telefon zəngləri və danışıqları olmuş, bundan başqa məhz 06 fevral 2022-ci il saat 21:10 dəqiqədən 07 fevral 2022-ci il saat 01:48 radələrinədək onlar arasında 6 dəfə telefon danışığı olmuşdur. Halbuki, Məhkum məhkəmə kollegiyasının iclasında verdiyi ifadələrində Samiqi tanımadığını bildirmiş, Şahid1 yollarda metal dəmir yığıb satdığını və ondan ona məxsus həyətindəki köhnə avtomobili metal kimi almaq istədiyini demiş, fevral ayının 6-sı, 7-si Samiqlə danışmadığını və görüşmədiyini bildirərək ziddiyyətli ifadələr vermişdir. Öz növbəsində Şahid1 apellyasiya məhkəməsində təqsirləndirilə n şəxslə ancaq səhər tezdən danışdığını, gecə 01-02 radələrində telefonla danışdığını xatırlamadığını, ancaq təqsirləndirilən şəxslə dəmir almaq məqsədilə telefonla danışdığını, təqsirləndirilən şəxsdən ancaq kiçik ölçülü xırda-xuruş dəmirlər aldığını, Şahid1 həyətində metalolom avtomobil, böyük olçülü dəmir görmədiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum və Şahid1 məhkəmə iclasında verdiyi ifadələrin arasında ziddiyyətlərin olmasını nəzərə alıb, Şahid1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində, habelə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun olan, onun apellyasiya instansiyası məhkəməsində şahid qismində verdiyi ifadəsini isə həqiqətə uyğun olmayan ifadə ki mi qiymətləndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna və işin hallarına nəzər salaraq məhkəmələrin bu mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbə rliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsin də cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1731/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1731/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver