Məhkəmə qərarları › İş №1(102)-1731/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1731/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1731/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, barəsində tibbi xarakterli məcburi tədbirlər t ətbiq edilmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi) Azər Paşayev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-1277/2022 nömrəli 20 sentyabr 2022-ci il tarixli hökmü ilə, xx xxxx 1992-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum həmkə ndlisi Şahid9 10 aprel 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Bakı şəhəri, Binəqədi rayonu, 4cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin yaxınlığındakı “Ot Bazarı” kimi tanınan ərazidə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş münaqişə zamanı sonuncular tərəfindən döyülməsini deməsindən sonra həmin şəxslərlə görüşüb məsələni ayırd etmələri üçün istintaqa məlum olmayan bıçaqla silahlanıb, tanışı Şahid10 ilə birlikdə həmin gün saat 17:50 radələrində özünün idarə etdiyi “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı və Şahid10 idarə etdiyi “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə həmin ünvana, Bakı şəhəri, Binəqədi rayonu, Binəqə di şossesi, döngə 1 ünvanındakı “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gəlmiş və bu zaman tanışı Şahid9 qabaqda, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 isə ondan bir qədər arxada getdiklərini görüb idarə etdiyi avtomaşını Zərərçəkmiş şəxs1 qarşısında saxladıqdan və avtomaşının əlcək qabında olan istintaqa məlum olmayan bıçağı götürərək yerə düşdükdən sonra baş verənlərə aydınlıq gətirməyə hər hansı bir cəhd göstərmədən, Şahid10 və Şahid9 ilə bir qrup şəxs halında ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub həmin ərazidəki şəxslərə və açıq aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mən əviyyat normalarını tapdalayaraq bir çox insanın, yəni ətrafdakı şəxslərin mənafelərinə toxunan, ictimai qaydanı kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan, eləcə də silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək əks tərəflə qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə əlbəyaxa olarkən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə güclü yumruq zərbəsi endirərək sonuncuya üzün sağ gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra isə qarşılıqlı dava zamanı Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qər arına gəlmiş və cinayətkar qəsdini həyata keçirmək məqsədi ilə əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsinə zərbə endirərək, döş qəfəsinin ön səthində solda bir ədəd plevra boşluğuna nüfuz edən, ürəyin sol mədəciyinin yaralanması ilə müşayiət olunan, ölümlə səbəbli əlaqəsi olan, kəskin qanitirməyə səbəb olmuş, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd edilən hallarla bağlı başlanılmış cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə, Şahid9 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Şahid10 Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsi ilə ittihamlar irəli sürülmüş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə, Şahid9 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Şahid10 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə baxılarkən, məhkəmə iclasında keçirilmiş məhkəmə-psixiatrik və təkrar məhkəmə-psixiatrik ekspertizalarının rəylərinə əsasən müəyyən edilmişdir ki, Məhkum ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, lakin cinayət əməllərini törətdikdən sonra Məhkum «şizofreniya simptomları ilə müşayiət olunan polimo rf psixotik pozuntu» müəyyən edilmiş, bu psixi pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmiş və bununla əlaqədar ekspertlər tərəfindən CM-in 95.0.3-cü maddəsinə əsasən Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə, Şahid9 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Şahid10 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işindən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü mad dələri ilə olan cinayət işi ayrıca icraata ayrılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-in 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərini törətdikdən sonra psixi xəstəliyi tutulduğundan və bunun nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum olunduğundan, onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədr lik edən və məruzəçi) Fərid Əyyubov və Emin Mehdiyev) 07 avqust 2023-cü il tarixli 1(103)-121/2023 nömrəli qərarı ilə məhkumun müdafiəçisinin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarı ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarı ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum əməlini tövsif edərək cinayət işinin hallarını düzgün qiymətləndirməmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizalarının rəylərində Məhkum əziyyət çəkdiyi psixi xəstəliyin fərqli göstərməsinə baxmayaraq, onun diaqnozu dəqiqləşdirmək üçün qanunla nəzərdə tutulmuş tədbirlər görməmiş, cinayət işinin hallarının tam və hərtərəfli araşdırılmasına yönəldilmiş ittiham tərəfinin vəsatətləri əsassız olaraq təmin edilməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verilmiş və təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsassız qərar qəbul olunmuşdur. Belə ki, kassa siya protestində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 tərəfindən Məhkum bıçaq zərbələrinin endirməsi sonuncunun əlinə bıçaq alaraq, münaqişəyə qoşulması, Zərərçəkmiş şəxs1 yumruqla zərbə vurub onu yerə yıxması və əlində bıçaqla üzərinə əyilməsi ilə əlaqədar olmuşdur. Məhz Məhkum bu hərəkətlərindən sonra Zərərçəkmiş şəxs2 öz atasını müdafiə edərək Məhkum bıçaq zərbələri endirmişdir. Dövlət ittihamçısının fikrincə işin bu halı Məhkum zəruri müdafiə vəziyyətində olmasını və onun əməlinin CM-in 123-cü maddəsi ilə tövsif edilməsini istisna edir. Həmçinin Məhkum əməlinin biri-birini istisna edən həm CM-in 123-cü maddəsi ilə, həm də 221.3-cü maddəsi ilə tövsif edilməsi düzgün hesab edilə bilməz. Bundan başqa, kassasiya protestində qeyd edilmişdir ki, birinci və apellyasiya instansiyası mərhələlə rində, Məhkum barəsində keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2022-ci il tarixli 24 saylı rəyində onda “kəskin şizofreniyayabənzər psixotik pozuntu”, 18 may 2022-ci il tarixli 64 saylı və 11 fevral 2023-cü il tarixli 17 saylı rəylərində isə “şizofreniya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu” xəstəliyinin olması, CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi və CM-in 95.0.3-cü maddəsinə əsasən onun ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə ehtiyacının olması qeyd edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi fərqli diaqnozların qoyulması səbəblərini araşdırılmamış, Məhkum həm hadisəyə qədər, həm də cinayət işi üzrə ibtidai istintaq və məhkəmə icraatı zamanı normal davranışını nəzərə almamışdır. Həmçinin kassasiya protestində qeyd edilmişdir ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Məhkum həqiqətən psixi pozuntudan əziyyət çəkib-çəkməməsini və işin digər hallarını müəyyən etmək məqsədilə onun barəsində olan tibbi sənədlərin tələb edilməsi barədə vəsatətlər versə də, həmin vəsatətlər heç bir əsaslandırılma aparılmadan təmin olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən qərar ədalətsiz və qanunsuzdur. Belə ki, apellyasiya məhkəməsinin Məhkum cinayət əməlini özünü müdafiə vəziyyətində törətməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və əsassızdır. Bundan başqa, cinayət işi üzrə Məhkum barəsində keçirilmiş məhkəmə-psixiatrik ekspertizaları rəylərinin kifayət qədər əsaslandırılmam ış və ziddiyyətli olmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin nöqsanların aradan qaldırılması üçün tədbir görməmiş, ittiham tərəfinin həqiqətən pxisi pozuntudan əziyyət çəkib-çəkməməsini və işin digər hallarını müəyyən etmək məqsədilə onun barəsində olan tibbi sənədlərin tələb edilməsi barədə vəsatətlər versə də, həmin vəsatətlər heç bir əsaslandırılma aparılmadan təmin olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya məhkəmə sinə qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinin və Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmaması, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və Məhkum əməlinin təqsirli bilindiyi CM-in 120.2.2 və 221.3-cü maddələrindən həmin Məcəllənin 123.1 və 221.3-cü maddələrinə tövsif edilməsinin və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəz ərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bakı Ağır Cinayətlər Məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 2 21.3-cü maddələri ilə, Şahid9 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Şahid10 Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsi ilə baxılarkən istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki halların cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq edilməsinə dair nəticəyə gəlmiş, lakin istintaq orqanın Məhkum əməlinə verilmiş hüquqi qiymətlə razılaşmayaraq, onun əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edərək, nəticəyə gəlmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkiblərini yaradır. Birinci instansiya məhkəməsi öz mövqeyi onunla əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi sonuncunun ona iki dəfə bıçaqla vurduqdan sonra, y əni özünü müdafiə edərək endirmiş, belə vəziyyətdə o, zəruri müdafiə vəziyyətdə olmuş, lakin müdafiə həddini aşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi barədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Məhkum tanışı Şahid9 xahişi ilə hadisə yerinə gələrək bıçaqla silahlanmış və heç bir araşdırma aparmadan sonuncu ilə münaqişədə iştirak etmiş Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə güclü yumruq zərbəsi endirərək onu yerə yıxmış və əlindəki bıçaqla onun üzərinə əyilmişdir. Həmin mənzərəni görən Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 atasını müdafiə etmək üçün Məhkum iki bıçaq zərbəsi endirərək ona yüngül bədən xəsarətləri yetirmişdir. Bundan s onra Məhkum əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi vuraraq sonuncunu öldürmüşdür. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə Məhkum Zərərçəkmiş şəxs1 qarşı zorakılıq əməlləri xuliqanlıq kimi və məhz xuliqanlıq niyyəti ilə törədilmiş əməllər kimi qiymətləndirmişdir. Göründüyü kimi Məhkum qarşı Zərərçəkmiş şəxs2 tərəfindən iki bıçaq zərbəsi məhz Məhkum Zərərçəkmiş şəxs2 atasına qarşı törədilmiş xuliqanlıq zorakı hərəkətlərini dayandırmaq və atasını müdafiə etmək məqsədi ilə vurulmuşdur. Məhkəmə isə Zərərçəkmiş şəxs2 bu əməlləri xuliqanlıq hərəkətləri törədən Məhkum üçün özünü müdafiə hüququ yaradan əsas kimi qiymətləndirmiş və öz xuliqanlıq hərəkətləri davam edən Məhkum bıçaq zərbəsi vuraraq Zərərçəkmiş şəxs2 öldürməsi əməli CM-in 123.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu mövqedən çıxış edərək, hüquqi səhvə yol vermişdir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən ona qarşı törədilmiş xuliqanlıq hərəkətlərinin dayandırılması üçün törədilmiş zorakı əməllər həmin xuliqanlıq hərəkətlərini davam edən şəxs üçün zəruri müdafiə vəziyyətini yaratmır və xuliqanlıq edən şəxsin ona müqavimət göstərən zərərçəkmiş şəxsin öldürməsi zəruri müdafiə həddini aşmaqla törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyi nin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub- olmaması — psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum psixi sağlamlığını müəyyən etmək üçün ibtidai istintaq zamanı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizası (25 may 2021-ci il tarixli 1103 saylı rəy), birinci instansiya məhkəməsində iki təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası (04 mart 2022-ci il tarixli 24 saylı və 18 may 2022-ci il tarixli 64 saylı rəy), apellyasiya instansiyası məhkəməsində bir təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası (11 fevral 2023-cü il tarixli 17 saylı rəy) keçirilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25 may 2021-ci il tarixli 1103 saylı rəyinə əsasən Məhkum hər hansı bir psixi xəstəliyinin əlamətləri aşkar olunmamış, o cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Həmin ekspertiza Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin pozulması ilə (rəy tək ekspert tərəfindən verilmişdir) keçirildiyindən birinci instansiya məhkəməsi CPM-in 267.2-ci maddəsinə əsasən müdafiə tərəfinin vəsatətinə əsasən Məhkum barəsində təkrar məhkəmə-psixiatrik ekspertizası keçirilmiş və həmin ekspertizanın 04 mart 2022-ci il tarixli 24 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Məhkum cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qanuni nümayəndə təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Lakin hal-hazırda Məhkum «kəskin şizofreniyayabənzər psixotik pozuntu» müəyyən edilmiş, həmin psixi pozuntu ilə əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı üçün CM-in 95.0.3-cü maddəsinə əsasən Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Dövlət ittihamçısının vəsatətinə əsasən birinci instansiya məhkəməsinin məhkəmə iclasında təyin edilmiş təkrar məhkəmə-psixiatrik ekspertizasının 18 may 2022-ci il tarixli 64 saylı rəyinə əsasən Məhkum cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qanuni nümayəndə təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməli, onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Lakin cinayət törətdikdən sonra Məhkum “şizofreniya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu” müəyyən edilmiş, həmin psixi pozuntu nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum olunmuş və CM-in 21.3-cü maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görü lmüşdür. Dövlət ittihamçısının vəsatətinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təyin edilmiş təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli 17 saylı rəyindən görünür ki, Məhkum cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qanuni nümayəndə təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməli, onun hərəkətləri Azərbaycan Resbublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Lakin cinayət törətdikdən sonra Məhkum «şizofreniya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu» müəyyən edilmiş və həmin xəstəliyi ilə əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum olunmuş, CM-in 21.3cü maddəsinin təsiri altına düşür və CM-in 95.0.3-cü maddəsinə əsasən Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Dövlət ittihamçısı vəsatət verərək təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, ekspertlər tərəfindən məhkəmə-psixiatrik ekspertizalarının rəyləri kifayət qədəq əsaslandırılmamış, bəzi suallara ümumiyyətlə cavab verilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən vəsatət əsassız olduğundan təmin edilməmiş, cinayət işi üzrə birinci instansiya məhkəməsinin Məhkum barəsində gəldiyi nəticə ilə razılaşmış və birinci instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm apellyasiya məhkəmə icraatı zamanı hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ekspertlər tərəfindən Məhkum obyektiv müayinəsi ilə yanaşı onun barəsində toplanmış anamnezin məlumatları ilə əsaslandırılmışlar. Belə ki, Məhkum barəsində toplanmış anamnezdə qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi-Əsəb Dispanserində 28 avqust 2020-ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək “şizofreniya simptomları ilə müşayiət olunan polimorf psixotik pozğunluq” diaqnozu ilə müalicədə olmuşdur. İşin bu halı müdafiə tərəfinin təqdim edildiyi və cinayət işinə əlavə edilmiş tibbi sənədlərin kserosurətləri və Ağdam Ruhi-Əsəb Di spanserinin məktubu ilə təsdiq olunmuşdur. Apellyasiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, ittiham tərəfi ekspertlərin rəyləri əsaslandığı sübutlar – anamnez məlumatlarını yoxlamaq üçün, habelə təqsirləndirilən şəxsin psixi sağlamlığı ilə əlaqədar tibbi sənədlərin tələb edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmışdır. Lakin apellyasiya məhkəməsi həmin vəsatətləri təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Göründüyü kimi dövlət ittihamçısının vəsatəti təqsirləndirilən şəxs Məhkum barəsində keçirilmiş məh kəmə-psixiatrik ekspertizalarının rəylərinin qiymətləndirilməsi, yəni onların əsaslandığı sübutların yoxlanılmasına, yəni əhəmiyyət kəsb edən işin halların yoxlanılmasına yönəldilən vəsatətlər olmuşdur. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24” dekabr 2021-ci il tarixli № 15 qərtarının 14-cü bəndində də məhkəmələrə izah olunmuşdur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM -in 121.2-ci maddəsinin tələblərinə riayət etməyərək təqsirləndirilən şəxsin psixi sağlamlığını müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına əməl etməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum əməlinin CM-in 123 və 221.3-cü maddələrinə tövsif edərkən səhvə yol vermiş, habelə ittihamın vəsatətləri təmin etmədən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrin in tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və xahiş edilmişdir ki, həmin qərar ləğv edilsin və cinayət işi üzrə sübutlar araşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntuları aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarından apellyasiya protesti üzrə işə baxarkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənm əsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla m ühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə v ə ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi barədə cinayət prosessual qanunların normaları düzgün tətbiq edilməmişdir. Ona görə də verilmiş kassasiya protesti və kassasiya şikayəti təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 07 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar