Məhkəmə qərarları › İş №1(102)-1732/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1732/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1732/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli, 1(107)-181/2022 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(091)-88/2021 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxx il tarixdə Qax rayonu İngiloy kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilməklə 1 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, x qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 13 av qust 2020-ci il tarixli hökmü ilə bir il sınaq müddətinə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, həmin hökmlə Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2020-ci il tarixdən hesablamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər R.R.Rəfi yev və V.İ,Məlikovdan ibarət tərkibdə) 21 sentyabr 2021-ci il tarixli, 1(107)322/2021 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli 1(102)-427/2022 qərarı ilə əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 1(107)322/2021 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər N.R.Mövsumov və İ.S.Qılıcovdan ibarət məhkəmə tərkibi). Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli, 1(107)-181/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər G.Q.Abbasov və İ.H.Şükürov ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə bir il sınaq müddətinə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, həmin hökmlə Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2020-ci il tarixdən hesablamışdır. Şəki Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmündən məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Şəki Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Məhkum Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü madddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum edilməklə 1 il şərti sınaq müddəti cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda bundan nəticə çıxartmayaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində mobil telefonda ilkin olaraq tanışı Zərərçəkmiş şəxs onu söydüyünü əsas gətirərək sonuncu ilə əsassız mübahisə yaratmış, daha sonra qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində yaşadığı Qax rayonu, Qaxingiloy kəndində yerləşən "9 Mərtəbə” adlanan yerdə yenidən Zərərçəkmiş şəxs ilə onu tel efonda söydüyünü əsas gətirib yersiz mübahisə etmiş, öz qərəzli hərəkətlərinin davamı olaraq qeyd olunan tarixdə saat təxminən 23 radələrində yaşadığı Qax rayonu, Qaxingiloy kəndində yerləşən təkər təmiri sexinin qarşısında aqressivlik nümayiş etdirməklə Zərərçəkmiş şəxs ilə əvvəlcə sözlü mübahisə etmiş və həmin vaxtı üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi və cinayətin aləti hesab olunan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən, xuliqanlıq niyyəti ilə sonuncunun qarın nahiyəsindən bir dəfə vurmaqla ona qarnın yuxarı sol iç səthindən qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və müsariqənin zədələnməsi ilə nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yaraya səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarəti yetirmi şdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə o, xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada - Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Əməlin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Məhkum kassasiya şikayətinin digər dəlili isə odur ki, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Mə hkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünün və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsini, ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 4 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmadığını, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünü qanuniliyini və əs aslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol verilməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Məhkum zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsinin motivi sadəcə olaraq Zərərçəkmiş şəxs ona başqasının nişanlısını təhdid etməyi dayandırmaqdan ibarət olan adi davranış tərzində, mövcud vəziyyətə müt ənasib formada ifadə olunan iradı olmuş, zərərçəkmiş şəxsin hər hansı şəkildə aqressiv reaksiyaya səbəb ola bilməyən tərzdə etdiyi iradına cavab olaraq Məhkum özünün şəxsi mənafeyini hər şeydən öndə tutmaqla, aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirmiş, nəticədə səbəb olmadan üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Apellyasiya Məhkəməsinin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirməsinin müəyyən edilmiş sayılmasına dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid1, X3, Şahid5 və digərlərinin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-cı il tarixli 216 saylı rəyinə, digər sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şər h edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu yekun nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Həmçinin qeyd olunmalıdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında (04 may 2022-ci il tarixli hökmündə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Məhkum ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi deyil, 126.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlilə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən onun cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın (7 il müddətə) cəza təyin etməklə, həmçinin əvvəlki hökmlə 1 il sınaq müddətinə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirməklə, Məhkum zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, cəzasını ağırlaşdıran hal kimi isə cəzanın CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya müvafiq olaraq (təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın son həddinin yarısından az olmamaq şərti ilə) təyin edilməsini tələb edən cinayətlərin residivini, şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli, 1(107)-181/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli, 1(107)-181/2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar