Məhkəmə qərarları › İş №1(102)-1732/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1732/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1732/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərər çəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(103)-1398/2023 nömrəli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmm ədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(101)-130/2023 nömrəli hökmü ilə (sədrlik edən C.V.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 1974-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 126.3-cü maddəsi ilə 10 (on) il müddətinə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablamışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxs Məhkum qarşı mənəvi zərərin əvəzi olaraq ******* (bir milyon) manat, maddi ziyanın əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Hökmdən Məhkum, müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən H.H.Əhmədov, hakimlər Z.A.Şirinov və İ.A.İbrahimlidən ibarət tərkibdə) 02 noyabr 2023-cü il tarixli, 1(103)-1398/2023 nömrəli qərarı ilə apellyasiya müraciətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qız ı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri irəli sürülmüş ittihama əsasən o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs Məhkum 16 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 tərəfindən dəvət olunduğu ünvan 2 ünvanda yerləşən "Kosmos” adlı kafeyə Şahid6 ilə gedib əvvəldən məclisdə iştirak edən Zərərçəkmiş şəxs1 tanışları Şahid2, Şahid1, Şahid4, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid5 ilə birlikdə masa arxasında oturub bir qədər spirtli içki qəbul etdikdən sonra masa arxasında əyləşən Şahid1 polis əməkdaşı olduğunu bilib Zərərçəkmiş şəxs1 polis əməkdaşı ilə bir masa arxasında əyləşdirilməsini irad bildirdikdən sonra sonuncu ilə aralarında yaranmış mübahisə ilə bağlı əyləşdikləri kafedən çıxaraq kafenin qarşısında söhbət edib aralarında ola n mübahisəyə son qoyduqdan sonra həmin yeri tərk edərək məclisdə iştirak edən Zərərçəkmiş şəxs2 idarə etdiyi "Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı evə getmək istəyərkən onunla birlikdə getməyi təkid edib avtomobilə əyləşən Zərərçəkmiş şəxs1la 16 yanvar 2022ci il tarixdə, saat 23:35 radələrində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında saxladığı, oğlu X6 məxsus etibarnamə əsasında idarə etdiyi “Volkswagen Jetta” markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq onunla həmin yerə gəlmiş Zərərçəkmiş şəxs1la söhbət edən zaman ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək şalvarın sağ yan cibində gəzdirdiyi soyuq silah hesab edilən ümumi uzunluğu 274 millimetr, tiyəsinin uzunluğu 147 millimetr, eni əsasında 25 millimetr, ortada 33 millimetr, ucunda 1 millimetr, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyi metallik korpusdan hazırlanmış, digər hissədə qırmızı rəngli plastik materialdan lövhələrlə bərkidilmiş dəstəyinin uzunluğu 127 millimetr, eni 20 millimetrdən 35 millimetrə qədər olan qalınlığı 10 millimetrdən 15 millimetrə qədər olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün kənardakı şəxslərin diqqətini özünə cəlb edib vətənda şların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq özünü ətrafdakılara qarşı qoyaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi qeyd olunan bıçaqla zərbə yetirərək təkrarən xuliqanlıq etməklə sonuncuya dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyəsinə 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, onun zərbələrindən kənarlaşdığını görüb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətini sona çatdırmaq məqsədilə sonuncuya tərəf gedib ardıcıl bıçaq zərbələri endirərkən Zərərçəkmiş şəxs2 dəfələrlə onun əlindən tutmaqla cinayətkar əməlinin qarşını almağa çalışmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş - kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində i stifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, ibtidai istintaq orqanı həm də belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum 2021-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən ümumi uzunluğu 615 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, tiyənin ucu orta xətt üzərində yerləşən, tiyənin bir üzündə ulduz aypara və müvafiq yazı işarələri həkk edilmiş, tiyənin orta x ətdən uzunluğu 465 millimetr, orta hissədə eni 37 millimetr, maksimal qalınlığı 4 millimetr olan, dəstəyi əsası tiyənin davamı olmaqla sarı rəngli taxta və metal materialdan hazırlanmış, dəstəyin ön tərəfində yuxarıya doğru 10 millimetr, aşağıya doğru 19 millimetr ölçüdə çıxıntı məhdudlaşdırıcı olan, dəstəyinin uzunluğu 150 millimetr, orta hissədə eni 30 millimetr, orta hissədə qalınlığı 22 millimetr olan kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd xəncəri qanunsuz olaraq əldə edərək gəzdirmiş, qeyd olunan xəncər axtarış və götürmə aparılması haqqında qərarla 17 yanvar 2022-ci il tarixdə saat 02:20-də Ziya Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən DYPnın 17 saylı cərimə meydançasında saxlanılan X10 məxsus X11 tərəfindən etib arnamə əsasında idarə olunan BMW markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı istintaq orqanın gəldiyi nəticə (təkrarlıq əlaməti xaric edilməklə) ilə razılaşsa da, yekun məhkəmə aktında Məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması, bunun Məhkum ehtiyatsızlığı üzündən zərərçəkmiş şəxsin ölümünə səbəb olması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 126.3-cü maddəsinə tövsif etmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin və kassasiya protestinin də lilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürdüyü halda, onun əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 126.3-cü maddəsinə tövsif edilmişdir. Bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Kassasiya protestinin müəllifi iddia edir ki, Məhkum tərəfindən heç bir əsaslı səbəb olmadan bıçaqla İsa Əbüləzimovun vurulması Məhkum xuliqanlıq niyyətini, özünün şəxsiyyətini istər İsa Əbüləzimovun, istərsə də həmin vaxtı orada olmuş şəxslərin fövqündə qoymasını, gecə vaxtı insanların istirahət etdiyi zam anda cəmiyyətə qarşı açıqca hörmətsizliyi və laqeydliyini ifadə edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu da kassasiya şikayətini, o cümlədən Məhkum əməllərinin hüquqi tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 126.3-cü maddəsinə dəyişdirilməsinin əsassız və qanunsuz olması barədə qənaətini eyni dəlillərlə əsasla ndırmışdır. Həmçinin, nümayəndə A.Məmmədov hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiasının tam həcmdə təmin edilməsi üçün əsasların olmasına baxmayaraq, məhkəmələr mülki iddianı baxılmamış saxlamaqla qanun pozuntusuna yol vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi də cinayət-prosessual qanunun 416.1.2 və 416.1.15-ci maddələrinə istinad etməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında tələb irəli sürmüşdür. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxla manın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmə nin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətini deyil, bundan daha ağır, o cümlədən Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə kassasiya tələbini mə hkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi də, verdiyi kassasiya şikayətini faktiki olaraq Cinayət-Prosessual Məcəlləsinin eyni müddəaları ilə əsaslandırmışdır. Odur ki, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığı nı yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin ( CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsinin kassasiya müraciətlərində iddia etdiklərinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə ittiham tərəfinin dəlilləri (əməllərində bundan daha ağır, o cümlədən Cinayət Məcəlləsinin 120.2.2-cı maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin əlamətlərinin olması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya müraciətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya müraciətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməs ində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübut ların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya müraciətləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələrin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, Məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması, bunun Məhkum ehtiyatsılığı üzündən zərərçəkmiş şəxsin ölümünə səbəb olması haqqında nəticəyə gəlməsi və onun əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 126.3-cü maddəsinə tövsif etməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının cavab verən nəticə kimi özün ü göstərir, kollegiya isə məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formala şmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti və apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya müraciətlərində göstərilən dəlillərə apellyasiya instansiy ası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən, kassasiya müraciətlərində apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətlərində Məhkum əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 126.3-cü maddəsinə tövsif etməsi ilə bağlı irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bu səbəbdən apellyasiya məhkəməsinin Məhkum hərəkətlərini Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmaya münasibətdə qə sd, nəticəyə (zərərçəkmişin ölümünə) münasibətdə ehtiyatsızlıq kimi qəbul etməsi və onun əməlinə Cinayət Məcəlləsinin 120.2.2ci maddəsini deyil, CM-in 126.3-cü maddəsini şamil etməsi sübutlara, işin faktiki hallarına və cinayət qanununa əsaslanmayan nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif olunmaması hissəsində kassasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya müraciətlərinin (Məhkum əməlini tövsifi hissəsində) təmin olunması, apellyasiya məhkəməsinin mübahi sələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya məhkəməsinin dəyişdirmədən saxladığı cəza ilə əlaqədar isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normalara görə təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Lakin, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəza haqqınd a bunları söyləmək, yəni bu cəzanın təyin edilməsi və yoxlanılması zamanı məhkəmələr tərəfindən qeyd olunan cinayət-hüquqi normalara əməl olunduğunu, o cümlədən Məhkum şəxsiyyətinin, törətdiyi cinayətin xarakterinin və ictimai təhlükəliliyinin lazımınca nəzərə alındığını iddia etmək mümkün deyil. Çünki, işin hallarından görünür ki, Məhkum qanunsuz olaraq soyuq silah əldə etmiş, həmin soyuq silahı üzərində gəzdirməklə və ondan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlər etmiş, yekunda istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyəsinə 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini, mərhum Zərərçəkmiş şəxs1 isə ölümünə səbəb olan ağır xəsarətlər y etrimişdir. Qeyd olunan hallar təqsirkarın artıq möhkəmlənmiş kriminal meyil və bacarıqlardan xəbər verir. Digər tərəfdən Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərdən zərər çəkmiş Zərərçəkmiş şəxs1 hüquqi varisi X7 bütün icraat boyunca Məhkum şikayətçi olmuş, onun ağır maddə ilə ağır cəza təyin edilməsi üzərində israr etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmələr qeyd olunanları nəzərə almadan yalnız təqsirkarın cəzasını yüngülləşdirən hallardan çıxış edərək Məhkum Cinayət Məcəlləsinin 126. 3, 221.3 və 228.4cü maddələrinin (CM 126.3-cü maddəsi ilə 10 il, CM-nin 221.3-cü maddəsi ilə 2 il, CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətə ) faktiki olaraq ən aşağı hədlərində və cinayətlərin məcmusu üzrə qismən toplanılma üsulu (cəmi 6 ay) ilə təyin olunmuş 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə islah olunacağını mümkün saymışlar. Məhkəmə kollegiyasının bu fikirləri ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarını müqayisə etdikdə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə cinayətlərin məcmusu üzrə təyin olunmuş 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlayarkən, CM-in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və cəzanın məqsədlərini müstəsna olaraq cəzanın müddəti ilə müqayisə etmiş, onun şəxsiyyətinin düzgün qiymətləndirilməsinə, cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcələrinə, törədilmə hallarına əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından təyin edilmiş cəzanın meydana gəlmiş ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını araşdırmamışdır. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tə sbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Təsvir olunanlar onu göstərir ki, baxılan işdə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hallara yol verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlunun məhkəmələrin qanunsuz olaraq tərəflərindən verilmiş mülki iddianın təmin edilməməsi haqqında kassasiya şikayətində irəli sürdüyü dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu dəlillərin əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kas sasiya şikayəti ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxs Məhkum 15000 manat maddi zərərin, ******* manat mənəvi zərərin əvəzi olaraq ona verilməsinə dair hazırki cinayət işi üzrə icraatda verilmiş mülki iddiası birinci instansiya məhkəməsində baxılmamış saxlanılmış, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi mülki iddia üzrə qeyd olunan nəticəyə gələrkən zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş mülki iddianın təsdiqi üçün tələb olunan sübutları təqdim etməməsi ilə əlaqələndirmişdir. Nəticədə birinci instansiya məhkəməsi işin faktiki hallarına və araş dırılmış sübutlara istinad edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 354.1-ci maddəsi ndə nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri (353.2.9-cu maddə), nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) (maddə 353.4.10) göstərilməlidir. Kassasiya şikayətində mülki iddianın təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbi cavablandırarkən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiy ası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza təqsirinin seçilməsi, sübutların həlli, həm də iş üzrə verilmiş mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxa lq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş mülki iddianın maddi ziyanla bağlı hissəsinə münasibətdə iddianın kifayət qədər təsdiq olunması üçün sübutlar təqdim etməməsi ilə bağlı gəldikləri qənaətlə razılaşır. Lakin məhkəmələrin mülki iddianın mənəvi ziyanla bağlı hissəsində zərərçəkmiş şəxsin hüquqi varisinin ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməməsindən çıxış edərək verilmiş mülki iddianın həmin hissədə də baxılmamış saxlanılması haqqında yekun qənaətlərini cinayət-prosessual qanunvericiliyin tələbləri ilə uzlaşan nəticə kimi qəbul etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsiz lik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin p resedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi olan mülki iddiaçı X7 mərhum Zərərçəkmiş şəxs1 anası olmaqla onun yaxın qohumudur. Mülki cavabdeh Məhkum cinayət işi üzrə təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində ittiham hökmü çıxarılmışdır. Bunun əksinə hər hansı digər hal müəyyən edilməmişsə, oğulun qətlə yetirilməsi nəticəsində ananın mənəvi sarsıntı və psixi iztirab keçirməsi qaçılmazdır, lakin hazırki halda birinci instan siya məhkəməsi zərərçəkmiş şəxsin verdiyi mülki iddianın müvafiq hissəsinin dəlillərinə heç bir münasibət bildirmədən, onun təmin edilməməsi haqda nəticə vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən hallar diqqətə çatdırılmaqla, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq, mülki iddia tələbinin tam təmin olunmasının tələb olunmasına baxmayaraq, apellyasiya məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin hökmündə gəldiyi nəticə ilə bağlı əməlin düzgün tövsif edilib-edilməməsi və təyin edilmiş cəza ilə bağlı məsələlərə hüquqi qiymət versə də, apellyasiya şikayətinin mülki iddianın həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə dair hissəsinə münasibətdə ümumiyyətlə heç bir araşdırma apa rmamış, hökmü qeyd olunan hissədə də, qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı (Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü ilə birlikdə) yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi olan Güllü Aslanovaya yol verdiyi cinayət əməlləri nəticəsində vurduğu mənəvi ziyanın düzgün müəyyən edilməsi üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırdıqları sübutlar arasında zid diyyətlərin aradan qaldırılması üçün lazımi tədbirləri görməmiş, həmin sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmçinin məhkumun təhlil edilən məsələlərlə bağlı irəli sürdüyü dəlillərə cavab verməmiş, bu dəlillərin əsaslı olubolmamasını yoxlamamış, qəbul etdiyi yekun qərarı isə kifayət qədər əsaslandıra bilməmişdir. Qeyd olunanlar zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlunun apellyasiya instansiyası məhkəməsinin bu cür qərar çıxarmaqla zərərçəkmiş tərəfin mənafeyinə toxunan məsələni cinayət-prosessual qanunun tələblərinin ziddinə olaraq həll etməsi barədə dəlilinin qismən əsaslı olduğunu; apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməs ini, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasına (mənəvi ziyanla bağlı) aid məsələyə apellyasiya məhkəməsində yenidən baxılmasını tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(103)-1398/2023 nömrəli qərarı baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 mənəvi ziyanın vurulması ilə bağlı mülki iddia və Məhkum təyin edilmiş cəza hissəsində ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(103)-1398/2023 nömrəli ləğv edilsin, cinayət işi zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı X3 mülki iddiasına (mə nəvi ziyanla bağlı) aid məsələyə, həmçinin Məhkum təyin edilmiş cəzaya aid hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar