Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1733/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Zərərçəkmiş şəxs2 nümayəndəsi X5 Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X3 Məhkum Pensər oğlunun iştirakları ilə 17.07.1990-cı ildə Ağdam rayonu, *********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətənda şı, orta təhsilli, əvvəllər məhkum olmamış, Ağdam rayonu, *********** kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Pensər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Zərərçəkmiş şəxs2 rəisi A6 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin rəisi X tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.A.Səfərov) Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə nəzə rdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 il 8 ay 7 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində çəkilməmiş qalan 9 ay 23 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmiş, verilmiş mülki iddia qismən təmin edilərək, 30.103,04 manatın Məhkum Pensər oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçılar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən), F.A.Qasımov və E.Y.Şamayev) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü dəyişdirilməklə, hökmdən CM-nin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs kimi, 01.01.2010-cu il tarixdən 01.01.2014-cü il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 78.3, 82, 151.5.2, 152.1, 174, 175, 177.1, 177.2 və 177.6 və 180.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəya nnamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə, əlavə dəyər və sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 153398,04 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İbtidai istintaq orqanının qənaətinə görə isə, Məhkum, hüquqi ünvanı ünvan 2 vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Ağcabədi rayonunda işlərin görülməsindən və malların təqdim edilməsindən cəmiyyətin 2012-ci ilin 2-ci rübü üzrə 66.690,00 manat hasilatından 2 faiz vergi dərəcəsi ilə 1333,80 manat, 3-cü rübü üzrə 36.290,00 manat hasilatından 2 faiz vergi dərəcəsi ilə 725,80 manat, 4-cü rübü üzrə 42.220,00 manat hasilatından 2 fa iz vergi dərəcəsi ilə 844,40 manat olmaqla, cəmi 2904,00 məbləğində sadələşdirilmiş vergi; 2012-ci ilin 2-ci rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 39,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,46 manat, 3-cü rübü üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 39,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,46 manat, 4-cü rübü üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 39,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,46 manat olmaqla, cəmi 16,38 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini bəyan edərək, ödəməli olduğu halda, həmin dövrlər üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına vergi tutulan dövriyyəsinin olmaması barədə bəyannamələr təqdim etməklə, ümumilikdə 2920,38 manat məbləğində vergiləri dövlət büdcəs inə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum, hüquqi ünvanı ünvan 3 kimi alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhərində malların, iş və xidmətlərin təqdim edilməsindən cəmiyyətin 2013-cü ilin iyun ayı üzrə əldə etdiyi 8274,28 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1489,37 manat, iyul ayı üzrə 57.185,60 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 10.293,41 manat olmaqla, cəmi 11.782,78 manat məbləğində əlavə dəyər vergisini (ƏDV), 2013-cü ilin iyun ayı üzrə cəmiyyətin bir nəfər işçisinə 1 ay ərzində ödənilmiş 20,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 2,80 manat, iyul ayı üzrə 1 ay ərzində ödənilmiş 20,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 2,80 manat olmaqla, cəmi 5.60 manat məbləğində muzdlu işlə əla qədar ödəmə mənbəyində tutulan vergini bəyan edərək ödəməli olduğu halda, qeyd edilən dövrlər üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 11788,38 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, hüquqi ünvanı ünvan 3 kimi qeydiyyat alınmış "xxxx" MMCnin fəaliyyətinə rəhbərlik edərkən, Şabran rayonunda və Bakı şəhərində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2013-cü ilin iyun ayı üzrə əldə etdiyi 25.201,56 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 4536,28 manat. iyul ayı üzrə 8551,28 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1539,28 manat, avqust ayı üzrə 21.398,34 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 3851,70 manat olmaqla, cəmi 9927,21 manat məbləğində ƏDVni; 2013-cü ilin iyul ayı üzrə cəmiyyətin bir nəfər işçisinə 1 ay ərzində ödənilmiş 20,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 2,80 manat, avqust ayı üzrə 1 ay ərzində ödənilmiş 20,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 2,80 manat olmaqla, cəmi 5,60 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini bəyan edərək ödəməli olduğu halda, qeyd edilən dövrlər üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 9932,81 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum, hüquqi ünvanı ünvan 3 kimi qeydiyyata alınmış "xxxx " MMCnin fəaliyyətində rəhbərlik edərkən, Bakı şəhərində malların təqdim edilməsindən 2013-cü ilin may ayı əldə etdiyi 53.390,34 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 9610,26 manat məbləğində ƏDV-ni; 2013-cü ili may ayı üzrə cəmiyyətin bir nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 9615,58 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, hüquqi ünvanı ünvan 3 kimi qeydiyyata alınmış "xxxx" MMCnin fəaliyyətinə rəhbərlik edər kən, Bakı şəhərində malların təqdim edilməsindən 2013-cü ilin iyul ayı üzrə əldə etdiyi 65.448,23 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 11.780,68 manat məbləğində ƏDV-ni, 2013-cü ilin 2-ci rübü üzrə cəmiyyətin bir nəfər işçisinə 1 ay ərzində ödənilmiş 36,58 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,12 manat, həmin ilin iyul ayı üzrə 1 ay ərzində ödənilmiş 20,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 2,80 manat olmaqla, cəmi 7,92 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 11.788,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmı şdır. Bundan əlavə, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMCnin fəaliyyətinə rəhbərlik edərkən, Şamaxı, Zaqatala və Şəki rayonlarında işlərin görülməsindən 2012-ci ilin 4-cü rübü üzrə əldə etdiyi 79.954,50 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 1599,09 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin yanvar ayı üzrə 42271,17 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 7608,81 manat, fevral ayı üzrə 17.983,06 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 3236,95 manat, mart ayı üzrə 32.627,12 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 5872,88 manat, aprel ayı üzrə 87269,34 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 15708,48 manat, may ayı üzrə 3105,95 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 559,07 manat olmaqla, cəmi 32.986,19 manat məbləğində ƏDV-ni; 2012-ci ilin 4-cü rübü üzrə cəmiyyətin bir nəfər işçisinə 3 ayı ərzində ödənilmiş 303,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 42,42 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 34627,70 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bunlarla yanaşı, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMCnin fəaliyyətinə rəhbərlik edərkən, Zaqatala rayonunda xidmətlərin göstərilməsindən 2012ci ilin 4-cü rübü üzrə əldə etdiyi 113.428,00 manat hasilatdan 2 fai z vergi dərəcəsi ilə 2268,56 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, 2268,56 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, hüquqi ünvanı ünvan ****** ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhəri ərazisində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2010-cu ilin 2-ci rübü üzrə əldə etdiyi 54.123,25 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 2164,93 manat, 2011ci ilin 1-ci rübü üzrə 32.650 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 1306,00 manat, 2-ci rübü üzrə 530,00 manat hasi latdan 4 faiz vergi dərəcəsi ilə 21,20 manat, 3-cü rübü üzrə 37.440,00 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 1497,60 manat olmaqla, cəmi 4989,73 məbləğində sadələşdirilmiş vergini; 2010-cu ilin 4-cü rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 2 ay ərzində ödənilmiş 60,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 8,40 manat, 2011-ci ilin 1-ci rübü üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 30,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 4,20 manat, 2-ci rübü üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 30,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 4,20 manat, 3cü rübü üzrə 1 nəfər işçisinə 1 ay ərzində Ödənilmiş 30,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 4,20 manat olmaqla, cəmi 21,00 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesa blayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 5010,73 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum, hüquqi ünvanı ünvan 6rgi. ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhəri ərazisində xidmətlərin göstərilməsindən 2012-ci ilin iyun ayı üzrə əldə etdiyi 24.483,89 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 4407,10 manat, iyul ayı üzrə 21.692,39 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 3904,63, manat, avqust ayı üzrə 60.139,23 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 30.825,06 manat, sentyabr ayı üzrə 70.612,95 man at vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 12.710,33 manat, oktyabr ayı üzrə 32.299,06 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 5813,83 manat, noyabr ayı üzrə 5135,62 manat vergi tutulan dövriyyəsindən 18 faız vergi dərəcəsi ilə 924,41manat, dekabr ayı üzrə 10.792,39 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1942,63 manat, 2013-cü ilin yanvar ayı üzrə 6027,56 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1084,96 manat, fevral ayı üzrə 3830,50 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 689,49 manat, aprel ayı üzrə 6779,67 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1220,34 manat, may ayı üzrə 4345,34 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 728,16 manat olmaqla, cəmi 44250.94 manat məbləğində ƏDV-ni, 2012-ci ilin iyul ayı üzrə cəmiyyətin 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, avqust ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, sentyabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, oktyabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, noyabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, dekabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 m anat, 2013-cü ilin yanvar ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, fevral ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, aprel ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, may ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi 5,32 manat olmaqla, cəmi 106,12 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2012-ci il üzrə 38.238,20 manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 7647,64 manat, 2013-cü il üzrə 3447,15 vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 689,43 manat olmaqla, cəmi 8337,07 manat mənfəət vergisini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 52.694,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, hüquqi ünvanı olan Füzuli rayonunun ************** kəndi olan, Zərərçəkmiş şəxs2 vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Ağdam rayonunun ərazisində malların təqdim edilməsindən 2013-cü ilin 4-cü rübü üzrə əldə etdiyi 24.740,00 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 494,80 manat və Ağcabədi rayonunun ərazisində xidmətlərin göstərilməsindən 2014-cü ilin 2-ci rübü üzrə 203.612,00 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 4072,24 manat olmaqla, cəmi 4567,04 məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərərək, ümumilikdə 4567,04 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bunlardan başqa, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhəri ərazisində işlərin görülməsindən və malların təqdim edilməsindən 2012-ci ilin 4-cü rübü üzrə əldə etdiyi 100.258,00 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 4010,32 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin 4-ci rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi d ərəcəsi ilə 14,14 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini bəyan edərək ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına vergi tutulan dövriyyənin olmaması barədə bəyannamələr təqdim etməklə, ümumilikdə 4024,46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMCnin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhəri ərazisində xidmətlərin göstərilməsindən əldə etdiyi 120.879,25 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 4835,17 manat, Sumqayıt şəhəri ərazisində xidmətlərin göstərilməsindən əldə etdiyi 74907,75 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 1498,15 manat olmaqla, cəmi 6333,32 manat məbləğində sadələşdirilmiş vergini; 2013-cü ilin yanvar ayı üzrə mal-materialların, xidmət və işlərin təqdim edilməsindən əldə etdiyi 1322,05 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 237,97 manat, fevral ayı üzrə 79.801,73 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 14.364,31 manat, mart ayı üzrə 53.016,95 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 9543,05 manat, aprel ayı üzrə 33.084,39 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 5955,19 manat, may ayı üzrə 46.169,50 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 8310,51 manat, iyun ayı üzrə 3994,39 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 718,99 manat olmaqla, cəmi 39130,02 manat məbləğində ƏDV-ni; 2012-ci ilin 4-cü rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, 2013-cü yanvar ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində Ödənilmiş 38,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, fevral ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, mart ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, aprel ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, may ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat, iyun ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 38,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 5,32 manat olm aqla, cəmi 46,06 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2013-cü il üzrə 36231,50.manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 7246,30 manat məbləğində mənfəət vergisini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığım göstərməklə, ümumilikdə 52.755,70 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Göyçə rayonunun və Sumqayıt şəhərinin ərazilərində xidmətlərin göstərilməsindən 2012-ci ilin 3-cü rübü üzrə əldə etdiyi 59.653,00 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 1193,06 manat, Gəncə şəhəri, Göyg öl və Neftçala rayonlarının ərazilərində malların təqdim edilməsindən və işlərin görülməsindən həmin ilin 4-cü rübü üzrə əldə etdiyi 172.842,00 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 3456,84 manat olmaqla, cəmi 4649,90 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin noyabr ayı üzrə mal-materialların, xidmət və işlərin təqdim edilməsindən əldə etdiyi 68.370,78 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 12.306,74 manat, dekabr ayı üzrə 27.169,50 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 4890,51 manat, 2013-cü ilin yanvar ayı üzrə 15.254,23 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 2745,76 manat, fevral ayı üzrə 9322,06 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 1677,97 manat, mart ayı üzrə 2089,84 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 376,17 manat və may ayı üzrə 12.678,73 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 2282,17 manat olmaqla, cəmi 24.279,32 manat məbləğində ƏDV-ni, 2012-ci ilin 4-cü rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 3 ay ərzində ödənilmiş 201,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 28,14 manat, 2013-cü yanvar ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 4,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 0,56 manat, fevral ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 4,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 0,56 manat, mart ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 4,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 0,56 manat olmaqla, cəmi 29,82 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mən bəyində tutulan vergini, 2012-ci il üzrə 15.923,35 manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 3184,67 manat, 2013-cü il üzrə 6557,50 manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 1311,50 manat olmaqla, cəmi 4496,17 manat məbləğində mənfəət vergisini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 33.455,21 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qeyd edilənlərlə yanaşı, Məhkum, hüquqi ünvanı ünvan 4 kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, 2012-ci ilin 3-cü rübü üzrə Gəncə şəhəri ərazisində malların təqdim edilməsində əldə etdiyi 58.000,00 manat hasilatdan, Qaza x rayonu ərazisində xidmətlərin göstərilməsində əldə etdiyi 76.037,00 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 2608,74 manat və həmin ilin 4-cü rübü üzrə Zaqatala rayonu ərazisində işlərin görülməsindən əldə etdiyi 63.992,50 manat hasilatdan 2 faiz vergi dərəcəsi ilə 1279,85 və Bakı şəhəri ərazisində malların təqdim edilməsindən və xidmətlərin göstərilməsindən əldə etdiyi 27542,25 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 2381,54 manat olmaqla, cəmi 4990,28 manat məbləğində sadələşdirilmiş vergini; 2012ci ilin dekabr ayı üzrə müxtəlif adda mal-materiallar, xidmət və işlərin təqdim edilməsindən əldə etdiyi 45.754,23 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 8235,76 manat, 2013-cü ilin fevral ayı üzrə 36618,67 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi i lə 6591,36 manat, mart ayı üzrə 3808,45 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 685,52 manat, may ayı üzrə 11.822,06 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 2127,97 manat olmaqla, cəmi 17640,61 manat məbləğində ƏDV-ni; 2013-cü il üzrə 8708,20 manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 1311,50 manat məbləğində mənfəət vergisini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 25.897,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bunlardan başqa, Məhkum, hüquqi ünvanı ünvan 2 vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərkən, Bakı şəhəri ərazisində müxtəlif adda mal-materialların, iş və xidmətlərin təqdim edilməsindən 2012-ci ilin 1-ci rübü üzrə əldə etdiyi 237.794,00 manat hasilatdan 4 faiz vergi dərəcəsi ilə 9511,76 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin aprel ayı üzrə mal-materialların, xidmət və işlərin təqdim edilməsindən əldə etdiyi 61.373,50 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 11.047,23 manat, may ayı üzrə 120.230,62 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 21.641,51 manat, iyun ayı üzrə 72.951,28 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 13.131,23 manat, iyul ayı üzrə 64.195,78 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 11.555,24 manat, avqust ayı üzrə 31.201,67 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi d ərəcəsi ilə 5616,30 manat, sentyabr ayı üzrə 43.372,89 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 7807,12 manat, noyabr ayı üzrə 25.855,95 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 4654,07 manat və dekabr ayı üzrə 17.228,84 manat vergi tutulan dövriyyəsindən 18 faiz vergi dərəcəsi ilə 3101,19 manat olmaqla, cəmi 78.553,89 manat məbləğində ƏDV-ni, 2012-ci ilin 1-ci rübü üzrə cəmiyyətin 1 nəfər işçisinə 3 ay ərzində ödənilmiş 113,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 15,82 manat, həmin ilim aprel ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, may ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, iyun ayı ü zrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, iyul ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, avqust ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, sentyabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat, noyabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqından 14 faiz vergi dərəcəsi ilə 14,14 manat və dekabr ayı üzrə 1 nəfər işçisinə 1 ay ərzində ödənilmiş 101,00 manat əmək haqqında 14 faiz vergi dərəcəsi ilə 14,14 manat olmaqla, cəmi 128,94 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənb əyində tutulan vergini, 2012-ci il üzrə 72735,05 manat vergiyə cəlb olunan mənfəətdən 20 faiz vergi dərəcəsi ilə 14547,01 manat məbləğində mənfəət vergisini hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrdə vergi tutulan dövriyyənin olmadığını göstərməklə, ümumilikdə 102.741,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Zərərçəkmiş şəxs2 rəisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Füzuli Rayon Vergilər İdarəsinin mülki iddiasının tam, yəni 4567,04 manat məbləğində təmin edilməsi barədə qərar qəbul olunması xahiş olu nur. Şikayət müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi qərarı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsi onların tərəfindən verilmiş 4567,04 manat məbləğində mülki iddianı qismən, yəni 2283,52 manat məbləğində təmin edilməsi barədə qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qərarı qüvvədə saxlamışdır. Məhkəmələr bu zaman məhkəmə-mühasibatlıq ekspertizasının 27 noyabr 2017-ci il tarixli rəyini əsas götürmüşlər. Ekspertlər həmin rəyə gələrkən Məhkum rəhbərlik etdiyi "xxxx" MMC-nin Bakı şəhərində fəaliyyət göstərmədiyini əsas tutaraq, MMC-nin vergi öhdəliyinin əldə olunmuş hasilatın 2 faizi həcmində hesablanmalı olduğunu bildirmişlər. Halbuki, vergi orqanında olan baza məlumatlarına əsasən ” Vetur” MMC-nin rayon ərazisində hər hansı daşınmaz əmlakı, işçi qüvvəsi, istehsal sahəsi mövcud olmamışdır, həmçinin müəssisəyə pul köçürən təşkilatlar Bakı şəhərində yerləşir və müəssisənin əməliyyat aparılmış bank hesabı Bakı şəhərindədir. Mülki iddiaçı hesab edir ki, məhz yuxarıda sadalananlara əsasən MMC-yə dövriyyəyə görə sadələşdirilmiş vergi 2 faizlə deyil 4 faizlə hesablanmalıdır. Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsi, 13 saylı Ərazi Vergilər İdarəsinin mülki iddiasının tam, yəni 359.527,43 manat məbləğində təmin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, eləcə də sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılmamış, onlara düzgün hüquqi qiymər verilməmiş, qərəzsizlik prinsipi pozulmuşdur. Belə ki, məhkəmələrin sübut kimi qəbul etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 27 noyabr 2017-ci il tarixli rəyində vergilərin məbləğinin azaldılmasının səbəbi Vergilər Məcəlləsinin 155.1-ci maddəsinə 20 oktyabr 2014-cü il tarixli 1384-İVQD nömrəli Qanunla edilən dəyişikliyə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyiniyaradan vergi tutulan əməliyyatların həcminin 120.000 manatdan 200.000 manatadək qaldırılmasına istinad edilməsi olmuşdur. Mülki iddiaçı hesab edir ki, Konstitusiyanın 149-cu maddəsini rəhbər tutmaqla vergi öhdəliklərini vaxtında, əməliyyat ların aparıldığı vaxtda qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirməyənvergi ödəyicilərinə münasibətdə hüquqi aktların qüvvəsinin geriyə şamil olunması sui-istifadə hallarının artmasına, intizamlı vergi ödəyicilərinə münasibətdə diskriminasiyanın yaranmasına, digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnər. Mülki iddiaçı həmçinin qeyd edir ki, məhkəmə qərarlarında Məhkum tərəfindən cəmi 153.398,04 manat məbləğində vergilərin az hesablandığı nəticəsinə gəlinmiş, əlavə olaraq qeyd edilmişdir ki, həmin məbləğdən 123.295 manat dövlət büdcəsinə ödənişlər edilmişdir. Ona görə də sonda iddia məbləği qismən, yəni 30.103,04 manat məbləğində təmin edilmişdir. (153.298,04 – 123.295 = 30.103,04) Mülki iddiaçı bildirir ki, məhkəmə qərarlarında ödənilmə si göstərilən 123.295 manat məbləğin hansı müəssisələr üzrə, hansı tarixlərdə və məbləğdə ödənilməsi göstərilmir. Mülki iddiaçının fikrincə, Məhkum rəhbərlik etdiyi müəssisələrdən "xxxx" MMC, ”Neftun” MMC və "xxxx" MMC-lər üzrə ödənişlər olmamış, digər müəssisələrdən – "xxxx" MMC,”Vela” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lər üzrə onların şəxsi hesab məlumatlarına əsasən edilən bütün ödənişlər 13 saylı Ərazi Vergi İdarəsi tərəfindən materiallar hazirlanaraq,vergi orqanında akt tərtib olunan zaman nəzərə alınmış (Yəni mülki iddia məbləğindən çıxılmış) lakin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan zaman, eləcə də məhkəmə baxışı zamanı heç bir ödəniş olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəl illərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndələri Z6, R7 və dövlət ittihamçı R6, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş hər iki mülki iddiaçı verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edirlər. Hər iki şikayətin dəlil ləri əsasən eyni məzmunlu olduğundan məhkəmə kollegiyası hər iki şikayətə birlikdə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iddiaçıların kassasiya şikayətlərində irəli sürülən dəlillər, 0 onların apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cina yət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi həm ibtidai istintaq dövrü, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı dövrü verilmiş ekspert rəylərini tədqiq edib qeyd etmişdir ki, ibti dai istintaq dövrü keçirilmiş ekspertizalar səyyar vergi yoxlama aktları nəticələri üzrə keçirilərək, həmin aktlarda istinad edilmiş sənədlər, həmçinin rentabellilik əsasında keçirilmiş, lakin məhkəmə istintaqı dövrü keçirilmiş ekspertiza rəyləri işdə olan bütün sübutlar, həmçinin təqsirləndirilən şəxs tərəfindən məhkəmə baxışında təqdim edilmiş əlavə sübutlar, maliyyə-mühasibat hesabatları, maliyyə-təsərrüfat sənədləri, ödəniş sənədləri, yəni istintaq orqanı tərəfindən nəzərə alınmamış və ekspertizaya təqdim edilməmiş, lakin məhkəmə baxışında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əlavə sənədlər əsasında daha ətraflı tədqiqat aparıldığından, məhkəmə həmin ekspert rəylərindən məhkəmə istintaqı dövründə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin əlavə təkrar komisyon məhkəmə-mühasi bat ekspertizasının 27.11.2017-ci il tarixli 16894 nömrəli rəyini kifayət qədər əsaslı hesab etmiş, mötəbər sübut kimi qiymətləndirmiş və qeyd etmişdir ki, məhkəmə istintaqı dövründə araşdırılmış mötəbər sübutlarla təsdiq edilmişdir ki, ekspert rəyi üzrə təqsirləndirilən şəxs tərəfindən cəmi 153.398,04 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur ki, həmin məbləğdən də 123.295 manat dövlətə ödənilmiş və hazırda ödənilməmiş məbləğ 30.103,04 manat təşkil edir ki, bununla da həmin məbləğ dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır, ona görə də vergi orqanlannın verdikləri mülki iddialar həmin həcmdə qismən təmin edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumdan tutulmalı olan verginin onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi 201 2-ci il üzrə Vergi Məcəlləsinin 155-ci maddəsi ilə müəyyən olunmuş vergi tutulan əməliyyatların həcmini 120.000 manatdan artıq hissəsi üzrə hesablanıb vergi tutulması barədə dəlilləri ilə də razılaşmır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Məhkum sahibkarlıq fəaliyyəti ilə 2011 və 2012-ci illərdə məşğul olsa da, ona məxsus müəssisələrin vergi yoxlaması daha sonralar aparılmış və onun barəsində vergidən yayınma üzrə məhkəmə baxışı 2017-2018ci illərdə keçirilmişdir. Həmin dövrdə isə Azərbaycan Respublikası Vergilər Məcəlləsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə bir çox dəyişikliklər olunmuş, o cümlədən Vergilər Məcəlləsinin 155-ci maddəsində müəyyən olunmuş vergi tutulan əməliyyatların 120.000 manatdan artıq həcmi 200.000 manatdan artıq həcmi ki mi dəyişdirilmişdir. Məhkəmə baxışı zamanı təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində də ekspertlər qanunun bu dəyişikliyinin Məhkum da barəsində tətbiq edilməli olmasını göstərmiş və əsaslı olaraq bu hal konstitusion əsas kimi məhkəmə tərəfindən də qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinin təqsirləndirilən şəxs Məhkum rəhbərlik etdiyi MMC-nin vergi öhdəliyinin əldə olunmuş hasilatın 4 faizi həcmində hesab lanmalı olmasına dair dəlillərini əsasssız hesab edir. Bu məsələ ilə bağlı ekspert bildirmişdir ki, ona təqdim olunmuş sənədlər üzrə qanunvericiliyə uyğun olaraq MMC-nin vergi öhdəliyinin əldə olunmuş hasilatın 2 faizi həcmində hesablanmalı olması və vergi tutulması qeyd olunmuşdur və həmin əsaslar üzrə də o, bu hesablamanı həyata keçirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı mülki iddiaçıların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1733/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1733/2019
18.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver