Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1733/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi (vəkil) Nümayəndə, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsini (hakimlər: X12 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə) 1 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Ş.Şü kürov küçəsi dalan 1, ev 3-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəza çəkməsinin başlanğıcının 19 iyun 2021-ci il tarixdən hesab edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun narkoloji dispanserdə qeydiyyata alınması haqqında yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə) 13 aprel 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X1 Azərbaycan Respublikasının CM-in 120.2.4-cü maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-617/2021 №-li 1 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 18 iyun 2021-ci il tarixdə müalicə aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi X19 çıxaraq yaş adığı evə gəlmək məqsədi ilə Bakı şəhəri, Lökbatan dairəsi adlanan əraziyə gəlib, oradan Bakı şəhərindən Şirvan şəhərinə sərnişin daşınması xidməti göstərən avtobusa minmiş, avtobus təxminən saat 17 radələrində Şirvan şəhərinin ərazisində olan zaman həmin avtobusa Ələt qəsəbəsinin ərazisində əmisi xx.xx.1981-ci il təvəllüdlü X6 ilə birlikdə minmiş xx.xx.2004-cü il təvəllüdlü Şahid1 ilə bir-birlərinə çəpəki baxmaları səbəbindən aralarında sözlə yaranmış mübahisəyə F.V.Babayevin müdaxiləsi nəticəsində şiddətlənmiş mübahisə zamanı sonuncunun ona irad tutması və əli ilə bir dəfə zərbə vurmasından hiddətlənərək avtobusdan Şirvan şəhəri, H.Əliyev prospektində, yəni avtovağzal adlanan hissədə yerə düşdükdən sonra baş vermiş mübahisəni aydınlaşdırmaqdan ötrü yolun kənarında dayanmış Fəxrəddin və Ş ahid1lərə yaxınlaşaraq Şahid1 hansı səbəbdən onu vurmalarına dair verdiyi suala sərt cavab verməsi nəticəsində sonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq Fəxrəddin və Şahid1lərin üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr vuraraq sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyi, habelə oradan qaçan zaman sonuncuların arxasınca nalayiq küçə söyüşləri söydüklərindən daha da əsəbləşərək bıçaq əldə edib onları cəzalandırmaq qərarına gəlib, bu məqsədlə yaxınlıqda olan “Təklə” marketdən bir ədəd mətbəx bıçağı alaraq pulunu ödəmədən Fəxrəddin və Şahid1lərin arxasınca getmək məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “Mercedes E270” markalı, **-DL-*** dövlət nömrəli nişanlı avtomaşına minərək təxminən 3 00 metr getdikdən sonra Fəxrəddin və Şahid1ləri gördükdə maşından düşərək sonuncuların arxasınca qaçmış, səsləməsi nəticəsində Fəxrəddin və Şahid1lər Şirvan şəhərinin, Köhnə şəhər adlanan hissəsində, yəni Mahir Mirzəyev küçəsində yerləşən, fəaliyyət göstərməyən metal qəbulu sexinin qarşısında dayanaraq, F.V.Babayevin çıxıb getməsi ilə bağlı tələblərinə məhəl qoymayıb, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədi ilə xüsusi amansızlıqla F.V.Babayevi öldürmək niyyətini reallaşdırmaqdan ötrü təxminən saat 18 radələrində Fəxrəddin Babayevin hadisə yerində olan qardaşı oğlu Şahid1 gözləri qarşısında ona iztirab verdiyini dərk etməklə xüsusi amansızlıq nümayiş etdirib sağ əlində olan bıçaqla orada F.V.Babayevə bir dəfə zərbə vurub sonuncuya “döş boşluğu nun sol yarısında döş və qarın boşluqlarına keçən deşilmiş-kəsilmiş” yara ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, F.V.Babayev aldığı xəsarətlərdən “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X22 cərrahiyyə əməliyyatı edilən zaman aldığı deşilmiş-kəsilmiş yara nəticəsində baş vermiş daxili və xaricə massiv qanitirmə səbəbindən ölmüş, yəni F.V.Babayevi qəsdən xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum təqsirli bilindiyi CM-in 120.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin olunması barədə qərar çıxarılmas ı xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçilərin və dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cina yət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər in törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasın dan və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə t əqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıd ır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halı (himayəsində bir nəfər azyaşlı uşağının olmasını) və ağırlaşdıran halın olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya ins tansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin dəyişdirilməsinin (ağırlaşdırılması) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhk əmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri nin məhkuma cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dıyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1733/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1733/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver