Məhkəmə qərarları › İş №1(102)-1734/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1734/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1734/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və bəraət verilmiş Əskərov Elşən Səfər oğlunun müdafiəçisi Hümbətov Pərviz Şakir oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş Əskərov Elşən Səfər oğlunun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) 11 noyabr 2021-ci il tarixli hökmü ilə 08 mart 1985-ci ildə Astara rayonu Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Əskərov Elşən Səfər oğluna Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilib onun Astara RMX poliklinika şöbəsinin narkoloji kabinetində “Həşiş narkomanı” diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sucəddin oğlundan ibarət tərkibdə) 05 may 2022-ci il tarixli hökmü ilə Əskərov Elşən Səfər oğlunun müdafiəçisi Hümbətov Pərviz Şakir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Əskərov Elşən Səfər oğlunun müdafiəçisi Hümbətov Pərviz Şakir oğlunun apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 1(099)-160/2021 nömrəli hökmü ləğv edilmişdir. Əskərov Elşən Səfər oğluna Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli s ürülmüş ittihamlar üzrə bəraət verilmişdir. Əskərov Elşən Səfər oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Əskərov Elşən Səfər oğluna təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən Astara RPŞ-də saxlanılan 6656,913 qram qurudulmuş marixuana mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Astara rayon Prokuroruna göndərilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsa sən Əskərov Elşən Səfər oğlu əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi va ya götürülmədiyi halda tərbiyə və islah olunmayaraq 16 sentyabr 2020-ci il tarixdə şəxsiyyəti müəyyən edilməyən “Cavanşir” adlı şəxslə külli miqdarda narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq narkotik vasitələri satma barədə əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu “Cavanşir” adlı şəxsdən bir ədəd bağlamada ümumi təmiz çəkisi 6657,013 (altı kiloqram altı yüz əlli yeddi tam mində on üç) qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, yaşadığı Astara rayonu Təngərüd kəndindəki fərdi yaşayış evinə daşıyaraq, həm in narkotik vasitədən bir ədəd polietilen bağlamada, ümumi təmiz çəkisi 470,0(dörd yüz yetmiş) qram olan narkotik vasitə qurudulmuş marixuananı evin girişindən sol tərəfdə yerləşən yataq otağının künc hissəsində qoyulmuş çarpayının üzərindəki döşəyin altında, iki ədəd bükümdə, təmiz çəkiləri 1,236qram və 0,557qram olan, ümumi təmiz çəkisi 1,793(bir tam mində yeddi yüz doxsan üç) qram olan narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Veqas” sözləri yazılmış siqaret qutusunun içərisində bir ədəd siqaret kağızının içərisinə doldurulmuş halda, ümumi təmiz çəkisi 0,220(sıfır tam mində iki yüz iyirmi)qram olan narkotik vasitə qurudulmuş marixuananı girişdən sağ tərəfdə yerləşən yataq otağında olan qoşa çarpayının üzərindəki döşəyin altında və ümumi təmiz çəkisi 6185,0(altı kiloqram, yüz s əksən beş)qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı evin zirzəmisində bir ədəd ağ rəngli torbada qablaşdıraraq saxlamış, 17 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Təngərüd kəndində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evində aparılan axtarış zamanı göstərilən bükümlərdə və çəkilərdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana qeyd olunan yerlərdən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Elşən Əskərova qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, işdə olan eksper t rəyləri və digər sübutlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Elşən Əskərov hər iki məhkəmə istintaqı zamanı özünmüdafiə xarakterli ifadələr versə də, ibtidai araşdırma dövründə izahatında, eləcə də müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qismən etirafedici ifadələri vermişdir. Bundan başqa, məhkəmə istintaqında Astara rayonu Təngərüd kənd sakini Bəşirə Abdullayevaya və onun ailə üzvlərinə qarşı baş vermiş quldurluq cinayət hadisəsi ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı 22 sentyabr 2020-ci il tarixdə şahid qismində dindirilmiş Elşən Əskərov imzaladığı həmin ifadəsində 17 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin otaqlarına baxış və axtarış aparılarkən otaqlarda aşkar olunan marixuananın ona məxsu s olduğunu etiraf etmiş, lakin zirzəmidə aşkar olunan ağ torbadakı marixuananın ona aid olmadığını göstərmişdir. Bundan başqa, Elşən Əskərovun evindən aşkar edilmiş həmin narkotik vasitənin evinə polis əməkdaşları və ya digər kənar şəxslər tərəfindən qərəzli olaraq qoyulması barədə məhkəmə istintaqında bildirdiyi xüsusatlar isə tədqiq olunmuş sübutlarla təsdiq olunmamışdır. 18 sentyabr 2020-ci il tarixli, 690 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən, Əskərov Elşən Səfər oğlunda çətənə bitkisi preparatlarım tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, məhkəmə kollegiyası bəraət hökmünü əs aslandırarkən müdafiəçinin məhkəməyə təqdim etdiyi Elşən Əskərovun polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı üzrə Astara Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 6(018)01/2022 saylı və Astara rayon prokurorluğunun böyük köməkçisi Məmmədli Allahyar Qədir oğlunun 104C-20 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərarların ləğv edilərək Əskərov Elşən Səfər oğlunun Astara RPŞnin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı toplanmış 104C-20 nömrəli araşdırma materialları üzrə tam və hərtərəfli araşdırma aparılması Astara Rayon Prokurorluğuna həvalə olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin 6(106)18/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarının məzmununu bəraət hökmünün təsviri-əsaslandırıcı hissə sində göstərməklə kifayətlənmiş, lakin hökmdə həmin xüsusata aid konkret münasibət bildirməyərək hökmü ehtimallar və şübhələr əsasında qəbul etmişdir. Halbuki, Elşən Əskərovun 17 sentyabr 2020-ci il tarixdə Astara RPŞ-də olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və döyülməsi halı tədqiq olunmuş sübutlarla təsdiq olunmamışdır. Belə ki, Elşən Əskərovun döyülməsi və bədən xəsarəti alması faktı üzrə üç dəfə araşdırma aparılmışdır. Belə ki, ibtidai istintaq zamanı Elşən Əskərovun bədən xəsarəti alması faktı üzrə Astara rayon prokurorluğunda araşdırma aparılmış və 3 noyabr 2020-ci il tarixli qərarla Elşən Əskərova qarşı hər hansı bir polis əməkdaşlarının, o cümlədən Astara RPŞ-nm əməkdaşları Fuad Fətəliyev və Araz Hüseynovun əməllərində cinayət tərkibinin olmadığına görə cin ayət işinin başlanması rədd edilmişdir, ikinci dəfə məhkəmə nəzarəti qaydasında müdafiəçinin vəsatəti əsasında Astara rayon prokurorluğunun 3 noyabr 2020-ci il tarixli qərarı Astara Rayon Məhkəməsi tərəfindən 3 iyun 2021-ci il tarixli qərarı ilə ləğv edilərək həmin fakt üzrə əlavə araşdırma aparılması üçün materiallar Astara rayon prokurorluğuna göndərilmişdir. Astara rayon prokurorluğunun 14 iyul 2021-ci il tarixli qərarına əsasən Elşən Əskərovun polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyasının bəraət hökmünü əsaslandırarkən qeyd etdiyi Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə həmin qərarlar ləğv edilib həmin xüsusatın yenidən araşdırılması Astara rayon prokurorluğuna həvalə olunduqdan sonra yenidən araşdırma aparılmış və həmin araşdırma nəticəsində qəbul olunmuş 21 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Əskərov Elşən Səfər oğlunun Astara RPş-nin əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalması faktı ilə bağlı toplanmış 104C-20 nömrəli material üzrə cinayət tərkibi müəyyən olunmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə “axtarış və götürmə” istintaq hərəkətində iştirak edən hal şahidlərinin əvvəllər mütəmadi olaraq başqa işlərdə hal kimi iştirak etmələrini, hal şahidi Əskərov Mübariz Şirinəli oğlunun narkomanlara, narkotik satanlara qarşı həmişə nifrəti olması və onlarla daim mübarizə apararaq vətəndaşlıq borcunu yerinə yetirməsi barədə ifadəsini, digər hal şahidi Məmmədov Fuad Atamoğlan oğlunun isə “Elşən Əskərovun evinin zirzəmisində polis əməkdaşlarının heç nə tapa bilməmələri, özünün zirzəmidə axtarış aparması və narkotik vasitənin onun tərəfindən aşkar edilərək polis əməkdaşlarına təhvil verməsi” barədə ifadəsini əsas göstərək onların cinayət prosesində marağı olması qənaətinə gələrək «axtarış və götürmə haqqında» protokolun təsdiq olunmasına dair verdiyi izahat və ifadələrini əsassız olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Mübariz Əskərovun və Fuad Məmmədovun hazırki iş üzrə hər hansı bir maraqlarının olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Hökmdə göstərilən həmin hal şahidlərinin iştirak etdikləri cinayət işləri üzrə qəbul edilmiş bir neçə hökm 2016, 2017 və 2018-ci illərin hökmləri olmuşdur ki, təxminən hər ildə cəmi 1-2 dəfə hal şahid kimi iştirak etmişlər. Bu hal isə şəxsi növbəti dəfə hal şahidi kimi iştirak etmək hüququndan məhrum etmir və mütəmadi hal kimi qiymətləndirilə bilməz. Hal şahidləri Mübariz Əskərovun narkomanlara həmişə nifrət etdiyi və onlarla daimi mübarizə apardığı üçün hazırki cinayət işi üzrə öz razılıqları ilə iştirak etməsi barədə ifadəsində isə qeyri-adi heç bir xüsusat yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Elşən Əskərovun müdafiə hüququnun pozulması halları aşkar edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, 17 sentyabr 2020-ci il tarixli qərarla və 000744 saylı orderlə Astara Rayon Vəkil bürosunun vəkili Umud Cəfərov dövlət vəsaiti hesabına müdafiəçi qismində işə buraxılmış, təqsirləndirilən şəxs Elşən Əskərov hər hansı bir sənədə imza etmək dən imtina etsə də, müdafiəçi bütün istintaq hərəkətlərində iştirak etməklə sənədləri imza etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə bəraət verilməsi qənaətinə gələrkən istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan halları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmaqla, əməllərində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmuşdur. Kassasiya protestind ə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəl illərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkə məsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Əskərov Elşən Səfər oğluna Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mən ada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyə ti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla həm ittihamın əsasını təkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, Əsgərov Elşən Səfər oğluna ittiham irəli sürülməsi üçün əsas olmuş ümumilikdə təmiz çəkisi 6657,013 qram olan külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın aşkar olunmasını özündə əks etdirən protokol Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Həmçinin göstərilən məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessu al Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq hesab etmişdir ki, məhkum edilmiş şəxs Əsgərov Elşən Səfər oğluna verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlardan və cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, axtarış keçirlməsi və götürmə haqqında protokoluna əsasən polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərar asasında Astara rayonu, Təngərüd kənd sakini Əskərov Elşən Səfər oğluna məxsus olan və həmin kənddə yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə axtarış aparılması üçün həmin ünvana daxil olduqda Əskərov Elşən Səfər oğlu ailə üzvləri ilə birlikdə öz evində olmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə 17 sentyabr 2020-ci il tarixli protoldan da görünür ki, Əskərov Elşən Səfər oğlu əməliyyat-axtarış tədbirləri keçirldikdən və onun yaşadığı mənzildən külli miqdarda narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edildikdən sonra həmin gün saat 15:00-da tutulmuşdur. Cinayət işinin materiallarında olan Astara Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Əskərov Elşən Səfər oğlu xx.xx.2020-ci il tarixdə saat 13:40-d a şəxslərin qeydiyyat kitabında 426 sıra nömrəsi ilə qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixdə saaat 15:00-da Astara RPŞ-ın İstintaq bölməsinin müstəntiqi Qeys Mahmudzadə tərəfindən protokol tərtib olunaraq, Astara RPŞ-ın MSY-nə təhvil verilmişdir. Lakin birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin və bütün şahidlərin ifadələri ilə müəyyən edilir ki, Əskərov Elşən Səfər oğlu Təngərüd kəndində yaşayan bacısı Abdullayeva Bəsirə Səfər qızının evinə basqın olduğu üçün 17 sentyabr 2020-ci il tarixdə səhər tezdən polis əməkdaşları tərəfindən tutulub Astara rayon Polis Şöbəsinə aparılmış və axtarış tədbirlərinin keçirilməsi üçün Polis Şöbəsindən evinə gətirilmişdir. “Axtarış və götürmə” aparılması haqqında 17 sentyabr 2020-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillərdən də görünür ki, Əskərov Elşən Səfər oğlu hələ şübhəli şəxs qismində tutulmamışdan əvvəl, yəni həmin gün saat 12 radələrində hər iki qolu iki nəfər polis əməkdaşlarının qoluna qandallanmış vəziyyətdə axtarış istintaq hərəkəti keçirilmişdir. Göründüyü kimi Əskərov Elşən Səfər oğlunun barəsində hazırki iş üzrə 17 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmişdən əvvəl, yəni Təngərüd kəndində yaşayan bacısı Abdullayeva Bəsirə Səfər qızının evinə basqın olduğu üçün şübhəli bilinərək saxlanılmış və bundan sonra sərbəst buraxılmamışdır.Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq polis əməkdaşları tərəfindən Əsgərov Elşən Səfər oğlunun saxlanması və qoluna qandal vurulması anı onun artıq tutulduğu v ə saxlandığı an hesab olunduğu üçün şəxsin qoluna qandal vurulmasını onun barəsində artıq prosessual məcburiyyət tədbiri kimi tutmanın tətbiq edilməsi və şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirmiş və hesab etmişdir ki, Əskərov Elşən Səfər oğlunun qoluna qandal vurulmaqla onun hərəkət sərbəstliyi məhdudlaşdırılmış, tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək üçün şərait yaradılmamış, onun müdafiə hüququ pozulmaqla “axtarış və götürmə” istintaq hərəkəti aparılmışdır. Apellyasiya məhkəməsi həmçinin hal şahidi qismində əməliyyat axtarış tədbirində iştirak etmiş və 17 sentyabr 2020-ci il tarixli həmin protokolu imzalamış hal şahidlərinin əvvəllər də oxşar işlərdə eyni qisimdə iştirak etmələrini əsas gətirək onların iş üzrə maraql ı şəxs olmaları barədə nəticəyə gəlmişdir. Belə ki, müdafiəçinin birinci və apellyasiya instansiya məhkəmələrinə təqdim etdiyi hal şahidlərindən Əskərov Mübariz Şirinəli oğlunun əvvəlki cinayət işlərində iştirakını təsdiq edən hökmlərlə (Astara Rayon Məhkəməsinin 1(018)-116/2016 saylı 11 oktyabr 2016-cı il tarixli, 1(018)-102/2017 saylı 27 sentyabr 2017-ci il tarixli hökmləri və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-273/2018 saylı, 1(99)-309/2018 saylı, 1(99)-342/2018 saylı və 1-(99)-190/2019 saylı cinayət işləri üzrə çıxarılmış hökmləri) və eyni zamanda onların özlərinin hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsində verdikləri ifadələrlə bir daha təsdiq olunmuşdur ki, hal şahidləri Əskərov Mübariz Şirinəli oğlunun və Məmmədov Fuad Atamoğlan oğlunun hazırki cinayət işində şəxsi maraqları olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əskərov Mübariz Şirinəli oğlu ifadəsində göstərmişdir ki, narkomanlara, narkotik satanlara qarşı həmişə nifrəti olub və onlarla daim mübarizə apararaq vətəndaşlıq borcunu yerinə yetirib. 17 sentyabr 2020-ci il tarixdə Astara rayonu Təngərüd kəndində yerləşən evdə külli miqdarda narkotik vasitə saxlaması şübhəsi ilə polis əməkdaşları tərəfindən həmin şəxsin evinə keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məmmədov Fuad Atamoğlan oğlu şahid Mübariz Əskərovun ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində bildirmişdir ki, onun polis əməkdaşlarına qarşı böyük hörməti olduğundan əvəllər də ayrı-ayrı işlər üzrə axtarış istintaq hərəkətl ərində hal şahidi qismində iştirak etmişdir. Elşən Əsgərovun evinin zirzəmisindən çıxan narkotik vasitəni o özü aşkar etmişdir. Belə ki, o və polis əməkdaşları evin zirzəmisində olarkən axtarış aparmalarına baxmayaraq heç nə tapa bilməmişlər. Lakin o, özü zirzəmidə axtarış aparmış və oradan narkotik vasitəni aşkar edərək polis əməkdaşlarına təhvil vermişdir. (Şahid Məmmədov Fuad Atamoğlan oğlunun bu ifadəsi məhkəmə iclasının protokolunda öz əksini tapmasa da, həmin məhkəmə iclasının aparılması zamanı qeydə alınmış audio və video görüntülərlə təsdiq olunur). Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş Rzayev Rauf Xanağa oğlu da ifadəsində bildirmişdir ki, o, hal şahidlərini tanıyır. Belə ki, hal şahidləri üzdə olan və tanınan şəxslərdir. Əskərov Mübariz Şirinəli oğlu və M əmmədov Fuad Atamoğlan oğlunun əvvəllər də hal şahidi kimi ayrı-ayrı əməliyyatlarda iştirak etmələrinin şahidi olmuşdur. Göründüyü kimi iş üzrə hal şahidləri özləri də etiraf etdiklərinə görə əvvələr də dəfələrlə ayrı-ayrı işlərdə hal şahidi kimi iştirak etmişlər. Bu hal özlüyündə şahid qismində dindirilmiş polis əməkdaşı Rzayev Rauf Xanağa oğlunun ifadəsi ilə yanaşı müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq hökmlərlə də öz təsdiqini tapmışdır. Məmmədov Fuad Atamoğlan oğlunun əvəllər də ayrı-ayrı işlər üzrə axtarış istintaq hərəkətlərində hal şahidi qismində iştirak etməsi, xüsusulə Elşən Əsgərovun evinin zirzəmisində polis əməkdaşlarının heç nə tapa bilməmələri, özünün zirzəmidə axtarış aparması və narkotik vasitənin onun tərəfindən aşkar edilərək polis əməkdaşlarına təhvil ve rməsi, hazırki işdə və buna oxşar işlərdə hal şahidi kimi mütəmadi iştirak etmələrini nəzərə alaraq kassassiya məhkəmə kollegiyası onların cinayət prosesində marağı olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab edir. Azərbaycan Respublikasının CPM-in 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci m addəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Sözügedən Məcəllənin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunveriçilik (Azərbaycan Respublikası CPM-nin 115.2ci maddəsi) eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata kecirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası CPM-nin 115.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələ rinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Həmin Məcəllənin 115.4-cü maddəsinə əsasən bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hal şahidlərinin bu qisimdə iştirakı əvvəllər baxılmış çoxsaylı işlər üzrə mütəmadi xarakter daşıdığı üçün onların təqsirləndirilən şəxsin üstünə baxış keçirilməsində, yəni istintaq hərəkətinin aparılmasında iştirakının qanuni olmaması, şəxsin üstünə keçirilmiş baxışın əslində etiraz edilə bilən şəxsin iştir akı ilə aparılmasının və baxış keçirilməsinə dair istintaq hərəkəti protokolunun cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, ibtidai araşdırma orqanının Əskərov Elşən Səfər oğlunun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Mə cəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətə ndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Əsgərov Elşən Səfər oğluna ittiham irəli sürülməsi üçün əsas olmuş ümumilikdə təm iz çəkisi 6657,013 qram olan külli miqdarda narkotik vasitəqurudulmuş marixuananın aşkar olunmasını özündə əks etdirən protokolun Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi qəbul edilə bilməməsi, həmçinin Elşən Əsgərovun imzalamadığı sonradan guya təqsirini qismən etiraf etməsi barədə, şübhəli şəxs qismində izahatı və təqsirləndirilən şəxs kimi adından tərtib olunmuş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təkzib olunduğu üçün ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında Əsgərov Elşən Səfər oğluna qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılma sı üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə topla nmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Əskərov Elşən Səfər oğlunun bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu “Cavanşir” adlı şəxsdən bir ədəd bağlamada ümumi təmiz çəkisi 6657,013 (altı kiloqram altı yüz əlli yeddi tam mində on üç) qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, yaşadığı Astara rayonu Təngərüd kəndindəki fərdi yaşayış evinə daşıyaraq, yataq otağında və evin zirzəmisində satış məqsədilə saxlaması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yarana n şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilə n şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması bar ədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıd ır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Əskərov Elşən Səfər oğlunun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Əskərov Elşən Səfər oğlunun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Əskərov Elşən Səfər oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Əskərov Elşən Səfər oğlunun Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri i ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlal ət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət tə qibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli bəraət hökmündə cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdu r. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Əskərov Elşən Səfər oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar