Məhkəmə qərarları › İş №1(102)-1735/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1735/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1735/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-79/2022 nömrəli, 30 mart 2022-ci il tari xli qərarından Məhkum və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1980-ci il tarixdə Lənkəran rayonunun Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonunun Ləj kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 20 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhk um 2019-cu ilin fevral-mart aylarından başlayaraq həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi tanışlıq əlaqələri yaradandan və 2019-cu ilin iyun ayının əvvəllərindən isə şəxsi görüşlər, telefonla danışıqları, eləcə də, telefon yazışmaları ilə ünsiyyət qurub cinsi əlaqədə olandan sonra, davam edən görüşləri barədə qonşuları və digər həmkəndliləri arasında xəbər yayıldığını hiss edib nikahdan kənar intim əlaqələrinin ifşa olunacağından qorxduğuna görə ünsiyyəti kəsmək qərarına gəlmiş və ona da qərarını bildirib ünsiyyəti kəsməsini tələb edən Zərərçəkmiş şəxs, əvvəlki görüşləri zamanı əynindən çıxardıb özü ilə apardığı alt tumanını və büstqalterini, eləcə də, həyətində yuyulub qurumağa asıldığı yerdən götürdüyü alt tumanlarını, kənddə küçədə görünən yerdə asmaqla, aralarındakı telefon danışıqlar ı, yazışmaların mətni və şəkil paylaşmalarından istifadə etməklə rüsvay edəcəyi ilə hədələməklə, 6 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində, həmin hədələrin qarşısını almaqda aciz qalmış Zərərçəkmiş şəxs özündən asılı vəziyyətə salmış və bu asılığından istifadə edərək, sonuncunu cinsi əlaqədə olmağa, görüşüb intim ünsiyyətlə müşayiət olunan seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. 4. 30 avqust 2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Lənkəran Rayon Məhkəməsinin 1(049)-462/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə nəzərdə tutul muş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-ci maddəsinə əsasən 24 may 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Murad Vəliyev tərəfindən apellyasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. Dövlət ittihamçısı apellyasiya protestində Məhk um cinayət qanunvericiliyin müddəalarına uyğun olaraq azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin etməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.

8. Məhkum müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum CM-nin 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.

9. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Məhkum daha ağır müddətə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-79/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-462/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 151ci maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 24 may 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amni stiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 2 (iki) il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından Məhkum və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, məhkum və müdafiəçisi onları təkrarlamaqla, Məhkum cinayət əməlinin törədilməsində təqsirinin olmadığını, həmçinin təyin edilən cəzanın ağırlığını mübahisələndirmişlər. Kasasiya şikayətlərinin müəlli fləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, məhkum edilmiş şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qayd asında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarların ın ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərində Məhkum təqsirinin sübuta yetirilmədiyini, həmçinin ona təyin edilən cəzanın ağır olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

19. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-79/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

21. Məhkum yuxarıda təsvir edildiyi əməli törət məsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, mə hkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

24. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin müvafiq mövqeyi ilə razılaşar və qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin bu bağlı hissədə qəbul e tdiyi qərar maddi hüquq normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum 1 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, Zərərçəkmiş şəxs Məhkum şikayətçi olmasını, ona ən ağır cəza təyin edilməsini xahiş etməsini, özünün ailəli olmaqla himayəsində iki azyaşlı uşağı olmasına baxmayaraq zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etməsini, onu şantaj etmək və hədələməklə təsir altına salmaqla həmin vəziyyətdən istifadə edərək cinsi əlaqəyə girməyə məcbur etməsi kimi halları, həmçinin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini kifayət qədər nəzərə almamış, əsassız olaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Qeyd edilənlərə əsaslanan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmçinin barəsində «8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edərək cəzasının çəkilməmiş hissəsini 6 (altı) ay azaldaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məh kum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni və əsaslı (cəza təyini ilə bağlı hissə istisna olmaqla) ittiham hökmü çıxarmış və apellyasiya i nstansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəzaya aid hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilən kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-79/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Resp ublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilən kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-79/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar