Məhkəmə qərarları › İş №1(102)-1735/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1735/2023

01.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1735/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İsgəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim Sərxan Səmədzadə) 27 sentyabr 2022-ci il tarixli, 1(067)-5/2022 nömrəli qərarı ilə xx xxxxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Çiləgir kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirli bilinmiş, “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 18 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Çiləgir kəndində olan küçədə qardaşı Yavər Hüseynovun evində apardığı təmir işləri ilə bağlı qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin arxa tərəfinə tökdürdüyü çınqıl daşlarını yığışdırmaması və Zərərçəkmiş şəxs bununla əlaqədar ictimai borcunu yerinə yetirib polis sahə rəisinə şikayət etməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən v ə məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 23 fevral 2023-cü il tarixli 1(105)-34/2023 nömrəli hökmü ilə Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(067)-5/2022 nömrəli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, ona cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı5 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı5 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və nəticədə məhkum İsgəndər Hüseynovun əməlinin tövsifındə səhvə yol verilmişdir. Belə ki, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020- ci il tarixli 469 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı bərk küt əşya (əşyalar) təsirindən tör ənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 18 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı 26 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında təyin edilmiş təkrar ekspertizanın 26 avqust 2021-ci il tarixli, T266/2021 saylı rəyindən görünür ki, sağ göz almasına qansızma, burun belində əzilmiş yara və burun sümüyündə yerdəyişmiş sınıq müəyyən edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 18 iyul 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə hal-hazırda qüvvədə olan “sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında 10 yanvar 2001- ci il tarixli 07 saylı təlimatın 20,2-ci bəndinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, zərərçəkmiş şəxs ekspert tərəfindən müayinə olunarkən onda burun tənəffüsünün pozulması göstərilmədiyindən bu xəsarətlərin sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirilməsi düzgün deyildir. Belə ki, burun sümüyündə sınıq aşkar edildiyi təqdirdə bir burun dəliyindən tənəffüsün kəskin, hər iki burun dəliyindən isə mülayim pozulması aşkar edilərsə bu sağlamlığa az ağır zərərvurmaya aid edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi canlı şəxsin ekspertizaya təqdim etməklə təkrar məhkəmə-komisyon ekspertizasının keçirilməsi ilə bağlı verdikləri vəsa tət əsasında təyin edilmiş ekspertizanın 29 aprel 2022-ci il tarixli, 365 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı burun tənəffüsü və xarici burunun formasının normal olması müəyyən edildi. Xəstənin burun nahiyəsində hər hansı bir əməliyyata ehtiyac yoxdur. Lakin, 20 iyul 2020-ci il tarixli məhkəmə-tibbi müayinəsinə əsasən, onda sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, yetirilmə müddəti 18 iyul 2020-ci il tarixə uyğun gəlir və “sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında 10 yanvar 2001-ci il tarixli 07 saylı təlimatın 20.2-ci bəndinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səb əb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, Dosent LOR A.V.Qasımovun 25 aprel 2022-ci il tarixli müayinəsindən görünür ki, “şikayətləri yoxdur. Anamnez morbi: 18 iyul 2020-ci ildə travma almışdır. 23 aprel 2021-ci ildə septoplastika, 24 dekabr 2021-ci ildə rinoseptoplastika əməliyyatı aparılmışdır. Obyektiv müayinədə burun çəpəri orta xətdədir, burun tənəffüsü sərbəstdir. Xarici burunun formasında kosmetik dəyişiklik yoxdur. 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxsin əməliyyat olunduğu Qusar rayonu, “Oki” klinikasına sonuncunun əməliyyatdan əvvəl qoyulan diaqnozu müəyyən etmək üçün dövlət ittihamçısı tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 23 aprel 2021-ci il tarixdə klinikada sept oplastika əməliyyatı aparılmış Zərərçəkmiş şəxs əməliyyatdan qabaq şikayətləri “burun tənəffüsünün pozulması, baş ağrıları, burundan ifrazat gəlməsi və burun tənəffüsünün çətinləşməsi”dir. Burunun həm qığırdaq, həm sümük hissəsində burun çəpərində əyrilik aşkar olunur, hər iki tərəfdən burun tənəfüsü çətinləşmişdir. Diaqnoz: “burun çəpərinin travmatik sınığı, burun tənəffüsünün pozulması.Əməliyyatın adı: “septoplastika” Təkrar məhkəmə-tibb ekspertizasının 26 avqust 2021-ci il tarixli, T266/2021 saylı rəyindən göründüyü kimi, burun sümüyündə sınıq aşkar edildiyi təqdirdə bir burun dəliyindən tənəffüsün kəskin, hər iki burun dəliyindən isə mülayim pozulması aşkar edilərsə bu sağlamlığa az ağır zərərvurmaya aid edilərkən zərərçəkmiş şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar həmin ekspert iza keçirilərkən iştirak etməməsi səbəbindən əyani müayinə oluna bilmədiyindən yalnız tibbi tomoqrafıya sənədləri əsasında rəy verilmiş və burun tənəfüsünün pozulması vəziyyəti müəyyən edilə bilməmişdir. Məhkəməkomisyon ekspertizası keçirilərkən isə zərərçəkmiş şəxs artıq “septoplastika” əməliyyatı olunduğundan burun tənəffüsünün pozulması aradan qaldırıldığından cinayət hadisəsi nəticəsində onun burun tənəffüsünün hansı formada pozulması müəyyən edilə bilməmişdir. Zərərçəkmiş şəxsin əməliyyat olunduğu Qusar rayonu, “Oki” klinikasından alınmış arayışda əməliyyatdan əvvəl Zərərçəkmiş şəxs burun çəpərinin travmatik sınığı, burun tənəffüsünün pozulması və hər iki tərəfdən burun tənəffüsünün çətinləşməsi diaqnozu qoyulduğdan həmin sənədlər əsasında əlavə məhkəmə-komisyon ekspertizasının keçiri lməsi barədə, daha sonra ekspertin dindirilməsi barədə vəsatətlər verilsə də, məhkəmə əsassız olaraq həmin vəsatətləri rədd etmişdir. Bundan başqa, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısf’mn təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarının 3.1.3-ci bəndinə əsasən burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı “Yüngül” xəsarətlərə aid edilmişdir. İş materiallarından isə görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində burun çəpəri travmatik sındığından, burun tənəffüsü pozulduğundan və hər iki tərəfdən burun tənəffüsü çətinləşdiyindən 23 aprel 2021-ci il tarixdə septoplastika, 24 dekabr 2021ci il tarixdə rinoseptoplastika kimi cərrahi əməliyyatlar aparılmışdır. Göründüyü kimi, 26 avqust 2021-ci il tarixli, T266/2021 saylı və 29 aprel 2022-ci il tarixli, 365 saylı təkrar məhkəmə tibbi ekspertizanın rəyləri əsassız olmuş, ibtidai istintaq zamanı toplanmış iş materialları ilə yanaşı zərərçəkmiş şəxsin əməliyyat olunduğu Qusar rayonu, “Oki” klinikasından alınmış arayışda “əməliyyatdan əvvəl Zərərçəkmiş şəxs burun çəpərinin travmatik sınığı, burun tənəffüsünün pozulması və hər iki tərəfdən burun tənəffüsünün çətinləşməsi diaqnozu qoyulmasının” göstərilməsi bir daha ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyinin əsaslı olduğuna dəlalət etməsinə baxmayaraq məhkəmə kollegiyası yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda gö stərilənlərə əsasən kassasiya protesti qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli 1(105)-34/2023 nömrəli qərarı ilə ləğv edilməli və cinayət işi yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı zamanı sübutların araşdırılmaması, vəsatətlərin təmin edilməməsi və nəticədə Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmaya n, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən xəsarətlər qəsdən sağlamlığa az ağır zərər vurmaya aiddir və həmin əmələ görə məsuliyyət CM-in 127-ci maddəsi ilə nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 139-cü maddəsinin tələblərinə görə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsində əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırki cinayət işi üzrə məhkumun törətdiyi cinayət əməlinin nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərin ağırlığını müəyyən etmək üçün ibtidai istintaq zamanı məhkəmə-tibbi ekspertizası, məhkəmə baxışı zamanı iki təkrar komisyon məhkəmə-tibbi ekspertizaları keçirilmişdir. İbtidai istintaq orqanı məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020-ci il tarixli 469 nömrəli rəyinə istinad edərək, təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.2.1 və 127.2.2-ci maddələri ilə tövsif etmişdir. Həmin ekspertiza rəyinə əsasən 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün yerdəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 18 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmələr isə məhkumun əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edərək təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının 04 noyabr 2021-ci il tarixli və 29 aprel 2022-ci il tarixli rəylərə istinad etmişlər. Həmin ekspertiza rəylərinə əsasən zərərçəkmiş şəx sin bədəninin üzərində aşkar edilmiş yuxarıda qeyd edilən bədən xəsarətləri sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Belə ki, məhkəmə istintaqı zamanı keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2021-ci il tarixli, T266/2021 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ göz almasına qansızma, burun belində əzilmiş yara və burun sümüyündə yerdəyişmiş sınıq müəyyən edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın (əşyaların) təqsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 18 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə hal-hazırda qüvvədə olan “sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında 10 yanvar 2001-ci il tarixli 07 saylı təlimatın 20.2-ci bəndinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Rəydə qeyd edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq ekspertizaya təqdim etmək mümkün olmadığından rəy təqdim edilmiş sənədlər əsasında verilmişdir. Ekspertlər gəldiyi nəticəni və birinci məhkəmə-tibbi ekspertizasının rəyindən fərqli rəyin verilməsini əsaslanaraq qeyd etmişlər ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə əsasən onda sağ göz almasında qansızma, burun belində tikilmiş yara, burun sümüyündə yerdəyişmiş sınıq müəyyən edilmişdir. Zərərçəkmiş ekspert tərəfindən müəyyən olunarkən onda burun tənəffüsünün pozulması göstərilmədiyindən bu xəsarətlərin sağlamlığına az ağır zərərvurma kimi qiymətləndirilməsi düzgün dəyildir. Belə ki, burun sümüyündə sınıq aş kar edildiyi təqdirdə bir burun dəliyində tənəffüsün kəski, hər iki burun dəliyində isə mülayim pozulması aşkar edilərsə bu sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 29 aprel 2022-ci il tarixli, BŞŞ-365 saylı ekspert rəyindən görünür ki, ekspertlər əvvəlki təkrar məhkəmə-tibbi ekspertizasının rəyi ilə razılaşaraq nəticəyə gəlmişlər ki, zərərçəkmiş şəxsin bədəninin üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa yüngül zərərvurmaya aiddir. Ekspertlər gəldiyi nəticəni əsaslanaraq qeyd etmişlər ki, Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı burun tənəffüsü və xarici burunun formasının normal olması müəyyən edildi. Xəstənin burun nahiyəsində hər hansı bir əməliyyata ehtiyac yoxdur. Belə ki, r əydə qeyd edilmişdir ki, dosent Lor A.V.Qasımovun 25 aprel 2022-ci il tarixli müayinəsindən görünür: “Şikayətləri yoxdur. Anamnez morbi: 2020-ci ildə iyul ayının 18-də travma almışdır. 23 aprel 2021-ci ildə septoplastika, 24 dekabr 2021-ci ildə rinoseptoplastika əməliyyatı aparılmışdır. Obyektiv müayinədə burun çəpəri orta xətdədir, burun tənəffüsü sərbəstdir. Xarici burunun formasında kosmetik dəyişiklik yoxdur. Nəticə: Xəstədə burun sümüklərinin sınığı qeyd olunur. Burun tənəffüsü və xarici burunun forması hal hazırda normaldır. Xəstənin burun nahiyəsində hər hansı bir əməliyyata ehtiyac yoxdur.” Bununla yanaşı rəydə göstərilmişdir ki, 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs “Oki” medikal klinikasında septoplastika və dekabr ayında rinoseptoplastika əməliyyatları keçirmişdir. Rinosept oplastika əməliyyatı ilə əlaqədar sənədlər təqdim edilməmişdir. Göründüyü kimi zərərçəkmişin mütəxəssis və ekspertlər tərəfindən müayinəsi əməliyyatlarda sonra keçirmiş və burun tənəffüsünün normada olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmə hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 340.3-cü cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə isti ntaqının təzələnməsi barədə vəsatət qaldırır. Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya rədd edilməsi barədə qərar qəbul edir. Birinci instansiyası məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı “Oki” klinikasının onun tərəfindən verilmiş sorğuya cavab məktubunu təqdim edərək cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırmışdır. “Oki” klinikasının məktubundan görünür ki, Zərərçəkmiş şəxs 23 aprel 2021-ci il tarixdə klinikada septoplastika əməliyyatı aparılmış Zərərçəkmiş şəxs əməliyyatdan qabaq şikayətləri “burun tənəffüsünün pozulması, baş ağrıları, burundan ifrazat gəlməsi və burun tənəffüsünün çətinləşməsi”d ir. Burunun həm qığırdaq, həm sümük hissəsində burun çəpərində əyrilik aşkar olunur, hər iki tərəfdən burun tənəffüsü çətinləşmişdir. Diaqnoz: “burun çəpərinin travmatik sınığı, burun tənəffüsünün pozulması. Əməliyyatın adı: “septoplastika”. Birinci instansiyası məhkəməsi dövlət ittihamçısının vəsatəti təmin etməmişdir. Bundan sonra dövlət ittihamçısı “Oki” klinikasının məktubunda göstərilən məlumatlarla əlaqədar ekspertin dindirilməsi barədə vəsatət qaldırılmış, lakin həmin vəsatət də məhkəmə tərəfindən təmin edilməmişdir. Protokolda ekspertiza ilə əlaqədar vəsatətin həll edilməsi üçün məhkəmənin müşavirə otağına getməsi barədə qeyd edilsə də, protokola həmin vəsatətin həlli barədə hakimin qərarı əlavə edilməmiş, bu səbəbdən də vəsatətin təmin edilməməsi əsasları haqqında heç bir məlumat yoxdur. Halbuki, zərərçəkmiş şəxsin əməliyyat olunduğu Qusar rayonu, “Oki” klinikasının məktubunda qeyd olunmuşdur ki, əməliyyatdan əvvəl zərərçəkmiş şəxsə burun çəpərinin travmatik sınığı, burun tənəffüsünün pozulması və hər iki tərəfdən burun tənəffüsünün çətinləşməsi diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar vurğulayır ki, məhz bu əsasa görə, yəni burun tənəffüsünün pozulmasının müəyyən edilməməsi ilə əlaqədar ekspertlər tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır deyil, yüngül zərərin dəyməsini müəyyən etmişlər. Göründüyü kimi dövlət ittihamçısı tərəfindən təqdim edilmiş sübut - “Oki” klinikasının məktubu cinayət işinin hallarının araşdırılması üçün böyük əhəmiyyət kəsb edir, onun tərəfindən təkrar ekspertiza keçirilməsi barədə vəsatət isə cinayət işinin tam və obyektiv araşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə görə vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 13 və 14-cü bəndlərində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların təd qiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayət-prosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bər pa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Birinci instansiya məhkəməsi heç bir səbəb göstərmədən həmin vəsatəti təmin etməmişdir (yuxarıda qeyd edildiyi kimi vəsatətin təmin edilməməsi barədə ayrıca sənəd şəklində tərtib edilən qərar cinayət işinə əlavə edilməmişdir). Göründüyü kimi birinci instansiyası məhkəməsi dövlət ittihamçısı tərəfindən təqdim edilmiş cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutu tədqiq etməmiş, onun cinayət işinin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsat əti əsassız təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 397.3.2-ci maddəsinə əsasən apellyasiya protestinin baxışı zamanı birinci instansiya məhkəməsi sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir. Kassasiya şikayətinin dəlili faktiki olaraq dövlət ittihamçısının apellyasiya protestində də göstərilmiş və birinci instansiya məhkəməsində də irəli sürülmüşdür. Məhz həmin dəlilin əməlin düzgün tövsifində əhəmiyyətinin vacib olmasını dövlət ittihamçısı qeyd etmişdir. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri dövlət ittihamçısı tərəfinin bu vəsatətini təmin etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıda göstərilənləri bildirməyə zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya sının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndiri lən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qənaətə gəlir ki, hazırki cinayət işi üzrə cinayət mühakimə icraatını həyata keçirən aşağı instansiya məhkəmələri ittiham tərəfinin əlavə məhkəmətibbi ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməməklə yuxarıda sadalanan qanun normalarına, Av ropa Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarlarında verilən tövsiyələrə riayət etməmiş və Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan da kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki cinayət işi üzrə gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq ol araq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli Məhkum barəsindəki hökmü ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halların araşdırılması üçün cinayət proses i tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar