Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1736/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-483/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı (hazırda - Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Dadaşbəyli kəndində qeydiyyatdadır. 2. 03 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 fevral 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və ci nayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, hədə-qorxu ilə tələb etməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nömrəli tərəzi nəzarət məntəqəsində baş mütəxəssis vəzifəsində işləyən X1 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin yanvar ayının ortalarında Sabirabad rayonu ərazisində olarkən Ramik Məmmədova zəng etməklə sonuncuya onun və 6 nömrəli X3 rəisi vəzifəsində işləyən X6 xidməti fəaliyyətlərini yerinə yetirərkən guya ondan və bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malik olduğunu bildirmiş və həmin rüsvayedici məlumatları ictimailəşdirib yayac ağı ilə Ramik Məmmədovu hədələməklə ondan 3.000 manat məbləğində pul tələb etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nömrəli tərəzi nəzarət məntəqəsində baş mütəxəssis vəzifəsində işləyən X1 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin yanvar ayının ortalarında Sabirabad rayonu ərazisində olarkən Ramik Məmmədova zəng etməklə sonuncuya onun və 6 nömrəli X3 rəisi vəzifəsində işləyən X6 xidməti fəaliyyətlərini yerinə yetirərkən guya ondan və bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malik olduğunu bildirmiş və həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacağı ilə Ramik Məmmədovu hədələməkl ə ondan 1.000 manat məbləğində pul tələb etmiş, nəticədə həmin məzmunlu hədə-qorxu təsiri altında Ramik Məmmədovun 2020-ci ilin yanvar ayının sonlarında tanışı X7 vasitəsi ilə göndərdiyi 500 manat pulunu Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində, 03 fevral 2020-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar rayon filialından pul köçürmə yolu ilə adına göndərdiyi 300 manat pulunu eyni adlı banka aid bankomatdan Sabirabad şəhəri ərazisində, 2020-ci ilin fevral ayının ortalarında tanışı X7 vasitəsi ilə göndərdiyi 190 manat pulunu Şirvan şəhəri ərazisində ələ keçirməklə zərərçəkmiş şəxs Ramik Məmmədova ümumilikdə 990 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən atası Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 nömrəli X3 rəisi vəzifəsində işləyən X5 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin yanvar ayında Sabirabad rayonu ərazisində olarkən Ramiz Məmmədova zəng etməklə sonuncuya onun xidməti fəaliyyətini yerinə yetirərkən guya bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malik olduqlarını bildirmişlər və həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacaqları ilə Ramiz Məmmədovu hədələməklə ondan 3.000 manat məbləğində pul tələb etmişlər, nəticədə Məhkum2 2020-ci ilin yanvar ayının ortalarında Şirvan şəhəri ərazisində həmin məzmunlu hədə-qorxu təsiri altında Ramiz Məmmədovun 3000 manat pulunu ələ keçirməklə ona qeyd olunan məbləğdə maddi ziyan vu rmuşlar. Bundan başqa o və Məhkum2 təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 nömrəli X3 rəisi vəzifəsində işləyən X5 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin yanvar ayının ortalarında Ramiz Məmmədova zəng etməklə sonuncuya onun xidməti fəaliyyətini yerinə yetirərkən guya bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malik olduqlarını bildirmişlər və həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacaqları ilə Ramiz Məmmədovu hədələməklə ondan 3.000 manat məbləğində pul tələb etmişlər, nəticədə Məhkum2 2020-ci ilin yanvar ayının ortalarında Şirvan şəhəri ərazisində həmin mə zmunlu hədə-qorxu təsiri altında Ramik Məmmədovun 3000 manat pulunu ələ keçirməklə ona qeyd olunan məbləğdə maddi ziyan vurmuşlar. Bundan başqa o və Məhkum2 təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 nömrəli X3 rəisi vəzifəsində işləyən X5 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə onlar birlikdə 19 mart 2020-ci ildə saat 12 radələrində X8-Bəhramtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən 92-ci kilometrliyində məntəqədə yerləşən xidməti otağına gələrək sonuncuya onun xidməti fəaliyyətini yerinə yetirərkən guya bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malik olduqlarını bil dirmişlər və həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacaqları ilə Ramiz Məmmədovu hədələməklə ondan xeyli miqdarda, yəni 6.000 manat məbləğində pul tələb etmişlər.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-170/2021 nömrəli, 07 aprel 2021ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Hökmlə həmçinin Məhkum2 CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum olunmuş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib, hökmün Məhkum1 aid hissədə ləğv edilməsi və sonuncu barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-483/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-170/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində təyin edilmiş cəzanın müddətinin azaldıl ması barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum1 verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın müddətinin azaldılmasını xahiş edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(106)-483/2021 nömrəli, 22 iyul 2021ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şə xslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədə n cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə al ınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab e dir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda istinad edilən maddi cinayət-hüquqi normalarına uyğundur. Belə ki, məhkəmələr cəza təyin edərkən Məhkum1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, habelə himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs və onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin onlara dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödənilməsini, əvvəllər məhkum olunmadığını, əməlini qismən etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gəncliyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, qanu nla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olar aq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-483/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yux arıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-483/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.