Məhkəmə qərarları › İş №1(102)-1736/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1736/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1736/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 259.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)-46/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 01 fevral 2024-cü il tarixli, 1(075)-46/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2024-cü il tarixli, 1(107)-72/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 18 oktyabr 2023-cü il tarixli, 1(07 5)-46/2023 nömrəli hökmü ilə Məhkum CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunu n ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxlərin məsuli yyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkum birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək hökmün surətinin ona gec təqdim edilməsini, aldığı vaxtdan 13 gün sonra apellyasiya şikayəti verməsini əsas gətirmiş və Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)46/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəblərə görə buraxdığı üçün buraxılmış müddətin bərpa olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 1(075)-46/2023 nömrəli qərarı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli, 1(075)-46/2023 nömrəli hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrsüz buraxıldığından Məhkum apellyas iya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 1(075)-46/2023 nömrəli qərarından Məhkum apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən), X5 və X1 ibarət məhkəmə tərkibində) 11 mart 2024-cü il tarixli, 1(107)-72/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)-46/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 01 fevral 2024-cü il tarixli, 1(075)-46/2023 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2024-cü il tarixli, 1(107)-72/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində Şəki Apellyasiya Məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməməsi, nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etməsini qeyd edərək, təqsirləndirilən şəxsin qanunsuz ağac kəsmə cinayət əməlinə görə həmin əməli törətməməsini sübuta yetirmək üçün, iş üzrə bəraət alması məqsədi ilə apellyasiya şikayəti verməsinin zəruriliyini vurğulamış və bununla da məhkəmədən məhkum edilmiş Məhkum apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin olunması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və onun müdafiəçisi Müdafiəçi5 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəməni n digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestini n verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Şəki rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)-46/2023 nömrəli hökmündən görünür ki, Məhkum Hüseyn oğlu azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə olan halda ona münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin axımı CPM-in 384.1-ci maddəsinə uyğun olaraq, yəni hökmün elan edildiyi andan başlayır. Həmçinin hökmdən görünür ki, Məhkum Hüseyn oğlu müdafiəçi ilə təmin olunmaqla barəsində hökm elan edilmiş və hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi müddəti və qaydası izah edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, Məhkum Hüseyn oğlu orta təhsillidir, həmçinin Şəki rayon Məhkəməsinin iclasında hökm elan edilərkən iştirak etmiş, eyni zamanda vəkil X3 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasında Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları izah olunmuş, həmçinin məhkəmə baxışının sonunda da hökm oxunduqda, CPM-in 384-385-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin hökmdən apellyasiya şikayəti vermək hüququ, qaydası və müddəti bir daha ona elan edilmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum Hüseyn oğlunu birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni, birinci instansiyası məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarında müəyyən etdiyi kimi, onun Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Şəki rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 1 ay 18 gün vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi ilə əlaqədar əlavə hər hansı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)-46/2023 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökmün elan edildiyi andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq on un vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikay əti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərin i pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2024-cü il tarixli, 1(107)-72/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi il ə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(075)46/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 01 fevral 2024-cü il tarixli, 1(075)-46/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2024cü il tarixli, 1(107)-72/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar