Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1737/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxa raq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 11 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 fevral 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olu nmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə basqın etmək, oğurlamaq, şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını tələb edib almaq məqsədi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə, saat 04 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Ət Kombinatı»nın qarşısında park vəziyyətində dayanmış Zərərçəkmiş şəxs2nə məxsus “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə etibarnamə əsasında taksi xidməti göstərən Zərərçəkmiş şəxs1 yaxınlaşıb guya müştəri qismində əvvəlcə Keşlə qəsəbəsindək i «Məscid»in qarşısına onları avtomobili ilə aparmasını bildirmiş, sürücü Zərərçəkmiş şəxs1 təklifi rədd etməsini bəhanə edib onu avtomobildən düşürdərək Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla zərbələr endirmiş, sonra isə əvvəlcədən aralarında olan razılığa əsasən o, üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 70 manat dəyərində ***-***-**-** və 30 manat dəyərində ***-***-**** GSM nömrələri olan 100 manat dəyərində qara rəngli, «Samsung» markalı, A5 modelli 01 ədəd mobil telefonunu əlindən alıb ələ keçirmiş, digər əmlaklarını da ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə davam edib “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına zorla əyləşdirdikdə həmin vaxt hadisə yerinə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs1 yumruq və təpiklə avtomobildə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vurmuş və əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən o, avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs1 avtomobilin sağ qabaq oturacağında, qrup üzvü Təqsirləndirilən şəxs2 isə avtomobilin sükanı arxasında əyləşdikdən sonra o, yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vuraraq sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədələri ilə Zər ərçəkmiş şəxs1 cibindən 74 manat nağd pul vəsaitini də götürüb qrup üzvü Təqsirləndirilən şəxs2 verməklə ələ keçirmiş və cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs2 “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə qrup üzvləri Məhkum və Təqsirləndirilən şəxs1 ilə birlikdə tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 oğurlayaraq avtomobildə iradəsi əleyhinə ünvan 2 ünvanın qarşısından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Xətai rayonu, “Ağ şəhər” və metronun “Xətai” stansiyası, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyası, Heydər Əliyev prospekti, Nizami rayonu, Davud Aslan küçəsi, Heydər Əliyev prospekti, Sabunçu rayonu, Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələri istiqamətində marşrut üzrə hərəkət edi b Zərərçəkmiş şəxs1 həmin gecə, saat 04-05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarına gətirib orada cinayətkar planın davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 avtomobildən düşürdərək bədənin müxtəlif nahiyələrinə yumruq, təpiklə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətlərini və belə zorakılıq tətbiq ediləcəyi hədələrini davam etdirib Zərərçəkmiş şəxs1 qolundan 01 ədəd 100 manat dəyərində qol saatını açıb almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 374 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmiş, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobili idarə edib qrup üzvləri ilə birlikdə qeyd edilən avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında “Ət Kombinatı”nın inzibati ərazisind əki evinin qarşısına gətirib orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən avtomobildə olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə və zor tətbiq etməklə azad edilməsi üçün 5.000 manat pul vəsaiti verməsini hədə-qorxu ilə tələb etmiş və bununla da qrup üzvlərinin törətdikləri davamlı zorakı hərəkətləri nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözün ağlı qişasının iç yarısını əhatə edən qansızıma, hər iki gicgah və təpə nahiyələrinin şişkinlik halında əzilmələri, sol göz ətrafı və döş qəfəsinin sol yan səthinin qançırları, sol qaşüstü nahiyənin sıyrığı xəsarətləri yetirilmiş, Zərərçəkmiş şəxs1 tələb olunan məbləğdən 1.000 manat məbləğində pul vəs aitini evindən götürüb onlara verəcəyi ilə razılaşdıqdan sonra qrup üzvləri sonuncunu ünvan 2 ünvanda yerləşən “Ət Kombinatının yaxınlığında avtomobildən düşürdüb azad etdikdə Zərərçəkmiş şəxs1 oradan qaçıb onlardan yayındıqdan sonra həmin gün saat 05 radələrində ünvan 5 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2nə məxsus “Khazar" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qrup üzvü Təqsirləndirilən şəxs2 sükan arxasında, o, arxa, Təqsirləndirilən şəxs1 isə qabaq sağ oturacaqda əyləşib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində idarə edərək səhər saat 08 radələrində ünvan 6 ünvanda yerləşən “Ət Kombinatı”nın inzibati binasının qarşısında saxla yıb oranı tərk etmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-758/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, ona bəraət verilməsini xahiş etmişdir.
8. Hökmdən eləcə də Təqsirləndirilən şəxs2 müdafiəçiləri Seyidov İkram Möhlüd oğlu və X2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs2 barəsində bəraətverici əsaslarla yeni qərar çıxarılmasını xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-758/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkum onları təkrarlayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/202 3 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Lakin Zərərçəkmiş şəxs1 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə nümayəndəsi Rüstəmbəyli Ədalət Hidayət oğlunun elektron kabineti üzərindən ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı əsəb gərginliyi keçirdiyindən vermiş olduğu ifadələrin tam həqiqəti əks etdirmədiyini bildirmişdir. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən ed ir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkum törətmədikləri əməllərə görə əsassız məhkum edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və y axud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
21. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq m üqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
22. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməl əri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansi ya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Bu s əbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Hazırki qərarın 13-cü paraqrafında məzmunu göstərilmiş zərərçəkmiş şəxsin ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizə sübut kimi qəbul edilə bilməz ona görə ki, elektron kabinet üzərindən göndərilsə də, sadə kserosurət olmaqla notarial qaydada və ya elektron imza ilə təsdiq olunmamışdır.
27. Digər tərəfdən, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində aparılan araşdırma döv ründə də məhkum edilmiş şəxslərlə barışıq əldə etdiyini bildirməsinə baxmayaraq, iştirak etdiyi məhkəmə iclaslarında sonuncuların ona qarşı cinayət əməllərinin törədilməsini inkar etməmişdir.
28. Belə ki, məhkəməyə 12 aprel 2022-ci il tarixdə ünvanlandığı ərizədə Zərərçəkmiş şəxs1 məhkumların hər üçünün ona vurduqları maddi ziyanın tam ödədiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirsə də, həmin tarixdə iştirak etdiyi məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edib, eyni məzmunda ifadə vermişdir.
29. Nəticədə Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrinin həqiqətə uyğun olmadığını aşağı instansiya məhkəmələrinin nəzərinə çatdırmamış, əksinə hər iki instansiya məhkəməsi qarşısında bildirdiklərini təsdiqlədiyind ən, məhkəmələr tərəfindən sözügedən sübutun mötəbərliyinin yoxlanılması və yarana biləcək ziddiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməmişdir.
30. Yuxarıda qeyd edildiyi kimi isə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta, cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin t ələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.
31. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, məhkəməyədək icraat dövründə verdiyi ifadələrinin həqiqətə uyğun olmadığına dair məsələni Zərərçəkmiş şəxs1 heç vaxt əvvəllər məhkəmələr qarşısında qaldırmadığından, onun kassasiya baxışı zamanı bildirdikləri mümkünsüz hesab edilməklə nəzərə alınmamalıdır.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhku m tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.