Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1738/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tar ixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən və məruzəçi), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) Məhkum - 12 may 1985-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 31 ünvanında qeydiyyatda olan, ünvan yaşamış Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü mad dələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2019-cu il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsini tətbiq edilməklə Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkum müəyyən edilməmiş tarixdə İran İslam Respublikası (bundan sonra – İran İR) vətəndaşı olan başqa şəxslə külli miqdarda psixotrop maddə olan metamfetamini (bundan sonra - metafemtamin) satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə və qabaqcadan əlbir olduğu şəxsin niyyəti ilə əhatə olunmuş qaydada 22 dekabr 2019-cu il tarixdə saat 15 radələrində cinayətdən xəbərsiz olan tanışı X2 idarə etdiyi “Lada Priora” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində yerləşən “Biləsuvar” adlanan lövhənin yaxınlığına gəlib cinayətkar qrupun İran İR vətəndaşı olan üzvünün orada kolluğa qoydurduğu, bir ədəd bükümdə təmiz çəkisi 32,844 qram olmaqla külli miqdar təşkil edən metamfetamini götürməklə əldə etmiş, əynində olmuş gödəkçənin sağ yan cibində saxlamış və daşımışdır. Həmin kütlə göstərilən tarixdə saat 15 radələrində İmanov X5 Rayon Polis Şöbəsinin (bundan sonra – Biləsuvar RPŞnin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb şübhəli şəxs qismində tutulduqdan sonra barəsində şəxsi axtarış keçirilərkən gizlətdiyi göstərilmiş yerdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanm ışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qanunsuz həbs edildiyini bildirərək barəsində obyektiv araşdırma aparılmaqla ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində qanunsuz həbs edildiyini bildirərək barəsində obyektiv araşdırma aparılmaqla ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətində məhkum barəsindəki cinayət işi üzrə düzgün və obyektiv araşdırma aparılmadan qərar qəbul edildiyini göstərsə də, bu mülahizəsini konkret dəlillərlə əsaslandırmamışdır. Məhkumun eyni məzmunlu apelyasiya şikayəti üzrə cinayət işinin materialları yoxlanılmış və birinci instansiya məhkəməsinin hökmünün qanunliyini və əsaslılığını şübhə altına alan ha llar müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan əsaslar üzrə sübutların mümkünsüzlüyü, sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkum psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu aşkar edilsə də, onun qabaqcadan əlbir olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsin ümumi cinayətkar niyyəti ilə əhatə olunmuş qaydada, sonuncunun Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində yerləşən “Biləsuvar” adlanan lövhənin yaxınlığında kolluğa qoydurduğu yerdən təmiz çəkisi 32,844 qram olmaqla külli miqdar təşkil edən metamfetamini ş əxsi istehlak miqdarından 218 dəfə, külli miqdarından isə 16 dəfədən artıq miqdarda, iş üzrə ibtidai araşdırma zamanı özünün verdiyi, məhkəmə tərəfindən sübut kimi qiymətləndirilən izahat və ifadələrində göstərdiyi kimi, satmaq məqsədilə götürməklə nisyə qaydada əldə etməsi, üzərində saxlaması və daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətinin tərkib əlamətlərini yaratmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, qanunverciliyin normaları və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbini rəhbər tutularaq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi tam etirafedici izahat və ifadələri, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sübut kimi qiymətləndirilmiş hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3, X7, X4 və X1 verdikləri ifadələr, “Şəxsi yoxlama aparılm ası haqqında” 21 yanvar 2020-ci il tarixli protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə ekspertizasının 22 yanvar 2020-ci il tarixli, 1534 nömrəli rəyi və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilib mötəbərliyi yoxlanılıb, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla tövsif edilmişdir. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlili k dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum barəsində cəza təyin olunarkən himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, məcburi köçkün olması və etiraf etdiyi cinayət əməlindən səmimi peşiman olmasını CM-nin 59.2-ci maddəsinə cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlindən cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla düzgün nəticəyə gəlinmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxış ı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təm in edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1738/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1738/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver