Məhkəmə qərarları › İş №1(102)-1738/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1738/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1738/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(105)-166/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Xızı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(068)-37/2022 nömrəli qərarı ilə (hakim E.A.Abdullayev ) 23 avqust 1988-ci il tarixdə keçmiş Dəvəçi (hazırki Şabran) rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirl əndirilməsinə dair cinayət işinə CM-in 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə) cinayət məsuliyyətindən azad edilmişdir. işi üzrə icraata xitam verilməklə cinayət Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı ilə (hakim R.Ə.Ağayev sədrliyi, hakimlər R.O.Əsgərova və A.İ.İsmayılovdan ibarət tərkibdə )verilmiş apellyasiya protesti təmin edilməmiş və Xızı Rayon Məhkəməsinin 21 dekabr 2022ci il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiy a protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum 31 may 2021-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı Siyəzən rayonu, Zarat kəndinə getmək üçün BakıQuba avtomobil yolunun Sumqayıt şəhəri X6 qəsəbəsi Şirvan yaşayış massivi ərazisindən keçən hissəsində Quba istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “DAF” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs 167 manat pul alaraq əvəzində 100 ABŞ dolları pul verəcəyinə inandırıb dələduzluq yolu ilə həmin məbləğ pulu xırda talayıb avtomobildən düşüb hadisə yerindən uzaqlaşaraq Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “Laçın” adlı kafeyə gəlmiş, 31 may 2021-ci il tarixdə saat 23:25 radələrində Zərərçə kmiş şəxs onun yanına gələrək 167 manat pulu geri qaytarmasını tələb etmiş, o, həmin məbləğ pulu qaytarmaq əvəzinə Zərərçəkmiş şəxsla əsassız mübahisə edərək nalayiq söyüşlər söyməklə öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsla əlbəyaxa olub dalaşaraq yerdən götürdüyü çay daşını silah qismində istifadə edərək tətbiq edib Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “başın sağ gicgahtəpə nahiyyəsinin əzilmiş cırılmış yarası xəsarəti ilə müşayiət olunan” sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq kafedə olan şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Xızı Rayon Məhkəməsi Məhkum əməlində qərəzli xuliqanlıq niyyət i ilə şərtləndirilmədiyini, onlarla Zərərçəkmiş şəxs arasında olan yuxarıda təsvir edilmiş hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini, hadisə zamanı ictimai qaydanın kobud şəkildə pozulmadığını, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmadığını, yəni xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olmadığını müəyyən edib, həmin məhkumun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif etmiş, onun zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verməklə Məhkum cinayət məsuliyyətindən azad etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplan mış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişdirildiyini iddia edərə k, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhk əməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Yuxarıda qeyd olunduğu kim cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 221.3cü maddəsindən 128-ci maddəsinə dəyişmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin Məhkum hərəkətlərini xuliqanlıq kimi görməməsi və sonuncunun əməlini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə tövsif etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006 -cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərlə uzlaşdığından, əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilə bilməz. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Qərəzli xuliqanlığın tərkib əlamətləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 -cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” kimi göstərilmişdir. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cü mlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırki işdə isə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları olaraq müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış q aydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsəd deyil, hadisədən əvvəl Məhkum zərərçəkmiş şəxsdən 167 manat məbləğində pulun alınması (sübutların qiymətləndirmə qərarında bu hala qiymət verilmişdir) münasibətlərinin gərginləşməsindən yaranan, daha sonra özünü göstərən münaqişəli vəziyyət (zərərçəkmiş şəxs həmin pulun geri qaytarması ilə bağlı aktiv hərəkətləri) və bu vəziyyətdən törəyən şəxsi qərəzli münasibətləri şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlində hər əkətverici amil rolunu oynamamışdır. Yəni, onun əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifini şərtləndirən halların mövcud olmaması və sonuncunun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti məhkəmə aktında istinad edilmiş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərin vurulmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 xx.xx.2021-ci il tarixli, 01Ə nömrəli rəyi, məhkəmənin müəyyən edilmiş saydığı hallara və cinayətin təsvirinə u yğun olaraq məlumat vermiş məsuliyyətdən azad edilmiş Məhkum, Zərərçəkmiş şəxs (Samirin qaçmasının qarşısını almağa çalışmış, bu vaxt onlar əlbəyaxa olmuşlar. Onlar bir-birindən yapışmış halda ayaqları büdrədiyindən yerə yıxılmışlar), şahidlər – Şahid1 Fizuli oğlunun və Şahid2 ifadələri, tədqiq olunmuş digər sübutlarla uzlaşır, dövlət ittihamçısının kassasiya protestində Məhkum hərəkətlərinə verdiyi təsvir, o cümlədən onun qərəzli xuliqanlıq törətməsi kimi fikirlər üçün isə həmin sübutlar heç bir əsas vermir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından aydın olur ki, birinci instansiyası məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən (apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşarkən) yalnız Məhkum ifadəsinə və yaxud birtərəfli qaydada sübutların müəyyən hissəsinə deyil, məhkəmə baxışı zamanı tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 143-146-ci maddələrinə uyğun olaraq qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını və onların bu hallardan hasil etdiyi hüquqi nəticələri (Məhkum əməlində qərəzli xuliqanlıq cinayətinin deyil, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibinin olması barədə yekun qənaətlərini) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda dövlət ittihamçısının məhkəmələr tərəfindən sübutların cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvaf iq surətdə tədqiq edilibqiymətləndirilməməsi, məhkəmələrin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif etməməsi haqqında mülahizələri və müvafiq olaraq onların kassasiya müraciətləri əsaslı sayıla bilməz. Bütün bunlar məhkəmələr tərəfindən kassasiya müraciəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(105)-166/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 mart 2023-cü il tarixli, 1(105)-166/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar