Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1739/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli, 1(105)-157/2023 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X3 xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına X3 qanunsuz balıq tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə tədiq edilmiş “Balıq və digər su hidroresurslarınının sənaye ovu qaydaları”-nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 s entyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezon, 01 ədəd hər birinin uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan tordan istifadə edərək 100 ədəd hər biri 11 (on bir) manat olmaqla 1100 (min yüz) manat dəyərində külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1100 (min yüz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 20:30 radələrində Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd tor və 100 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür.
3. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(060)-170/2022 nömrəli hökmü ilə X2 cinayəti n törədilməsində aidiyyəti olmadığına görə Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə bəraət verilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli, 1(105)-157/2023 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(060)-170/2022 nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar 7.Kassasiya protestinin dəlilləri ilə apellyasiya pr otestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla X1 Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində aidiyyətinin olmaması haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-ci il tarixli qərarının lə ğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. 8.Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən a zından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla X1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtl əndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, bəraətin əsası cinayət törədilən yerdə baxış keçirilməsi ilə dair protokolun sübut kimi qəbul edilməməsi, hal şahidlərinin polis orqanları tərəfindən dəfələrlə bu qismdə cəlb eilmələ ri, ittiham aktında qeyd edilən hadisənin baş vermə günü, yəni 30 sentyabr 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi yeri və vaxtında protokolu tərtib edən şəxsin, hal şahidlərinin hadisə yerində olmamaları barədə sübutların mövcudluğu olmuşdur.
16. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı mötəbər sübutlarla müəyyən edilmişdir ki, ittiham aktında qeyd edilən xx.xx.2021-ci il tarixdə 18:00-dan 21:00-dək olan vaxtı polis nəfərləri Şahid1, Şahid2 və Şahid3, həmçinin hal şahidləri Şahid5 və Şahid4 onların istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsinə əsasən, hadisə yerində olmamışlar.
17. Şahid4 və Şahid5 polis orqanları tərəfindən dəfələrlə və mütəmadi hal şahidi qismində dəvət edilmələri cinayət işi materialları ilə tam sübuta yetirilir və bu hissədə kassasiya məhkəməsi geniş izah verməyə lüzum görmür.
18. Kassasiya məhkəməsi qeyd edir ki, kassasiya protestində birinci instansiya və apellyasiya məhkəməsində aparılan istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılmaması və hər hansı qanun pozuntusuna yol vermələri barədə hər hansı sübut təqdim olunmur.
19. Məhkəmələrin gəldiyi nəticə ilə əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
20. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Cinayət mühakimə icraatında s übutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçü n əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
26. Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinə əsasən, iİttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar öz əksini tapmalıdır.
27. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəmələrində tədqiq edilmiş sübutlara əssasən, ittiham aktında cinayətin törədilmə yeri və vaxtı düzgün müəyyən edilməmiş, bununla da məhkumun özünü müdafiə etməsi imkanları məhdudlaşdırılmış, müdafiə hüququ kobud şəkildə pozulmuşdur.
28. Kassasiya protesti ndə məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilm iş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
29. Beləliklə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, hazırki kassasiya protestində irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəmələri tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir.
30. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırıla n iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndi rilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il il tarixli qərarı dəyişdi rilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: X3 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il il tarixli, 1(105)-157/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.