Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1739/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3, 29, 178.2.3, 29, 179.2.4, 308.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X11 (sədrlik edən), Siyavuş Hacıyev və Aytən Əliyevadan ibarət tərkibdə) 31 yanvar 2024-cü il tarixli, 1(101)-74/2024 nömrəli hökmü ilə xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "Bakı Torpaq” MMC-nin direktoru vəzifəsində işləyən, "X4 Kömək” İctimai Birliyinin sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanmış, üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 2 ünvanını saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin i şlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bağlı hissədə xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(101)- 74/2024 nömrəli hökmündən məhkum edilmi şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Ziya Şirinovdan ibarət tərkibdə) 18 mart 2024-cü il tarixli 1(103)-752/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 1(101)-74/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, hüquq verən rəsmi sənədi, habelə saxta möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar öz ü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə təqsirləndirilən şəxsin lehinə verilən ifadələri əsassız olaraq onun əleyhinə qiymətləndirmiş, məhkəmədə tədqiq olunan sübutları məcmu şəklində təhlil etmədən və onlara obyektiv qiymət vermədən, çıxardığı hökmü ibtidai istintaq zamanı verilən ifadələrə istinad etməklə əsaslandırmışdır. O, hüquq verən rəsmi sənədi hazırlamamış və saxta sənəddən istifadə etməmişdir. Əmlak Məsələləri Dövlə t Xidməti ilə “X4 Kömək İB arasında bağlanmış müqavilə yalnız həmin sərəncama əsasən bağlanmamış, həmin müqavilənin bağlanması İB-in digər qazı və şəhid ailələri üzvlərinin təşəbbüsü ilə olmuşdur. Bağlanmış həmin müqaviləyə əsasən hər ay xeyli miqdarda 1100 manat rüsum dövlət büdcəsinə ödənməklə dövlətin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurulmamışdır. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısı Rafayıl Allahverdiyevin 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ona təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı V.Həşimzadənin məcburi gətirilməsinə dair qərarın icrası dəfələrlə ittiham tərəfindən və hüquq mühafizə orqanlarından tələb edilsədə V.Həşimzadənin məhkəmə istintaqında iştirakını təmin etmək mümkün olmamışdır. CPM-ni n tələbinə əsasən ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsidir. Məhkəmə istintaqı zamanı aradan qaldırılmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə olduğu halda V.Həşimzadənin iştirakı ilə keçilirən bütün istintaq hərəkətləri etibarsız hesab edilməli və sübutların siyahısında çıxarılmalıdır. Göründüyü kimi ona verilmiş CM-in 178-ci maddəsi üzrə ittihamın həllində V.Həşimzadənin ifadəsi və onun iştirakı keçirilmiş istintaq protokolları tətdiqi üçün V.Həşimzadənin məhkəmə prosesində iştirakı məcburidir. V.Həşimzadənin yalnız ibtidai istintaq zamanı istintaq hərəkətlərində “fəal” iştirak etməsi və məhkəmə çağırışlarından yayınması onun istintaq orqanın əməkdaşı olmasına dəlalət edir və onun iştirak etdiyi bütün istintaq hərəkətlərinin etibarsızlığına səbəb olur. Həmçinin cinayət işi materialına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2021-ci il tarixli 5(001)-314/2022 nömrəli qərarından görünür ki, onun barəsində qərar qəbul edildiyi gündən 3 (üç) ay müddətinə texniki vasitələrdən istifadə edilməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir (Cild 1, i.v. 204-205). Həmin qərarın əldə edilməsindən cəmi 4 gün sonra Vəfa Həşimzadənin guya zərərçəkən kimi 18 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, “X4 Kömək” İctimai Birliyinin sədri Məhkum ona məxsus olan tor paq sahəsinin sənədləşdirilməsi ilə bağlı vəzifəli şəxsə verilməsi üçün ondan 12000 manat pul tələb etməsi barədə müraciətin olması onun məhkəmə istintaqı zamanı ifadəsində də qeyd etdiyi kimi barəsində qərəzli, sifarişli cinayət işinin başlanmasına dəlalət edən hal olmaqla onun hüquq mühafizə orqanı tərəfindən cinayətə təhrik etməyə atılmış əməliyyat tədbiridir. Bundan başqa onun iştirakı ilə əməliyyat tədbirinin keçirilib-keçirilməməsi ilə bağlı istintaq orqanından alınmış sorğuya cavabdan və cinayət işinin materiallarının tədqiqi zamanı müəyyən edilmiş sənədlərdəndə göründüyü kimi, onun iştirakı ilə müvafiq əməliyyat işi olmamış və həmin əməliyyat işi məhkəmə tərəfindən yoxlanılmamışdır. Bundan başqa onun məhkəmə istintaqı zamanı CM-in 178-ci maddəsi ilə özünü təqsirli bilməmiş, lakin V.Həşimzadənin məhkəmə istintaqında gəlib ifadə verməməsi, mövqeyini bildirməməsi, zərərçəkmiş sayılırsa şikayəti olub-olmaması barədə müvafiq dəqiqləşdirma apanlmaması Konstitutsiya məhkəməsinin qərarını və CM 73-1-cü maddəsinə əsasən zərərçəkmişlə barışmaqla cinayət məsuliyyətindən azad olunmaq hüququnun tətbiq edilməsindən məhrum olmuşdur. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarında olan 2 nəfər şəxsin ifadəsi təhrif edilməklə, oxutdurulmadan verilmiş ittihama uyğun müstəntiq tərəfindən yazılmaqla materiala əlavə edilməsi müəyyən etsə də məhkəmə həmin hissədə yalnış olaraq şahidlərin məhkəmə istintaqı zamanı vediyi ifadəyə tənqidi yanaşmış və ibtidai istintaq zamanı verilən ifadələri sübutların siyahısından çıxartmamışdır Bununla belə müdafiə tərəfi həmin pozuntuları işi tam h əcmdə araşdıran birinci instansiya məhkəməsinin də nəzərinə çatdırıb və güman edib ki, məhkəmə ittihamlarla yanaşı Məhkum münasibətdə Konvensiya hüquqlarının pozuntusu faktlarını da araşdırmağa səy göstərəcək. Lakin məhkəmə bu pozuntularla əlaqədar arqumentlərin tədqiqindən imtina edib. Əvəzində məhkəmə təqsirləndirilən şəxsə münasibətdə ittiham hökmündə yeni pozuntulara yol verib. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 mart tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3, 29, 178.2.3, 29, 179.2.4, 308.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 mart tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsə lələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum özünün qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiy ası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı iki ayrı-ayrı cinayət əməllərinə görə, iki erizod üzrə ittiham irəli sürülmüşdür. Birinci epizod CM-in 308.1 və 320.1-ci maddələri ilə, ikinci epizod isə CM-in 178.2.3, 29, 178.2.3-cü və 29,178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Birinci epizod üzrə irəli sürülmüş ittihama görə Məhkum 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tə rəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxsi “X4 Kömək” İctimai Birliyi üzvlərinin ümumi yığıncağının 14 sentyabr 2016-cı il tarixli qərarı ilə üç il müddətinə, habelə həmin ümumi yığıncağın 28 sentyabr 2019-cu il tarixli qərarı ilə növbəti üç il müddətinə həmin Birliyin sədri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Birliyin 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, idarə heyətinə rəhbərlik etmək, Birliyi təmsil etmək, onun adından müqavilələr bağlamaq, etibarnamələr vermək, Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil etmək kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası i lə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni Birliyin adından qanunsuz əsaslarla əmlak hüquqları əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 2016-cı ilin oktyabr ayından 2021-ci ilin may ayının ortalarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Nizami Rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2000-ci il tarixli, A-134 nömrəli və Gürcüstan Respublikası Daimi Nümayəndəliyinin 14 aprel 2000-ci il tarixli 14 nömrəli məktublarının nəzərə alınması ilə Bakı şəhəri, Nizami rayonu, 2571-ci məhəllədə yüngül dəmir konstruksiyalı pavilyon quraşdırılması üçün 30 m² torpaq sahəsinin Qarabağ müharibəsi əlili Məcid Abbasova icarəyə verilməsi barədə hüquq verən rəsmi sənəd olan Bakı Şəhər İcra Hakimiyy əti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının məzmununda olan məlumatlardan istifadə etməklə bir ədəd vərəqdə yuxarı hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı” sözlərini, həmin yazıdan sol tərəfdə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, bir qədər aşağıda “Sərəncam” sözünü, sənədin nömrəsi hissəsində “646” rəqəmlərini, tarixi hissəsində “xx.xx.2000 il” rəqəm və hərflərini, sənədin məzmununa dair hissədə kiril əlifbasının hərfləri ilə “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sözlərini, sərəncamın iki hissədən ibarət olan məzmun hissəsində, 1 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, A-134 №-li məktubu və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının xx.xx.2000-ci il tarixli 14 №-li məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 671 m² torpaq sahəsi Qarabağ müharibəsi əlili Məhkum icarəyə verilsin” sözlərini, 2 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Pavilyon Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmışdır” sözlərini, sərəncamın imza hissəsinə kiril əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə daxil edərək hüquq verən rəsmi sənəd ola n sərəncamı Qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində möhürlə həmin sənədi təsdiq etməklə, habelə həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı X3 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, bundan başqa çap üsulu ilə “Əsli ilə düzdür:” yazısını həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər icra hakimiyyəti başçısı Rafael Allahver diyevin 20 iyul 2000- ci il tarixli, 646 nömrəli sərəncamının məzmununa vahid niyyətlə daxil edərək hüquq verən rəsmi sənəd olan həmin sərəncamın surətini saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, həmin sərəncamın surətini və digər zəruri sənədləri “X4 Kömək” İctimai Birliyinin sədri kimi birliyin nümayəndəsi olmaqla onu müxtəlif dövlət orqanlarında təmsil etməsi ilə əlaqədar 5 may 2021-ci il tarixli etibarnamə ilə səlahiyyətləndirdiyi, həmin Birlikdə ümumi məsələlər üzrə sədr müavini vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid2 verməklə sonuncunun vasitəsilə öz adından hüquq verən saxta sənəd olan Bakı Şəhər İcra Bakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının əsasında sədri olduğu “X4 Kömək” İctimai Birliyi ilə Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 600 m² torpaq sahəsinin həmin Birliyə 20 may 2021-ci il tarixdən 20 may 2023-cü il tarixədək icarəyə verilməsi barədə 20 may 2021-ci il tarixli 376 nömrəli müqavilənin bağlanmasına nail olmaqla bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirilən fəaliyyətin şəffaf və obyektiv proseduralar üzrə qanunvericiliyin tələbləri gözlənilməklə yerinə yetirilməsi ilə əlaqədar normal fəaliyyətinin po zulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum qarşı 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, qulluq səlahiyyətlərindən sui-istifadə edərək Əmlak Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirilən fəaliyyətin şəffaf və obyektiv proseduralar üzrə qanunvericiliyin tələbləri gözlənilməklə yerinə yetirilməsi ilə əlaqədar normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etmə si növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Məhkəmə kollegiyası belə hesab edir ki, işə baxan məhkəmələr CM-in 308.1-ci maddəsinin qoruduğu ictimai münasibətləri düzgün müəyyən etməmiş, Məhkum hansı hərəkətlərlə səlahiyyətlərindən sui-istifadə etməsini, məhz sui-istifadənin nədə ifadə olunmasını araşdırmamış, bu sui-istifadə nəticəsində mücərrət deyil, konkret hansı mühüm zərər vurulmasını dəqiqləşdirməmiş, əməllə nəticə arasında səbəbli əlaqənin olubolmamasına aydınlıq gətirməmişlər. Məhkəmələr bu zaman nəzərə almamışlar ki, CM-in 308.1-ci maddəsinin dispozisiyasının zəruri tövsifed ici əlaməti kimi sui-istifadə vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar olmasıdır. Məhkum ifadələrində üzərinə düşən müqavilə öhdəliklərinə uyğun olaraq hər ay dövlətə 1100 manat ödədiklərini bildirsə də, lakin işin bu halı da araşdırılmamış qalmışdır. Məhkum CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə rəsmi sənədi saxtalaşdlırmışdır. Lakin nə istintaq orqanı, nə də məhkəmələr araşdırmamışlar ki, bu sənədin hansı səbəbdən, hansı sübutlar əsasında məhz Məhkum tərəfindən saxtalaşdırıldığı qənaətinə gəlinmişdir. Verilmiş ittihamdan da görünür ki, saxtalaşdırılmış sənəd kserosürət olmuş, lakin həmin sənəd Bakı şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Verilmiş ittihamdan da görünür ki, Məhkum yenə də saxta sənədin İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilməsinə nail olmuşdur. Lakin bu nail olma hansı qaydada, kimin köməkliyi ilə, kim tərəfindən dövlət idarəsinin möhürü ilə təsdiq edilmişdir? Bu məsələlər araşdırılmamışdır. İkinci epizod üzrə irəli sürülmüş ittihama görə Məhkum 12 sentyabr 2012-ci il tarixdə tarixdə, təşkilati hüquqi forması dəyişdirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X9 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə həmin tarixdə təyin edilməklə qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçə kmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşməklə faktiki istifadəsində olmasına baxmayaraq, hər hansı hüquqmüəyyənedici sənədinin olmadığı 0,06 hektar torpaq sahəsinin öz adına sənədləşdirilməsinə köməklik göstərməsinə dair cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayında ünvan 3 ünvanında yerləşən Bakı şəhər, Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında baş tutmuş görüşləri zamanı özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs2 Xəzər Rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən torpaq sahəsini onun adına rəsmiləşdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin icra hakimiyyətinin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla onunla sövdələşib, özünə, vəzifəsinə və əlaqələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 18 fevral 2022-ci il tarixdə, sədri olduğu “X4 Kömək” İctimai Birliyinə aid ünvan 5 ünvanında yerləşən ofisdə həmin pul vəsaitindən 5.000 (beş min) manatını Zərərçəkmiş şəxs2 şəxsən almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonunc uya məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, 21 fevral 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət əməli üzrə şübhəli şəxs qismində tutulduğundan, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs2 həmin niyyətlə qalan pul vəsaitini almağa nail olmayaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bu ittihama görə Məhkum əməli bitmiş cinayət əməli kimi 5000 manat məbləğində pulu aldığı üçün CM-in 178.2.3-cü maddəsi ilə, yerdə qalan 7000, ümumilikdə 12000 manatı almağa cəhd etdiyi üçün isə CM-in 29, 178.2.3 və 29, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. CM-in 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq cinayət əməli aldatma və etibardan sui-istifadə etmək yolu ilə törədilir. Məhkum hər iki tövsifedici əlamət üzrə ittiham verilmişdir. Yəni Q.X1 həm aldatmış, həm də onun etibarından sui-istifadə etmişdir. Dələduzluq cinayət əməlində aldatmanın və etibardan sui-istifadənin mövcudluğunu qəbul etmək üçün konkret və mötəbər sübutların mövcud olması zəruridir. İşin hallarından göründüyü kimi, V.Həş imzadə Məhkum pul verməsi barədə bir qənaətə gəlməmişdən öncə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Burada sadə bir məntiqi analiz aparmaq lazımdır ki, V.Həşimzadə Məhkumla ilk söhbətdən sonra anlamışdır ki, aldadıla və etibarından sui-istifadə edilə bilər və məhz bu səbəblə hüquqmühafizə orqanlarına rəsmi ərizə ilə müraciət etmişdir. Burada araşdırılmalı olan məsələ ondan ibarətdir ki, CM-in tövsifedici əlaməti olan “aldadılma” və ya “etibardan sui-istifadə” olmuşdurmu, eləcə də, cinayətə təhrik mövcuddurmu? Bundan əlavə, “etibardan sui-istifadə”nin mövcudluğu da məhkəmələr tərəfindən araşdırılmamışdır. V.Həşimzadə ilə Məhkum öncədən bir-birlərini tanımışlarmı, onlar arasında bu etibar ediləcək münasibət necə, hansı səbəbdən, hansı qaydada yaranmışdır? Məhkum CM-in 178.2.3-cü ma ddəsi ilə ittiham irəli sürülmüş, lakin onun törətmiş olduğu əməlin onun öz qulluq mövqeyindən istifadə etməsi ilə bağlı olub-olmaması, onun rəhbəri olduğu MMC-in məhz bu sənədləşdirmə işləri ilə məşğul olub olmaması, həmin MMC-in nizamnaməsində bu fəaliyyət sahəsinin mövcud olmaması araşdırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Məhkum V.Həşimzadədən aldığı 5000 manat pulu ona vermiş və bununla bağlı aralarında müqavilə bağlanmış, müqavilənin əsli özündədir. Lakin məhkəmələr bu faktı araşdırmamış, müqavilənin əslini tələb edərək tədqiq etməmiş, şahid A.Nağıyevənin ifadəsi və verdiyi məlumatlar məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. Bundan əlavə, məhkəmələr tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respu blikası Ali Məhkəməsinin Plenumunun tövsiyyəsi də nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətlərinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət vermədən, müdafiə tərəfinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verdiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Belə ki, CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya - məh kəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiall ardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, m addi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;”. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hə r kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məs ələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanlar milli qanunvericilikdə öz əksini tapmaqla imperativ qaydada vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymətin öz əksini tapmasını müəyyən etmiş, eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsinin yol veril məz olduğunu təsdiq etmişdir.(CPM-nin 121.2-ci maddə) Eynilə, məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin təmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli Məhkəmə iclas protokolundan görünür ki, müdafiə tərəfi apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmasına dair vəsatət vermiş, lakin həmin vəsatət məhkəmənin bir cümləlik (Məhkəmə kollegiyası yerində qısa müşavirə edərək qərara aldı: Məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş şifahi vəsatət təmin edilməsin, məhkəmə çıxışlarına keçils in.) qərarı ilə təmin edilməmişdir. Bu qaydada vəsatətin təmin edilməməsi məhkəmə qərarlarının əsaslandırılmalı olması ilə bağlı imperativ tələblərin pozulması ilə nəticələnmişdir. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi qeyd olunan məsələlərin yenidən araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün vəsatət qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının qismən m əhkəmə istintaqı aparılmaqla keçirilməsini apellyasiya məhkəməsindən xahiş etmişlər. Apellyasiya məhkəməsinin bu şəkildə, yəni apellyasiya şikayətlərində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etməsi, faktiki olaraq onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçirilməsinə dair vəsatətləri rədd etməsi kimi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmamış ilkin baxış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, ümumi şəkildə vəsatəti təmin etməməklə, məhkəmə baxışında bilavasitə sübutla rı tədqiq etməkdən imtina etməsi, faktları araşdırmadan apellyasiya şikayəti ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda – məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvə l qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.12-cü maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, bu Məcəllənin 143-146-cı maddələ rinin tələblərinə müvafiq olaraq tədqiq etməməsi hallarında kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutla rdan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə ləğv edilsin. Cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin
Məhkəmə qərarları › İş №1(102)-1739/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1739/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver