Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-174/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum4 müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Məhkum1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum2, X4, Məhkum1, habelə Məhkum4 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) X4 (xxxx xxx 1996-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3da qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli b ilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4nin ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış, X4yə qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X4nin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəs ində çəkməsi, cəzaçəkmə müddətinin 25 aprel 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xxxx xxx 1992-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan6-da qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəz alar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış, Məhkum2 qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 aprel 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum4 (xxxx xxx 1993-cü il tarixdə ünvan6ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, XXX80inin sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan7-də qeydiyyatda olan və yaşamı ş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 25 aprel 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum1 (x x xxxxxx 1995-ci il tarixdə ünvan10ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılaraq Məhkum1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaş dırılması cəzası saxlanılmış, Məhkum1 üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasına nəzarətin Məhkum1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi XXXX222nə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum1 yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.Şahid3 və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum4, Məhkum2, X4, habelə Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum2, X4, Məhkum1, habelə Məhkum4 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Lakin, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək Məhkum4 24 yanvar 2020-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini, məhkumlar X4 və Məhkum2 24 yanvar və 25 yanvar 2020-ci il tarixlərində məhkəmə kollegiyasına ərizələrlə müraciət edərək özləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər (ərizələr Ali Məhkəməyə XXX99nin 24 yanvar 2020-ci il tarixli 17/25-185 saylı, XXXX88nin 24 yanvar 2020-ci il tarixli 17/18-186 saylı və XXX77nin 25 yanvar 2020-ci il tarixli 17/28-268 saylı müşayiətedici məktubları ilə göndərilmişdir). Həmçinin, Məhkum1 iştiraak etdiyi 29 yanvar 2020-ci il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasına ərizə təqdim edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası mə hkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə görə isə kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumların ərizələrini nəzərə alıb, dövlət ittihamçısının, Məhkum1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2 ərizələrin təmin edilməsinə dair çıxışlarını dinləyib, cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətlərin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2, X2, Məhkum1 və Məhkum4 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum2, X4, Məhkum1, habelə Məhkum4 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-174/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-174/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver