Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-174/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun, Məhkum iştirakları ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu i l tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: V.Ə.Abdullayev) Məhkum - xx.xx.1990-cı il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Gədəbəy rayonu, Qaraməmmədəli kənd tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 24 mart 2019-cu il tarixdə, saat 19:47 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, X3 məxsus, “BMW 320” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Gəncə yolu ilə üzü Gəncə şəhəri Nizami prospekti istiqamətində şəhərə doğru hərəkətdə olarkən Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən “Əllərin dairəsi” deyilən yerin yaxı nlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun solundan sağına keçmək istəyən piyadanı avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq X1 ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: S.B.Hüseynov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 10 dekabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmə dən saxlamışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qanunları təhrif edərək, işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, qərarı qəbul edərkən CPM-nin tələblərini, İnsan hüquqları Haqqında Avropa Konvensiyasının tələblərini kobud şəkildə pozmuş ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmək əvəzinə apelyasiya şikayətində irəli sürülmüş dəlilləri tam araşdırmamış və nəticədə apelyasiya şikayətini təmin etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58-ci maddələrini sadalasa da təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin etməmiş, Məhkum həddindən artıq ağır azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini, zərərçəkmiş şəxsi hadisədən dərhal sonra xəstəxanaya aparmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, xəstəxana xərclərini ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, lakin bundan başqa Məhkum məsuliyyətini yüngülləşdirən digər hallar olsa da məhkəmə onları nəzərə almamışdır. Belə ki, iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Məhkum məcburi köçkündür, kənd məktəbində müəllim işləyir, öhdəsində 2-ci qrup xəstə anası var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun tələblərinə formal yanaşmış, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olmasını nəzərə almadan ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki, hesab edir ki, məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını, habelə məsuliyyətini yüngülləşdirən digər halları n əzərə alaraq Məhkum aşağı həddə cəza təyin edilməsi məqsədə müvafiq olardı. Odur ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019- cu il tarixli qərarını dəyişdirib, onun barəsində olan yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kolleg iyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində müdafiəçi Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarını dəyişdirib, onun barəsində olan yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum ona görə təqsirli bilinmişdir ki, 24 mart 2019-cu il tarixdə, saat 19:47 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, X3 məxsus, “BMW 320” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Gəncə yolu ilə üzü Gəncə şəhəri Nizami prospekti istiqamətində şəhərə doğru hərəkətdə olarkən Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən “Əllərin dairəsi” deyilən yerin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun solundan sağına keçmək istəyən piyadanı avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq X1 ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisə ləndirilməmişdir. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi, qiymətləndirilməsi və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən məcmuda sübutlara istinad edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması, mümkünsüz sübutlara istinad edilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası cinayət işi üzrə cəza təyini barədə kassasiya şikayətinin dəlillərinin əsaslılığını yoxlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsini, təqsirini etiraf etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərəri azaltma sını yüngülləşdirən hal kimi, CMnini 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal olmamasını nəzərə aldığını hökmdə qeyd etmişdir. Eyni zamanda məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz tələbinə də əməl edərək həmin qanunla müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən (3 il) artıq olmayan həddə, eləcə də maddədə nəzərdə tutulmuş ən aşağı həddə, 2 il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəli lik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, h abelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkuma cəza təyin edilərkən göstərilən Cinayət Məcəlləsinin maddələrinin tələblərinə əməl edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum oğunun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair ci nayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-174/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-174/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver