Məhkəmə qərarları › İş №1(102)-174/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-174/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-174/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarından məhkumun mü dafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Əli Məmmədov) 14 aprel 2022-ci il tarixli, 1(101)-765/2022 nömrəli hökmü ilə 06 avqust 1999-cu ildə Zərdab rayonu, Ağabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Ağabağı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 25 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, sonuncunun qeyd olunan evdə birgə kirayənişin olaraq yaşamaq istəməsi barədə israrlı təklifini qəbul etməməsi ilə bağlı aralarında yaranmış və təxminən 10 dəqiqə davam etmiş sözlü mübahisə ilə əlaqədar evdən çıxaraq sonuncu ilə birlikdə həmin evin yaxınlığında yerləşən heç kəsin olmadığı ünvan 3 ünvanın qarşısında olan boş ərazidə göstərilən tarixdə saat 18:45 radələrində mübahisəni davam etdirib Zərərçəkmiş şəxs birlikdə kirayədə yaşamayacaqlarını bir daha bildirərək ü nvanına nalayiq ifadə işlətdikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq ona sağ gözaltı nahiyənin qançırı, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək ona döş qəfəsinin sol yarısının arxa divarında 3-cü qabırğaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa divarında 1 (bir) ədəd, sol qalça nahiyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, sağ said nahiyəsində 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları kimi, cəmi 4 (dörd) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbə b olan sağlamlığa yüngül zərər vurmaya, ürəyin perikard qişasının zədələnməsi ilə 5-ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol ağciyərin aşağı payının, diafraqmanın, mədənin seroz qişasının zədələnmələri ilə müşayiət olunan 7-ci qabırğaarası nahiyədən döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, perietal peritonun zədələnməsi ilə qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi cəmi 3 (üç) ədəd, ümumilikdə və ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs onun bıçaq zərbələrindən yayınaraq hadisə yerindən qaçdığından Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çat dıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 23 iyun 2022-ci il tarixli, 1(103)-1160/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırmaması nəticəsində səhv nəticəyə gəlmişdir. Belə ki, Respublika Psixiatriya Xəstəxanasından verildiyi arayışa əsasən Məhkum orta debillik dərəcəsində anadangəlmə kəmağıllıq, ifadəli davamlı psixopata bənzər davranışı ilə müşayiət olunan diaqnoz qoyulmuşdur. Məhkum, əsəb, stress keçirtdiyi zaman hərəkətlərini nizamlamağa qadir deyildir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hadisə yerinə bıçaq əldə edib getməsini, zərərçəkmiş şəxsə qəflətən hücumu, xaotik hərəkətlərlə sonuncunun bədəninin müxtəlif hissələrinə çoxsaylı bıçaq zərbələri vurması, guya zərərçəkmiş şəxsin hadisə yerindən uzaqlaşması nəticəsində sağ qalması fikrinə gəlmişdir. Lakin Məhkum fərdi əməklə məşğul olduğundan onda olan bıçaqdan məişət işləri üçün istifadə etdiyindən çox vaxt bıçağı üstündə gəzdirir, yani həmin bıçağı hadisəni törətmək məqsədi ilə götürməmiş, zərərçəkmişə hücumu qəflətən deyil yalnız zərərçəkmiş tərəfindən onun tərəfinə təhqiredici ifadələrini işlədib onu vurduqdan sonra baş verməsi, xaotik hərəkətləri isə bir daha məhkumun hərəkətlərini idarə edə bilməməsi səbəbindən olmuşdur. Nədənsə məhkəmə bu hallan məhz olduğu kimi deyil, məhkumu sırf daha ağır ittihamla ifşa edilməsinə gətirib çıxardan mənasında qələmə vermişdir. Məhkum qoyulan diaqnoz F70.1 formasına aiddir, bu isə diqqət və ya müalicə tələb edən əhəmiyyətli davranış problemlərin olduğu mənasını daşıyır. Belə diaqnozu olan şəxslərə silah qismində istifadə oluna biləcək hər ha nsısa əşya yaxın buraxılması belə əks göstəricidir. Bu isə Şükranın özündə olmamasının sübutudur. Həmçinin həmin xəstəlik tam müalicə olunmur və öz özünə keçmir. Bu hal ilə bağlı ekspertin rəyi bizdə çoxlu sual doğurur. Daimi müalicə olduğu halda müalicə olunmamış, əlavə olaraq zərərçəkmiş şəxsin onu təhqir etməsi və zərbənin yetirilməsi onun psixiki vəziyyətini daha da qabardıb hadisəyə sürükləmişdir. Bütün bunlar məhkum tərəfindən törətdiyi əməlini tam dərk etməməyi, həmçinin öncədən hadisəni bilərəkdən törədilməsini mümkün olmadığını bir daha isbatlamaqdır. Məhkəmə məhkum tərəfindən cinayəti başa çatdırmamağını zərərçəkmiş şəxsin yaralı olaraq hadisə yerini tərk etməsi ilə bağlayır, lakin Məhkum zərərçəkmişi öldürmək fikri olsa idi yəqin ki, yaralı olan bir kəsi hadisə yerindən uzağlaşm asını qoymazdı, tam məqsədinə çatardı. Məhkəmənin bu kimi nəticəyə gəlməsi, məhkumun hərəkətlərini səhv tövsif etməsi səbəbindən Məhkum daha ağır ittiham olunmasına gətirib çıxartmışdır. Müdafiəçi hesab edir ki, Məhkum hərəkəti Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli idi. Lakin istintaq zamanı ümumiyyətlə törətdiyi əməl düzgün tövsif edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri isə bu kimi hallara diqqət yetirməmişdir. Bununla da məhkumun barəsində daha ağırlaşdırıcı ittiham irəli sürülmüş və o təqsiri olmayan cinayətin törədilməsinə görə məhkum edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinl əyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tə rəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, heç bir əsas olmadan həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxsla mübahisə zamanı üzərində olan bıçaqla sonuncunu qəsdən 7 dəfə vuraraq sağlamlığına ağır zərər vurmuşdur. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, mə hkum zərərçəkmişi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1ci maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nə ticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmətibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclası nda tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Məhkum öz ifadəsində Zərərçəkmiş şəxs öldürmək istəməməyi qeyd etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, hadisədən sonra Məhkum ona telefonla zəng vurub Zərərçəkmiş şəxs haqqında “öldürmüşəm, gəlin zibilinizi aparın” sözləri demişdir. İşin ha lları, yəni məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla vurulmuş zərbələrin sayı və bunun nəticəsində yetirilmiş bədən xəsarətlərinin xarakteri, məhkumun bıçaq zərbələri yetirdikdən sonra zərərçəkmiş şəxsi təqib etməsi və yalnız huşsuz yıxıldıqdan sonra sonuncudan əl çəkib tanışı Aqşın Mikayıllıya zəng edərək zərərçəkmişin öldürməsi barədə bildirməsi Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətini təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmiş və onu həmin maddə ilə təqsirli bilmişlər. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina et məmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materia llarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstə rilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar