Məhkəmə qərarları › İş №1(102)-174/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-174/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-174/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)1461/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Sabunçu Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli hökmü ilə Azərbaycan R espublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs1 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 20 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 21-ci binanın qarşısında 700 (yeddi yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

3. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs2 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 04 may 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbsi, «Q» yaşayış sahəsi, 21-ci binanın qarşısında 600 (altı yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

4. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgəni n əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs3 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 18 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 21ci binanın qarşısında 700 (yeddi yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 06 may 2024-cü il tarixli, 1(010)-120/2024 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və onun 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Sabunçu Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli iş üzrə hökmü ilə Məhkum təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanması, alınan 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum əvvəlki iş üzrə tutulduğu 02 günün və hazırkı iş üzrə tutulduğu 02 günün, cəmi 04 gün müddət, eləcə də əvvəlki iş üzrə çəkdiyi 07 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla alınan 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası, cəmi 04 ay 02 gün azadlıqdan məhrum etmə cəzası CM-in 69.3-cü maddəsinə əsasən 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və ona qəti olaraq 02 il 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçin in maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, ailəli olmasının, himayəsində iki azyaşlı övladının, yaşlı xəstə anasının olmasının, törətdiyi əməli səmimi etiraf etməsinin, zərərçəkmiş şəxsə maddi zərərin ödənilməsinin, şikayət və tələbinin olmamasının nəzərə alınmaqla təyin edilmiş cəzanın alternativ cəza növü ilə əvəz edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət məhkəmə tərkibində) 20 iyun 2024-cü il tarixli, 1(103)1461/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri S uraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-120/2024 nömrəli hökmünün verilmiş saxlanılması qərara alınmışdır. apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)1461/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Məhkum kassasiya şikayətinin dəlilləri qismində ailəli olmasının, himayəsində iki azyaşlı övladının, yaşlı xəstə anasının olmasının, törətdiyi əməli səmimi etiraf etməsinin, zərərçəkmiş şəxsə maddi zərərin ödənilməsinin, şikayət və tələbinin olmamasının nəzərə almadan barəsində ağır cəza təyin edildiyini qeyd etmişdir.

10. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)-1461/2024 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın alternativ cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

12. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarını n ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

19. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciə tlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024cü il tarixli, 1(103)-1461/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

21. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən y eni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tu tulur (CM, maddə 59.2).

24. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

25. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəs ində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

27. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddində n artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

28. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-120/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə eh tiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (əməlində cinayətin sadə residivinin olması) və yüngülləşdirən hallar (əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, onlarla barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifay ət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

30. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq, hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya i nstansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respubl ikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)1461/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)-1461/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar