Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1740/2025 05.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, onun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X2 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nüm ayəndə2 iştirakları ilə 6 mart 1983-cü il tarixdə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad ərazi qəsəbə dairəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2102/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)195/2023 nömrəli 15 noyabr 2023cü il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Nümayəndə1 Tayif oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə 2 və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-210/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), İ.A.İbrahimli və A.V.Tanrıverdiyevdən ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)195/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 Tayif oğlunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1562/2024 nömrəli 16 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər R.M.Abdulov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibində) məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Məhkum CM-in 263.11-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-210/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli qərarın ləğv edilmiş, cinayət işinin zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 Tayif oğlunun mülki iddiasına aid məsələyə yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 Tayif oğlunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2102/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər F.İ.Əyyubov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-195/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 Tayif oğlunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər nəticəsində Nümayəndə1 Tayif oğlu tərəfindən xərclənmiş 50000 ABŞ do lları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla), 12000 (on iki min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 390 manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq mülki iddiaçı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayədəsi Nümayəndə1 Tayif oğluna ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 7 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən 13 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin giriş qapısının qarşısında AC 050771 seriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi X4 məxsus “X16 11 CDİ” minik markalı, AZ **-RM-*** dövlət qeydiyyatlı nömrəli avtomobil ilə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin sağ ön hissəsi ilə vurmaqla sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının 4-cü dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan və ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2102/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və verilmiş mülki iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə göstərilmişdir ki, ibtidai istintaq zamanı dindirilmiş şəxslərin heç birinin ifadəsi məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə üst-üstə düşməmişdir. Məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən məlum olmuşdur ki, həmin şahidlər “hadisə” vaxtı məktəbin həyətində olmuşlar, hadisəni ümumiyyətlə görməmişlər. Ən əsası isə ekspert rəyinin əsasında dayanan avtomaşının sürəti ilə bağlı Şahid1 ifadəsi saxtalaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmədən təqsirləndirilən şəxslə üzləşdirilmiş “şahid” X7 məhkəmə istintaqı zamanı dindirilmək üçün çağırıldığı vaxt şikayət müəllifi etiraz etmiş, onun təqsirləndirilən şəxslə üzləşdirilmə protokolu məhkumun vəsatəti əsasında sübutlar siyahısından çıxarılmışdır. İş üzrə bir sıra şəxslərin ifadələri istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı alınmış, ibtidai istintaq zamanı Şahid1 ifadəsi yerində yoxlanılmışdır. İbtidai istintaq zamanı Şahid1 cinayət işinin 55-ci vərəqində əks olunmuş ifadəsində o, guya hadisəni - avtomaşının gəldiyini gördüyünü, avtomaşının yavaş sürətlə - 15-20 km/saat sürətlə hərəkət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində i sə o, hadisə zamanı müəllim və valideynlərlə məktəbin həyətində söhbət etdiyini, avtomobilin gəldiyini görmədiyini və avtomobilin surəti haqqında ümumiyyətlə təsəvvürlərə malik olmadığı üçün avtomobilin surəti barədə ifadə verməsinin qeyri-mümkün olması barədə ifadə vermişdir. Bundan əlavə iş üzrə ifadə vermiş şahidlərin hamısı hadisə anını görmədiklərini göstərmişdir. İstintaqı aparan şəxs 5 avqust 2022-ci ildə Şahid1 ifadəsini yerində yoxlamış və o, guya hadisə yerini göstərmişdir. Buna uyğun olaraq müstəntiq hadisə yerinin sxemini çəkmişdir. Hadisə yerinin sxemində hadisənin səkidən 2,5 metr məsafədə olduğu göstərilmişdir. Halbuki şahidlərin ifadələrindən görünür ki, səkinin kənarında avtomobillər ard-arda dayanmış olmuşdur. Bundan əlavə, yol-nəqliyyat ekspertizasının 6 sentyabr 2022-ci il tarixli rəyinə əsasən bir çox göstəricilər, o cümlədən piyadanın qaçış sürəti əks etdirilmişdir. Ekspert rəyi təhlükənin yaranma anını piyadanın hərəkətə başladığı an kimi müəyyən etmişdir. Əgər piyadanın hərəkətə başladığı yer səkinin kənarıdırsa, onda ekspert bunu 2,5+2,5 metr olaraq 5 metr kimi müəyyən etmişdir. Yəni, sürücü onu hadisə yerinə 5 metr məsafədə yol kənarında görmüşdür. Əgər səkinin kənarında avtomobillər dayanmışsa, bu halda onların hündürlüyü şəxsin görülməsini (1-ci sinif şagirdi) qeyri-mümkün edirdi ki, bu hal nə sxemdə, nə də təbii ki, ekspert rəyində mövcud deyildir. İfadənin yerində yoxlanılma protokoluna sonradan “avtomobil yüksüz vəziyyətdə olmuşdur” cümləsi əlavə edilmişdir. Həmin protokol, ümumiyyətlə qeydiyyatdan keçməmişdir. Digər tərəfdən, baxış zamanı had isə yerinin fotoşəkilləri çəkilməmiş, hadisədən xeyli sonra baxış keçirilməklə yolun əsas göstəriciləri barədə qeyd aparılmamışdır. Həmçinin, şikayətdə qeyd edilir ki, işə baxan məhkəmə heç bir əsas olmadan zərər çəkmiş şəxsin verdiyi mülki iddianı heç bir araşdırma aparmadan, təqdim olunan dəlillərin mənbəyini, mötəbərliyini qiymətləndirmədən, sübut kimi qəbul edilməsinin qeyrimümkünlüyünü nəzərə almadan, formal olaraq sənəd adlandırdığı vərəqlərə istinad etməklə qərar çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə Nümayəndə2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Şikayətdə qeyd edilir ki, məhkəmələr tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək əsassız olaraq məhkum edilmişdir, həmçinin verilmiş mülki iddianın təmin olunmaması xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyy əti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinə görə: “Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əmə linin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkə mə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqları na hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə v ə əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında həmçinin qeyd edili r ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş ver miş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və şahid ifadələri, ekspe rt rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdı rma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il iyun ayının 7-də günorta təxminən saat 13:15 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Mersedes Vito” markalı ağ rəngli, **-RM-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, 13 nömrəli otra məktəbin yaxınlığında olan klinikaya əmisi və atasını gətirmişdir. O, məktəbin qarşısında avtomobili saxlamış, məktəb avtomobilin istiqamətindən sağ tərəfdə, özü isə avtomobili yolun ikinci sırasında saxlamış, sağında çəkicə onun avtomobilinin çəkisindən yüngül markasını bilmədiyi avtomobil dayanmışdır. O, öz avtomobilini sağda dayanmış həmin avtomobildən təxminən yarım metrə aralı saxlamış. Avtomobilindən bir neçə metr aralaşmışdır. O, taqqıltı səsi eşitmiş, avtomobilinin yanına qayıdanda avtomobilinin yanında, sağ tərəfində, yolun səkisi hissəsində saxlanılan markalarını bilmədiyi, bir birindən təxminən 1-1.5 metr aralı dayanmış iki avtomobilin arasında yerə yıxılmış vəziyyətdə oğlan uşağının olmasını görmüş. Onun avtomobili həmin avtomobillərlə ara məsafəsi təxminən yarım-metr olarmış. Həmin vaxt yol səthi kələ-kötür daşlı imiş, asfalt çəkilməmiş. Hə min vaxt avtomobilində kimsə yox imiş. Belə ki, qarşıda çox avtomobil var imiş və yolu bağlamış, qabağa gedə bilməmiş, uşaq iki avtomobilin arasında yerə yıxılmış, ağlamırmış, o, ora gəlib soruşmuşdur ki, “uşaq kimindir?”, uşağın yanında kimsə yox imiş. Həmin vaxt əmisi də təsadüfən ora gəlmiş, uşağın anası az sonra gəlmiş. Həmin vaxt uşağın bədənində hər hansı xəsarət görməmişdir. Əmisi həmin yerdə olan klinikanın baş həkimi imiş, o, uşağı qucağına götürüb yaxındakı klinikaya aparmışdır və orada 5-10 dəqiqə ərzində uşağa vizual baxış keçirdikdən dərhal sonra uşağın valideynləri oraya gələrək uşağı “İstanbul NS” klinikasına aparmaq istədiklərini bildirmişdilər. Ona görə də o, atası ilə avtomobili idarə edib, İstanbul klinikasına getmişlər. Onlar oraya gəldikdə görmüş ki, uşağın atası uşağı müayinədən keçirib, uşağın ayağında sınıq olması müəyyən edilib. Uşağın ayağına orada gips qoymuşlar. Sonra orada həkimlər demişlər ki, uşağın narahatlığı varmış, uşaq cərrahı baxmalı imiş. Orada o, qardaşı Ərşad Bağırlı ilə danışmış, qardaşı Əfəndiyev xəstəxanasında həkim işləyirmiş, qardaşına demiş ki, bir xəstə uşaq varmış, uşaq cərrahına göstərmək lazımdır, qardaşı demişdir ki, orada uşaq cərrahı var, ona görə də onun təklifi ilə uşağın valideynləri təcili yardım avtomobili ilə uşağı Əfəndiyev adına xəstəxanaya aparmışlar. Orada uşağa cərrah baxmış, müayinə edib uşağa katetor qoymuşlar. Uşaq orada bir neçə gün müalicədə qalmış. Həmin vaxtlar uşağın yanına gedib gəlirmiş. Uşağın atası imkanı olmadığını deyirmiş, ona görə də, onlara köməklik etmişdir. Orada müalicə zamanı uşağın ayaq sü müyü bitişməmiş, həkimlər mil qoyulmasını bildirmişlər, ona görə də uşaq İstanbul klinikasında əməliyyat olunub ayağına mil qoyulmuş, uşağın babası orada işlədiyi üçün güzəşt etmişlər, o, orada 1300 manat xəstəxananın kassasına ödəmiş. Uşaq orada 1 gün qalmış. Sonra uşağı evlərinə aparmışlar. Hadisədən 5-6 ay sonra uşağın vəziyyəti pisləşmiş və başqa hospitala aparmışlar, sonradan o, da ora uşağın vəziyyətini öyrənmək üçün getmiş. Sonra uşağı yenə evə aparıblarmış. Bundan 2-3 ay sonra uşağın vəziyyəti pisləşdiyi üçün DTX xəstəxanasına aparılıbmış və orada sidik kisəsindən əməliyyat etmişlər. O, orada təxminən 3500 (üç min beş yüz) manat pul keçirtmişdi. Orada valideyni danışmışdır ki, həkimə o, pulunu vermiş. Orada cərrahiyyə effekt vermədiyi üçün o, sonra pulu həkimdən geri almış. Bunda n sonra uşağın atası əməliyyat uğursuz olduğu üçün Türkiyəyə aparacağını demiş. O, uşağın atası Ramilə uşağı Türkiyəyə aparıb əməliyyat etdirmək üçün dörd min manat pul vermişdir. Ramil Türkiyədən gəldikdən sonra əməliyyata xərci çox çıxdığı üçün ondan 23 min ABŞ dolları verməli olduğunu demiş. O, Raminə demişdir ki, onun elə pulu yoxdur, onda uşağın atası Ramin demişdir ki, ondan polisə şikayət edəcəkmiş, o da demiş ki, “şikayət edə bilərsən”. O uşağın müalicəsi üçün uşağın atası Ramin kartına bu müddətdə 4 min, 700 manat pul keçirmişdir. O, həmin vaxt idarə etdiyi “Mersedes Vito” avtomobilini 5-6 ay əvvəl tanımadığı şəxsə etibarnamə ilə satmışdır. Əlavə suala cavab olaraq bildirdi ki, onun qunahı yoxdur, uşağın müalicəsinə verdiyi pulla sadəcə insanlıq borcunu yerinə yetirmişdir və dəfəl ərlə Nümayəndə1lə barışıq əldə olunmasını istəsə də, buna nail ola bilməmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hazırda Bakı şəhəri, Yasamal rayonu, 13 nömrəli orta məktəbdə orta təhsil alır. Hadisə baş verən vaxt 1-ci sinifdə orta təhsil alırmış. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində anası onu dərsdən götürməkdən ötrü məktəbə gəlmiş və digər valideyinlər də orda imiş, o da sinif yoldaşları uşaqlar ilə məktəbin həyətində oynayırmış və uşaqlar hamısı məktəbin həyətindən qaçaraq çölə çıxmış və o da onların arxası ilə məktəbin həyətindən çölə çıxmış, yolu keçmək istəyən zaman ağ rəngli Vito markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sürücüsü hərəkətdə olarkən avtomobilin sağ tərəfi ilə onu vuraraq qabaq sağ təkərin altına salmış. Anası onu avtomobilin altından götürmüş və onu xəstəxanaya aparmışlar. Sonradan baş verənləri hamısını xatırlamadığını, lakin bir neçə dəfə Azərbaycanda və Türkiyədə əməliyyat olunduğunu və hazırda məktəbə mütəmadi gedə bilmədiyini bildirmişdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 bildirmişdir ki, 7 iyun 2021-ci il tarixdə həyat yoldaşı Şahid1 ona həyəcanlı zəng edərək bildirmişdi ki, oğlu Tahiri maşın vurub təcili gəlsin məktəbə. Ora çataraq oğlunun pis vəziyyətdə olduğunun şahidi olmuşdur. Həmən günü hadisəni törədən Məhkum ilə birlikdə uşağını bir neçə xəstəxanalara aparmışdılar. Oğlunun sidik kanalının zədələnməsi və sınığın olması diaqnozu qo yulmuşdur. Oğlu Tahiri bu iki il ərzində dəfələrlə Türkiyəyə aparmış və orada əməliyyat etdirmişdir. Məhkum hadisədən dərhal sonra və sonradan bir neçə ay ərzində onun və ailəsinin yanında olaraq, onlara maddi köməklik etmişdir. Lakin sonradan DTX-nin hospitalından pulunu qeri istəmişdir. Onunla münasibətlər kəskin pisləşmişdir. Mayıl demişdir ki, “get hara istəyirsən şikayət elə, mənim pulum yoxdur”. Məhz bundan sonra o polisə şikayət etmişdir. Hazırda onun böyük məbləğdə borcu var, o Məhkum şikayətçidir və verdiyi mülki iddianın tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs Yasamal rayonu, H.B.ünvan 3 ünvanda yerləşən 13 nömrəli orta məktəbin 3b sinfində orta təhsil alır. Hadis ə baş verən vaxt 1-ci sinifdə orta təhsil alırmış. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Tahiri dərsdən götürməkdən ötrü məktəbə getmiş və digər valideynlər də orda imiş, Tahir də uşaqlar ilə məktəbin həyətində oynayırmış. Uşaqlar hamısı məktəbin həyətindən qaçaraq çölə çıxmış və Tahir də onların arxasınca asta qaçışla məktəbin həyətindən çölə çıxmış və ağ rəngli Vito markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sağ ön tərəfi ilə Tahiri vuraraq qabaq sağ təkərin altına salmış. Həmin vaxt hamısı Tahirə tərəf getmiş və o, Tahiri avtomobilin altından iki qabaq təkərin arasından çıxartmışdır. Suala cavab olaraq bildirdi ki, bilavasitə zərbəni görməmiş, lakin taqqıltı səsini eşitmişdir. Avtomobildən 3 tanımadığı kişi düşmüş. Tahiri qucağında Qələbə klinikasına aparmış, h əmin vaxt Tahirin cinsiyyət orqanından qan axırmış. Tahirin atası Ramin həmin yerə gəlmiş, Tahiri avtomobilə əyləşdirib “NS İstanbul” xəstəxanasına aparmış, Tahirin ayaqları şişmiş, sol ayağına gips qoymuşlar. Sonradan adını bildiyi sürücü Mayılın qardaşı Ərşad gəlmiş, demişdir ki, polisə məlumat verməyin, Əfəndiyev adına xəstəxanada cərrah işləyirmiş. Onlar da əlacsız razılaşmış, uşağı təcili tibbi yardım avtomobili ilə Əfəndiyev xəstəxanasına aparmış. Tahirin orda sidik kanalının partlamadığını onlara bildirmişlər və əməliyyat etmişlər. Tahir 10 gün xəstəxanada qalmış, lakin sonra oradan “NS İstanbul” xəstəxanasına getdikdə Tahirin ayağının qırılıdığını və əmliyyata ehtiyacının olduğunu bildirmişlər, 4 gün sonra əməliyyat olunmuş. Sentyabr ayında German klinikasında Tahiri sidik kisəsi ndən əməliyyat etdirmişlər və həmin əməliyyat uğursuz olduğundan Tahirin vəziyyəti ağırlaşmışdır. Bundan sonra DTX-nın hospitalında da əməliyyat olunmuş və yenə əməliyyat uğursuz olmuş. 2022-ci ilin fevral ayında Tahirə kateter qoyulmuşdur və indiyə kimi həmin kateter Tahirin üstündədir. Hətta onlar X5 və Medpark xəstəxanasında əməliyyat etdirmişlər, lakin Tahirin səhhəti düzəlməmişdir. Mayıl və onun qardaşı Ərşad təzə-təzə kömək etsələr də, sonradan hər cür kömək etməkdən imtina etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5, X7, Şahid4 və Şahid6 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadələrinə oxşar eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan məhkəm ə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X10 X12 rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli 715 nömrəli rəyindən müəyyən olunur ki, azyaşlı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının İV dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün orta 1/3-nin qapaılı yerdəyişən sınıqları küt əşyanın ( əşyaların ) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar, ümumilikdə, sağlamlığa Ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası şöbəsinin xx.xx.2022-ci il tarixli 8/2174 nömrəli rəyindən müəyyən olunur ki, “X16 11” markalı, Az **-RM-*** dövlət qeydiyyatlı nömrəli avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum məhkəmə iclaslarında özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Məhkəmə k ollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında Azərbaycan Respublikası CPM-nin 125, 143146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, həmçinin işdə olan digər sübutlarla tam təsdiq olunmuş və Məhkum tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayət i əsasında işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında 16 iyul 2024-cü il tarixdə (hakimlər R.M.Abdulov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibində) baxılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından, Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri i lə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən hadisənin ehtiyatsızlıqdan baş verməsini, ha disələrin təsadüfi axarı zəminində cinayət törədilməsini, məhkumun zərər çəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, ilk məhkumluğunu və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Mülki iddianın təmin olunmaması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı həm iş materiallarında olan sənədlər, həm də təqdim edilmiş əlavə sənədlərdən görünür ki, cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirilmiş, onun müayinə və müalicəs i üçün çəkilmiş xərclərin məbləği həmin xərclərə dair məlumatları özündə əks etdirən sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iddiadan görünür ki, zərər çəkmiş tərəf Zərərçəkmiş şəxs müalicəsi həyata keçirildiyi “X6”ndə çəkilmiş xərclərin, müayinəsinin aparldığı “HSM X3 və Tanı Mərkəzi”ndə çəkilmiş xərclərin, müalicə dövründə Türkiyə Respublikasına gediş-gəliş (Bakı-İstanbul və İstanbul-Bakı uçuşları) üçün alınmış biletlərə çəkilmiş xərclərin, həmçinin müalicə üçün Türkiyə Respublikasında qaldıqları müddətdə çəkilmiş otel xərclərinin ödənilməsini tələb edilmişdir. Beləliklə işin halları ilə müəyyən olunur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı çəkilmiş xərclər 57344,407+6251,702=63596,702 ABŞ dolları, 3000 Avro, 8184,84 AZN təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Məhkum törətdiyi cinayət əməli nəticəsində 7 yaşlı Zərərçəkmiş şəxs ağır xəsarət almış, hadisənin baş verdiyi 7 iyun 2021-ci il tarixdən bu günə qədər çoxsaylı əməliyyatlar həyata keçirilmiş və bundan sonra da səhhətinin yaxşılaşması istiqamətində müsbət nəticə əldə etmək məqsədilə müalicə və əməliyyat olunması ehtimalı mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zə rər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 3 noyabr 2008-ci il tarixli qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmə lə gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional am illəri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq mənəvi zərərin ödənilməsi barədə qaldırmış iddiaya qiymət verərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini (7 yaşında olması), keçən uzun müddət ərzində onun və valideynlərinin keçirdiyi mənəvi iztirab və sarsıntılarını, habelə işin sair diqqətəlayiq hallarını (uzun müddətli müalicənin yaratdığı gərginlik, stress və s.) nəzərə alınmasını məqsədəmüvafiq hesab edərək qeyd edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsi və mənəvi zərərin 12000 manat məbləğində müəyyən edilərək mülki cavabdeh, eyni zamanda məhkum olunmuş şəxs Məhkum tutulması qərarına gəlmişdir. Qeyd olunanlar, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2102/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş d əlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2102/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1740/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1740/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver