Məhkəmə qərarları › İş №1(102)-1741/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1741/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1741/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), A.İ.Paşayev və Ə.Q.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm iş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), A.F.İbrahimov və E.Ə.Mehdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdard a əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 228.1.-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 2020-ci il avqustun 15-də cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,303 qram və 2,205 qram olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək üzərində saxlamaqla daşımış və 2022-ci il mayın 10-da saat 14:10-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsini n Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,303 qram və 2,205 qram olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısının fikrincə, Məhkum üzərindən 2 büküm 2,303 qram və 2,205 qram olmaqla, ümumi təmiz çəkisi 4,508 qram olmaqla, yəni qanunvericiliklə şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş minimum həddən 30 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş minimum həddən isə 2 dəfə çox narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmçinin həmin 2 bükümdə olan 4,508 qram olan narkotik vasitəni gündüz vaxtı üzərində daşıması həmin narkotik vasitəni şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin al ınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hü ququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ v erilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qər arının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avad anlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslX10aq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Res publikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona elan olunmuş, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üç ildən çoxdur narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə etsə də, heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. 2022-ci il mayın 10-da X11 adlı qonşusundan narkotik vasitə almağa gedəndə orada sonuncunun övladları X6 və X3 da olmuşlar. Bu zaman polis işçiləri gələrək onların hər üçünü tutmuşlar. SaxlX10kən onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Polisləri n ona fiziki zor tətbiq etmələri nəticəsində ittiham edildiyi maddələrin özünə məxsus olduğunu bildirməklə ibtidai istintaqda etiraf etmişdir. Onun tutulmasında X10 adlı polis əməkdaşı da iştirak etmişdir. Onun adına və ya istifadəsində mobil nömrə olmamışdır, ümumiyyətlə onun mobil telefonu yoxdur, heç kimlə telefon əlaqəsi saxlamamışdır. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il mayın 10-da Məhkum qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barə də daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, göstərilən tarixdə saat 14:10-da ünvan 2 ünvanının qarşısında zahirən X10 bənzəyən adama yaxınlaşıb özlərini təqdim edərək sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə həmin şəxsi Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə Məhkum üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü surətdə əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərdəki narkotik vasitə heroinin özünə məxsus olmaqla bunu Bakı şəhəri, Sura xanı rayonu, Əmircan qəsəbəsində üzdən tanısa da, adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsindən ötrü əldə etdiyini bildirmişdir. Aşkarlanan bükümlər zərfə qablaşdırılmış, üzəri və tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Məhkum saxlanan və Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsində olduğu vaxt hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmamış, üstündə telefon, pul və digər əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 10 may 2022-ci il tarixli raportlarından, eyni tarixdə tərtib etdiyi protokoldan, 10 may 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Ə136-096-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrinin kserosurətindən və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, 11 may 2022-ci il tarixli məktublarından görünür ki, Məhkum, X1 və X4 üzərlərində qanunsuz olaraq narkotik vasitələri saxlamalarına və istifadə etmələrinə dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır, adı çəkilən şəxslər ünvan 2 ünvanının qarşısında saat 14:10- da saxlanmaqla saat 14:25-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişlər, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiall arında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2022-ci il mayın 10-da tərtib etdiyi protokoldan görünür ki, Məhkum göstərilən tarixdə saat 14:10-da Azərbaycan Respublikasının CM-in 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmiş,protokola əlavə və qeydlər daxil olmamışdır. İş materiallarında olan şübhəli şəxs Məhkum 10 may 2022-ci il tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli, eləcə də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 may tarixli protokollardan görünür ki, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Məhkum üzərində şəx si axtarış və götürmə aparılarkən sonuncu əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanısa da, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmiş, aşkarlananlar zərfə qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 22 avqust 2022-ci il tarixli 098-4679-1222 №-li məktubundan görünür ki, Məhkum külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə təqdim olunan 27 sentyabr 2022-ci il və 30 sentyabr 2022-ci il tarixli ittiham aktlarının kserosurətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-in 234.1.-ci maddəsi ilə təqsirləndirilən X3 və X6 2022-ci il mayın 10-da saat 14:10-da ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıb Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə gətirilərək üzərlərində şəxsi axtarış və götürmə aparılan zaman X2 əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 4,595 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X5 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bük ümdə ümumi təmiz çəkisi 3,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, təqsirləndirilən şəxslər verdikləri ifadələrdə həmin narkotik vasitələri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanımaqla adını bilmədikləri şəxsdən öz şəxsi istifadələri üçün alıb üzərlərində gəzdirdiklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 may tarixli 6/2709 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində AR DİN «Zərflər üçün №45» möhür əksi, «Vətəndaş Məhkum üzərindən aşkar edilmiş...» və s. sözlər, imzalar olan zərfdəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,303 qram (№1) və 2,205 qram (№2) olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngl i tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olmaqla maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 4,408 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 20 avqust tarixli 4636 №-li rəyindən görünür ki, Məhkum opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd e dir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar