Məhkəmə qərarları › İş №1(102)-1741/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1741/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1741/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi12, Məhkum müdafiəçiləri Mü dafiəçi8 və Müdafiəçi13 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Siyavuş Hacıyev) 01 may 2023-cü il tarixli, 1(101)77/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Yataqxana 10, 2-ci Paralel küçəsi, məhəllə 9, ev 44-də qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Yeni massiv, nömrəsiz fərdi evdə yaşamış Təqsirləndirilən şəx s Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirli bilinib ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla ü zərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablanmış; xx xxxx 1996-cı ildə Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-714/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəz ası saxlanılmış, Naxçıvan MR, Şərur rayonunun Siyaqut kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirli bilinib ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə on a təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tar ixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 3 may 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı, Zərkənd yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan çarpayının alt hissəsindən 5000 manat nağd pulu, paltar dolabından 8000 manat dəyərində qızıl-zinət əşyalarını, eyni zamanda içərisində 300 manat dəyərində 50 qəpikliklər olan şüşə balonu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda, 13300 (on üç min üç yüz) manat məbləğində maddi ziyan v urmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 2019-cu ilin sentyabr ayının 5-də, saat 20 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağından məzənnə ilə 8585 manat təşkil edən 5050 ABŞ dolları və 3332 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda, 11917 (on bir min doqquz yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışları Məhkum və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 6 oktyabr 2019-cu il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs20 Məmm əd oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından ümumi dəyəri 300 manat olan 1 ədəd qızıl aralığı, dəyəri 200 manat olan 1 ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan 1 cüt sırğanı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzüyü, hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan 2 ədəd qızıl qolbağı, dəyəri 200 manat olan 1 ədəd qol saatını və dəyəri 100 manat olan bijuteriya dəstini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs20 Məmməd oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 31 yanv ar 2020-ci il tarixində, saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi, Yeni yaşayış massivində yerləşən fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəyəri 2000 manat olan bir ədəd qızıl komplekti, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzükləri, eyni zamanda 10 manat dəyərində pul qabını və içərisində olan 50 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 8 fevral 2020-ci il tarixində, saat 20 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəni sıxıb açmaqla ya şayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan dəmir seyfin içərisindən ümumi dəyəri 9000 manat olan qızıl-zinət əşyalarını, eyni zamanda həmin dövrə olan məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları məbləğində nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 xeyli miqdarda, 9340 (doqquz min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları X6 və Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgə əmlakını gizli yolla talama cinayətinin törədilməsində bilavasitə iştirak etməyən, lakin, cinayətin törədilməsinə fəal yardım etmiş tanışları X1 istifadə edərək özgə əmlakını gizli yolla talama məqsədi ilə bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmaması barədə verdiyi məlumat əsasında 1 8 may 2020-ci il tarixində, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd, ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kiçi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq boyunbağlarını, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt, ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 25 avqust 2020-ci il tarixində, saat 2 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, Q.Bayramov küçəsində yerləşən evin həyətyanı sahəsinin hasarının üzərindən aşaraq fərdi evə daxil olub, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını linglə qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı kiçik dolabdan 1 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl klonla birlikdə qızıl sepi, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan boyunbağını, 1 dəst 583 əyarlı ümumi dəyəri 1000 manat olan göy rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 dəst 583 əyarlı ümumi dəyəri 1000 manat olan ağ rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 ədəd 5 83 əyarlı ümumi dəyəri 1000 manat olan adi yaşıl və ağ rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qırmızı rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı ümumi dəyəri 500 manat olan yaşıl rəngli, kənarları ağ rəngli xırda qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qaşsız qızıl kişi üzüyünü, 1 ədəd 583 əyarlı ümumi dəyəri 1500 manat olan ağ rəngli xırda qaşları olan qızıl kişi üzüyünü, ümumi dəyəri 500 manat olan qarışıq gümüş zinət əşyalarını və 50 manat nağd pulu, fərdi evin dəhlizində olan dolabın içərisindən 1 ədəd ümumi dəyəri 2000 manat olan içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi» sözləri yazılmış kişi qol saatını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 10550 (on mi n beş yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 sentyabr 2020-ci il tarixində saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsinin hasarının üzərindən fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını linglə qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabından «Efe» markalı 750 əyarlı ümumi çəkisi 36,5 qram, dəyəri 7800 (yeddi min səkkiz yüz) manat olan qızıl dəstini (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd klon), «Royam» Zərgərliyə məxsus 750 əyarlı çəkisi 4,8 qram, dəyəri 230 0 (iki min üç yüz) manat olan qızıl nişan üzüyünü, «Bernard H.Mayer» markalı dəyəri 3500 (üç min beş yüz) manat olan qızıl korpuslu qol saatını, «Aqua Marine» markalı, 750 əyarlı çəkisi 4,3 qram, dəyəri 2700 (iki min yeddi yüz) manat olan qaşlı qızıl üzüyünü, «Efe» markalı 750 əyarlı çəkisi 6,2 qram, dəyəri 1400 (bir min dörd yüz) manat olan qızıl üzüyünü, 1 ədəd 750 əyarlı çəkisi 17,2 qram, dəyəri 3000 (üç min) manat olan «Şopart» qızıl qolbağı və 500 (beş yüz) manat nağd pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 21200 (iyirmi bir min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 23 noyabr 2020-ci il tarixində, saat 18 radələrində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri Sabun çu rayonu, Zabrat qəsəbəsi, Kərpic Zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 280 manat olan qəpik pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs17 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 28 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 900 manat olan 3 ədəd qızıl boyunbağını, dəyəri 500 manat olan 1 ədəd nişan üzüyünü, dəyəri 500 manat olan 1 cüt qızıl sırğanı və dəyəri 200 manat olan 1 ədəd uşaq üçün qızıl qolbağı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs18 2100 (iki min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 2020-ci ilin dekabr ayının 8-də saat 19 radələrində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yeni inşa etdirdiyi fərdi yaşayış evinin zirzəmisinin qapısının kilidini sındıraraq saxlanc yerinə qanunsuz olaraq daxil olub, otaqlarda quraşdırılmış ümumi dəyəri 1200 manat olan, hər biri 300 manat olmaqla 4 ədəd istilik radiatorlanni gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs22 1200 manat maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 10 dekabr 2020-ci il tarixində saat 17 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron r ayonu Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 3200 manat nağd pulu və bir ədəd 500 manat dəyərində qızıl boyunbağını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 3700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs27 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən bağ evinin giriş qapısının üzərində olan dəmir qıfılı əvvəlcədən özü ilə götürdüyü dəmir linglə sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində bir ədəd markası məlum olmayan elektrik generatorunu, 250 manat dəyər ində bir ədəd markası məlum olmayan elektrik su nasosunu və 100 manat dəyərində mebel taxtalarını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs27 850 manat maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 3 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu Məmmədəli kəndi, Yeni yaşayış massivində yerləşən fərdi evin pəncərəsinin dəmir barmaqlığını çıxardıb, pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan dolabın çəkməcəsindən ümumi dəyəri 3000 (üç min) manat olan 1 dəst 750 əyarlı üzərində klon olan boyunbağı, bir ədəd qaşsız üzük və qaşsız sırğadan ibarət komplekti, 1 dəst 585 əyarlı sadə qaşları olan ü zük və sırğadan ibarət komplekt, 1 cüt 585 əyarlı sadə ağ qaşları olan halqa formalı sırğanı, 1 cüt 585 əyarlı yarpaq formalı qaşsız sırğanı, 1 ədəd 585 əyarlı kitab formalı kulonu, 1 ədəd qaşsız kişi üzüyünü və 600 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs19 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 4 fevral 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs29 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını özündə olan dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan mücrünün içərisindəki 1 ədəd 7 qram çəkidə 583 əyarlı 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 3 q ram çəkidə 583 əyarlı 250 manat dəyərində qızıl qadın üzüyünü, 1 cüt 3 qram çəkidə 583 əyarlı 200 manat dəyərində qızıl sırğanı, qonaq otağında olan 1 ədəd 500 manat dəyərində «LG» markalı plazma televizoru gizli talayıb Zərərçəkmiş şəxs29 1350 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi 19 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs28 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olub oradan bir ədəd beş brilyant qaşlı 650 manat dəyərində nişan üzüyünü, bir ədəd bir brilyant qaşlı 800 manat dəyərində nişan üzüyünü, bir dəst üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət 3650 manat dəyərində qızıl komplekti, bir ədəd 250 manat dəyərində qızıl boyunbağını, ik i ədəd hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan qızıl boyunbağılarını, bir ədəd 200 manat dəyərində qızıl boyunbağını, üç ədəd hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1500 manat olan qızıl qolbaqları, üç ədəd hər birinin dəyəri 250 manat, ümumi dəyəri 750 manat olan qızıl üzükləri, bir ədəd 500 manat dəyərində mirvari qolbağı və bir ədəd 500 manat dəyərində mirvari boyunbağını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs28 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəs i, Nəzərov küçəsində yerləşən fərdi evinə plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından «MR-27» markalı yivsiz ********* nömrəli, 20 kalibrli ov tüfəngini talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla odlu silahı talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 9 mart 2021-ci il tarixdə saat 19 radələrində X2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2ci Sahədə yerləşən fərdi evinə pəncərəsini sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından ümumi dəyəri 300 manat olan 8 ədəd gümüş sırğanı, ümumi dəyəri 150 manat olan 5 ədəd gümüş üzüyü, ümumi dəyəri 200 manat olan 3 ədəd gümüş sepi, ümumi dəyəri 200 manat olan 2 ədəd gümüş qolbağı və ümumi dəyəri 215 manat olan bir cü t qızıl sırğanı gizli talayıb zərərçəkmiş X2 1065 (bir min altmış beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 9 mart 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evinə pəncərəsinin dəmir barmaqlığını qırıb plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından 450 manat nağd pulu, 1 ədəd dəyəri 800 manat olan qızıl üzüyü, 1 ədəd dəyəri 300 manat olan qızıl bilərziyi və 20 manat dəyərində qəpik pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1570 (bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan 4000 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 19 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan həmin günə olan məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 150 manat nağd pulları, dəyəri 10950 (on min doqquz yüz əlli) man at təşkil edən bir ədəd 132 ekran, markası istintaqa məlum olmayan televizoru, 1 ədəd markası istintaqa məlum olmayan feni, 1 ədəd «Samsung» markalı televizoru, bir ədəd «Playstation 4» oyun aparatını, iki ədəd oyun aparatının pultlarını, bir ədəd «Nomi» markalı notbuku, bir ədəd qadın üçün 43 qramlıq qızıl boyunbağını, bir ədəd qızıl qulaqlığı, bir ədəd qızıl qalstuk sancağını, üç dəst gümüşü, bir ədəd «Casio» markalı qadın saatını, 2015-ci il «Avropa oyunları» medalını və bir ədəd suvenir hədiyyəni gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 14500 (on dörd min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 21 mart 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan bir ədəd markası istintaqa məlum olmayan, dəyəri 1400 manat olan notbuk kompüterini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 22 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan ümumi dəyəri 800 manat olan bir ədəd üzük və bir cüt sırğa dəstini, dəyəri 700 manat olan bir ədəd nişan üzüyünü, dəyəri 150 manat olan bir ədəd uşaq qızıl boyu nbağısını, dəyəri 200 manat olan bir ədəd qızıl boyunbağını, dəyəri 500 manat olan bir ədəd qızıl üzüyü və 1650 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi) Elmar Rəhimov və Fərid Əyyubov) 17 avqust 2023-cü il tarixli, 1(103)-1406/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-77/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 232.2.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtinası qəbul edilmiş və ona həmin maddə ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edi lən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı ilə onlara təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, atası 6 ildir ki, qaraciy ər serozundan əziyyət çəkməklə yataq xəstəsidir. Anası 8 ildir şəkər xəstəsidir. Qardaşı halhazırda 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində heç bir şikayət olmamasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən sosial ədalətin bərpa edilməsi zamanı vurulmuş ziyanın qismən qaytarılmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da barəsində çıxarılmış hökm və qərar ilə ona təyin edilmiş cəzanın yüngülləşdiriməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağ ıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs əməlinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respub likası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin, kassasiya şikayətlərində məhkumların əməllərin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumların kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstəri lmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi icraatı zamanı isə Məhkum Azərbaycan Respublikası CM-in 232.2.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtinası qəbul edilərək ona həmin maddə ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazı rkı cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 232-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə maddənin sanksiyasında isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza lardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, məhkumlar qabaqcadan əlbir olan şəxs halında qanunsuz olaraq yaşayış sahələrinə və digər saxlanc yerlərinə qanunsuz daxil etməklə Təqsirləndirilən şəxs 23 epizodda, Məhkum isə 3 epizodda iştirak etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən işin halları və onların şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və Məhkum münasibətdə dövlət ittihamçısının CM-in 232.2.2-ci maddəsi üzrə dövlət ittihamından imtinasını və sonuncunun şəxsiyyətini nəzərə alıb cəzanı yüngülləşdirərək yuxarıda göstərilən hədlərdə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin edilmiş cəza onların törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəza həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza ki mi hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumlara münasibətdə cəzanın sərt olması, onlara cəza təyin edilərkən cəzalarını ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəliləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzr ə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Təqsirləndirilən şəxs və və Məhkum barələrindəki cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi, o cümlədən ağırlaşdırıması üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin e tdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab ed ir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar