Məhkəmə qərarları › İş №1(102)-1741/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1741/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1741/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 1(010)7/2025 nömrəli (hakim: Rzayeva Nərminə Cahangir qızının sədrliyi) hökmü ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, onun 15 iyul 2022-ci il tarixindən 16 iyul 2022-ci il tarixədək və 7 sentyabr 2022-ci il tarixindən 9 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 (üç) gün müddətin cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin faktiki tutulduğu vaxtdan, yəni 1 may 2023-cü il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, mülki iddianın tam təmin olunması, 409,01 (dörd yüz doqquz manat bir qəpik) manat məbləğdə pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Məhkum tutulub Zərərçəkmiş şəx s3 xeyrinə ödənilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Abuzərli Eldar Munis oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli 1(103)-918/2025 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə qismən dəy işdirilmiş, Məhkum cəza çəkməsinin əvvəlinin 28 aprel 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən «Gənclik Mail» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Pull&Bear” geyim mağazasına müştəri qismində daxil olub orada olan paltar masazırın üzərindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 3.800 manat pul, 400 ABŞ dolları, həmin dövr üzrə az ərbaycan manatı ilə 680 manat, 1 ədəd 70 manat dəyərində «Ray-Ban» markalı gün eynəyi, 1 ədəd 400 manat dəyərində «Airpods» qulağcığı, 1 ədəd 25 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan 2.700 manat dəyərində «iPhone» markalı, «11 Pro Мах» modelli mobil telefon olan 30 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 7.705 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını talama məqsədi ilə 5 aprel 2022-ci tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunun soyunub-geyinmə otağına qanunsuz daxil olaraq oradan 2010-cu il təvəllüdlü Şahid5 istifadəsində olan Zərərçəkmiş şəxs1 məxsus üzərində balansında 8 manat olmaqla 7 manat dəyərində ***-** *-**-** GSM nömrə və 5 manat dəyərində qoruyucu şüşə ilə istifadə olunan 3.740 manat dəyərində «iPhone» markalı, «12 Pro Мах» modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3.760 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını talama məqsədi 10 iyun 2022ci il tarixdə saat 19 radələrində “X”-yə məxsus olan xxx saylı binanın yaxınlığında yerləşə “X” aptekə müştəri kimi daxil olduqdan sonra həmin mağazada əlini uzadaraq müştəri üçün nəzərdə tutulmayan yerə qanunsuz daxil olaraq oradan hər birinin qiymət 3 manat 89 qəpik olan Almaniya istehsalı olan 3 qutu “Amaril 2 mq №30”, hər birinin qiyməti 1 manat 96 qəpik olan Almaniya istehsalı olan 2 qutu “Ardeysedon Naxt №30”, hər biri qiyməti 0,83 qəpik olan Serbiya istehsalı olan 10 qut u “Bisakodil 5 mq №30”, hər birinin qiyməti 8 manat 42 qəpik olan Türkiyə istehsalı olan 1 qutu “Biatenz 5 mq №30", hər birinin qiyməti 0,12 qəpik olan 20 qutu Rusiya istehsalı olan "Kalsiya qlyukonat 0,5 mq №10”, hər birinin qiyməti 2, 62 qəpik olan 2 qutu Rusiya istehsalı “Kaptopril 25mq№-40”, hər birinin qiyməti 11 manat 25 qəpik olan 1 qutu Macarıstan istehsalı olan “Tireqıs-D 80/12,5 mq №28”, hər birinin qiyməti 23 manat 43 qəpik olan Fransa istehsalı olan 3 qutu Tripliksam 10 mq/2, 5 mq №30” həbləri, hər birinin qiyməti 3 manat 58 qəpik olan Hindista- istehsalı olan 1 ampula “Baralqin (Aventis) 5 ml №5”, hər birinin qiyməti 3 manat 40 qəpik olan Türkiyə istehsalı olan 2 ampula “Trentilin 5 ml №5”, 15 manat 68 qəpik olan Alman istehsalı olan 0,05 ml “Sel-T №5 x20”iynələri, hər birin in qiyməti 13 manat 30 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd "Qaynomaks №7” vaginal şamı, hər birinin qiyməti 2 manat 32 qəpik olan Rusiya istehsalı olan 5 ədəd “Qliserin 2,11 qr №10" şamı, hər birinin qiymət 14 manat 48 qəpik olan Moldaviya istehsalı olan 3 ədəd “Klindabioks 100 mq №3” vagir a şamı, hər birinin qiyməti 29 manat 90 qəpik olan Çin istehsalı olan 1 ədəd “Silvaqin vaginal şamı, hər birinin qiyməti 1 manat 17 qəpik olan Azərbaycan istehsalı olan 2 ədəa “Almeks 125 ml şərbəti”, hər birinin qiyməti 13 manat 82 qəpik olan Çexiya istehsalı olan ədəd “Anqilor 30 ml sprey”, hər birinin qiyməti 13 manat 67 qəpik olan Almaniya istehsalı olan 2 ədəd “Berodual H200 doz 10 ml aerozol”, hər birinin qiyməti 0,76 qəpik olan Rusiya istehsalı olan 10 ədəd “Naftizin”, hər birinin qiyməti 0, 50 qəpik olan Hindistan istehsal olan 10 ədəd “Bir dəfəlik baş geyimi olan kolpa №1”, hər birinin qiyməti 3 manat 10 qəpik olan Azərbaycan istehsalı olan 2 qutu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 7 manat 10 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd 90 qramlıq “Kapila” sabunu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 15 manat 98 qəpik olan Türkiyə istehsalı olan 1 qutu “Bez”, hər birinin qiyməti 1 manat 80 qəpik olan Rusiya istehsalı ola- 5 ədəd 50 ml “Skrab” təmizləyici krem və 8,00 manat dəyərində bir ədəd “Viferon-115 000 ME №10” rektal şamı və hər birinin dəyəri 20 manat olan 3 paket “Huggies” uşac bezlərini gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs “X”-yə ümumilikdə 409.01 (dörd yüz bir manat qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişd ir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Müdafiəçi kassasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mötəbər sübutlar olmadan əsassız olaraq hökm qəbul etmiş, bu da sonda Məhkum qanunsuz olaraq məhkum olunmuşdur. Məhkum tərəfindən ilk iki epizodun törədilməsi, həmin cinayətlərin törədilməsi ilə onun əlaqəsi sübuta yetirilməmiş, hər iki epizod üzrə işin düzgün həlli üçün hadisələri görə bilən və ya bu barədə hər hansı həqiqi məlumata sahib ola bilən, obyektiv ifadə verə biləcək şahid ifadələri mövcud deyildir. İlk epizod üzrə məhkəmə iclasında nümayiş olunan SD diskdəki şəxsin Məhkum olması hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən inkar olunduğu halda həmin diskdəki şəxslə Məhkum eyni şəxs olub olmadığının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməmişdir. Hər iki epizod üzrə oğurlanmış mobil telefonların İMEİ kodları istintaqa məlum olmuşdur, lakin həmin telefonların İMEİ kod üzrə yerinin müəyyən edilməsi, telefonlardan istifadə edən şəxslərin müəyyən olunması və telefonların onlar tərəfindən hansı qaydada və kimdən əldən olunması kimi iş üzrə əhəmiyyətli hallar müəyyən edilməmiş, həmin şəxslər şahid qismində müəyyən edilərək cinayət işinə cəlb edilməmişdir. Cinayət işi üzrə sübutlarla Məhkum ona qarşı irəli sürülən ittihamdakı cinayətləri törətməsi sübuta yetirilmədiyi halda cinayət işində olan və Məhkum təqsirini etiraf etməsi əks olunan protokollar da ittihamın əsası kimi qəbul edilməməli olduğu halda məhkəmə tərəfində n ittihamedici hökm çıxarılmış, bununla da cinayət qanunu düzgün tətbiq edilməmişdir. Qeyd edilən xüsusatların araşdırılmaması apellyasiya şikayətinə baxılmasının qismən istintaqla aparılması üçün əsas yaratmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə qismən istintaqla baxılması barədə vəsatəti heç bir əsas olmadan təmin etməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarının ləğv edilərək, ilk iki epizod üzrə Məhkum bəraət verilməsinə, sonuncu epizod üzrə isə cinayət tərkibinin yaranmaması əsası ilə Məhkum barəsində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin K assasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahi yyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini v ə ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli q ərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəl i əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törə tdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə g əlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun CM-in CM-in 177.2.2 və 177.2.3 maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən, 177.2.4-cü maddəsi ilə üzrə isə əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin mate riallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi onun məhkəməyədək istintaq dövründə və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid1, Şahid4, X1, Şahid2 və Şahid5 və onun qanuni nümayəndəsi X6, Nərimanov RPİ-in İŞ-in müstəntiq Tuqay Allahverdizadənin, əlavə şahid qismində dindirilmiş X2 və qanuni nümayəndəsi X3 ifadələri, “hadisə yerinə baxış keçirilmə və götürmə haqqında” 18 fevral 2022-ci il, 5 aprel 2022-ci il və 10 iyun 2022-ci il tarixli protokollar və onlara əlavə edilmiş fotoşəkillər, “videogörüntüyə baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli proto kol və ona əlavə edilmiş fotoşəkillər, “diskə baxış keçirilməsi haqqında” 16 iyul 2022-ci il və 7 sentyabr 2022-ci il tarixli protokollar, “ifadənin yerində yoxlanılması barədə” 16 fevral 2022-ci il və 8 sentyabr 2022-ci il tarixli protokollar və onlara əlavə edilmiş sənədlər, “üzləşdirmədə dindirmə” haqqında 23 sentyabr 2022-ci il tarixli protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-ci il tarixli 4/1520 nömrəli ekspert rəyi, Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş 24 may 2023-cü il tarixli ərizə, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması barədə 16 fevral 2022-ci il tarixli və 8 sentyabr 2022-ci il tarixli protokollardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum ifadənin hadisə yerində yoxlanılması zamanı ifadəsində göstərdiklərini əyani olaraq bir daha təsdiq etmiş, bu barədə protokollar tərtib edilərək, fotoşəkillər çəkilmişdir. O cümlədən, cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 7 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı ünvan 4 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Pull&Bear” geyim mağazasının müşahidə kamerasında olan görüntüdə əynində qara rəngli gödəkcə, üzündə tibbi maska olan şəxsin mağazaya daxil olması, mağazanın içərisində geyim əşyalarına baxması, daha sonra paltar masasının üzərindən götürüb, masanın aşağı hissəyə qoyub, yenidən mağazanın içərisində gəzişməs i, bundan sonra həmin şəxsin qara rəngli kişi əl çantasını geyim masasının üzərindən götürüb mağazanı tərk etməsi müəyyən olunmuşdur. Şübhəli şəxs Məhkum diskə baxış keçirilərkən masa üzərində qara kişi əl çantasını götürən əynində qara gödəkçə, üzündə qara tibbi maska olan şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şər aitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Plenum qərarının 18-ci bəndində isə qeyd edilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edi lməmişsə, yaxud cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddəsində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq, cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə, şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2 və 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibari lə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid ed ilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Müdafiəçi kasassiya şikayətində Məhkum, ona ittiham aktı ilə elan edilmiş ilk iki epizod üzrə heç bir təqsirliliyinin olmadığını, bu oğurluq cinayətləri ilə heç bir əlaqəsinin olmadığını, sonuncu epizod üz rə isə qanunvericiliklə cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş minimal məbləğdə (beş yüz manat) cinayət əməlini törətmədiyindən, həmin hissə üzrə də cinayət təqibinə xitam verilməli olduğunu, odur ki, onun tərəfindən oğurluq cinayət əməlinin törədilmədiyini qeyd etsə də, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq cinayətini törətməsi öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası həmçinin Məhkum ilk iki epizod üzrə oğurluq cinayət əməlini törətmədiyinə dair verdiyi ifadələrinə aşağı instansiya məhkəmələrinin tənqidi yanaşması və özünü müdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldikləri nəticə ilə razılaşaraq, hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olar aq Məhkum bu hissədə verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməməli olması, Məhkum özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü yalnız aptek epizodunda təqsirli bilməsi, digər epizodlar üzrə olan cinayətləri onun tərəfindən törədilmədiyi, özünü həmin epizodlarda təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni fak tiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birin ci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edil məsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Məhkum ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməm iş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların ək sinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uy ğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əs asən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar