Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1742/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Quliyeva Kamilə Şiraslan qızının iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1336/2022 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1998-ci il tarixdə Ağsu rayonunun Muradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməy ən, XXX-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 8 aprel 2022ci il tar ixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Əhmədli Manya Elxan qızına 270 (iki yüz yetmiş) manat pul ödənilməsi, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 4,436 qram qalığının və bir ədəd ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağının məhv edilməsi, Məhkum üzərinə şəxsi axt arış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə 174 (yüz yetmiş dörd) manat ekspertiza xərcinin Məhkum tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) 14 aprel 2023-cü il tarixli 1(103)-496/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ndən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə, cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərə findən kassasiya protesti və məhkumun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 4,536 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında A zərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 08 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 11:10-da ünvan 1 ünvanında yerləşən “Neptun” marketin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah gödəkçəsinin sol iç cibindən, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2,296 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,536 qram psixotrop maddə metamfetamin boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, şəxsin narkotik vasitəni satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun yalnız hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsi, hazırlanması üçün hə r hansı bir avadanlığın olub-olmaması ilə şərtləndirilə bilməz. Narkotik vasitəni əldə etmiş şəxsin istehlakçını sonradan müəyyənləşdirməsi, onları bükümlərə ayırması, satışa dair razılığın baş tutması və sövdələşmənin olması istisna edilmir. Bundan başqa, kollegiya nəzərə almamışdır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, yaxud maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni burada onun istehlakçını sonradan, yaxud əvvəlcədən tapması, öncədən avadanlıq hazırlamaması əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. İşdən və məhkəmələrin gəldiyi qənaətdən görünür ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin iki bük ümdə olmuş və külli miqdar, yəni 4,536 qram təşkil etmişdir. Tövsif olunan epizod üzrə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisi onun külli miqdarının aşağı həddindən təqribən 2 dəfədən çox, məhkəmənin daha inandırıcı hesab etdiyi, şəxsi istifadəyə hesablanan gündəlik ehtiyacın yuxarı həddindən (şəxsi istehlak miqdarının) isə 30 dəfədən çox olmuşdur. narkotik vasitənin şəxsi istehlak miqdarı onun narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Eyni zamanda, gəldiyi qənaəti təsdiq etmək istiqamətində məhkəmə kollegiyası tərəfindən heç bir addım atılmamış, belə ki, Məhkum həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində ziddiyyətli ifadələr verməsi nəzərə alınmamışdır. Belə ki, Məhkum bir inci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ifadə verərkən tutulmamışdan bir neçə gün qabaq gəzmək üçün Bakı şəhərinə gəldiyini, Bakı şəhərinə gəldikdən sonra, axşam saatlarında Nərimanov rayonu ərazisində, "Nərimanov parkı” adlanan parkda gəzdiyi zaman orada zibil qutusunun yaxınlığında yerdən iki ədəd sellofan paketlərdə "Şüşə" kimi bildiyi psixotrop maddə metamfetamin aşkar etdiyini və həmin bükümləri götürüb cibinə qoyduğunu, 8 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində polis əməkdaşları tərəfindən tutulduğunu göstərmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdırsa, onu əldə etdiyi vaxtdan tutulduğu günədək keçən bir neçə gün ərzində istifadə etməməsi, həmin psixotrop maddədən heç olmasa 1-2 qram azalmaması onun qey d olunan maddəni şəxsi istifadəsi üçün deyil, məhz satış üçün üzərində gəzdirdiyini bir daha sübut edir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirməklə törətdiyi ağır cinayətə görə məsuiyyətdən yayınmağa cəhd etmişdir. Beləliklə, Məhkum narkotik vasitəni satış məqsədi ilə daşımasını təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmə kollegiyası onun əməlini əsassız olaraq CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul e dilməsini xahiş edir. Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Məhkum barəsində cəzaya aid hissədə ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi Məhkum cəzasını yüngülləşdirən haldır. Lakin, apellyasiya məhkəməsi cəza təyin edərkən bu halı nəzərə almamışdır. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, narkotik vasitə olan metamfetamini özünün qəbul etməsi üçün əldə edərək saxlaması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini etiraf etməklə əməlindən səmimi peşmançılıq hissi keçirməsi, islah yoluna qədə m qoyması, ağır ailə vəziyyəti, himayəsində yaşlı-xəstə anasının olması, ailəsinin yeganə qazanc gətirən üzvü olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İşdə olan, arayışdan və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan təlabnamədən görünür ki, Məhkum Yaşayış yeri üzrə müsbət xarakterizə edilir və o, əvvəllər məhkum olunmamışdır. İşdən də göründüyü kimi, Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, işdə ağırlaşdırıcı halların olmamasına, işdə yalnız yüngülləşdirici halların olmasına baxmayaraq məhkəmə həmin halları nəzərə almamış, nəticədə də təyin edilmiş cəza törədilmiş əmələ və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayaraq ona həddindən artıq sərt cəza təyin edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarını dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sankisyasında nəzərdə tutulan azadılqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlilləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 apre l 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı çıxış edərək, Məhkum ilk məhkumluğu olduğunu, əməlindən səmimi peşman olduğunu, əməlini etiraf etdiyini, anası ilə tək yaşadığını bildirib, bu halların nəzərə alınmasını və məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini və kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin dü zgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestini nəzərdən keçirən kassasiya məhkəmə kollegiyası, Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərd ə tutulan cinayət əməlini törətməsində təqsirliliyinin mübahisələndirilmədiyi barədə qənaətə gəlir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarının q anuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayə t qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müə yyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hü quqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxl ama və daşıma, o cümlədən qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə ilə bağlı ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmış, lakin sonradan işə baxan apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası protestin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların ın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri satmaq məqsədi ilə olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələri n miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edildiyi kimi prossesual qanunvericilik 139-cu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar o nun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəb ul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İş materiallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, psixotrop maddəni satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. İş materiallarından aydın olur ki, Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham faktiki o laraq yalnız şahidlər - polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iş üzrə ibtidai araşdırma dövründəki ifadələrinə əsasən verilmiş və həmin şəxslər ifadələrində Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını göstərsə də, Məhkum satış niyyətini və ya məqsədini müəyyən edən hər hansı bir əhəmiyyətli halla bağlı ifadə verməmişlər. Apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş psixotrop maddələrə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, bu istintaq hərəkətləri ilə Məhkum üzərindən aşkar olunmuş psixotrop maddənin kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş psixotrop maddənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələ rin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən ba şqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 8 aprel 2022-ci il tarixli 6/1961 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N6” möhür əksi və “Məhkum üzərindən...” və s. Yazılar, imzalar olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,296 qram; 2,240 qram, ümumi təmiz çəkiləri 4,536 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 2 bükümdəki metamfetamin k ütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitənin və psixotrop maddənin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin və psixotrop maddənin miqdarı çox olmalıdır. Belə ki, Məhkum üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin iki ədəd bükümdə saxlanılması sonuncunun həmin psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunsa belə, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutların, o cümlədən psixotrop maddənin hazırlanması üçün avadanlıqların aşkar edilməməsi cinayət əməli üzrə satış niyyətinin olmaması barədə nəticəyə gəlinməsi üçün əsasdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 9 aprel 2022-ci il tarixli 1710 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Məhkum Kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və ya psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tut ulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl ol unduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsir karın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları ci nayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran və həmin Məcəllənin 59cu m addəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını müəyyən etməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyiş dirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1742/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1742/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver