Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1743/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 1(006)-27/2025 nömrəli (hakim: Mustafayeva Solmaz Rafael qızının sədrliyi) hökmü ilə xx xxxxxx 1959-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “xxx" MMC-də iş icraçısı vəzifəsində işləyən, məhkum olunmamış, x rayonu x kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmək də təqsirli bilinərək, onun həmin Məcəllənin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Məhkum təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsin in 68.2-ci maddəsinə müvafiq olaraq bu cəzaların müstəqil icra edilməsi, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələrinin qoyulması və üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 61.000 (altmış bir min) manat pulun Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmiş, həmçinin iş üzrə məhk əmə xərci, qətimkan tədbiri və digər məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Natavan Abbasova tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli 1(103)-877/2025 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinay ət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 186.2.1 və 186.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə tikinti sektorunda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Məhkum təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə tikinti sektorunda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq bu cəzaların müstəqil icra edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2025-ci il tarixdən hesablanması, onun məhkəmə iclas zalından dərhal həbs edilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ümumi təhlükəli üsulla qəsdən külli miqdarda dəyəri olan özgə əmlakını məhv etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləmiş Məhkum xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatında” nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar "xxxx" MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 18 mart 2024-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən şəxsiyyəti istintaqa məlum olmayan və günəmuzd işləyən ekskovatorçuya həmin ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********91 reyestr nömrəli hüquqlarının qeydiyyatına dair çıxarışa əsasən ünvan 3 ünvanında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,021830 ha torpaq sahəsində yerləşən 68 kvadrat metrlik fərdi yaşayış evinin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib ümumi təhlükəli üsulla, yəni ağır texnikadan istifadə etməklə həmin evin, torpaq sahəsinin sərhədinə çəkilmiş hasar tikilisinin, həyətyanı sahədə yerləşən hamam və ayaqyolu tikilisinin bir hissəsini sökməsi nəticəsində zərərçəkmiş şəxsə 53542 (əlli üç min beş yüz qırx iki) manat məbləğində, söküntü nəticəsində evdə olan və Zərərçəkmiş şəxs qiymətləndirm əsinə əsasən sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində bir ədəd 2019-cu il buraxılışlı “Beko” markalı kondisioner, 900 (doqquz yüz) manat dəyərində bir ədəd 2018-ci il buraxılışlı “Mitsubishi” markalı kondisioner, 700 (yeddi yüz) manat dəyərində bir ədəd 2019-cu il buraxılışlı “LG” markalı soyuducu, 600 (altı yüz) manat dəyərində bir ədəd 2020-ci il buraxılışlı “Panasonic” markalı televizor, 1000 (bir min) manat dəyərində 2019-cu il buraxılışlı mətbəx mebeli, 1000 (bir min) manat dəyərində 2019-cu il buraxılışlı bir ədəd şkaf, bir ədəd güzgülü rəf, iki nəfərlik çarpayıdan ibarət yataq dəsti, 758 (yeddi yüz əlli səkkiz) manat dəyərində 2020-ci il buraxılışlı bir ədəd divan, 500 (beş yüz) manat dəyərində 2018-ci il buraxılışlı bir ədəd stol və 6 ədəd stullar, 300 (üç yüz) manat dəyər ində 2019-cu il buraxılışlı bir ədəd “Ronni” markalı qaz sobası, 800 (səkkiz yüz) manat dəyərində 2020-ci il buraxılışlı, bir ədəd “BELOPAD NİTRO-28 KW” markalı kombi və 100 (yüz) manat dəyərində qab-qacağın məhv olması nəticəsində isə 7458 (yeddi min dörd yüz əlli səkkiz) manat məbləğində, ümumilikdə isə 61000 (altmış bir min) manat məbləğində külli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticə əsassız, qeyri-qanuni və ədalətsiz hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi çıxardığı hökmdə Məhkum barəsində Az ərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsini kifayət qədər əsaslandırmaması bu cür əsasların olmaması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi də işin faktiki hallarını araşdırıb qiymətləndirmədən yalnız dövlət ittihamçısının protestində göstərilmiş müddəaları nəzərə alıb protestin təmin olunması barədə qərar qəbul etmişdir. Beləliklə də təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi əsasları kölgədə qalaraq görünməz olmuşdur. Apellyaslya instansiyası birinci instansiya məhkəməsinin Məhkum şəxsiyyəti ilə bağlı olan məsələləri nəzərə almaması ilə vurğulayır ki, cinayət işinin materialları na əlavə edilmiş tələbnamədən göründüyü kimi, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş, yalnız onun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkum CM-in 313-cü maddəsi ilə təqsirli bilinməsi və həm də məsuliyyət müddətinin keçməsilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi həmin şəxsin şəxsiyyətini mənfi xarakterizə edən ciddi hal kimi qəbul oluna bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi və ya apellyasiya instansiyası məhkəməsinin qərarına Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar əlavə edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi çıxış edərək, məhkumun 65 yaşı olduğunu, ictimai əməklə məşğul olduğunu, ürəyindən əməliyyat edildiyini, sökülən evdə illərdi yaşayışın olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 15 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qə rarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 41 9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının qərarın dəyişdirilmədən saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarı məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ümumi təhlükəli üsulla qəsdən külli miqdarda dəyəri olan özgə əmlakını məhv etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətini həmin hissədə əsaslı hesab edərək gəldiyi nəticəyə dair aşağıd akıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqın da» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tə dbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin s anksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; şərti məhkum etmə institutunu tətbiq etməyə; təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, tə qsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tə dbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli ödəniş tapşırığından görünür ki, Məhkum tərəfindən 61.000 (altmış bir min) manat pul vəsaiti vurulmuş zərərin əvəzi kimi Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür. O cümlədən, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödənilməsi üçün Baş Prokurorluğunun depozit hesabına yerləşdirilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin məhkəmə Məhkum yaşını, əvvəllər məhkum olunmamasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. O cümlədən, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəmə kollegiyası hökmdən verilmiş apellyasiya protesti ilə razılaşaraq belə nəticəyə gəlmişdir k i, birinci instansiya məhkəməsi məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi zamanı cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəza təyininə dair normaların pozuntusuna yol vermişdir. Belə ki, apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas hesab etməkdə tam haqsız olmuş, nəzərə almamışdır ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği depozit hesaba keçirilsə də, zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Kassasiya məhkəmə kollegiyası gəlinən bu nəticəni qeyri-qanuni hesab edərək qeyd edir ki, CM-in 59.1.13-cü maddəsinin tətbiqi üçün cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması yeganə şərt kimi göstərilmiş, qeyd edilən cəzanı yüngülləşdirən halın tətbiqi üçün “zərərçəkmiş şəxslə barışıq əldə olunması” halı əlavə şərt kimi müəyyən edilməmişdir. CM-in 59.1.12-ci maddəsi həmin halı ayrı bir cəzanı yüngülləşdirən halı kimi müəyyən etmişdir. Bundan əlavə apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü təqsirli bilməməsinə, eyni məzmunda ifadələr verərək törətdiyi cinayət əməllərini etiraf etməməsinə, əməlindən səmimi peşmançılıq çəkməməsinə məhkəmə düzgün qiymət verməmiş, nəticədə belə bir cinayət əməlini törətmiş şəxsin yekun etibarı ilə cəzasız qalmasına şərait yaratmışdır. Bu barədə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 90 və 91-ci maddələrində həm şübhəli şəxsin, həm də təqsirləndirilən şəxsin nəinki özünün mü dafiəsi üçün istənilən ifadəni vermək, hətta ifadə verməkdən ümumiyyətlə imtina etmək hüququ müəyyən edilmişdir. Yalnız bir halda “cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar” istisna olmaqla şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi hər hansı bir formada onun ziyanına şərh edilməsi və ona münasib olmayan nəticələrə gətirib çıxarması yol verilməzdir. (CPMin 90.9 və 91.7-ci mad.) Bu baxımdan Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü təqsirli bilməməsinə, törətdiyi cinayət əməllərini etiraf etməməsinə, bundan da irəli gələrək peşmançılıq çəkməməsinə dair verdiyi ifadələrə onun vəziyyətini hər hansı bir formada pisləşdirərək istinad olunması yol verilməzdir. Məhkəmə kollegiyası qərarında digər bi r yanlış əsaslandırma apararaq qeyd edir ki, “həmin cəzanı yüngülləşdirən hallar Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdə təyininə əsas olmaqla, eyni yüngülləşdirici halların yenidən sadalanaraq istinad etməklə cəzanın şərti tətbiq edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır”. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticədən fərqli olaraq cinayət qanunvericiliyi hər bir halda yüngülləşdirici halların mövcudluğunu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutmaqla yanaşı, həmin halların CM-in 70-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmasını istisna etmir. Bundan əlavə qərarda cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakterinin və ictimai təhlükəl ilik dərəcəsinin nəzərə alınmadığı qeyd edilsə də, törədilən cinayətin xarakteri baxımından məhz hansı keyfiyyət göstəricilərinə, ictimai təhlükəlilik dərəcəsi baxımından isə hansı kəmiyyət göstəricilərinə malik olması və bunların nəzərə alınmamasına dair gəldiyi nəticəni məhkəmə kollegiyası ümumiyyətlə əsaslandırmamışdır. Halbuki cinayət kəmiyyət göstəriciləri baxımından təhlükəli nəticələr tamamilə aradan qaldırılmış, dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin qərarda göstərilmişdir ki, “məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əsas hallardan biri kimi əsassız olaraq qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunması qənaətinə gəlmiş, lakin belə bir qənaətə gələrkən təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı olan məsələləri nəzərə almamışdır”. Kassasiya məhkəmə kollegiyası “məhkumun əvvəllər məhkum olunmamasına” dair gəlinən nəticənin səhv olmasına dair apellyasiya məhkəməsi ilə razılaşsa da, hesab edir ki, qeyd edilən halda şəxsin əvvəl məhkum olunmasını cəza təyini zamanı şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınması cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəza təyini normaların tələbləri ilə uzlaşmayan nəticə kimi özünü göstərir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bütün hü quqi nəticələrin ləğv edilməsi o deməkdir ki, şəxsin ödənilmiş və ya yaxud götürülmüş məhkumluğuna hüquqi nəticələr doğuran, o cümlədən cəzanın müəyyənləşdirilməsini şərtləndirən hal kimi istinad etmək olmaz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verildiyi halda apellyasiya məhkəməsi cinayət qanunvericiliyinin tələblərinə və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyinə zidd olaraq, onun əvvəllər cinayət törətməsini faktiki olaraq şəxsiyyətini xarakterizə edən hal qismində dəyərləndirmiş ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin istinad etdiyi həmin əsas yolverilməz olmaqla, təqsirkara münasibətdə cəzanın sərtləşdirilməsini şərtləndirən hal kimi çıxış edə bilməz. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edər ki, bilavasitə şərti m əhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-in 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verdiyi halda, apellyasiya məhkəmə kollegiyası protestin dəlillərini əsaslı hesab edərək məhkumun qeyd edilən sınaq müddət ərzində nə üçün islah olunmayacağını, yalnız cəmiyyətdən tam təcrid edilməklə islah olunmasının mümkünlüyünü əsaslandıra bilməmişdir. Kassasiya məhkəmə kollegiyası da Məhkum cəzasını yüngülləşdirən hallarını, belə ki, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödənilməsi üçün Baş Prokurorluğunun depozit hesabına yerləşdirilməsini CM-in 59.1.13-cü, onun yaşını isə CM-in 59.2-ci maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətlə ndirilməsindən çıxış edərək məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi barədə qənaət gəlir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrinə əsaslanaraq törədilmiş cinayətin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-in 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kolleg iyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşd ıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə t ərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən edilir. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CPM-in 348.6-cı maddəsinə əsasən şə rti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-in 186.2.1, 186.2.2 və 308.1-ci maddələri üzrə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət qanunu normala rının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 2 (iki) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulmasını, beləliklə də müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarı verilmiş kassasi ya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1ci maddələri ilə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum dərhal həbsdən azad olunsun. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mind iyi vaxtdan hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1743/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1743/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver