Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1744/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tər əfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1979-cu il tarixdə Sabirabad rayonunun Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olun həmin ünvanda yaşamışdır. 2. 27 yanvar 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 fevral 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özünə məlum olan mənbədən və vaxtda satış məqsədi ilə 11,538 qram çəkidə qurudulmuş marixuana və külli miqdar təşkil edən 304,624 qram çəkidə heroin narkotik vasitələri, həmçinin külli miqdarda 101,108 qram çəkidə metamfetamin psixotrop maddəsini qanunsuz əldə edib üzərində daşımaqla Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə gətirərək saxlamış, daxil olmuş məlumat əsasında 15 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin qonaq otağında, televizorun altındakı rəfdə bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 304,624 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 101,108 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5 ədəd kibrit qutularında qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 1,668 qram, 2,461 qram, 2,711 qram, 2,927 qram və 1,771 qram, ümumi təmiz çəkisi isə 11,538 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-228/2022 nömrəli, 04 mart 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (sə kkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplanmaqla, ona hökmlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza təyin edildiyi hissədə dəyişdirilməsini, Məhkum cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinin müəyyən edilməsini və qəti cəzanın Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq düzgün tətbiq edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-228/2022 nömrəli, 04 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə ona Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1(106)-467/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanmaqla, ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, cəzasının 29 aprel 2024-cü il tarixədək ciddi rejimli cəzaçəkmə müəssisəsində, həmin tarixdən sonra isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır.
8. Həmin hökmdən həmçinin Məhkum apellyasiya şikayəti verib hökmün ləğv ed ilməsini, cinayət işinin araşdırılıb onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən deyil, 02 noyabr 2020-ci il tarixdən hesablanması barədə ədalətli qərar verilməsini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-616/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)228/2022 nömrəli, 04 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarında Məhkum cəzasını 29 aprel 2014-cü il tarixədək ciddi rejimli cəzaçəkmə müəssisəsində, həmin tarixdən sonra isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edilməsində haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə qəti cəza təyin edərkən törətdiyi əməllərdən biri üzrə cinayətlərin residivi olduğunu nəzərə alıb, azadlıqdan məhrumetmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etməli idi. Həmçinin məhkəmə, Məhkum Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təyi n olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasını deyil, həmin cəzanın çəkilməmiş 01 il 11 ay 03 gün hissəsini cinayətlərin məcmusu üzrə qismən toplanmaqla, qəti cəza təyin etməkdə haqlı olmamışdır. Cinayətlərin məcmusu üzrə cəzalar toplanıldıqda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır, yəni istənilən halda cəzanın çəkilməmiş hissəsi toplanılmalı deyil, cəzalar tamamilə və ya qismən toplanılmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə isə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasından Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş ed ilir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit e dilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 17. məhkəmə kollegiyası qeyd edir ki, Dövlət ittihamçısı2 kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Kassasiya protestinin müəllifi kassasiya müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünün düzgün müəyyən edilmədiyini, eyni zamanda sonuncuya cinayətlərin məcmusu qaydasında cəzanın hesablanması zamanı maddi cinayət-hüquqi normaların tələblərinin pozulduğu dəlillərini irəli sürmüşdür.
20. Məhkəmə kollegiyası kassasiya müraciətinin göstərilən dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə müəyyən edilən əsaslara görə cinayətlərin məcmusu qaydasında cəza təyin edilsə də, lakin həmin maddənin tələbləri üzrə cəzaların toplanması zamanı səhvə yol verilmişdir.
21. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsində nəzərdə tutulur ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
22. Həmin Məcəllənin 66.5-ci maddəsində təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
23. Cinayət işinin materiallarından görünür ki, Sabirabad Rayon Məh kəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablanmaqla cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-467/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək Məhkum əməlində cinayətlərin təhlükəli residivi olması müəyyən edilmiş, habelə təyin olunmuş cəzanın həddi hissəsində hökm dəyişdirilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 03 il 06 ay həddinədək artırılmışdır.
24. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin cinayət işi üzrə qəbul etdiyi 1(106)-467/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarında Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə 03 il 06 ay müddətinə cəza təyin edildikdən sonra, hazırki cinayət işi üzrə qəbul etdiyi qərarında (Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı) apellyasiya instansiyası məhkəməsi cəzaların toplanılması zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad edib əvvəlki qərarla təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini yeni təyin edilmiş cəza ilə qismən birləşdirməklə qəti cəza təyin etmiş, bu zaman məhkəmə faktiki olaraq Azərbaycan Resp ublikası CM-nin 67.1-ci maddəsi ilə müəyyən edilən hökmlərin məcmusu üzrə cəza təyinetmə qaydasından istifadə etmişdir. Halbuki, hazırki cinayət işi üzrə Məhkum təyin edilən qəti cəza hökmlərin yox, cinayətlərin məcmusundan irəli gələn cəzanı təşkil edir, belə olan halda isə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin məzmununa görə, yeni hökmlə təyin ediləcək qəti cəza müəyyən edilərkən, birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi deyil, əvvəl təyin edilmiş cəza bütövlükdə götürülməklə nəzərə alınmalı və tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza müddətinə hesablanmalıdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cinayət qanununun normasını düzgün tətbiq etməmiş, birinci hökmlə təyin olunmuş cəzanı deyil, həmin cəzanın çəkilməmiş hissəsini əsas götürüb, yeni hökmdə cinayətlərin məcmusu üzrə qismən toplamaqla qəti cəza təyin etmişdir.
25. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsə cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi zamanı da müvafiq qanunvericilik və məhkəmə praktikası ilə müəyyən edilmiş tələblər kobud surətdə pozulmuşdur.
26. Kassasiya protesti ilə mübahisələndirilən qərardan görünür ki, Məhkum təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 29 aprel 2024-cü il tarixədək hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində, qalan hissəsinin isə həmin tarixdən sonra ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsinin növünün müəyyən edilməsi qaydası Azərbaycan Respublikası CM-nin 56-cı maddəsində təsbit olunmuşdur, bu normaya görə cəzaçəkmə müəssisəsinin növü həmin maddənin tələblərinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.3-cü maddələrinin ümumi məzmununa əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
29. İstinad edilən maddənin məzmunundan göründüyü kimi, həmin maddəyə əsasən cəzaçəkmə müəssisəsinin seçilməsinə yönələn şərt impera tivdir - məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və onun əməlində residiv mövcuddursa, cəzaçəkmə üçün ciddi rejimli cəzaçəkmə müəssisə seçilməlidir. Bununla yanaşı, qanunverici azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi qaydasını şərtləndirən Cinayət Məcəlləsinin 56-cı maddəsində hökmlərin və ya cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzasını çəkən şəxslər üçün qəti cəzaya toplanan və ya hesablanan fərdi cəzaların müxtəlif növdən olan cəzaçəkmə müəssisələrində çəkməsini ümumiyyətlə nəzərdə tutmamışdır. Bu baxımdan, təyin edilmiş qəti cəza müddətinin bir hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, daha sonra məhkum edilmiş şəxsin ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağl ı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi cinayət qanunvericiliyinin tələbləri ilə birbaşa ziddiyyət təşkil edir.
30. Məhkum mübahisələndirilən apellyasiya məhkəməsinin qərarında müəyyən edilmiş cəza çəkməsinin qaydası formalaşmış məhkəmə praktikasına ziddir.
31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə və tərbiyə müəssisəsinin növünü müəyyən edən Azərbaycan Respublikası CM-nin 56 və 85-ci maddələrinin tələblərinə sözsüz əməl edilməsi vacibdir, bu və ya digər cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün məhkəmənin mülahizəsinə görə müəyyən edilməsi qanunla istisna edilir. Məhkuma ciddi rejimli və ya xüsusi rejimli cəzaçəkmə müəssisəsi təyin edilərkən əsas olmuş bir və ya bir neçə məhkumluq cəza çəkilən zaman ödənilərsə, bu zaman məhkəmə tərəfindən hökmlə məhkuma təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə və məhkum başqa növ cəzaçəkmə müəssisəsinə keçirilə bilməz. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 114, 116-cı maddələrinə müvafiq olaraq ciddi və ya xüsusi rejimli cəzaçəkmə müəssisələrində müvafiq olaraq, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cinayətlər üstündə məhkum edilmiş şəxslər saxlanılır (“Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, §§ 1 və 10, 28 iyun 2002-ci il ).
32. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, apellyasiya ins tansiyası məhkəməsinin Məhkum barəsində qəbul etdiyi qərarı üzrə cinayəthüquqi normaların pozuntusu ilə yanaşı, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına da yol vermişdir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı2 kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ləğv edilsin, iş yeni apellyasiya baxışına təyin edilsin.