Məhkəmə qərarları › İş №1(102)-1744/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1744/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1744/2025 15.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçisi Müdafiəçi4 və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə2 iştir akları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-23/2025 nömrəli qərarından zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbinə Məmmədzadə (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Azad Məcidov) 15 oktyabr 2024-cü il tarixli, 1(101)-203/2024 nömrəli hökmü ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddə tinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(101)-241/2023 nömrəli hökmü ilə təyin olunmuş 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzası nı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə zərərçəkmiş şəxslər X6 və Genc X2 mülki iddia ərizəsi baxılmamış saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus olmuş 50 faiz payın üzərinə qoyulmuş həbs götürülməmişdir. İşin halları: Verilmiş ittihama görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə öz qulluq mövqeyindən istifadə etməklə külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq törətmiş, həmçinin xidməti vəzifəs inin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə şəxsi digər üsullarla təkrarən təhrik etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Türkiyə Respublikası vətəndaşları X6 və bacısı Genc X3 yalandan özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edib, həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun va sitəsi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən köhnə zavod ərazisini ucuz qiymətə alıb baha satacağı, alqı-satqıdan sonra ana məbləği özlərinə geri qaytarıb əldə olunan həmin gəlirlə süni ot örtüklü futbol meydançası tikdirib istifadəyə verməklə gəlir əldə edəcəklərinə dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Türkiyə Respublikası vətəndaşları Hakan Doygun və X19 məxsus Azərbaycan Respublikasının milli pul vahidi ilə həmin dövrün məzənnəsinə uyğun olaraq 2.100.746,4 manat təşkil edən 2.003.000 (iki milyon üç min) ABŞ dolları məbləğində pul vəsaitini 2015-ci ilin avqust ayı ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, metronun «28 May» stansiyası yaxınlığında nağd şəkildə qəbul etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, əldə etdiyi ö zgənin xüsusilə külli miqdarda əmlakını təyinatı üzrə xərcləməyərək qeyd olunan məbləğin həmin dövrün məzənnəsinə uyğun olaraq 1.471.820 (bir milyon dörd yüz yetmiş bir min səkkiz yüz iyirmi) manat təşkil edən 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində olan hissəsini 01 dekabr 2015-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışları X11 və X12 aylıq faiz ödəmək şərti ilə borca vermiş, sonuncular bir müddət ödəniş edib sonrakı dövr ərzində faiz borclarını və əsas məbləği ödəyə bilmədikdə isə Ağdam rayonu, Əfətli kəndi ərazisində yerləşən «X25 təsərrüfatı» MMC-nin nizamnamə kapitalındakı 50 faizlik pay hüququnu Məhkum 10 yanvar 2019-cu il tarixli müqavilə əsasında öz adına rəsmiləşdirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Hakan Do ygun və X19 xüsusilə külli miqdarda 2.100,746,4 manat (iki milyon yüz min yeddi yüz qırx altı manat 4 qəpik) məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasının vətəndaşı X5 yalandan özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edib həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə ölkə ərazisində yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına dair yalan vəd verib Hakan Doygunu, həmçinin sonuncunun birgə biznes fəaliyyəti həyata keçirmək üçün dəvət etdiyi Türkiyə Respublikas ının iş adamları X23 və Kozuva Süleymanı nizamnamə kapitalında müvafiq olaraq 19 faiz, 43 faiz və 19 faizlik pay hüququna malik təsisçi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçirməklə direktoru olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətini təsis etmiş, dövlət qeydiyyatından keçməsinə baxmayaraq faktiki fəaliyyəti mövcud olmayan, nizamnamə kapitalında özünün də 19 faizlik pay hüququna malik olduğu şirkətin fəaliyyətə başlaması üçün ilkin kapital kimi vəsait lazım olması adı ilə 2019-cu ilin noyabr ayının əvvəllərində ünvan 3 ünvanında həmin dövrün məzənnəsi ilə 170.000 (yüz yetmiş min) manat təşkil edən 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə Hakan Doygundan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmi ş şəxs Hakan Doyguna külli miqdarda 170.0 (yüz yetmiş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsindəki anbar tikintisinin başa çatdırılmasına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın alınmasına həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə nail olac ağına, aidiyyəti vəzifəli şəxslərə birbaşa yolla şəxsən maddi nemət olan 120.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq inam və etibar qazandıqdan sonra bu adla Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən «5 qardaş» adlı kafedə 2020-ci ilin may ayının sonlarında istintaqla müəyyən edilməyən gündə 120.0 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə nağd şəkildə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda 120.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 120.00 0 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 digər üsullarla təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya məxsus Qaraçuxur bələdiyyəsinin xx.xx.2009-cu İl tarixli müqaviləsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə istifadə hüququ əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «AB» yaşayış sahəsində yerləşən 3.000 (üç min) kv.metr torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın alınmasına həmin ərəfədə A zərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə nail olacağına, aidiyyəti vəzifəli şəxslərə birbaşa yolla şəxsən maddi nemət olan 200.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq inam və etibar qazandıqdan sonra bu adla Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən «5 qardaş» adlı kafedə 2020-ci ilin iyun ayının ortalarından həmin ilin iyul ayının ortalarınadək olan müddət ərzində 200.000 manat pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə nağd şəkildə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda 200.000 manat mə bləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 200.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 digər üsullarla təkrarən təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 14 yanvar 2025-ci il tarixli 1(103)-293/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(101)-203/2024 nömrəli hökmü mülki iddia aid hissədə dəyişdirilmiş, iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X2 mülki iddiaları təmin edilmiş, iş üzrə mül ki cavabdeh Məhkum Ələsgər oğlundan 2.270.746,40 (iki milyon iki yüz yetmiş min yeddi yüz qırx altı manat qırx qəpik) manat məbləğində maddi ziyan, həmçinin 1926 (min doqquz yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X3 verilməsi qərar qəbul edilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X2 nümayəndəsi Babayev Vüsal İsa oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-293/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apell yasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X4 və Genc X2 nümayəndəsi və vəkilləri Nümayəndə2 Kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il, 1(103)-293/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın üzərinə həbs qoyulsa da, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 3m/570 nömrəli notariat işinin və xx.xx.2020-ci il tarixli “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən g örünür ki, Məhkum “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı 50 faiz payının 10 faizini X1. Başqa sözlə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X25 Təsərrüfatı” MMCnin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın üzərinə həbs qoyulanadək artıq həmin payların 10 faizi özgəninkiləşdirilmiş, təqsirləndirilən şəxs məhkəmə iclasında digər 40 faizi də özgəninkiləşdirdiyini bildirmiş, həmin təsərrüfatda ona məxsus payın mövcud olmadığını bildirmişdir. Lakin Məhkum qeyd edilən payı məhz zərərçəkmiş şəxslər X6 və Genc X3 vurulmuş maddi ziyanın, yəni onları aldadaraq ələ keçirdiyi pul vəsaiti hesabına ələ keçirdiyini bildirmişdir. Yəni həmin əmlakın bilavasitə qeyd edilən pul vəsaiti hesabına əldə etməsi tam sübuta yetirilmiş dir. Bu halı Məhkum özü də tam etiraf edir. Apellyasiya məhkəməsinin mövqeyinə görə həmin əmlakın xususi müsadirə edilməsi gələcəkdə müxtəlif şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəyindən, üzərinə həbs qoyulmuş əmlak xüsusi müsadirə edilməməli, lakin zərərçəkmiş şəxslərin mülki iddia üzrə tələblərinin olması və həmin tələblərin gələcəkdə təmin olunması məqsədi ilə həmin əmlakın üzərinə qoyulmuş həbs götürülməməlidir. Kassator şikayətində qeyd etmişdir ki, həmin əmlak xüsusi müsadirə edilməli, açıq hərracdan satılaraq əldə edilmiş pul zərərçəkmiş şəxslər X6 və Genc X3 vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməli və ya digər 50 faiz pay üzərində mülkiyyət hüququ tanınmalıdır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər ka teqoriyasına aiddir və vurulmuş zərər maddi ziyanla bağlıdır. Belə olan halda, məhkəmə zərərçəkmiş şəxslər X6 və Genc X3 vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı həm şərait yaratmalı, həmdə ziyanın ödənilməsi üçün tədbirlər görməlidir. Məhkum özünə məxsus payların satılması ilə əlaqədar heç bir sübut təqdim etməmişdir. Eyni zamanda Məhkum üzərinə həbs qoyulmuş əmlakın 10 faizini satarkən həmin payın üzərinə məhkəmə qərarları ilə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bundan əlavə əgər doğrudan da həmin şəxslərin qeyd edilən əmlakı əldə edilməsi halları olsa belə onların həmin əmlakları qanuni və ya qanunsuz əldə edilməsi araşdırılmamışdır. Yəni qeyd edilən əmlakın cinayət yolu ilə əldə edildiyi tam sübuta yetirilsə də məhkəmə onun xüsusi müsadirə edilməsindən qanunsu z olaraq imtina etmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmündə zərər çəkmiş şəxslərə maddi ziyanın bir qisminin ödənilməsi qeyd edilsə də əslində həmin ödənişlər başqa şəxslər tərəfindən başqa xüsusatlarla əlaqədar zərər çəkmiş şəxslərə ödənilmişdir. Həmin ödənişin təqsirləndirilən şəxs Məhkum vurmuş olduğu zərərə heç bir aidiyyəti yoxdur, ümumiyyətlə, Məhkum tərəfindən vurulmuş maddi ziyandan heç bir ödəniş edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kass asiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X4 və Genc X2 nümayəndəsi və vəkilləri Nümayəndə2 kassasiya şikayətinin başlıca dəlili “X25 Təsərrüfatı” MMC-nin Məhkum məxsus 50 faiz payın üzərinə həbs qoyulanadək həmin payın 10 faizi və sonradan 40 faizinin də özgəninkiləşdirilməsinin məhkəmələr tərəfindən araşdırılmamasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları aşağıdakıları qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-293/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024cü il tarixli, 1(101)-203/2024 nömrəli hökmü mülki idd ia aid hissədə dəyişdirilmiş və iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X6 və Genc X2 mülki iddiaları təmin edilmiş, iş üzrə mülki cavabdeh Məhkum Ələsgər oğlundan 2.270.746,40 (iki milyon iki yüz yetmiş min yeddi yüz qırx altı manat qırx qəpik) manat məbləğində maddi ziyan, həmçinin 1926 (min doqquz yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə istintaqında ifadə vermiş təqsirləndirilən şəxs Məhkum “X25 Təsərrüfatı” MMC-ni Hakan Doygun və X17 aldığı pulların əvəzinə əldə etdiyini etiraf etmişdir. Bundan əlavə məhkəmədə istintaqı zamanı şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, o, kommersiya işi ilə məşğul olur, müxtəlif müəssisələr işlədir, misal üçün maldarlıqla v ə ya sement satışı ilə və s. məşğul olur. Azər torpaq sahəsi almaqla bağlı ona müraciət etmiş, onun da məsləhət gördüyü torpaq sahələrinə nəzər yetirmiş, lakin torpaqların alqı-satqısı alınmamışdır. Sonradan Azərin əlində 1 milyon 400.000 dollar pul olduğundan xəbər tutmuş, onun və şərikinin pula ehtiyacı olmuş, onlar razılaşmışlar ki, həmin pulu sement satışında və yumurta sənayesində istifadə etsinlər. Əvvəlcə Azərlə şərik olmaq fikrinə gəlmişlər, lakin bu məsələ alınmadığına görə məbləğin faizində razılaşmışlar. Razılığa əsasən hər ay üçün Azərə 25.000 dollar verməli olmuşlar. Onlar 7-8 ay razılaşdıqları faiz məbləğini Azərə vermişlər. Qiymətlərin aşağı düşməsi ilə əlaqədar onlar müslifləşmiş, lakin onlar müflisləşənə qədər imkan daxilində müəyyən məbləğlər ödəmişlər. Onlar cəmi 54.000 dollar faiz ödəmiş, lakin əsas məbləğ qalmış, onlar həmin məbləği ödəyə bilməmişlər. Onlar bu proseslər olan zaman yalnız Azər və Arif Novruzovla əlaqə saxlamışılar. Onların Ağdamda “X25 təsərrüfatı” MMC-də 600 baş cins heyvanları olmuş, Azərin də bundan xəbəri olmuşdur. Həmin MMC-də 50% pay ona və Ağayev Mehmana məxsus olmuş, qalan 50% pay isə Fuad Əlizadəyə məxsus olmuşdur. Onlar özlərinə məxsus payı Azərin adına keçirmiş və Azərə 500.000 dollar borclu qalmışlar. Azər pulun Türkiyə vətəndaşı Hakana məxsus olduğunu bildirmiş, onlar qalan 500.000 dollardan 350.000 dolları Hakana ödəmiş, geri qalan məbləği isə onlara bağışlamışdır. O, pulun Türkiyə vətəndaşları Hakan və Humeyraya məxsus olduğunu sonradan bilmişdir. Azər tərəfindən verilən pulun Türkiyə vətəndaşlarına məxsus olması barədə Az ər özü ona məlumat vermişdir. Azər həmin türk vətəndaşları olan Hakan və Humeyra ilə biznes apardığını bildirmişdir. “X25 təsərrüfatı” MMC-də olan 50% pay Azərin adına rəsmiləşdirilərkən Türkiyə vətəndaşları həmin proseslərdə iştirak etməmiş, yəni həmin şəxslərin razılığı olmamışdır. “X25 təsərrüfatı” MMC 2006-cı ildən onlara məxsus olmuşdur. Beləliklə cinayət işində olan sübutlarla Məhkum tərəfindən “X25 Təsərrüfatı” MMCnin nizamnamə kapitalının 50 faiz payının cinayət yolu ilə əldə edilmiş pul hesabına alınması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 99-1.1 və 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) mə hkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunur. Həmin Məcəllənin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-in 99-1.3-cü maddəsində isə göstərilir ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Yuxarıda qeyd edilən normalardan aydın olur ki, qanun imperativ qaydada məhkəmələrin üzərinə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edilməsi vəzifəsini qoyur. Hazırkı cinayət işi üzrə istintaq orqanı müəyyən etmişdir ki, “X25 Təsərrüfatı” MMCnin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz pay cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına alınmış və xüsusi müsadirə edilməli olan əmlakdır. Bununla əlaqədar istintaq orqanı həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət etmiş, Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsi “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın müsadirə edilməməsini əsaslanaraq hökmündə qeyd etmişdir ki, məhkəmə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın üzərinə həbs qoyulsa da, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 3m/570 nömrəli notariat işinin və 24 dekabr 2020-ci il tarixli “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Məhkum “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı 50 faiz pay ının 10 faizini X1. Başqa sözlə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın üzərinə həbs qoyulanadək artıq həmin payların 10 faizi özgəninkiləşdirilmiş, təqsirləndirilən şəxs məhkəmə iclasında digər 40 faizi də özgəninkiləşdirdiyini bildirmiş, həmin təsərrüfatda ona məxsus payın mövcud olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payın 10 faizinin özgəninkiləşdirilməsi barədə sənədlərə istinad etsə də, qalan 40 faizinin də özgəninkiləşdirildiyini hər hansı sənədlə təsdiqləmədən, yalnız təqsirləndirilən şəxsin şifahi iz ahatına əsaslanaraq qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Məhkum məxsus 50 faiz payının 10 faizinin özgəninkiləşdirilməsi barədə müdafiə tərəfinin məhkəmə təqdim etdiyi və məhkəmənin istinad etdiyi sənədlər lazımi qaydada təsdiq olunmamış kserosurətlərdən ibarətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiri lir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payların kimə məxsusluğunu araşdırmadan, habelə məhkum tərəfindən həmin payların özgəninkiləşdirilməsi halında CM-in 99-1.3-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunu yoxlamadan, yalnız məhkumun ifadəsinə və sənədlərin kserosurətlərinə əsaslanaraq qərar qəbul etmişdir. Belə olan halda, məhkəmənin müsadirə edilməli olan əmlakın 10 faizinin, həmçinin məhkumun ifadəsinə əsasən əmlakın 40 faizinin digər şəxslər tərəfindən vicdanlı yolla əldə edilməsi və bu səbəbdən xüsusi müsadirəyə məruz qalmaması barədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Ona görə də məhkəmə kol legiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payların 50%-nin müsadirə olunmamasına dair qənaətləri iş materialları ilə təsdiq olunmur və hüquqi baxımdan əsassızdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin xüsusi müsadirə edilməli olan əmlakla əlaqədar dəlillərini tam araşdırmadan nəticəyə gəlməklə Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qe yd olunanlara əsasən, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətində irəli sürülmüş dəlillərlə qismən razılaşır və belə qənaətə gəlir ki, “X25 Təsərrüfatı” MMC-nin məxsus 50 faiz payın 10 və sonradan 40 faizinin də özgəninkiləşdirilməsi səbəbindən həmin əmlakın müsadirə edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlaması əsaslandırılmamış hesab edir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi “X25 Təsərrüfatı” MMCnin nizamnamə kapitalında təqsirləndirilən şəxsə məxsus 50 faiz payın digər şəxslər tərəfindən özgəninkiləşdirildiyi barədə nəticəyə gəldikdən sonra, həmin payların hesabına gələcəkdə zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianın təmin edilməsi məsələsinə istinadən həmin əmlak üzərində həbsin saxlanılması barədə qərar qəbul etmişdir. Lakin bu qərar məhkəmənin özünün gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Kassasiya şikayətində məhkuma təqsirli bilindiyi CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsi barədə irəli sürülmüş dəlillə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin ed ilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçü n yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində azyaşlı uşaqlarının olmasını, habelə Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış, onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. İşə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın yüngül olması və işin halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-23/2025 nömrəli qərarı zərərçəkmiş şəxslərin n ümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı müvafiq sorğular göndərilməklə “X25 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payların məxsusluğu araşdırılmalı, məhkumun payları özgəninkiləşdirildiyi halda həmin payları əldə edən şəxslərin vicdanlı alıcı olub-olmaması, həmçinin əqdlərin bağlanması zamanı Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində nəzərdə tutulmuş halların mövcudluğu yoxlanılmalıdır. Bu araşdırmanın nəticələrindən asılı olaraq, məhkəmə tərəfindən qanuna müvafiq qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxslər X6 və Genc X2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-23/2025 nömrəli qərarı zərərçəkmiş şəxslər X6 və Genc X2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə “X25 Təsərrüfatı” MMC-nin müsadirə olunmaması hissəsində ləğv edilsin və cinayət işinin bu hissədə yeni apellyasiya baxışı təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar