Məhkəmə qərarları › İş №1(102)-1745/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1745/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1745/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimano v Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.F.Əliyev tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əsədova Gültəkin Akif qızı) Məhkum, xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himyəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ü nvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 mülki iddiası qismən təmin edilərək vurulmuş maddi zərərə görə Məhkum 14.385,29 manat, mənəvi zərərə görə 2.000 manat, dövlət rüsumu olan 66.64 manat, cəmisi isə 16.451,93 (on altı min dörd yüz əlli bir manat doxsan üç qəpik) manat məbləğində pulun tutularaq X7un xeyrinə ödənilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması qərara alınmışdır. İşin hallar ı: Məhkəmənin hökmünə əsasən, Məhkum yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına və ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 17 avqust 2022-ci il tarixdə saat 03:10-da idarə etdiyi «Mecedes Benz S 320» minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi istiqamətindən Ak.Həsən Əliyev küçəsi istiqamətində 4-cü zolaq ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün o lan tədbirləri görməli olduğu halda, qanunun həmin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib həmin vaxt ünvan 2 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X9 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada X7un ölümünə səbəb olan açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol göz ətrafı nahiyənin qançırlı hematoması, sol saidin və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, sol bazunun, sol dirsək oynağının, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, bel nahiyəsinin sol yarısının, sol sağrı nahiyəsinin, sol budun yuxarı-orta 1/3-nin, sağ və sol b aldırın orta 1/3-nin ön səthinin sıyrılmış yaraları müşayiət olunan, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəli olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və piyada Zərərçəkmiş şəxs oma sümüyünün sağ tərəfli minimal yerinidəyişmiş sınığı, sol sirkə kasasının ön divarının minimal yerinidəyişmiş sınığı, sol aşağı ətrafın qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol bud sümüyünün lateral kondilusunun yerinidəyişmiş qapalı sınığı lateral-kollateral bağın tam qopması (İlizarov aparatı ilə osteosintez əməliyyatından sonrakı vəziyyət), qisaarası nahiyənin, burun nahiyəsinin və sol baldırın əzilmiş-cırılmış yaraları, sol bud nahiyəsinin aşağı 1/3-nin dış kənarının dəri və dərialtı toxumasının iri həcmli hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər-rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə, dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş apellyasiya protestinə dəyişikliyə, Məhkum müdafiəçisi S.F.Əliyev və zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X7un nümayəndəsi Əliyev Vüqar Həsən oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hü seyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 20 aprel 2023-cü il tarixli qərarı ilə zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X7un onun nümayəndəsi V.H.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi təmin edilərək həmin apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum müdafiəçisi S.F.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, prokuror C.R.İsgəndərov tərəfindən verilmiş və iş üzrə dövlət ittihamçısı T.Y.Məmmədova tərəfindən həmin hökmdən verilmiş apellyasiya protestinə dəyişiklik nəzərə alınmaqla apellyasiya protesti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü Məhkum CM-nin 263.2-ci maddəsində nəzərdə tutu lmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilmiş, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.F.Əliyev birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində ədalətli qərarın qəbul edilməsi üçün cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahi ş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarına istinad edən və işin faktiki hallarını mübahisələndirən Məhkum və onun müdafiəçisi S.F.Əliyev birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkum olunmuş şəxs barəsində cinayət işi üzrə xüsusi əhəmiyyət daşıyan hallar, yəni, onun təqsirsiz olmasına dair kifayət qədər sübutlar müəyyən edilsə də, məhkəmələr həmin sübutlara obyektiv hüquqi qiymət verməmişlər. Belə ki, onlar istintaqın başlandığı dövrdən qarşı tərəflə barışmağa cəhd göstərmiş, lakin zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən bu cəhdlər qarşılıqsız qalmışdır. Lakin apelyasiya protestinə və apelyasiya şikayətlərinə məhkəmə baxışı iclasında ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunduğuna görə, apelyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-nin 60.1-ci maddəsini tətbiq edərk ona təyin olunmuş cəzanı yüngülləşdirmişdir. Halbuki həm bu hal, həm də iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən digər hallar əsas verirdi ki, məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etsin və ona daha yüngül ədalətli cəza təyin olunsun. Bununla belə, kassasiya şikayətinin müəllifləri qeyd etmişlər ki, araşdırılmış sübutlarla Məhkum yol-nəqliyyat hadisəsini törətməkdə təqsiri sübuta yetirilməmiş, onun əməli ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması isə müəyyən edilməmişdir. Belə ki, istər birinci, istərsə də apellyasiya instansiyası müdafiə tərəfi bunu iddia edərək iş üzrə təkrar yol-nəqliyyat hadisəsi ekspertizasının təyin olunaraq keçirilməsi barədə vəsatət qaldırmış, lakin məhkəmələr bu vəsatəti təmin etməmişlər. Kassasiya şikyətində həmçinin qeyd olunmuşdur ki, Məhkum himayəsində 2 azyaşlı övladı vardır ki, apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi cəzanın onun tərəfindən çəkilməsi həmin uşaqların saxlanmasına da ciddi maneə yaradacaqdır. Buna görə kassasiya şikayətinin müəllifləri hesab edirlər Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olması və təqsiri sübuta yetirilməsi halında belə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Kassasiya şikyətində bütün qeyd olunanlarla bağlı daha ətraflı dəlillər irəli sürən Məhkum və müdafiəçi S.F.Əliyev sonda onların kassasiya şikayətinin bunlarla bağlı Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi S.F.Əliyev kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi X7 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələ blərinə əsaslanaraq kassasiya şikayətinə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi X7un və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.F.Əliyevin Məhkumla birgə verdikləri həmin şikayətin əsas dəlilləri ondan ib arətdir ki, işə baxmış məhkəmələr tərəfindən Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dair yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutlara düzgün qiymət verilməyərək onun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün məhkumun təqsirliliyinə dair hissədə qüvvədə saxlanılması barədə qərar qəbul etmiş, həmçinin cəza təyini ilə bağlı araşdırılmış sübutlara da düzgün qiymət verilmədən Məhkum həddindən artqı ağır cəza təyin olunmuşdur. Beləliklə, Məhkum və onun müdafiəçisi S.F.Əliyev və öz kassasiya tələblərini CPMnin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdak ı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin birgə verdikləri şikayəti kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğ u kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsi ndə sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən e dir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində iş ə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmay an şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinqayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməl ərini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasə n qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qə rarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğ un gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarını n qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanı nın məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmiş dir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və kassasiya şikayətində göstərilənlərin əksinə olaraq hesab etmişdir ki, Məhkum yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına və ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yən i zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, Şahid ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci və apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən onların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, Məhkum və onun müdafiəçi S.F.Əliyevin kassasiya şikayətində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması, Məhkum ona ittiham olunmuş cinayəti törətməsinin sübuta yetirilməməsi və buna görə iş üzrə ədalətli qərar qəbul edilməsi üçün cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş halları rəhbər tutur. Bu hallardan isə görünən odur ki, Məhkum 17 avqust 2022-ci il tarixdə saat 03:10-da idarə etdiyi «Mecedes Benz S 320» minik markalı, 77-CN769 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi istiqamətindən Ak.Həsən Əliyev küçəsi istiqamətində 4-cü zolaq ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığıını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddi nə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun həmin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib həmin vaxt ünvan 2 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X9 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada Zərərçəkmiş şəxs az ağır xəsarətlər almasına, piyada X7un isə ölümünə səbəb olmuşdur. Cinayət işinin materiallarının təhlili göstərir ki, bu halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxmış məhkəmələr ittiham aktının və yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, Zərərçəkmiş şəxs, şahidin dindirilmələri, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün on ların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin bu tələblərindən və işin hallarından çıxış edərək hesab edir ki, hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutların mötəbər olmayan sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan məhkəmələr tam əsaslı olaraq məhz həmin sübutlara əsaslan araq Məhkum təqsirlilik məsələsini həll etmiş, iş üzrə əlavə sübutların əldə edilməsinə, o cümlədən təkrar yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunaraq keçirilməsinə zərurət yaranmamışdır. Belə ki, iş üzrə ibtida araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməzdən əvvəl Məhkum iştirakı ilə hadisənin baş verdiyi ərazidə ətraflı baxış keçirilərək müvafiq ölçülər götürülmüş, bu haqda 17 avqust 2022-ci il tarixli protokol tərtib edilmiş, bu protokola hadisə yerinin təsviri əks olunmuş protokollar əlavə olunmuş və yalnız bundan sonra cinayət işinin materialları ekspertlərə təqdim olunmuşdur. İş materiallarına əsasən keçirilmiş yol-nəqliyyat ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 8/2398 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Mercedes Benz” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. Cinayət işinin materiallarına əsasən, hadisə baş verən yerin yaxınlığında quraşdırılmış TŞ kamerasının qeydə aldığı görüntülər Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarə Edilməsi İdarəsindən CD diskdə götürülmüş və həmin gö rüntülərə baxış keçirilmişdir. CD diskdə olan görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, TŞ 6-001.2 faylın 11-ci dəqiqə 15-ci saniyəsində K.Rəhimov küçəsi ilə Ak.Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olan yolun sağdan 4-cü hərəkət zolağında, yəni qoşa xəttin sağ hissəsindəki 1-ci hərəkət zolağında dövlət nömrə nişanı görünməyən avtomobilin qabaq sol farası nəyəsə dəydiyi üçün qabaq sol farasının işıqları ani vaxtda iki dəfə yanıb-sönür, sonra isə həmin faranın yanmadığı, avtomobilin yolun ortasında dayandığı, onun və digər avtomobillərin görüntünün sonuna qədər hadisə yerində dayandığı, sonradan isə yol-patrul xidmətinin avtomobilinin oraya yaxınlaşması görünür. Hadisə yerinin videogörüntüsü olan 01 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyinin digər sübutlarla birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri iş üzrə toplanmış digər sübutlarla da üst-üstə düşür. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəyin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dai r CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-o byektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəm ələr Məhkum CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gələrkən həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli qərarında əksini tapmış izah və tövsiyələri də nəzərə almışlar. Belə ki, həmin Qərarın 1-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müva fiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin ist ismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən « Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə c əlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azər baycan Respublikası Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5ci hissəsinin tələblərindən görünür ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasi təsinə yol verməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə kollegiyası Məhkum törətdiyi əməllə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olmaması barədə də dəlillərlə razılaşmır və qeyd edir ki, bu dəlillər də iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təkzib olunur. Belə ki, məh kəmə-tibbi ekspertizanın 17 avqust 2022-ci il tarixli 100 №-li rəyinə əsasən, mərhum X7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol göz ətrafı nahiyənin qançırlı hematoması, sol saidin və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, sol bazunun, sol dirsək oynağının, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, bel nahiyəsinin sol yarısının, sol sağrı nahiyəsinin, sol budun yuxarı-orta 1/3-nin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin sıyrılmış yaraları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, 17 avqust 2022-ci il tarix də hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Həmçinin iş materiallarıdnda olan məhkəmə-tibbi ekspertizanın 02 sentyabr 2022-ci il tarixli 932 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - oma sümüyünün sağ tərəfli minimal yerinidəyişmiş sınığı, sol sirkə kasasının ön divarının minimal yerinidəyişmiş sınığı, sol aşağı ətrafın qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol bud sümüyünün lateral kondilusunun yerinidəyişmiş qapalı sınığı lateralkollateral bağın tam qopması (İlizarov aparatı ilə osteosintez əməliyyatından sonrakı vəziyyə t), qisaarası nahiyənin, burun nahiyəsinin və sol baldırın əzilmiş-cırılmış yaraları, sol bud nahiyəsinin aşağı 1/3-nin dış kənarının dəri və dərialtı toxumasının iri həcmli hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 17 avqust 2022-ci tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddirlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizalarının yuxarıdakı rəylərinə, birinci və apellyasiya instansiyası məhkəmələrinin araşdırılmış sübutlara verdikləri qiymətləndirməyə əsaslanaraq Məhkum cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə tö rətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi Məhkum bəraət verilməsinə dair dəlilləri heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.2 və 416.1.11-ci maddəsində gö stərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Həmçinin Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası onun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir, bu tələb isə aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmi ş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəl lənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqın da tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini z amanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması i zah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, cəza təyininin ümumi prinsiplərinə və şərtlərinə dair qanunvericiliyin tələblərinə əməl edən apelyasiya in stansiyası məhkəməsi Məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən onun şəxsiyətini səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın məhkumun islah olunmasına və həyat şəraitinə təsirini, CM-nin 59.1.4 və 59.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq himayəsində iki azyaşlı uşaqlarının olmalarını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi X7la barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, habelə iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və onun barəsində CM-nin 60.1-ci maddəs inin tətbiq edilməsini mümkün bilərək bütün bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bu hala ona görə diqqət yetirməyi lazım bilir ki, CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir və CM-nin 60.1-ci maddəsinə əsasən belə hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə aza dlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və apellyasiya instansiyası məhkəməsi Məhkum 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib onun əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olması barədə nəticəyə gələrkən CM-nin 60.1-ci maddəsinin tələbinə tam riayət etmiş və həmin maddədə müəyyən edilmiş həddi aşmamışdır. Məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək Məhkum cəzasın hər hansı şəkildə, o cümlədən onun barəsində CMnin 62-ci maddəsini tətbiq etməklə yüngülləşdirilməsini mümkün bilmir. Cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün isə həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-n in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası işin hallarından, Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cəza təyini zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallardan çıxış edərək belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzaların təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha yüngül cəzalarının təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsinin mümkünsüzlüyünə dəlalət edir. İş materiallarından da göründüyü kimi, apelyasiya müraciətlərinə məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq məhkum barəsində güzəştli institut tətbiq edildiyindən, həmçinin istər həmin mərhələdə, istərsə də kassasiya şikayətinə məhkəmə baxışı zamanı məhkumun cəzasını yüngülləşdirən hər hansı yeni hal müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir dəlil məhkəməyə təqdim edilmədiyindən təkrarən Məhkum cəzasının yüngülləşdirilməsinə məhkəmə kollegiyası əsaslar görmür. Beləliklə, məhkəmə kollegi yası Məhkum müdafiəçisi S.F.Əliyev ilə birgə verdiyi kassasiya şikayətinin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən Məhkum əməlində cinayət tərkibinin olmaması və ya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi əsaslar), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı birinin olması, həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi müəyyən edilmir və buna görə də yuxarıda şərh olunanlar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi S.F.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi təqsirli bilinib məhkum olunması na dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarı Məhkum və onun müdafiəçisi S.F.Əliyevin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar