Məhkəmə qərarları › İş №1(102)-1745/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1745/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1745/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli, 1(103)-84/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya pr otestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 1(101)-669/2023 nömrəli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət məhkəmə tərkib) xx xxxxx 1986-cı il tarixdə Füzuli rayonunun, Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, XXXX qeydiyyatda olmaqla, XXXX yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəs inə əsasən, Məhkum 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci tarixədək müvəqqəti saxlama yerində saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər: İ.A.İbrahimov (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinovdan ibarət məhkəmə tərkib) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsini n 17 avqust 2023-cü il tarixli, 1(101)669/2023 nömrəli hökmü ləğv edilmiş, Məhkum elan olunmuş ittihamın ikinci epizodu, yəni onun əldə etdiyi iki büküm narkotik vasitə olan heroindən bir bükümünü- 0,976 qram çəkidə heroini xx.xx.2022-ci il tarixdə tanışı Şahid5 20 manata satması, təmiz çəkisi 0,901 qram digər bükümün isə həmin tarixdə üzərindən aşkar edilərək götürülməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CMin 69.3-cü maddəsinə əsasən, Məhkum 31 may 2022-ci il tarixindən 02 iyun 2 022-ci il tarixinədək, yəni 03 (üç) gün həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanımışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən kassasiya protesti, Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,801 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 31 may 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,801 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,901 qram və 0,976 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin iki büküm narkotik vasitə olan heroindən bir bükümünü - 0,976 qram çəkidə heroini tanışı Şahid5 20 manata satmış, yerdə qalan bir büküm 0,901 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstə rilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi 2-ci epizod üzrə ittihamda göstərilən əməllər üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, CM-in 234.4.2-ci maddəsi ilə ona bəraət vermiş və Məhkum yalnız 1-ci epizod üzrə yəni onun satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,801 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıması barədə nəticəyə gələrək sonuncunu CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: İş üzrə Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra normalarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 Ağakərim oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əsasız olaraq Məhkum CM-in 234.4.2-ci maddəsi ilə bəraət vermişdir. Belə ki, dövlət ittihamçısı öz kassasiya protestində bildirir ki, cinayət işi üzrə biridigərini tamamlayan, işin faktiki hallarına uyğun olan s übutların mövcudluğuna baxmayaraq apellyasiya instansiya məhkəməsi işdə olan formal xarakterli pozuntuları əsas götürərək ( istintaq hərəkətləri haqqında protokollardada və məktublada saatların üst-üstə düşməməsi, mexaniki səhvlər) nəticədə əsassız, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli hökmünü dəyişdirərək, onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif etməklə, CM-nin 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Həmçinin Məhkum dövlət ittihamçısının kassasiya protestinə qarşı verilmiş etirazd a göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ona qarşı irəli sürülmüş ittihamın 2-ci epizod üzrə bəraət vermiş, hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdiril məsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə səhv nəticəyə gəldiyini, mübahisələndir ilən hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi s übuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Məhkəmə kollegiyası, dövlət ittihamçısı Məhkum hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə münasibətdə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum qarşı irəli sürülmüş ittihamın 2-ci epizodu üzrə yəni onun əldə etdiyi iki büküm narkotik vasitə olan heroindən bir bükümünü - 0,976 qram çəkidə heroini xx.xx.2022-ci il tarixdə tanışı Şahid5 20 manata satması, təmiz çəkisi 0,901 qram digər bükümün isə həmin tarixdə üzərindən aşkar edilərək götürülməsi üzrə təqsirliliyi sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona CM-in 234.4.2-c i maddəsi ilə bəraət vermişdir. Məhkəmənin gəldiyi nəticə sübutlar, o cümlədən Məhkum özünün və Şahid5 ifadələri, preyudisiyal əhəmiyyətə malik olan məhkəmə aktları və digər hallarla əsaslandırmışdır. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün (Məhkum qarşı irəli sürülmüş ittihamın 2-ci epizodu üzrə) bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin tə qdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi Məhkum 0,976 qram çəkidə heroini xx.xx.2022-ci il tarixdə tanışı Şahid5 20 manata satması sübuta yetirlməməsi ilə bağlı nəticə gələrkən Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(008)-668/2023 nömrəli hökmündən və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəyə minmiş 20 fevral 2024-cü il tarixli qərarından (müvafiq qərar kassasiya protesti əsasında mübahisələndirlsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2024-cü tarixli qərarı ilə d əyişdirilmədən saxlanılmışdır) çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ikinci epizod üzrə bəraət verilməsi barədə (Şahid5 Məhkum narkotik vasitə alması sübuta yetirilmədiyindən, həmin əsasla məhkəmə hökmü ilə Şahid5 bəraət verilmiş) nəticəyə gələrkən bunun üçün yuxarıda göstərilən (Şahid5 barəsində) yekun məhkəmə aktlarını preyudisiyal əhəmiyyətə malik olan məhkəmə aktları kimi qəbul etməkdə haqlı olmuş və məhkəmənin bu nəticəsi cinayət-prosessual qanunvericiliyinin (CPM 64.1, 65.4, 142-ci maddələrinin) tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövq eyə uyğun olmuşdur. Məhkum üzərində aşkar edilmiş təmiz çəkisi 0,901 qram digər bükümə (eyni ilə 2-ci epizod üzrə) münasibətdə isə apellyasiya məhkəməsində müəyyən edilmişdir ki, həqiqətən də Məhkum ittiham aktında göstərildiyi kimi 01 sentyabr 2022-ci il tarixdə saat 21:00-da deyil, məhz Məhkum təsvir etdiyi şəraitdə yəni 01 sentyabr 2022-ci il tarixdə saat 17:45-də tutulmuş, şübhəli şəxsin tutulması haqqında protokol həmin tarixdə, saat 22:50-də tərtib edilmiş, onun üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında hərəkət isə qeyd olunan tarixdə saat 23:30-da başlanılmış, saat 23:45-də tamamlanmış, sonuncunun dindirməsi isə saat 23:30-da başlanılmış, saat 23:40-da tamamlanmışdır. Belə olan halda apellyasiya məhkəməsi Məhkum uzun müddət ərzində (5 saatdan artıq müddət ərzində) prosess ual statusu müəyyən edilmədən (özbaşınalığın istisna edilmədiyi şəraitdə), tamamilə polis əməkdaşlarının nəzarəti altında olmasından, Məhkum üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə eyni anda paralel olaraq təhqiqatçı X tərəfindən onun dindirilməsindən, Məhkum Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi inzibati ərazisində saxlanılmasına baxmayaraq üzərində “şəxsi axtarış və götürmə”-nin həmin yerdə deyil, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında keçirilməsindən, ittiham tərəfindən şəxsi axtarışın şübhəlinin saxlanıldığı yerdə keçirilməsini istisna edən halların olduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsindən, üzərinə baxış və götürmə keçirilməsi barədə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılmasından, müdafiəçinin iştira kına dair protokollardakı qeydlər həqiqi vəziyyəti əks etdirməməsindən çıxış edərək Məhkum üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsinə şübhə ilə yanaşmışdır. Bu cür (yəni, Məhkum Cinayət-Prosessual Məcəllənin 147.4, 153.1,153.2-ci maddələrindən irəli gələn prosessual hüquqları təmin edilmədiyi üçün onun “etirafedici” ifadələrinin mötəbərliyinə ciddi şübhələr olduğu; “şəxsi axtarış və götürmə” kimi tədbir “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, CPM-in 246, 247-ci maddələrinin tələblərinin pozulması ilə keçrildiyi) vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum məhkəməyədək icraatda verdiyi izahat və ifadələri, 01 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə ba rədə” protokolu, bu tədbirin gedişində əldə olunanı sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına və ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə Məhkum ifadəsini, eləcə də həmin ifadə ilə uzlaşan digər təqsirləndirilən şəxs Şahid5 ifadəsini və digər materiallar üzərində qurulmuş nəticələri təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi, araşdırılmış digər ifadələrin mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkumun kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamın 1-ci epizodu üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında iddialarına gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi (ona qarşı irəli sürülmüş ittihamın 1-ci epizodu üzrə), yəni 2,801 qram, kütləsinə görə külli miqdar təşkil edən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlayaraq 31 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülənədək daşıması apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkumun qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübut, məhkəmə ekspertizalarının rəyləri, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms-lərlə ("Qaqa konturda qutardı qaqa vəziyyət çətindi xahiw ele o ete gücüm catir ya daw yada kola.bir xeber et mene qaqa xahiw edirem”), istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, məhkəmədə CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum özü tərəfidnən verilmiş kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçısı X2 isə kassasiya protestinin təmin edilməsinə və kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 11 mart 2024-cü il tarixli, 1(103)-84/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublik asının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli, 1(103)-84/2024 nömrəli hökmü məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar