Məhkəmə qərarları › İş №1(102)-1746/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1746/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1746/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(101)-612/2023 nömrəli (hakimlər: Ağalarov Mahmud Muradxan oğlu (sədrliyi ilə), Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1988-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, xxx qeydiyyatda olub, xxx nömrəsiz fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalında həbs edilməsi müəyyən edilmişdir. Hökmlə həmçinin, X1 da təqsirli bilinərək məhkum edilmiş, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu və məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 9 fevral 2024-cü il tarixli 1(103)-400/2024 nömrəli (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə, qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 21 avqust 2022-ci il tarixdə saat 21 radələrində «Səyyad» adlı şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital» xəstəxanasının yaxınlığında yol kənarında gizlədilmiş, içərisində külli miqdarda 1062,171 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 309,98 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd qara rəngli sellofan torba Təqsirləndirilən şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq əldə edilib üzərində sax lanılmaqla yaşadıqları xxx nömrəsiz fərdi evə daşındıqdan sonra, həmin ünvanda Təqsirləndirilən şəxs ilə birlikdə elektron tərəzi vasitəsilə bükümlərə bölərək bir hissəsini digər şəxslərə verilməsi özünün və Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşımış, qalan hissəsini isə yaşadığı evdə saxlamış, 22 avqust 2022-ci il tarixdə 8:10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ çiynindən asmaqla d aşıdığı qara rəngli bel çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 35,274 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,380 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar dilərək götürülmüş, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 16,097 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra 22 avqust 2022-ci il tarixdə saat 11.50-də yaşadığı xxx nömrəs iz fərdi evdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılarkən mətbəxdə olan soyuducunun alt hissəsindəki dondurucunun içindən Təqsirləndirilən şəxs və Məhkum üzərlərindən aşkar edilərək götürülmüş kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1010,8 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 300,6 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, Məhkum uşaqlarından ikisi yəni x 1 yanvar 2011-ci ildə anadan olmaqla 12 yaşlı, x isə 5 iyul 2021-ci ildə anadan olmaqla 2 yaş 5 aylıqdır. Yəni x-in 14 yaşı tamam olana kimi cəzanın çəkilməsini təxirə salmaq mümkündür. Digər tərəfdən Məhkum şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməkdə təqsirli deyildir. Hər iki valideyn həbs olunduğu üçün uşaqlar hazırda Məhkum anası X6 himayəsində ana qayğısından məhrum olmaqla yaşayırlar. x 63 yaşlı olmaqla Xocalı rayonundan məcburi köçkündür. X23 xx.xx.2021-ci ildə vəfat etmişdir. Özü ağır ailə şəraitində yaşayır. Azyaşlı uşaqların mənafeyi də nəzərə almaqla ədalətli qərar qəbul olunması məqsədəuyğun olardı. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 9 fevral 2024-cü il tarixli qərarını dəyişdirərək, Məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilərək 5 iyul 2021-ci ildə anadan olmuş oğlu x-in 14 yaşına çatanadək cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 -ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu, cəzanın çəkilməsinin təxirə salınmalı olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 20 24cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhat ə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu, cəzanın çəkilməsinin təxirə salınmalı olduğu iddia edilir və təyin edilmiş cəzanın çəkilməsinin azyaşlı övladının 14 yaşına çatanadək təxirə salınması xahiş edilir. Verilmiş kassasiya şikayətində təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilm əsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halınd a nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən ha lın (himayəsində iki azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Məhkum himayəsində 5 iyul 2021-ci il təvəllüdlü X13 və 1 yanvar 2011-ci il təvəllüdlü X8 olmaqla iki azyaşlı uşağı vardır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq təyin edilmiş cəzanın çəkilməsinin azyaşlı övladının 14 yaşına çatanadək təxirə salınması üçün əsaslar görməmişdir. CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunverici Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiqinə törədilmiş cinayətin xarakter i, ağırlıq və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi şəraitindən asılı olaraq məhdudiyyət müəyyən etməmiş, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkc ə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-in 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imka nları. CM-in 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsi ni, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əs asla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edil miş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsini n təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarında həmçinin görünür ki, məhkəmələr məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsini tətbiq etməyərək, məhkumun şəxsiyyətinin və məişətinin, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun nəticələrini, məhkum edilmiş şəxsin əmək fəaliyyəti və uşağa layiqli həyat şəraitini təmin edə bilməməsini, uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin edə bilməməsini nəzərə almışdır. Belə olan təqdirdə, şəxsin himayəsində olan azyaşlı övladının qayğısına qalması, təlim-tərbiyəsi ilə məşğul olması, onun üçün normal həyat şəraitini yaratması ciddi suallar doğurur və məhkəmə tərəfindən bu halların da araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Kassasiya məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsə real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır. Belə olan halda Məhkum barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilər. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin məhkum barəsində təyin edilmiş cəzanın çəkilməsinin azyaşlı övladının 14 yaşına çatanadək təxirə salınmadığı üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar