Məhkəmə qərarları › İş №1(102)-1747/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1747/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1747/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi – “XXX25” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər F.Ə.Qəniyev və İ.A.Mahmudovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan3də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkm əsi müəyyən edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Məhkum barəsində təyin olunmuş cəzanın çəkilməsi onun 28 mart 2007-ci il tarixdə anadan olmuş kiçik övladı X2 14 yaşına çatana qədər təxirə salınmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri ləğv edilmiş, Məhkum davranışı üzərində nəzarət Xətai rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər Ə.S.Seyfəliyev və Q.X.Babayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təm in edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cəzasının müddəti artırılaraq ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2021ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər T.L.Kazımov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il t arixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.H.Əkbərov, hakimlər E.E.Rəhimov və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və 79-cu maddələrinin tətbiqinə dair müddəalar və bununla bağlı olan göstərişlər xaric edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində həbs qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalında həbs edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 04 may 2022-ci il tarixdən hesablanması, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən Məhkum 2018-ci ilin yanvar ayının sonlarında ünvan 1 ünvanında yaşadığı mənzildə tanışı Zərərçəkmiş şəxs2 XXX35nda ticarətlə məşğul olacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum 02 avqust 2018-ci il tarixdə onu özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxıl ış məntəqəsindən keçirməklə XXX35nın Biləsuvar şəhərinə aparmış, ünvanı və adı istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra 02 avqust 2018-ci il tarixdən 04 avqust 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında yaşadığı mənzildə tanışı Zərərçəkmiş şəxs1 XXX35nda ticarətlə məşğul olacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum 20 aprel 2018-ci il tarixdə onu özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçirməklə XXX35nın Biləsuvar şəhərinə aparmış, ünvanı və adı istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra 20 aprel 2018-ci il tarixdən 24 aprel 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – Məhkum 18 oktyabr 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyas ına müraciət edərək müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinin 18 oktyabr 2022-ci il tarixli xx/xx-1827 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının və müdafiəçinin çıxışını nəzərə alıb, cinayət - prosessua l qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxardılaraq geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar