Məhkəmə qərarları › İş №1(102)-1747/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1747/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1747/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət 02 noyabr 2022-ci il tarixli, 1(103)-2004/2022 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Ağc abədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavini vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb Zərərçəkmiş şəxs1 övladı Şahid1 həmin idarənin rəis müavininin köməkçisi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin sentyabr ayının sonunda ünvan 3 ünvanında yerləşən “Madonna” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 3000 manat, bundan başqa, sonuncunun əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsində sektor müdiri vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2021ci ilin oktyabr ayının əvvəlində ünvan 4 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin yaxınlığında sonuncudan həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları nağd pulu, ümumilikdə 6400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(007)-213/2022 saylı hökmü ilə (sədrlik edən hakim:R.T.Əhmədov) Məhkum Azərbaycan Respublikası CM -nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim:E.E.Rəhimov, F.A.Qasımov, K.H.Əkbərovdan ibarət tərkibdə) 02 noyabr 2022-ci il tarixli, 1(103)-2004/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş appelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(007)-213/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət 02 noyabr 2022-ci il tarixli, 1(103)2004/2022 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətlərinin dəlilləri

8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(103)-2004/2022 saylı qərarının ləğv edilməsini və ona ədalətli cəza verilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya q ərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğ v edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

13. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onlara daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum Vaqif qızı ona daha aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdirlər.

14. Odur ki, kollegiya məhkumını kassasiya şikayə tlərini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 1(103)-2004/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. İşin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsi məhkəmə istintaqı bütün sübutları ətraflı, müqayisəli şəkildə və qanun normalarına uyğun tədqiq edərək düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanun normalarına uyğun araşdırmış, lakin heç bir maddi və prosessual normalarının pozulmasını aşkar etməmişdir.

17. Kassasiya məhkəməsi kassasiiya şikayəti üzrə istər birinci, istərsə də apelyasiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına alan heç bir pozuntu aşkar etməmişdir.

18. Birinci instansiya və apelyasiya məhkəmələri gəldikləri nəticəni tədqiq edilən sübutlar üzrə kifayət qədər əsaslandırmış, kassiya şikayətində apelyasiya şikayətindən fərqlənən əlavə dəlil və pozuntular qeyd edilmədiyindən kassasiya məhkəməsi əlavə şərhə ehtiyac görmür.

19. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir.

20. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərd ə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

24. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır.

25. Məhkəmə kollegiyası Məhkum cəzа təyin e dilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə cəza təyini ilə bağlı maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir.

26. Birinci instansiya məhkəməsi Məhkum qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 noyabr 2022-ci il tarixli, 1(103)-2004/2022 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar