Məhkəmə qərarları › İş №1(102)-1748/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1748/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1748/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 30 iyul 1973-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Xırdalan şəhəri, fərdi yaşayış evində yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 nömrəli, 03 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 11 avqust 2020-ci il tarixdən hesablanmas ı hökm edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 nömrəli, 03 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmişdir.

6. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsind ən ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)784/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkum daha sonra 24 may 2022-ci il tarixdə yenidən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir.

9. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniten siar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edərək, verdiyi kassasiya şikayətini yenidən geri götürdüyünü bildirib həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1772/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti ikinci dəfə geri qaytarılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından Məhkum üçüncü dəfə kassasiya şikayəti verib, eyni zamanda vəsatət təqdim edərək buraxılmış kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum vəsatəti təmin edilməmişdir.

13. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, müddətin buraxılmasının üzrlü hesab edilməklə kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi, kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

14. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilmədiyinə görə tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin ötürdüyünü qeyd etməklə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-109 0/2021 nömrəli, 08 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

16. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmun una görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

17. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, 13 dekabr 2021-ci tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir.

18. Məhkum qərarından qanunla nəzərdə tutulmuş müddət daxilində iki dəfə - 27 dekabr 2021-ci il və 24 may 2022-ci il tarixlərdə kassasiya şikayəti versə də sonradan həmin kassasiya şikayətlərinin geri götürdüyünü bildirən ərizələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Müvafiq olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-784/2022 nömrəli, 12 may 2022-ci il tarixli və 1(102)-1772/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarları onun ərizələri təmin edilmiş və tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır.

19. Daha sonra, 17 mart 2023-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müvafiq prosessual müddət bitdikdən 12 ay sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edib, eyni zamanda məhkəmə qarşısında buraxılmış müddətin bərpasına dair vəsatət qaldırmışdır.

20. Bununla belə, məhkum vəsatətində onu vaxtında kassasiya şikayətini vermək imkanından məhrum edən ağır xəstəliyə tutulmasına, fövqəladə hadisənin baş verməsinə və ya iradəsindən asılı olmayan digər hala istinad etməmiş, müddətin buraxılmasını zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilməsi üçün ona vaxt tələb edildiyi ilə izah etmişdir.

21. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hazırda mübahisələndirilən qərarında Məhkum kassasiya şikayətini verməsi üçün müddətin buraxmasına əsas verən hər hansı üzrlü səbəb göstərə bilmədiyindən müvafiq müddətin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

22. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiqləyən hal kimi həmçinin onu da qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Məhkum əvvəllər artıq iki dəfə apellyasiya instansiyası məhkəməsinin cinayət işinin mahiyyəti üzrə baxışının nəticəsi olaraq qəbul etdiyi qərarın dan qanunla müəyyən edilmiş prosessual müddət daxilində kassasiya şikayəti verib daha sonra həmin şikayətləri geri götürmüşdür.

23. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.

24. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X5rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

25. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

26. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar