Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1748/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, x xxxxx 1966-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluqları ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)766/2020 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2020-ci il tarixli 1(101)-350/2020 nömrəli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), M.A.Xankişiyev və F.Ə.Qəniyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıq dan məhrum etmə cəzası, CM-in 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Məhkum təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 6 gün hissəsi və 300 manat məbləğində cərimə cəzası ilə qismən birləşdirilərək, оnа qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum olunmuş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020ci il tarixli 1(103)-766/2020 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), V.Ə.Mursaqulov və R.A.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2020-ci il tarixli 1(101)-350/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 hər hansı bir dövlət işində işə qəbul edilmək niyyətini tanışlarından eşitdikdən sonra 2019-cu ilin sentyabr ayında istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı Operativ Sosial Təminat (DOST) Agentliyində şöbə müdiri “X müəllim” kimi təqdim edib Şahid1 guya Agentliyə işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak edən şəxslərin çox olduğunu, lakin sonuncunun Agentliyin sədri tərəfindən ona tapşırıldığını, ona görə də sonuncunu işə müsabiqədən kənar tez qəbul edəcəklərini bildirib anket məlumatları yazılmış namizədlik sənədi sayılan “CV” (bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd) istəmiş, bundan sonra Şahid1lə 2019- cu ilin sentyabr ayında istintaqa məlum olmayan gündə ünvan 2ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı Operativ Sosial Təminat (DOST) Agentliyinin İnzibati binasının yaxınlığında təklikdə görüşən zamanı bir daha özbaşına özünü Şahid1 sonuncu Agentliyin şöbə müdiri kimi təqdim edərək Şahid1 işlədiyi Agentlikdə işə düzəldə biləcəyini yalandan bildirib aldatmaqla görəcəyi işdə özünə inam yaratmaq məqsədilə Şahid1 sonuncuya məxsus “CV” sənədini, hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin surətini alaraq, qəsdən Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı Operativ Sosial Təminat (DOST) Agentliyində qanunsuz olaraq müsabiqədən kənar işə düzəlməsinin müsbət həllinə görə həmin Agen tlikdə işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 (beş min) manat məbləğində pul vəsaitinin özünün vasitəsi ilə birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin adla Şaiq Şabıyevdən 5.000 (beş min) manat məbləğində pulu 27 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında alıb şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 5.0 00 (beş min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı Operativ Sosial Təminat (DOST) Agentliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ittihamdan CM-in 32.4, 312.2-ci maddələrinin xaric edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini və əlavəni iş materialları ilə əlaqəli şəkildə araşdırıb, o cümlədən prosessual hüquq normalarının tələblərinə əsaslanıb məhkumun müraciətinə baxılmasının mümkünlüyü barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, hazırki iş üzrə məhkumun tərəfindən verilmiş kassasiya şikayəti və əlavə qanunvericiliyin tələblərinə cavab verilibverilməməsinin yoxlanılması üçün həmin müraciət baxışdan çıxarılmalı və cinayət işi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməmə si yoxlanılır. İş materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2020-ci il tarixli 1(101)-350/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 nömrəli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarından Məhkum 02 mart 2024-cü il tarixdə, yəni qərarın qəbul edilməsindən 3 ( üç) il 6 (altı) ay 1 (bir) gün keçdikdən sonra kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) kassasiya şikayətinin verilməsi üçün müddət buraxılmamış hesab edildiyindən, məhkum tərəfindən vəsatət baxılmamış saxlanılmış, kassasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmədən kassasiya şikayətinin verilmiş hesab edilməsi nəticəsinə gələrkən kifayət qədər araşdırma aparmamış, yalnız harada kimin tərəfi ndən təqdim olunmuş və kimin tərəfindən imzalanması bəlli olmayan bir qəbzin fotosuna əsaslanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qeyd olunan qəbzin fotosunda Məhkum məxsus olduğu nəzərdə tutulan imza vizual görünüşünə görə Məhkum iş materiallarında olan imzasından fərqlidir. Bundan başqa, iş materiallarından görünür ki, 1 sentyabr 2020-ci il tarixli 1(103)766/2020 nömrəli məktubla Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 nömrəli qərarı bütün proses iştirakçılarına, o cümlədən Məhkum təqdim edilməsi və onun barəsində olan hökmün qanuni qüvvəyə minməsindən irəli gələn vəzifələrin yerinə yetirilm əsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Habelə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı 21 sentyabr 2020-ci il tarixli xx/xx-2372 saylı məktubundan görünür ki, məhkum həmin CCM-də saxlandığından Azərbaycan Respublikası DİN BƏSİ tərəfindən verilmiş tələbnamənin surətini onlara göndərilməsi xahiş olunur. Ona görə də apelyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarında məhkum tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarının alınmasına dair qəbzin olmamasına dair formal mülahizələrə əsaslanaraq nəticəyə gəlməməli, məhkumun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pe nitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olarkən həmin müəssisənin vəzifəli şəxsləri tərəfindən qərarın məhkuma təqdim edilib-edilməməsini araşdırmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici Azərbaycan Respublikası CPM-nin 410.1-1-ci maddəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkum barəsində kassasiya şikayəti verilməsi üçün xüsusi qaydanı müəyyən edərkən onun kassasiya şikayəti vermə imkanlarının məhdud olması nöqteyi nəzərindən çıxış etmişdir. Lakin bu müddət qeyri-məhdud deyil, ağlabatan həddə olmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən şəxsin qərarın əldə edilməsi məsələsini müəyyən edilməsi məqsədilə istintaq təcridxanasına müvafiq sorğular verilməklə və şəxsi işinin tələb edilib öyrənilməsi, işə əl avə edilmiş qəbzin əslinin müəyyən edilməklə qərarın hansı vəzifəli şəxs tərəfindən və nə vaxt məhkuma təqdim edilməsi, həmin qəbzdə olan imzanın məhkuma məxsus olubolmaması və qərarın qəbul edilməsindən qəbzin imzalanması tarixinə qədər 3 ilə yaxın vaxt keçməsi ilə əlaqədar hər bil halda kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin bərpa edilməsinə dair əsasların olub-olmamasına baxmalı və bununla bağlı qərar qəbul etməli idi. Odur ki, məhkəmə kollegiyası yerində müşavirə edib qərar alır ki, mümkünlüyünün yoxlanılması üçün kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 415 və 418.3-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara alır: Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti, kassasiya şikayətinə əlavə və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə dair qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verilib-verilməməsinin yoxlanılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1748/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1748/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver