Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1749/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi X4, Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 1(104)-157/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamışdır. 2. 28 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan verilmişdir ona görə ki, o, 07 fevral 2018-ci il tarixdə, saat 21:50 dəqiqədə ünvan 3 ünvanı ilə yanaşı yerləşən Şahid1 məxsus, lakin, özü və arvadı Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi “Qızıl ev” çay evində istirahət edən Zərərçəkmiş şəxs2 çay evinin birinci mərtəbəsində olan, qapısı küçəyə açılan tualetə gedib təbii ehtiyacını ödəyərkən qapını açıq qoyması ilə əlaqədar həmin küçədə yaşayan Şahid6, Şahid5 və Şahid2 Şahid1 dedikləri məlumat əsasında Şahid1 çay evinə gələrək Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, həmin vaxt sonuncunun yanında olan tanışı Zərərçəkmiş şəxs1 kobud danışıqlarına görə Şahid1 iradını bildirdikdə Zərərçəkmiş şəxs1 ünvanına onların ətrafına yığışmış, həmçinin, çay evində istirahət etmək üçün gəlmiş digər şəxslərin yanında ucadan nalayiq söyüş söyməsi səbəbindən Zərərçəkmiş şəxs1 Şahid1 bir dəfə yumruqla vuraraq zor tətbiq etmiş, bunu bəhanə edən o, Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid4 və Şahid3 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai ünsiyyət qaydaları ilə bir araya sığmayan, istirahət etmək üçün toplaşmış şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edərək çay evində olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək onları döyməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs4 hadisədən yaxa qurtararaq qaçmaq istəyərkən Şahid6 Zərərçəkmiş şəxs4 arxadan tutub saxlamış, Şahid4 və Şahid3 isə yumuruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs4 vurmuşlar, Zərərçək miş şəxs4 onların əlindən çıxaraq çay evinin çıxışına doğru, pilləkənlərə tərəf qaçsa da, Şahid4, Şahid3, Şahid6 və Şahid5 yenə də Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək təpik və yumuruq zərbələri ilə sonuncunu vurub zor tətbiq etmişlər, eyni zamanda Şahid2 silah qismində İstifadə etdiyi və çay evində olan stulu götürərək çay evinin digər tərəfində Şahid1 tərəfindən döyülərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, daha sonra Şahid3 da silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, həmin vaxt o, bıçaq nümayiş etdirərək ucadan nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 və digərlərinin üzərinə hücum etmiş, daha sonra o, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onun əlindən bıçağı almaq istəyən Zərərçəkm iş şəxs3 başı ilə vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 geri çəkildiyindən zərbə ona dəyməmiş, daha sonra o, yenə də Zərərçəkmiş şəxs1 üzərinə hücum etməyə çalışmış, baş vermiş hadisə səbəbindən çay evinə istirahət etmək üçün gəlmiş şəxslər çay evini tərk etmişlər, ümumilikdə isə bir qrup şəxs tərəfindən çay evini işlədən Zərərçəkmiş şəxs5 məxsus əmlakı zədələməklə 2000 manat məbləğində maddi ziyan' vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, habelə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 15 iyun 2019-cu il tarixdə, saat 23 radələrində arvadı ilə müştərək qaydada icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evində olarkən, həmin çay ev inin qarşısında yerləşən və eyni qaydada icarəyə götürüb işlətdiyi “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X6 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün yaranmış anlaşmazlığa aydınlıq gətirməsi məqsədilə orada işləyən Şahid8 tərəfindən avtoyuma məntəqəsinin qarşısına dəvət olunmuş, həmin yerə gəldikdən sonra həmişə avtomobilini 5 manata yuduzdurduğunu bildirən müştəri Elnur Alıyevin narazılığını təmkinlə sona qədər dinləmək əvəzinə qiymətin bahalığına etirazına məhəl qoymadan kobud formada pulu ödəməsini tələb etməklə, habelə bunu etməməyə cürətinin çatmayacağını bildirməklə məsələni sakit formada həll etmək əvəzində bu davranışı ilə ictima i qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla üstünlüyünü nümayiş etdirib, öz şəxsiyyətini Elnur Alıyevin şəxsiyyətinin fövqündə qoyub Elnur Alıyevi qıcıqlandıraraq münaqişəyə çəkmiş, Elnur Alıyevin geri çəkilmədiyini, məğlub şəxs kimi səhvini boynuna alıb ondan üzr istəmək əvəzinə ona qarşı dayandığını, həmçinin üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarətini yetirərək onu qorxutmağa çalışmasından daha da hiddətlənib bu cü zi səbəbi bəhanə etməklə avtomobilin arxa hissəsinə çəkilərək xuliqanlıq niyyəti ilə Elnur Alıyevi qəsdən öldürmək məqsədi ilə qəfildən üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək ürək nahiyəsinə 1 dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmişdeşilmiş xəsarət yetirməklə X5 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. 3. 15 yanvar 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışın a təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 07 fevral 2018-ci il tarixdə, saat 21:50 dəqiqədə ünvan 3 ünvanı ilə yanaşı yerləşən Şahid1 məxsus, lakin, özü və arvadı Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi “Qızıl ev” çay evində istirahət edən Zərərçəkmiş şəxs2 çay evinin birinci mərtəbəsində olan, qapısı küçəyə açılan tualetə gedib təbii ehtiyacını ödəyərkən qapını açıq qoyması ilə əlaqədar həmin küçədə yaşayan Şahid6, Şahid5 və Şahid2 Şahid1 dedikləri məlumat əsasında Şahid1 çay evinə gələrək Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, həmin vaxt sonuncunun yanında olan tanışı Zərərçəkmiş şəxs1 kobud danışıqlarına görə Şahid1 iradını bildirdikdə Zərərçəkmiş şəxs1 ünvanına onların ətrafına yığışmış, həmçinin, çay evində istirahət etmək üçün gəlmiş digər şəxslərin yanında ucadan nalayiq söyüş söyməsi səbəbindən Zərərçəkmiş şəxs1 Şahid1 bir dəfə yumruqla vuraraq zor tətbiq etmiş, bunu bəhanə edən o, Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid4 və Şahid3 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai ünsiyyət qaydaları ilə bir araya sığmayan, istirahət etmək üçün toplaşmış şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edərək çay evində olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək onları döyməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs4 hadisədən yaxa qurtararaq qaçmaq istəyərkən Şahid6 Zərərçəkmiş şəxs4 arxa dan tutub saxlamış, Şahid4 və Şahid3 isə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs4 vurmuşlar, Zərərçəkmiş şəxs4 onların əlindən çıxaraq çay evinin çıxışına doğru, pilləkənlərə tərəf qaçsa da, Şahid4, Şahid3, Şahid6 və Şahid5 yenə də Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək təpik və yumuruq zərbələri ilə sonuncunu vurub zor tətbiq etmişlər, eyni zamanda Şahid2 silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək çay evinin digər tərəfində Şahid1 tərəfindən döyülərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, daha sonra Şahid3 da silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, həmin vaxt o, bıçaq nümayiş etdirərək ucadan nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 və digərlərinin üzərinə hücum etmiş, daha so nra o, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onun əlindən bıçağı almaq istəyən Zərərçəkmiş şəxs3 başı ilə vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 geri çəkildiyindən zərbə ona dəyməmiş, daha sonra o, yenə də Zərərçəkmiş şəxs1 üzərinə hücum etməyə çalışmış, baş vermiş hadisə səbəbindən çay evinə istirahət etmək üçün gəlmiş şəxslər çay evini tərk etmişlər, ümumilikdə isə bir qrup şəxs tərəfindən çay evini işlədən Zərərçəkmiş şəxs5 məxsus əmlakı zədələməklə 2000 manat məbləğində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, habelə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 15 iyun 2019-cu il tarixdə, saat 23 radələrində arvadı ilə müştərək qaydada icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evində olarkən, həmin çay evinin qarşısında yerləşən və eyni qaydada icarəyə götürüb işlətdiyi “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X6 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı Elnur Alıyev ona üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə bir dəfə zərbə vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarət i yetirdikdən sonra o, üzərində gəzdirdiyi məlum olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək onun ürək nahiyəsinə bir dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmişdeşilmiş xəsarəti yetirməklə X5 qəsdən öldürmüşdür.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)11/2021 nömrəli, 03 dekabr 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə 01 (bir) bir 06 (altı) ay müddətə azadlıqd an məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2019-cu il tarixdən hesablanması, qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X7 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir.
7. Hökmdə n Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 221.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmaqla yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Elnur Alıyev satmaq istədiyi üçün hadisə baş verən gün maşınını yudurtmaq istəmiş, bunun müqabilində avtoyumada işləyən Şahid8 5 manat pul təklif etmiş, sonunc u 10 manat istədikdə E.Alıyev qiymətin baha olmasını bildirib, hətta maşının bütöv olaraq yuyulma xərcini zəng vurub maraqlanmış, təklif etdiyi 5 manat qəbul edilmədiyinə görə Şahid8 müdir kimi qəbul etdiyi Məhkum bu barədə məlumat vermiş, arada razılıq əldə edilmədikdən sonra Məhkum və E.Alıyev arasında mübahisə yaranmış, əvvəlcə Məhkum olmaqla qarşılıqlı şəkildə bir-birlərini təhqir etmişlər. Bundan sonra adıçəkilən şəxslər arasında əlbəyaxa dava başlamış, ətrafda olan şəxslər çalışsa da, onları kənarlaşdıra bilməmiş, Məhkum maşının arxa tərəfindən qəfildən E.Alıyevin üzərində hücum edib xəsarət yetirmişdir. Qeyd edilənlər - əvvəlcə Məhkum nalayiq ifadə işlətməsi onun özünün ilkin ifadələri ilə (cild 1, i.v 7476, 133-135), ifadənin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli p rotokolla (cild 1, 91-92), Məhkum və E.Alıyev arasında baş vermiş dava-dalaş zamanı Məhkum onu ayırmağa çalışan şəxslərin əlindən çıxaraq E.Alıyevin üzərinə hücum çəkməsi əşyaya baxışın keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokolla (cild 1, i.v 254 ), Şahid10 ifadəsi ilə (cild 1, i.v 97-99) həmçinin E.Alıyevin maşının yuyulması müqabilində 5 manat pul təklif etməsi Məhkum yuxarıda qeyd edilən ifadələri, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi İlqar Alıyevin (cild 1, i.v 187-188) və Şahid8 ifadələri (cild 1, i.v 28-31) ilə tam təsdiq edilir. Yuxarıda sadalanan sübutlarla təsdiq edilən işin faktiki hallarından görünür ki, hadisə vaxtı Elnur Alıyevin üzərində təklif etdiyi 5 manatdan artıq məbləğdə pul olmamış, həmçinin o, maşınının yuyulmasına görə tələb olunan pulu ödəməkdən bo yun qaçırmamış, üzərində olan cəmi 5 manatı əvvəlcə Şahid8, daha sonra isə Məhkum təklif etmişdir. Sadalananlardan göründüyü kimi Məhkum və E.Alıyev arasında mübahisə məhz maşının yuyulmasına görə ödəniləcək ödənişlə bağlı olmuşdur. Hadisə məhz Məhkum E.Alıyevi nalayiq ifadə ilə təhqir etməsi səbəbindən olmaqla təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlanmışdır. Həmçinin Məhkum cüzi səbəbi bəhanə edərək qəsdən E.Alıyevi həyatdan məhrum etmişdir. Həmçinin işin hallarından görünür ki, hadisə zamanı Məhkum olmuş bıçaq tapılmasa da, təqsirləndirilən şəxsin, hadisə yerində olmuş şahid ifadələrindən və ekspertiza rəylərindən görünür ki, E.MəhkumAlıyevin yanına gələrkən artıq üzərində bıçaq olmuşdur. Bundan başqa, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı deyil, m əhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmiş, hamilə olması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini ağlabatan hesab etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə hadisənin şəxsi münasibətlər zəminində törədilməsi qənaətinə gəlsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi Məhkumla Elnur Alıyev arasında hadisəyə qədər hər hansı tanışlıq, yaxınlıq və ya düşmənçilik olmamış, ilk dəfə onlar hadisə günü qarşılaşmışlar. Bir-birini tanımayan şəxslər arasında hansısa şəxsi münasibətlərin olması özü-özlüyündə absurddur. Qeyd edilən işin faktiki halları Məhkum qəsdən adam öldürmə cinayətini xuliqanlıq niyyəti ilə törətdiyini aşkar surətdə göstərsə də, məhkəmə əsassız olaraq hadisənin şəxsi münasibətlər zəminində törədilməsindən ibarət işin faktiki hallarına uyğun gəl məyən nəticəyə gəlmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-157/2022 nömrəli, 27 may 2022-ci tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-11/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan s onra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli səhv tövsif edilmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-157/2022 nömrəli, 27 may 2022-ci tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkə mə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunver iciliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli, 1(104)-157/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq kassasiya protestini əsassız hesab edir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt Azərbaycan Resp ublikası CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Azərbaycan Respublikası CM- nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqan lıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqında hərtərəfli araşdırılmış - təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunve riciliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusunun tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cinayət hadisəsi zərərçəkmiş şəxs Elnur Alıyevin Məhkumla aralarında yaranmış münaqişə nəticəsində baş vermişdir. Öz növbəsində, həmin münaqişənin yaranmasının səbəbini Elnur Alıyevin ona məxsus “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulmasına görə xidmət haqqının ödəməsindən imtinası və avtoyuma məntəqəsinin işçiləri ilə başladığı mübahisəsi, eləcə də həmin mübahisə zamanı davranışı təşkil etmişdir. Məhz həmin mübahisənin həll edilməsi üçün Məhkum hadisə yerinə gəlmiş və zərərçəkmiş şəxs Elnur Alıyevla razılıq əldə etməyə çalışmış, lakin mübahisəni davam edən Elnur Alıyev üzərində gəzdirdiyi ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsi nə 1 dəfə zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarəti yetirmişdir. Hadisə yerində olan digər şəxslər Elnur Alıyev və Məhkum bir-birindən aralamağa çalışsalar da, sonuncu Elnur Alıyevin üzərinə hücum edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla ürək nahiyəsinə 1 dəfə zərbə endirməklə X5 qəsdən öldürmüşdür.
21. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında verdiyi tövsiyələri nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, Məhkum ilə zərərçəkmiş şəxs X8 arasında baş vermiş mübahisə və dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni avtomobilinin yuyulmasının xidmət haqqını ödəməkdən imti na etdikdən sonrakı avtoyuma məntəqəsinin işçiləri ilə davranışından, daha sonra isə ilk olaraq məhz onun məhkumu bıçaqla vurması səbəbindən baş verdiyindən, Məhkum əməli Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə qiymətləndirilməlidir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə koll egiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmışdır. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən nəticələr ittiham tərəfinin təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahis ələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbi qi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-157/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddə sini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-157/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.