Məhkəmə qərarları › İş №1(102)-1749/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1749/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1749/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 iştirakları ilə xx xxxxxxx 1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Nərimanabad ərazi dairəsi, Nərimanabad qəsəbəsində qeydiy yatda olmaqla, ünvan 1ndə yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə, xx xxx 1996-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlı kəndində qeydiyyatda olmaqla ünvan 2də yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum X5 tərəfindən v erilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: S.S.Hüseynov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), C.V.Hüseyn və Q.X.Babayev) 6 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilərək Məhkum1 və Məhkum2, hər birinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Ci nayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə çıxarılmış yeni hökmlə Məhkum2 əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, onun törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinə əsasən isə həmin c əza 6 (altı) ay azaldılmaqla qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəlinin 5 oktyabr 2021-ci il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 6 aprel 2022-ci il tarixli hökmü ilə həmçinin Məhkum1 əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından bəraət verilmiş və o, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2022-ci il tar ixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), N.R.Mövsümov və İ.Ə.Rəcəbov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi apelyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), İ.A.İbrahimli və H.H.Əhmədov) təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3cü bəndləri tətbiq olunaraq və Məhkum2 təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum2 həbsdə saxlanıldığı müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilmişdir. Məhkum1 əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il 6 (altı) ay müddət inə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaq a məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-in Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 5:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının arxa sol ci bindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,240 qram olmaqla xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə avtomobildə olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını görən zaman qadın olmasına görə üzərində axtarış aparılmayacağını düşünüb saxlayıb gizlətməsi üçün Məhkum2 verdiyi külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram,0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Bin ə qəsəbəsi, Bakavtomat yolunda Məhkum1 baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-nin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 4:10 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun alt hissəsində gizlətdiyi “Rotmans” siqaret qutusunun içindəki külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum2 və Məhkum1 əməlinin hüq uqi qiymətləndirilməsində səhvə yol verilmişdir. Belə ki, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış təkzib olunmaz sübutlarla Məhkum1 və Məhkum2 onlara qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələrinin tam təsdiq olunmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara əsassız olaraq CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş və son nəticədə Məhkum2 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü Məhkum2 aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillə rindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi mə sələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin tövsifi mübahisə edilir. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.4.-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsin də nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq h üququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yeku nunda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəm ənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konv ensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. İlkin olaraq Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan baş qa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir k i, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü qismən təqsirl i bilsə də, özünün ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021ci il tarixli 6/2473 saylı rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli 6/2474 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamasının 14 avqust 2021-ci il tarixli 2877 saylı rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumlar X2 və Məhkum2 əsassız olaraq CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə və Məhkum2 əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən: “....məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrl ə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Məhkum2 aşkar edilmiş narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsində yox, məhz DİN-nin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşlarının gecə reydi zamanı mümkün olmuşdur. Yəni, sonuncunun narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı polis əməkdaşlarında hər hansı mənbədən daxil olmuş məlumat olmamışdır. Belə ki, DİN-nin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları xx.xx.2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidən keçdikləri zaman “Volkswagen” markalı, ** TD *** dövlət qeydiyyat nöm rə nişanlı avtomobili ara məhəllədə görüb saxlamışlar və vətəndaşlar Məhkum2, eləcə də Məhkum1 qeyri-səmimi cavablar verməsi onları şübhələndirdiyindən vətəndaşlar polis bölməsinə dəvət edilmişlər. Daha sonra Məhkum2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nə aparılmış və idarədə onun üzərində video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə haqında 18 iyun 2021-ci il tarixdə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokola əsasən müəyyən olunur ki, vətəndaş Məhkum2 əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsində gizlətdiyi üzərində “Rotmans” sözləri yazılmış siqaret qutusunun içərisindən 10 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülülərin 06 ədədinin içərisində narkotik maddə “Kakos” olduğunu, 04 ədədinin içərisində isə “Metamfetaminin” olduğunu bildirib, onları Məhkum1 ona verdiyini, həmçinin Məhkum1 bir neçə dəfə narkotik maddə aldığını və onun online narkotik maddənin satışı ilə məşğul olduğunu bildirmişdir. Digər tərəfdən Məhkum2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, yalnız Məhkum1 polis əməkdaşlarından gizlətməsi üçün ona verdiyinə görə üzərində saxladığını göstərmiş, digər məhkum edilmiş şəxs Məhkum1 isə 10 bükümdə olan narkotik vasitə və psixotrop maddənin özü tərəfindən Məhkum2 verdiyini təsdiq etmişdir. Bundan başqa Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarları ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Məhkum1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmçinin, həm ibtidai araşdırma dövründə və həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid1 və Şahid3 vermiş olduqları ifadələrində Məhkum2 üzərindən aşkar olunan bükümlərin Məhkum1 məxsus olduğunu bildirdiyini qeyd etmişlər. Göründüyü kimi ittihamın əsasını təşkil edən göstərilən şahid ifadələrindən də Məhkum2 satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsini müəyyən etmək mümkün olmamış, əksinə yuxarıda sadalanmış mötəbər sübutlardan da açıq-aşkar görünür ki, sonuncunun üzərindən aşkar edilmiş n arkotik və psixotrop maddələr məhz Məhkum1 aid olmaqla, polis əməkdaşlarından gizlədilməsi məqsədi ilə ona verilmişdir. Məhkum2 Məhkum1 polis əməkdaşlarından gizlətmək məqsədilə verdiyi külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini (nəzərə alınmalıdır ki, həmin maddələrin Məhkum1 məxsus olması yuxarıda sadalanan sübutlarla ta m təsdiq olunur) əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa belə, bu onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1(101)1668/2021 saylı hökmü Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlinə düzgün hüquqi qiymət verilməli və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Mə hkəmə kollegiyası həmçinin Məhkum2 və Məhkum1 hökmlə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində iştirakçılıq dedikdə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı nəzərdə tutulur (CM 31), həmçinin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur (CM 32.4). Qabaqcadan razılaşmaqla həyata keçirilən birgə iştirakçılıq cinayətdə iştirakçılığın növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. Birinci instansiya məhkəməsi Məhkum2 məhz Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq olan psixotrop maddə olan metafetamini satışı məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması ilə bağlı ibtidai araşdırma orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilərək məhkum etmişdir. Lakin məhkum edilmiş şəxs Məhkum2 cinayət işi üzrə icraatın ilkin mərhələsindən, yəni 18 iyun 2021-ci il tarixli şahid qismində verdiyi izahatında, habelə şübhəli şəxs qismində 18 iyun 2021-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 19 iyun 2021-ci il tarixli, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində heroin istifadəçisi olduğunu, narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən aldığını, narkotik vasitələri aldığı şəxslərdən birinin də Məhkum1 olduğunu (bir neçə dəfə Səyavuşa 10, 20 manat verərək narkotik vasitə olan “kakos” almış) xx.xx.2021-ci il tarixdə sonuncu ilə görüşmələrinə səbəbi onun siqaretinin bitməsi və narkotik istifadə etməsi ilə bağlı olduğunu, həmçinin özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitəni və psixotrop maddəni ona Səyavuşun polis əməkdaşları yaxınlaşan zaman gizlətməsi üçün verdiyini bildirmişdir. Digər məhkum edilmiş şəxs Məhkum1 ifadələrinə nəzərə saldıqda görünür ki, sonuncun şübhəli şəxs qismində 18 iyun 2021-ci il tarixdə və təqsirləndirilən şəxs qismində 19 iyun 2021-ci il tarixdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bir neçə dəfə Məhkum2a istifadə etməsi üçün narkotik vasitə olan heroin verdiyini, saxlanıldıqları gün Məhkum2un ona qadın olduğu üçün ondan şübhələnməyəcəklərini, üzərindəki narkotik vasitələri ona verməyini bildirdiyini, o da üzərindəki bükü mləri polis əməkdaşları onlara yaxınlaşana kimi gizlətməsi üçün Məhkum2a verdiyini, Məhkum2un üzərindən aşkar olunan 10 büküm narkotik vasitənin özünə (Məhkum1) məxsus olduğunu və Məhkum2un həmin narkotik vasitələri maşında ona verərəkən gördüyünü bildirmişdir. Məhkum edilmiş şəxs Məhkum2 ilə Məhkum1 ifadələrində olan ziddiyyətli məqam ondan ibarətdir ki, Məhkum2 narkotik vasitəni saxlamasını Səyavuşun xahiş etdiyini, Səyavuş isə Məhkum2un qadın olduğundan polis əməkdaşlarının ondan şübhələnməyəcəklərini bildirməsi və narkotik vasitələri saxlaması üçün ona (Məhkum2a) verməsini dediyindən narkotik vasitələri ona saxlamağa verdiyini, həmçinin Məhkum2 Məhkum1 ona bir neçə dəfə narkotik vasitə satdığı, Məhkum1 isə bir neçə dəfə Məhkum2a istifadə etməsi üçün narkotik vasitə olan heroin verdiy ini bildirmişlər. Hazırki halda narkotik və psixotrop vasitələrin Məhkum2 saxlanılması təklifinin məhkum edilmiş şəxslərdən kim tərəfindən irəli sürülməsi əməlin hüquqi tövsifi üçün heç bir əhəmiyyət daşımasa da, məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya icraatı qaydasında baxılarkən Məhkum1 ifadəsində həqiqətən də Məhkum2 (polis əməkdaşlarının qadın olduğu üçün ondan şübhələnməyəcəklərini əsas götürərək) özünə məxsus 10 ədəd bükümdə narkotik və psixotrop vasitələrin gizlətməsini xahiş etdiyini bildirmişdir. Məhkum edilmiş şəxsin ifadələrində istinad etmiş olduqları hallar iş üzrə şahid qismində keçmiş polis əməkdaşlarının ifadələri ilə təsdiq olunur. Göründüyü kimi hazırkı cinayət işi materiallarında Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsin in tərkibinin mövcudluğunu istisna edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi Məhkum2 Məhkum1 ilə sadəcə hadisə günü bir yerdə olmasına və sonuncunun üzərindən 06 ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroinin və 04 bükümdə psixotrop maddənin aşkarlanması əsas götürərək hər iki şəxsin göstərilən maddə ilə məhkum edilməsi qənaətinə gəlmişdir. Yəni başqa sözlə desək birinci instansiya məhkəməsi faktiki olaraq heç bir mötəbər sübuta əsaslanmayaraq Məhkum2 Məhkum1 ilə qabaqcadan razılıq əldə edərək narkotik vasitə və psixotrop maddələri satış məqsədilə üzərində saxlamasına dair yanlış nəticəgəlmişdir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmasına lazımı diqqət göstərməyərək sübutlara düzgün hüquqi qiymət verilməməsinə və iş üzrə yanlış nəticəyə gəlməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən müəyyən olunur ki, şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün onun CM–nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin digər iştirakçısı ilə arasında qabaqcadan əlbir olması, cinayətkar niyyətinin həyata keçirilməsi üçün digər iştirakçı ilə qabaqcadan razılıq əldə edilməsi müəyyən edildikdə mümkündür. Hazırkı məhkəmə baxışında isə Məhkum2 əməlində narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqi tapmadığından sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi (əməlinin tərkib əlamətləri mövcud olmadığından) istisna olunur........Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verildiyindən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə digər məhkum edilmiş şəxs Məhkum1 birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməsə belə, onun əməlində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tələbləri nəzərə alınaraq Məhkum1 də həmi n maddə ilə bəraət verilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum2 aşkar edilmiş narkotik vasitələr Məhkum1 məxsus olmuş və polis işçiləri tərəfindən saxlanma təhlükəsi ilə əlaqədar olaraq həmin narkotik vasitələri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Məhkum1 Məhkum2 gizlətmək məqsədi ilə vermişdir. Belə olan halda, satış məqsədilə narkotik vasitələri əldə etmiş və bir hissəsini Məhkum2 satmış Məhkum1 törətmiş olduğu cinayət əməli başa çatmış olmuşdur. Polis işçilərini gördükdən sonra Məhkum1 və Məhkum2 hərəkətləri törədilmiş ağır cinayət əməlinin gizlədilməsinə və Məhkum1 məsuliyyətdən yayındırılmasına yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 hərəkətkərində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin əldə edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və Məhkum1 ittihamından həmin maddə xaric edilməli idi və apelyasiya instansiya məhkəməsinin hökmü həmin hissədə əsaslı hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 Məhkum1 əldə etdiyi narkotik vasitələrini sonuncunun törətmiş olduğu cinayəti qizlətmək məqsədilə eldə etməsi və üzərində saxlaması işin mübahisəsiz halıdır. Belə ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1 ilə birlikdə satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsində, saxlanmasında və ya daşınmasında iştirak etməsə də, ağır cinayət törətmiş Məhkum1 cinayət məsuliyyətindən yayınması məqsəd i ilə maddi sübutlar olan külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram,0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini gizlətmişdir. Azərbaycan Respublikası CM-in 307-ci maddəsində “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 307.2-ci maddəsində “Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən, həmçinin, əməlində CM-in 307.2-ci maddə sində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olub-olmamasını araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin nor malarının tələblərinə riayət etməyərək, Məhkum2 münasibətdə işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafi q olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini isə qismən təmin etməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmünün Məhkum2 aid hissədə ləğv edilməsini və işin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmi yyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Kassaiya protesti qismən təmin edilsin Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmü Məhkum2 aid hissədə ləğv edilsin. Cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar