Məhkəmə qərarları › İş №1(102)-175/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-175/2019

13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı AzərbaycanRespublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx xxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan xxxxsının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan xxxxsı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Ə.Abasov, hakimlər M.Ağalarov və E.Mikayılov) Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 178.3.2-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il azadlıqdan məhrum etmə cəza sı təyin edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, S8, R6 və N8 iş üzrə mülki iddiaları təmin edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 796.682 manat, X2 xeyrinə 5000 manat, X8 xeyrinə 22.412 manat və X5 xeyrinə 35.000 manat tutulmuş, Zərərçəkmiş şəxs1 əlavə mülki iddiası baxılmamış saxlanmış və ona mülki icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin hökmlə X17 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumlar Təqsirləndirilən şəxs və İ.Baxışovun müdafiəçiləri, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Y.Şamayev, hakimlər: S.A.Mirzəyev və F.A.Qasımov) məhkum Təqs irləndirilən şəxs müdafiəçisinin, zərərçəkmiş şəxslər X6, X3 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri təmin edilməmiş, məhkum İ6 müdafiəçisinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X15 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmü dəyişdirilməklə, X17 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, mülki iddiaçı X9 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarından zərə rçəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri Ali Məhkəmənin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.T.Hacıqayıbov, hakimlər G.L.Rzayeva və F.A.Kərimov) 01 may 2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 2010-cu ilin avqust ayında rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan ünvan 2 ünvanda yerləşən "ABC-ELUX" mağazasının sahibi Zərərçəkmiş şəxs2 ilə yaxın münasibət yaradıb, özbaşına ona özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsi kimi tə qdim edərək, onu daim qorxu altında saxlayıb, davranışına və emosional-iradi sferasına neqativ təsir göstərən psixoloji (psixi) təsir göstərməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsi nəticəsində Zərərçəkmiş şəxs2 05 avqust 2011-ci il tarixdə həmin mağazasını onun iştirakı ilə mövcud bazar qiymətindən ucuz 1.174.472 manata satmış və keçmiş əri X18 həmin puldan çatacaq payı verdikdən sonra özünə qalan 586.000 manat məbləğində nağd pul vəsaitini Bakı şəhərində yerləşən "xxxx" ASC-nin "Mərkəz" filialından onunla birlikdə almış, artıq həmin məbləğə pulun Zərərçəkmiş şəxs2 olduğunu yəqinliklə bildiyindən, qeyd olunan pul vəsaitini ələ keçirmək məqsədi ilə sonuncuya şərikli obyekt alacaqları təqdirdə ona biznes sahəsində köməklik gö stərərək imtiyazlı şərait yaradacağını vəd edərək, bu məqsədlə 2011-ci ilin avqust ayında Bakı şəhəri, ************ ünvanda yerləşən 251 kv. metr ölçüdə qeyri-yaşayış sahəsini göstərib, guya oranı şərikli alıb mağaza kimi işlədəcəklərini yalandan söyləyərək, etibarından sui-istifadə etməklə aldadıb, bu məqsədlə sonuncudan kirayədə yaşadığı mənzildə 386.000 manat məbləğində nağd pul əksinaslarından ibarət əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin cinayət əməlini davam etdirərək, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2011-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 iki uşağı ilə Bakı şəhəri, *********** küçəsində kirayə tutduğu mənzildə yaşadığını, şəxsi evi olmadığından mağazasını satıb əldə etdiyi pulun qalan hissəsinə özünə mənzil almaq istədiyini yəqinliklə bildiyindən, həmin pul vəsaitinin qalan hissəsini də ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 ünvan 4 ünvandakı iki otaqlı mənzili göstərib, guya mənzilin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aid olduğunu və nazirliyin əməkdaşları tərəfindən daim nəzarət edildiyini bildirib, həmin mənzili almağı təklif etmiş və mənzilin alınıb sənədləşdirilməsini təşkil edəcəyini vəd edərək, bu məqsədlə Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı mənzildə 170.000 manat məbləğində nağd pul vəsaiti almış, lakin 17 avqust 2011-ci il tarixdə həmin mənzili sahibi X10 160.000 manata alıb öz adına sənədləşdirib, Zərərçəkmiş şəxs2 iki uşağı ilə həmin mənzilə köçü rmüş, bir müddətdən sonra guya ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı aşkarlandığı üçün hər ikisinin həyatına təhlükə yaranması və bununla əlaqədar gizlənmək məcburiyyətində olmaları barədə yalan məlumatlarla sonuncunu guya ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin qonaq evi olduğunu bildirdiyi, ünvan 5 ünvanda kirayə tutduğu mənzilə köçürmüş, sonuncunun məlumatı və razılığı olmadan 22 may 2012-ci il tarixdə mənzili yaxın münasibətdə olduğu X11 100.000 manata mövcud bazar qiymətindən ucuz qiymətə sataraq pulu ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə aldadıb 170.000 manat məbləğində nağd pul əksinaslarından ibarət əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən ələ keçirərək so nuncuya külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin cinayət əməlini davam etdirərək aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2011-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 55.000 manata "Porshe Cayenne" markalı, buraxılış ili 2009-cu il, ağ rəngli, **--*** nömrə nişanlı avtomobil alıb sonuncunun adına rəsmiləşdirilməsini təşkil etdikdən sonra, yol nəqliyyat hadisəsi nəticəsində sol qapısı zədələnmiş həmin avtomobili Gürcüstan xxxxsına aparıb təmir etdirmək adı ilə aldadıb sonuncunun ona avtomobilə görə verdiyi 04 oktyabr 2011-ci il tarixli baş etibarnamədən istifadə edərək, avtomobili 22 dekabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs2 məlumatı və razılığı olmadan X21 36.000 dollara, həmin dövrün mə zənnəsi ilə 28.306 manata sataraq pulu ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə aldadıb 55.000 manat dəyərində əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən ələ keçirərək külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin cinayət əməlini davam etdirərək aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 05 avqust 2011-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanda yerləşən "ABC-ELUX" mağazasını onun təsiri və iştirakı ilə satdıqdan sonra mağazada olan qalıq malları aparıb özünə məxsus anbarda saxlayacağı və sonradan gətirib yeni şərikli alacaqları mağazada satışını təşkil edəcəyini vəd edərək, mağazada olan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin qiyməti 1.550 manat olan, 10.850 manat dəyərində, 7 ədəd norka xəz gödəkçəni, bir ədədinin qiyməti 1.100 manat olan 11.000 manat dəyərində 10 ədəd psets jileti, bir ədədinin qiyməti 2.350 manat olan 9.400 manat dəyərində 4 ədəd norka xəz qısa paltonu, bir ədədinin qiyməti 3.500 manat olan 17.500 manat dəyərində 5 ədəd qara rəngli uzun şubanı, bir ədədinin qiyməti 3.500 manat olan 14.000 manat dəyərində 4 ədəd boz rəngli uzun şubanı, bir ədədinin qiyməti 90 manat olan 1.260 manat dəyərində 14 ədəd qadın eynəyini, bir ədədinin qiyməti 55 manat olan 1.210 manat dəyərində 22 ədəd svarovski daşları ilə bəzədilmiş qadın köynəyini, bir ədədinin qiyməti 95 manat olan 665 manat dəyərində 7 ədəd svarovski daşları ilə bəzədilmiş qadın üçün ətəyini, bir ədədinin qiyməti 110 manat olan 330 manat dəyərində 3 ədəd güllü qa dın şalvarını, bir cütünün qiyməti 5 manat olan 250 manat dəyərində 5 cüt üstü qaşlı qadın ayaqqabısını, qiyməti 30 manat olan 1 ədəd Çin istehsalı olan qadın paltarını, qiyməti 40 manat olan 1 ədəd Çiri istehsalı olan qadın paltarını, qiyməti 50 manat olan 1 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 60 manat olan 600 manat dəyərində 10 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 70 manat olan 980 manat dəyərində 14 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 80 manat olan 1.360 manat dəyərində 17 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 90 manat olan 450 manat dəyərində 5 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 100 manat olan 1.500 manat dəyərində 15 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 110 manat olan 440 manat dəyərində 4 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 120 manat olan 1.200 manat dəyərində 10 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 130 manat olan 1.690 manat dəyərində 13 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 140 manat olan 560 manat dəyərində 4 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 150 manat olan 6900 manat dəyərində 46 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 160 manat olan 640 manat dəyərində 4 ədəd Çin istehsalı olan qadın paltarını, qiyməti 170 manat olan 1 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 180 manat olan 5.040 manat dəyərində 28 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 200 manat olan 5.000 manat; dəyərində 25 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 210 manat olan 2.100 manat dəyərində 10 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 220 manat olan 440 manat dəyərində 2 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 240 manat olan 720 manat dəyərində 3 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 250 manat olan 2.250 manat dəyərində 9 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 260 manat olan 780 manat dəyərində 3 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 290 manat olan 580 manat dəyərində 2 ədəd Çin istehsalı olan qadın paltarını, qiyməti 300 manat olan 1 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 360 manat olan 720 manat dəyərində 2 əd əd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 375 manat olan 750 manat dəyərində 2 ədəd Çin istehsalı olan qadın paltarını, qiyməti 400 manat olan 1 ədəd Çin istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 520 manat olan 18.720 manat dəyərində 36 ədəd Çin istehsali olan qadın paltosunu, bir ədədinin qiyməti 70 manat olan 840 manat dəyərində 12 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 100 manat olan 700 manat dəyərində 7 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 120 manat olan 1.320 manat dəyərində 11 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 130 manat olan 390 manat dəyərində 3 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 150 manat olan 300 manat dəyərində 2 ədəd Türkiyə istehsa lı olan qadın paltarını, bir ədədinin qiyməti 180 manat olan 2.160 manat dəyərində 12 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 200 manat olan 2.600 manat dəyərində 13 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan qadın paltarını, qiyməti 350 manat olan 1 ədəd Türkiyə istehsalı olan qadın paltarını, bir ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan qadın paltarını, qiyməti 600 manat olan 1 ədəd Türkiyə istehsalı olan qadın paltarını, qiyməti 90 manat olan 1 ədəd tunika formalı qadın köynəyini, bir ədədinin qiyməti 100 manat olan 400 manat dəyərində 4 ədəd tunika formalı qadın köynəyini, bir ədədinin qiyməti 300 manat olan 3.900 manat dəyərində 13 ədəd tunika formalı qadın köynəyini, bir ədədinin qiyməti 150 manat olan 1.200 manat dəyərində 8 ədəd tunika formalı qadın köynəyini, qiyməti 30 manat olan 1 ədəd tunika formalı qadın koftasını, qiyməti 40 manat olan 1 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 50 manat olan 450 manat dəyərində 9 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 55 manat olan 385 manat dəyərində 7 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 60 manat olan 480 manat dəyərində 8 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 70 manat olan 350 manat dəyərində 5 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 80 manat olan 480 manat dəyərində 6 ədəd tunika formalı qadın koftasıni; bir ədədinin qiyməti 90 manat olan 810 manat dəyərində 9 ədəd tunika forma lı qadın koftasını, bir ədədinin qiyməti 100 manat olan 800 manat dəyərində 8 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 120 manat olan 1.440 manat dəyərində 12 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 130 manat olan 3.250 manat dəyərində 25 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 150 manat olan 1.500 manat dəyərində 10 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 180 manat olan 360 manat dəyərində 2 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 200 manat olan 1.200 manat dəyərində 6 ədəd tunika formalı qadın koftasını, qiyməti 250 manat olan 1 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 400 manat olan 4.000 manat dəyərində 10 ədəd tunika formalı qadın koftasını, bir ədədinin qiyməti 60 manat olan 300 manat dəyərində 5 ədəd qadın çantasını, qiyməti 50 manat olan 1 ədəd qadın çantasını, qiyməti 70 manat olan 1 ədəd qadın çantasını, qiyməti 300 manat olan 1 ədəd qadın çantasını, qiyməti 80 manat olan 1 ədəd boyunbağını, qiyməti 40 manat olan 1 ədəd qadın bilərziyini, qiyməti 30 manat olan 1 ədəd üzük bijuteriyanı, qiyməti 20 manat olan 1 ədəd sırğa bijuteriyanı, qiyməti 50 manat olan 1 ədəd Dubay istehsalı olan qadın baş örtüyünü, qiyməti 50 manat olan 1 ədəd Dubay istehsalı olan qadın baş örtüyünü, bir ədədinin qiyməti 275 manat olan 550 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan ipək qadın şərfini, qiyməti 450 manat olan 1 ədəd Türkiyə istehsalı olan ipək qadın şərfini, bir ədədinin qiyməti 50 manat olan 600 manat dəyərində 12 ədəd Türkiyə istehsalı olan ipək qadın şərfini, bir ədədi nin qiyməti 30 manat olan 270 manat dəyərində 9 ədəd Türkiyə istehsalı olan ipək qadın şərfini, bir ədədinin qiyməti 50 manat olan 500 manat dəyərində 10 ədəd gün eynəyini, qiyməti 100 manat olan 1 ədəd gün eynəyini, bir ədədinin qiyməti 80 manat olan 160 manat dəyərində 2 ədəd gün eynəyini, qiyməti 80 manat olan 1 ədəd çay servizini, bir ədədinin qiyməti 59 manat olan 177 manat dəyərində 3 ədəd çay servizini, bir ədədinin qiyməti 30 manat olan 1.800 manat dəyərində 60 ədəd çaydanı, qiyməti 10 manat olan 1 ədəd çaydanı, qiyməti 100 manat olan 1 ədəd qol saatını, qiyməti 135 manat olan 1 ədəd yataq dəstini, bir ədədinin qiyməti 50 manat olan 250 manat dəyərində 5 ədəd Türkiyədə istehsal olunmuş ipək kalqotkanı, qiyməti 50 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, qiym əti 60 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, qiyməti 80 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, qiyməti 100 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, bir ədədinin qiyməti 120 manat olan 600 manat dəyərində 5 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, bir ədədinin qiyməti 150 manat olan 300 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, bir ədədinin qiyməti 180 manat olan 360 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün ətəyi, qiyməti 200 manat olan 1 ədəd svarovski daşları ilə bəzədilmiş paprağı, qiyməti 50 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, qiyməti 60 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, qiyməti 100 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, qiyməti 150 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, qiyməti 50 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, qiyməti 200 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üçün gödəkçəni, bir ədədinin qiyməti 180 manat olan 360 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın paltosunu, qiyməti 160 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın paltosunu, qiyməti 100 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın paltosunu, qiyməti 150 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın paltosunu, qiyməti 130 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın paltosunu, bir ədədinin qiyməti 60 manat olan 120 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın pencəyini, qiymə ti 90 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın pencəyini, qiyməti 400 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın pencəyini, bir ədədinin qiyməti 150 manat olan 300 manat dəyərində 2 ədəd qara rəngli jileti, bir ədədinin qiyməti 50 manat olan 750 manat dəyərində 15 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, qiyməti 60 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, qiyməti 70 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədinin qiyməti 80 manat olan 400 manat dəyərində 5 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədinin qiyməti 100 manat olan 300 manat dəyərində 3 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, qiyməti 100 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədini n qiyməti 120 manat olan 960 manat dəyərində 8 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədinin qiyməti 140 manat olan 280 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədinin qiyməti 150 manat olan 300 manat dəyərində 2 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, bir ədədinin qiyməti 200 manat olan 600 manat dəyərində 3 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, qiyməti 550 manat olan 1 ədəd Türkiyədə istehsal olunmuş qadın üst maykasını, qiyməti 300 manat olan 1 ədəd "Şanel" markalı jaketi, qiyməti 400 manat olan 1 ədəd "Şanel" markalı jaketi, bir ədədinin qiyməti 80 manat olan 560 manat dəyərində 7 ədəd Çində istehsal olunmuş gümüşü rəngli qadın jaketini, qiyməti 40 manat olan 1 ədəd Çində istehsal olunmuş sarafanı, qiym əti 50 manat olan 1 ədəd Çində istehsal olunmuş sarafanı, bir ədədinin qiyməti 60 manat olan 180 manat dəyərində 3 ədəd Çində istehsal olunmuş sarafanı, bir ədədinin qiyməti 70 manat olan 420 manat dəyərində 6 ədəd Çində istehsal olunmuş sarafanı, bir ədədinin qiyməti 80 manat olan 240 manat dəyərində 3 ədəd Çində istehsal olunmuş sarafanı, bir ədədinin qiyməti 100 manat olan 200 manat dəyərində 2 ədəd Çində istehsal olunmuş sarafanı, bir ədədinin qiyməti 130 manat olan 52C manat dəyərində 4 ədəd Çində istehsal olunmuş sarafanı, qiyməti 60 manat olan 1 ədəd Çində istehsal olunmuş qadın şalvarını, bir ədədinin qiyməti 70 manat olan 140 manat dəyərində 2 ədəd Çində istehsal olunmuş qadın şalvarını, qiyməti 80 manat olan 1 ədəd Çində istehsal olunmuş qadın şalvarını, qiyməti 90 manat olan 1 ə dəd Çində istehsal olunmuş qadın şalvarını, qiyməti 100 manat olan 1 ədəd Çində istehsal olunmuş qadın şalvarını, bir ədədinin qiyməti 110 manat olan 220 manat dəyərində 2 ədəd Çində istehsal olunmuş qadın şalvarını, qiyməti 180 manat olan 1 ədəd Çində istehsal olunmuş qadın; şalvarını, bir ədədinin qiyməti 150 manat olan 600 manat dəyərində 4 ədəd Türkiyədə istehsal olunmuş qadın vadalaska köynəyini, bir ədədinin qiyməti 12 manat olan 60 manat dəyərində 5 ədəd Çində istehsal olunmuş qadın saç sancağını, bir ədədinin qiyməti 15 manat olan 30 manat dəyərində 2 ədəd Çində istehsal olunmuş qadın saç sancağını, bir ədədinin qiyməti 25 manat olan 1.075 manat dəyərində 43 ədəd Çində istehsal olunmuş qadın saç sancağını, bir ədədinin qiyməti 180 manat olan 5.040 manat dəyərində 28 ədəd Türkiyəd ə istehsal olunmuş qadın paltarını, bir ədədinin qiyməti 200 manat olan 5.200 manat dəyərində 26 ədəd Türkiyədə istehsal olunmuş qadın paltarından ibarət cəmi dəyəri 185.682 manat olan əmlakını etibarından sui-istifadə etməklə aldadıb mağazadan aparıb sataraq əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2011-ci ilin təxminən mart ayında rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda tanışı X4 yalandan yüksək vəzifəli şəxslərlə yaxın münasibəti olduğunu söyləyərək etibarını qazanıb, Azərba ycan Beynəlxalq Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin əyani şöbəsini bitirmiş qızı X16 ali təhsil barədə diplomunu vaxtında almaq istədiyini yəqinliklə öyrənib bildikdən sonra, bununla bağlı hər hansı bir səlahiyyətlərə malik olmadığı halda 5000 manat nağd pul müqabilində S9 diplomunun qısa vaxt ərzində alınması məsələsinin müsbət həllinə köməklik göstərəcəyini vəd edərək etibarından sui-istifadə etməklə aldadıb ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın qarşısında 5000 manat məbləğində nağd pul əksinaslarından ibarət əmlakını əvəzsiz olaraq, xeyrinə heç bir hərəkət etmədən alıb ələ keçirərək S8 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2012-ci ilin yanvar ayında uşaqlarına dayəçilik edən X9 Bakı şəhəri, ******************************** nömrəli binada yerləşən 95 nömrəli mənzili 102.050 manata satdığını və Ukraynada təhsil alan qızına göndərmək üçün pulun müəyyən məbləğini ABŞ dollarına dəyişdirdiyini yəqinliklə bildikdən sonra həmin pul vəsaitini ələ keçirmək məqsədilə 2012-ci ilin yanvar ayında R8 yalandan guya ərinin Bakı şəhərində yaşayış binaları tikdirdiyini, hazırda isə xarici dövlətdə olduğundan fəhlələrin əmək haqqını verə bilmədiyini söyləyərək, əri xaricdən gələndən sonra qaytaracağını yalandan vəd verərək fəhlələrə əmək haqqı vermək adı ilə aldadaraq, ondan əvvəlcə 3000 ABŞ dolları, bir-iki gündən sonra 500 ABŞ dolları, bir müddətdən sonra 5000 ABŞ dolları məbləğində pulu sonuncunun yaşad ığı binanın qarşısında, sonra isə 20.000 ABŞ dolları məbləğində pulu özünün yaşadığı mənzilinin mətbəxində, cəmi 28.500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 22.412 manat məbləğində nağd pul əksinaslarından ibarət əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən alıb ələ keçirərək, Ritta Həsənzadəyə külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2015-ci ilin oktyabr ayında aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda tanışı Masallı rayon icra hakimiyyətinin Təklə ərazi nümayəndəsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöb əsinə müdir vəzifəsinə təyin olunmaq istədiyini yəqinliklə öyrənib bildikdən sonra Bakı şəhərində "Mado" kafesində onunla görüşüb özbaşına özünü mərkəzi icra hakimiyyətin orqanında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etməklə onun etibarını qazanıb, bununla bağlı hər hansı bir səlahiyyətlərə malik olmadığı halda 50.000 manat pul müqabilində Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müdir vəzifəsinə təyin olunması məsələsinin müsbət həllinə köməklik göstərəcəyini vəd edərək etibarından sui-istifadə etməklə aldadıb 39.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 40.856 manat və 11.000 manat, cəmi 51.856 manat məbləğində nağd pul əsginaslarından ibarət əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən ələ keçirərək E6 külli miqdarda ziyan vurmaqla, tək rarən, dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin cinayət əməlini davam etdirərək 2016-cı ilin fevral ayında yaxın münasibətdə olduğu X17 ilə qabaqcadan əlbir olub qrup halında cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müdir vəzifəsinə təyin olunması məsələsinin müsbət həllinə dair yalan vəd verərək etibarından sui-istifadə etməklə aldadıb aldığı 51.856 manat məbləğində nağd pul vəsaitinin geri qaytarılmasını tələb edən Zərərçəkmiş şəxs1 ilə dəfələrlə İlham Baxışovla birlikdə görüşərək, İ6 da rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda onun tapşırığı ilə Zərərçəkmiş şəxs1 yalandan pulu qaytarmaq üçün guya onun Bakı şəhərində yerləşən, əslində isə mövcud olmayan mənzilinə Azərbaycan xxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldıqdan sonra mənzili girov kimi qəbul edərək ona 50.000 manat məbləğində nağd pul vercəyinə və bunun üçün əvvəlcə mənzilə çıxarışın alınmasına köməklik göstərəcəyini vəd edərək etibarından sui-istifadə etməklə aldadıb 20 fevral 2016-cı il tarixdə Bakı şəhərində "********" şadlıq sarayının qarşısında 3.500 manat məbləğində nağd pul əsginaslarından ibarət əmlakını alıb əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən onunla birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2015-ci ilin dekabr ayında aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda tanışı Zərərçəkmiş şəxs3 onkoloji xəstə olan qardaşı X12 xəstəliyinə görə təqaüd düzəltdirmək istədiyini yəqinliklə öyrənib bildikdən sonra, özbaşına özünü icra hakimiyyətin orqanında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etməklə etibarını qazanıb, bununla bağlı hər hansı bir səlahiyyətlərə malik olmadığı halda 2400 manat pul müqabilində S6 xəstəliyinə görə təqaüd təyin olunması məsələsinin müsbət həllinə k öməklik göstərəcəyini vəd edərək etibarından sui-istifadə etməklə aldadıb 2015-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, «ABU PETROL» yanacaq doldurma məntəqəsinin qarşısındakı «Gürcü mətbəxi» adlanan kafedə əvvəlcə 1000 manat, bir neçə gün sonra isə Bakı şəhəri, 6-cı mikrorayonda «Qala» restoranında 1400 manat, cəmi 2400 manat məbləğində nağd pul əsginaslarından ibarət əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2016-cı ilin yanvar ayında aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə rəsmi surətdə hər hansı bir dövlət orqanında işləmədiyi, vəzifəli şəxsə aid olan səlahiyyətləri həyata keçirmək hüququ olmadığı halda tanışı X7 Bakı şəhərində mənzil almaq istədiyini yəqinliklə öyrənib bildikdən sonra, özbaşına özünü Nazirlər Kabinetində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etməklə onun etibarını qazanıb, bununla bağlı hər hansı bir səlahiyyətlərə malik olmadığı halda ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində qaçqınlar üçün tikilən yaşayış binasında ucuz qiymətə mənzil almasına köməklik göstərəcəyini vəd edərək etibarından sui-istifadə etməklə aldadıb yaşadığı mənzildə əvvəlcə 500 manat nağd pul əsginaslarından, az sonra isə 30.000 manat dəyərində qızıl-zinət əşyalarınından ibarət cəmi 35.000 manat dəyərində əmlakını əvəzsiz olaraq xeyrinə heç bir hərəkət etmədən alıb ələ keçirərək Natavan Şaxverdovaya külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib peşmançılıq göstərmədiyindən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmalıdır. Zərərçəkmiş şəxs həmçinin hesab edir ki, onun 14.000 ABŞ dolları və 17.000 manat məbləğində mülki iddiasının məhkəmə tərəfindən baxılmamış saxlanması əsasssız olmuşdur və iddia tələbi təmin olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan xxxxsı Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qayd asında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması, habelə ona qarşı mülki iddianın təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, a pellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan xxxxsı CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edi lməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdi rən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan xxxxsı Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfində n cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan xxxxsı CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan xxxxsı Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən v ə ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilən digər dəlil – onun Təqsirləndirilən şəxs qarşı qaldırdığı əlavə mülki iddia tələbinin baxılmamış saxlanmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşaraq qeyd edir ki,əlavə iddia tələbinə dair sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə haqlı olaraq iddianı baxılmamış saxlamış və ona mülki icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsinin Zərərçəkmiş ş əxs1 mülki iddiası ilə əlaqədar qəbul etdiyi qərar cinayət mühakimə icraatında mülki iddiaya dair qanunvericiliyin tələblərinə müvafiqdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkum Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsindən ötrü və mülki iddia tələbinə dair hissədə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas gö rmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan xxxxsı CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar