Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X71 Məhkumlar Məhkum3 və Məhkum2 iştirakları ilə xx xxxx 1976-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “xxxx” ASC-nin İmişli filialının direk toru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2 və 308.2-ci maddələri ilə xx xxxx 1991-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1 qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə xx xxxxxx 1982-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxx” ASC-nin İmişli filialının zərgəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan2 qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum1 Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 179.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddə si ilə 2 (iki) il müddətində dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 2 (iki) il müddətində dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci ildən hesablanması hökm edi lmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmlə həmçinin X97 CM-nin 179.3.2-ci maddəsi ilə, X124 CM-nin 308.2-ci maddəsi i lə, X72 CM-nin 308.2-ci maddəsi ilə, X115 CM-nin 308.2-ci maddəsi ilə və X116 CM-nin 308.1-ci maddəsi ilə, X134 CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə, X98 CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs, habelə məhkumlar Məhkum1 və X97 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), E.İ.Əliyev və K.S.Bəşirov) məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən t əmin olunmaqla, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü məhkumlar X97 və X73 münasibətdə dəyişdirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşdur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə qabaqcadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında mənimsəmə və israf yolu ilə təkrar talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2008-ci il tarixdən - xx.xx.2015-ci il tarixədək olan dövr ərzində İmişli şəhərində yerləşən «xxxx» ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyərkən, xx xxxxxx 2013-cü il tarixdən xx xxx 2015-ci il tarixədək olan müddətdə bankın təşkilatisərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, 12 may 2009-cu il tarixli vəzifə təlimatına əsasən filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılması, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsinə məsul şəxs olmaqla öz qulluq mövqeyindən yararlanaraq «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə, özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən X37 adına xx.xx.2013-cü il tarixli 179523 nömrəli kredit müqaviləsinə əsasən 3800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2964 manat, X74 adına xx.xx.2013-cü il tarixli 284793 nömrəli kredit müqaviləsi ilə 3000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2981,48 manat, X99 adına xx.xx.2013-cü il tarixli 191148 nömrəli kredit müqaviləsi il ə 9000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 7060,50 manat, X75 adına xx.xx.2013-cü il tarixli 364501 nömrəli kredit müqaviləsi ilə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,86 manat, X76 adına xx.xx.2013-cü il tarixli 168565 nömrəli kredit müqaviləsi ilə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2964 manat, X48 adına xx.xx.2013-cü il tarixli 365272 nömrəli kredit müqaviləsi ilə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2964 manat, X100 adına xx.xx.2013-cü il tarixli 242211 nömrəli kredit müqavilə ilə 3000 manat, X15 adına xx.xx.2013-cü il tarixli 006303 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X38 adına xx.xx.2013-cü il tarixli 183624 nömrəli kredit müqaviləsi ilə 3.000 manat, X49 adına xx.xx.2013-cü il tarixli 178405 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X39 adına xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 3000 manat, X77 adına xx.xx.2013-cü il tarixli 254991 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X16 adına xx.xx.2013-cü il tarixli 147344 nömrəli kredit müqaviləsi ilə 3.000 manat, X78 adına xx.xx.2013-cü il tarixli 124619 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X5 adına xx.xx.2013-cü il tarixli 121656 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X79 adına xx.xx.2013-cü il tarixli 379534 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X23 adına xx.xx.2013-cü il tarixli 010480 nömrəli kredit müqaviləsi ilə 3.000 manat, X6 adına xx.xx.2013-cü il tarixli 006601 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X24 adına xx.xx.2013-cü il tarixli 190202 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X80 adına xx.xx.2013-cü il tarixli 322417 nömrəli kredit müqaviləsi ilə 3 000 manat, X81 adına xx.xx.2013-cü il tarixli 149129 nömrəli kredit müqaviləsi ilə 10000 manat, X25 adına xx.xx.2013-cü il tarixli 382282 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X125 adına xx.xx.2013-cü il tarixli 207721 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X17 adına xx.xx.2014-cü il tarixli 435555 nömrəli kredit müqaviləsi ilə 6.000 manat, X82 adına xx.xx.2014-cü il tarixli 287410 nömrəli kredit müqaviləsi ilə 8000 manat, X50 adına xx.xx.2014-cü il tarixli 450240 nömrəli kredit müqaviləsi ilə 6300 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4941,09 manat, X78 adına xx.xx.2014-cü il tarixli 124619 nömrəli kredit müqaviləsi ilə 2000 ABŞ dolları o dövrün məzənnəsi ilə 1568,60 manat, X51 adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X26 adına xx.xx.2014-cü il tarixli 23 7123 nömrəli kredit müqaviləsi 10000 manat, X18 adına xx.xx.2014-cü il tarixli 463648 nömrəli kredit müqaviləsi ilə 5279,26 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4117,825 manat, X7 adına xx.xx.2014-cü il tarixli 464067 nömrəli kredit müqaviləsi ilə 8500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 6666,55 manat, X52 adına xx.xx.2014-cü il tarixli 464501 nömrəli kredit müqaviləsi ilə 5000 manat, X74 adına xx.xx.2014-cü il tarixli 284973 nömrəli kredit müqaviləsi ilə 10.000 manat, X25 adına xx.xx.2014-cü il tarixli 382282 nömrəli kredit müqaviləsi üzrə 2000 manat, X101 adına xx.xx.2014-cü il tarixli 442157 nömrəli kredit müqaviləsi üzrə 20000 ABŞ dolları o dövrün məzənnəsi ilə 15656 manat, X27 adına xx.xx.2014-cü il tarixli 463577 nömrəli kredit müqaviləsi ilə 4500 manat, X40 adına xx.xx.2014-cü il tarixli 363087 nömrəli kredit müqaviləsi ilə 6350 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4980,94 manat, X3 adına xx.xx.2014-cü il tarixli 117005 nömrəli kredit müqaviləsi ilə 6300 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4942,35 manat, X102 adına xx.xx.2014-cü il tarixli 481462 nömrəli kredit müqaviləsi ilə 12000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9360 manat, Şükürov Vəkil Hafiz oğlunun adına xx.xx.2014-cü il tarixli 301589 nömrəli kredit müqaviləsi ilə 6300 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4941,72 manat və Xnun adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 9300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 7294,92 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 41 fiziki şəxsin adına 45 ədəd kredit müqaviləsi üzrə filialın xəzinəsindən məxaric edilmiş, cəmi 194.885,48 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb özünün şəxsi ehtiyaclarına xərcləməklə, təkrarən, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək rəhbərlik etdiyi filialda zərgər işləyən Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Məhkum3lə şəxsi məqsədləri üçün istifadə edəcəklərinə dair razılaşmaqla Məhkum3 öz adına xx.xx.2013-c ü il tarixli 141121 nömrəli kredit müqaviləsi ilə 3800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2981,48 manat, xx.xx.2014-cü il tarixli 141121 nömrəli kredit müqaviləsi ilə 23500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 18431,05 manat, Məhkum3 qardaşları X103 adına xx.xx.2014-cü il tarixli 210428 nömrəli kredit müqaviləsi ilə 10000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7844,00 manat, X104 adına xx.xx.2013-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, xx.xx.2014-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3922,00 manat, xx.xx.2014-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 18000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 14119,20 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirib, onların adlarına müvafiq kre dit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 3 nəfər fiziki şəxsin adına kredit müqavilələri üzrə filialın xəzinəsindən məxaric edilmiş 50.297,73 manat manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Məhkum3lə öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, təkrarən, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı X97 ilə əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin X2la şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefon ların alqısatqısını həyata keçirərək gəliri aralarında bölüşüdürəcəklərinə dair razılaşmaqla, X2un köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin-X53 adına xx.xx.2013-cü il tarixli 303359 nömrəli kredit müqaviləsi üzrə 12500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9808,75 manat, X10 adına xx.xx.2013-cü il tarixli 304879 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi üzrə 2981,86 manat, X117 adına xx.xx.2013cü il tarixli 308125 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi 2982,62 manat, X83 adına xx.xx.2013-cü il tarixli 311353 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları, X11 adına xx.xx.2013-cü il tarixli 147087 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,48 manat, X84 adına xx.xx.2013-cü il tarixli 317308 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,86 manat, X41 adına xx.xx.2013-cü il tarixli 314957 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2981,86 manat, X54 adına xx.xx.2013-cü il tarixli 295171 nömrəli kredit müqaviləsi üzrə 9000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7060,50 manat, X4 adına xx.xx.2013-cü il tarixli 297279 nömrəli kredit müqaviləsi üzrə 9000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7062,30 manat, QuliyevVüqar Nadir oğlunun adına xx.xx.2013-cü il tarixli 374889 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X85 adına xx.xx.2013-cü il tarixli 115215 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X28 adına xx.xx.2013-cü il tarixli 137096 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X118 adına xx.xx.2013-cü il tarixli 149125 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X86 adına xx.xx.2013-cü il tarixli 399121 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X19 adına xx.xx.2013-cü il tarixli 421280 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X55 adına xx.xx.2013-cü il tarixli 425458 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X117 adına xx.xx.2014-cü il tarixli 308125 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X11 adına xx.xx.2014-cü tarixli 147087 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X29 adına xx.xx.2014-cü il tarixli 250372 nömrəli kredit müqaviləsi üzrə 10000 manat, X117 adına xx.xx.2013-cü il tarixli 308125 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi 2982,62 manat, X105 adına xx.xx.2014-cü il tarixli 016047 nömrəli kredit müqaviləsi üzrə 12500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9803,75 manat, X87 adına xx.xx.2014-cü il tarixli 114725 nömrəli kredit müqaviləsi üzrə 12500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9803,754 manat, X88 adına xx.xx.2014-cü il tarixli 306515 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, Qurbanov Təbriz Səxavət oğlunun adına xx.xx.2014-cü il tarixli 454636 nömrəli kredit müqaviləsi üzrə 10000 manat, X42 öz adına xx.xx.2014-cü il tarixli 025491 nömrəli kredit müqaviləsi üzrə 15000 manat, X43 adına xx.xx.2014-cü il tarixli 2293 nömrəli kredit müqaviləsi üzrə 9500 manat, X43 adına xx.xx.2014-cü il tarixli 010293 nömrəli kredit müqaviləsi üzrə 9500 manat, X56 adına xx.xx.2014-cü il tarixli 131193 nömrəli kredit müqaviləsi üzrə 8500 manat, X57 adına xx.xx.2014-cü il tarixli 152465 nömrəli kredit müqaviləsi üzrə 8500 manat, X44 adına xx.xx.2014-cü il tarixli 015977 nömrəli kredit müqaviləsi üzrə 9700 manat, X1 adına xx.xx.2014-cü il tarixli 46002 nömrəli kredit müqaviləsi üzrə 9600 manat, X20 adına xx.xx.2014-cü il tarixli 460963 nömrəli kredit müqaviləsi üzrə 9500 manat,X30 adına xx.xx.2014-cü il tarixli 460903 nömrəli kredit müqaviləsi üzrə 9800 manat, X31 adına xx.xx.2014-cü il tarixli 461564 nömrəli kredit müqaviləsi üzrə 9600 manat, X32 adına xx.xx.2014-cü il tarixli 460696 nömrəli kredit müqaviləsi üzrə 9500 manat, X58 adına xx.xx.2014-cü il tarixli 317065 nömrəli kredit müqaviləsi üzrə 9500 manat, X59 adına xx.xx.2014-cü il tarixli 462566 nömrəli kredit müqaviləsi üzrə 9800 manat, X60 adına xx.xx.2014-cü il tarixli 372246 nömrəli kredit müqaviləsi ilə 9700 manat, X61 adına xx.xx.2014-c ü il tarixli 462817 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X89 adına xx.xx.2014-cü il tarixli 464675 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X62 adına xx.xx.2014-cü il tarixli 458865 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X63 adına xx.xx.2014-cü il tarixli 953 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, X64 adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat, X90 adına xx.xx.2014-cü il tarixli 472087 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat, X65 adına xx.xx.2014-cü il tarixli 007531 nömrəli kredit müqaviləsi üzrə 10000 manat, X21 adına xx.xx.2014-cü il tarixli 318018 nömrəli kredit müqaviləsi üzrə 10000 manat, X45 adına xx.xx.2014-cü il tarixli 478904 nömrəli kredit müqaviləsi üzrə 12500 ABŞ dolları həmin dövün məzənnəsi ilə 9805 manat, X22 adına xx.xx.201 4-cü il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9963,15 manat, X91 adına xx.xx.2014-cü il tarixli 137680 nömrəli kredit müqaviləsi üzrə 1350 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 1058,94 manat, X92 adına xx.xx.2015-ci il tarixli 362619 nömrəli kredit müqaviləsi üzrə 6350 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4980,94 manat, X46 adına xx.xx.2015-ci il tarixli 163269 nömrəli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9961,88 manat, X63 adına xx.xx.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9961,88 manat, X106 adına xx.xx.2015-ci il tarixli 315393 nömrəli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin vaxtın məzənnəsi ilə 9961,88 manat, X107 adına xx.xx.201 5-ci il tarixli 357405 nömrəli kredit müqaviləsi üzrə 5073 manat, X12 adına xx.xx.2015-ci il tarixli 306328 nömrəli kredit müqaviləsi üzrə 9368,21 manat, X47 adına xx.xx.2015-ci il tarixli 443558 nömrəli kredit müqaviləsi üzrə 7117 manat və X160 oğlunun adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş, cəmi 454.365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb X2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, təkrarən, o, həmin vəz ifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı X97 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə təkrar talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin X2 və Məhkum2la şəxsi məqsədləri üçün, yəni birlikdə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşüdürəcəklərinə dair razılaşmaqla, sonuncuların köməkliyi ilə, yəni onların banka gətirdiyi ayrı-ayrı şəxslərin - X13 adına xx.xx.2013-cü il tarixli 179523 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, X8 adına xx.xx.2013-cü il tarixli 362728 nömrəli kredit müqaviləs i üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2980,72 manat, X33 adına xx.xx.2013-cü il tarixli 179743 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2980,72 manat, X34 adına xx.xx.2013-cü il tarixli 363008 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövün məzənnəsi ilə 2981,10 manat, X108 adına xx.xx.2013-cü il tarixli 362999 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, X109 adına xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, Xnun adına xx.xx.2013-cü il tarixli 362752 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, Məhkum2un özünün adına xx.xx.2014-cü il tarixli 014126 nömrəli kredit müqaviləsi üzrə 1 0000 manat, X9 adına xx.xx.2014-cü il tarixli 459054 nömrəli kredit müqaviləsi üzrə 9000 manat, X14 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9961,88 manat və X66 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9961,88 manatpul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 11 nəfər fiziki şəxsin adlarına olan 10 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş, cəmi 59.790,7 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb X2 və Məhkum2la aralarında bölərək şəxsi ehtiyacl arına xərcləməklə, təkrarən, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək rəhbərlik etdiyi filialda aparıcı kassir vəzifəsində işləyən X134 ilə və tanışı X97 əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş xeyli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq X53 adına xx.xx.2013-cü il tarixli 303359 nömrəli kredit müqaviləsi üzrə 12500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9808,75 manat, X84 adına xx.xx.2013-cü il tarixli 317308 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,86 manat, X15 adına xx.xx.2013-cü il tarixli 006303 nömrəli kredit müqaviləsi ilə 3000 manatn pul vəsaitinin kredit kimi götürüldüyünü rə smiləşdirməklə, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 3 nəfər fiziki şəxsin adlarına kredit müqavilələri üzrə filialın xəzinəsindən məxaric edilmiş, cəmi 15.790,61 pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb x3la özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, təkrarən, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək rəhbərlik etdiyi filialda aparıcı kassir vəzifəsində işləyən X98 və tanışı X97 ilə əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş xeyli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq X5 nun adına xx.xx.2013-cü il tarixli 149125 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onun adına müvafiq kredit və girov müqaviləsi, xəzinə məxaric orderi, ərizə, kredit sifarişi, ödəniş cədvəli və digər sənədləri hazırlayaraq, filialın xəzinəsindən məxaric edilmiş cəmi 10.000 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxsdən alıb X3lə özlərinin şəxsi ehtiyaclarına xərcləməklə «xxxx» ASCnin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış, bundan başqa, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə rəhbərlik etdiyi bankın vəzifəli şəxsləri olan kredit mütəxəssisləri X124, X72, X115 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən banka kredit götürmək üçün müraciət etmiş şəxslərin adlarına rəsmiləşdirilmiş kreditlərin həmin şəxslər tərəfindən götürülməsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi Qaydaları»nın, xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili Qaydaları»nın, «xxxx» ASC–nin İdarə heyətinin xx xxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Kassa əməliyyat larının aparılmasına dair təlimat»ın, «xxxx» ASC-nin İdarə heyətinin xx xxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Mikrokreditlər üzrə sifarişlərə baxılmasına dair təlimat»ın və həmin təlimata xx xxxx 2014-cü il tarixdə edilmiş dəyişikliklərin, «xxxx» ASC– nin İdarə heyətinin xx xxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «xxxx» ASC-də İstehlak kreditləri üzrə sifarişlərə baxılmasına dair təlimat»ın və həmin təlimata xx xxxx 2015-ci il tarixdə edilmiş dəyişikliklərin, «xxxx» ASC–nin Böyük Kredit Komitəsinin xx xxx 2011-ci il tarixli protokolu ilə təsdiq edilmiş «İstehlak kreditlərinin və plastik kartların verilməsinə dair filial müdirləri üçün limit təyin edilməsi haqda qaydalar»ın, «xxxx» ASC– nin Böyük Kredit Komitəsinin xx xxxxx 2012-ci il tarixli protokolu ilə təsdiq edil miş «Filial direktorları üçün təyin edilmiş limit qaydaları»nın, «xxxx» ASC–nin Böyük Kredit Komitəsinin xx xxxx 2014-cü il tarixli protokolu ilə təsdiq edilmiş «Filial müdirlərinin şəxsi limitlərinə dəyişiklərinin edilməsi qaydaları»nın tələblərinin pozulması hallarına yol verilməsinə baxmayaraq, yəni limitdən artıq kreditlərin verilməsini, zamin durmuş şəxslərin ödəmə qabiliyyətinin olmadığını aşkar etdikdə qulluq mənafeyinə görə həmin kreditlərin verilməsindən imtina ilə bağlı qərar qəbul etməli olduğu halda qulluq mənafeyi tələb etməsinə baxmayaraq həmin hüquqdan istifadə etməməsi X37, X74, X99, X75, X76, X48, X100, X15, X38, X49, X39, X77, X16, X78, X5, X79, X23, X6, X24, X80, X81, X25, X125, X128, X82, X50, X93, X51, X26, X60, X18, X7, X52, X101, X27, X40, X3, X102, Şükürov Vəkil Haf iz oğlunun, Ağakşiyev Elsevər Mürsəl oğlunun, X103, X104, X45, X84, X12, X30, X20, X64, X47, X106, X83, X58, X57, X117, X11, X1, X105, X61, X44, X19, X10, X43, X54, X86, X2, X90, X53, X92, X65, X28, X85, X32, X94, X67, X22, X107, X63, X59, X56, X46, X21, X4, X31, X29, X88, X11, X160, X89, X87, X43, X34, X33, X14, X8, X9, X108, X66, X68, X95, X13, cəmi 105 nəfər fiziki şəxsin adlarına kredit rəsmiləşdirilməsi, lakin həmin kreditlərin həmin şəxslərə çatmayıb X1un tapşırığı ilə faktiki olaraq onun və yaxın əlaqələrinin mülkiyyətinə verilməsi və bununla da 105 nəfər fiziki şəxsin bank qarşısında borclu vəziyyətə salınması, eləcə də “xxxx” ASC-nin əmlak hüquqlarının pozulması, habelə bankın nüfuzdan salınması, müştərilər qarşısında etimadsızlığa gətirib çıxarılması ilə nəticələnmiş, yəni hüquq i və kütləvi şəkildə fiziki şəxslərin qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulmasında ifadə olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girdiyi rəhbərlik etdiyi bankın kredit mütəxəssisi X116 ilə aralarında olan razılığa əsasən banka kredit götürmək üçün müraciət etmiş şəxslərin adlarına rəsmiləşdirilmiş kreditlərin həmin şəxslər tərəfindən götürülərək digər şəxslərə veriləcəyini bilmiş limit qaydalarına, zaminliklə bağlı qaydaların tələblərinin pozulması hallarını aşkar etdikdə qulluq mənafeyinə görə həmin kreditlərin verilməsindən imtina ilə bağlı qərar qəbul etməli olduğu halda həmin hüquqdan istifadə etməməsi nəticədə adlarına kredit rəsmiləşdirilmiş X91, X62, X63, cəmi 3 sayda fiziki şə xsin kütləvi surətdə bank qarşısında borclu vəziyyətə salınması ilə nəticələnən, eləcə də “xxxx” ASC-ni nüfuzdan salan, müştərilər qarşısında etimadsızlığa gətirib çıxaran stabil və təhlükəsiz fəaliyyətinin həyata keçirilməsinə, yəni qanuni mənafelərinə zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum2 məhkəmənin hökmü ilə CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxx 2013-cü il tarixdən xx xxx 2015-ci il tarixədək olan dövr ərzində İmişli rayonunda fərdi telefon mağazası işlədən X97 və «xxxx» ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyən X11 ilə əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin sonuncuya etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə Məhkum1 qulluq mövqeyindən yararlanmaqla mənimsəmə v ə israf etmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin şəxsi məqsədləri üçün, yəni mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşüdürəcəklərinə dair razılaşaraq, banka göndərdiyi ayrı-ayrı şəxslərin-X13 adına xx.xx.2013-cü il tarixli 179523 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, X8 adına xx.xx.2013-cü il tarixli 362728 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2980,72 manat, X33 adına xx.xx.2013-cü il tarixli 179743 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2980,72 manat, X34 adına xx.xx.2013-cü il tarixli 363008 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dollar ı həmin dövün məzənnəsi ilə 2981,10 manat, X108 adına xx.xx.2013-cü il tarixli 362999 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, X109 adına xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, X95 adına xx.xx.2013-cü il tarixli 362752 nömrəli kredit müqaviləsi üzrə 3800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2981,10 manat, Məhkum2 özünün adına xx.xx.2014-cü il tarixli 014126 nömrəli kredit müqaviləsi üzrə 10000 manat, X9 adına xx.xx.2014-cü il tarixli 459054 nömrəli kredit müqaviləsi üzrə 9000 manat, X14 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9961,88 manat və X66 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dolla rı həmin dövrün məzənnəsi ilə 9961,88 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 11 nəfər fiziki şəxsin adlarına olan 10 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 59.790,7 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, «xxxx» ASC-nin külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkum3 məhkəmənin hökmü ilə CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2011-ci il tarixdən - xx.xx.2015-ci il tarixədək «xxxx» ASC-nin İmişli filialında zərgər (qızıl-zinyət əşyalarının qiymətləndircisi) vəzifəsində işləyərkən xx xxxxxx 2013-cü il tarixdən xx xxx 2015-ci il tarixədək olan dövr ərzində «xxxx» ASC-nin İmişli rayon filialının müdiri Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədi ilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Məhkum1la şəxsi məqsədləri üçün istifadə edəcəklərinə dair razılaşmaqla Məhkum3 öz adına xx.xx.2013-cü il tarixli 141121 nömrəli kredit müqaviləsi ilə 3800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2981,48 manat, xx.xx.2014-cü il tarixli 141121 nömrəli kredit müqaviləsi ilə 23500 ABŞ dolları həmin dövrün məzənnəsi il ə 18431,05 manat, Məhkum3 qardaşları X103 adına xx.xx.2014-cü il tarixli 210428 nömrəli kredit müqaviləsi ilə 10000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7844,00 manat, X104 adına xx.xx.2013-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 3000 manat, xx.xx.2014-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3922,00 manat, xx.xx.2014-cü il tarixli 201739 nömrəli kredit müqaviləsi üzrə 18000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 14119,20 manat pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirib, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 3 nəfər fiziki şəxsin adına kredit müqavilələri üzrə filialın xəzinəsi ndən məxaric edilmiş 50.297,73 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Məhkum1la öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, «xxxx» ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə CM-nin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş Məhkum1 əsassız olaraq yüngül cəza təyin etmiş, Məhkum2 və Məhkum3 isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-nin 70-ci maddəsini tətbiq etməklə əsassız olaraq şərti hesab etmiş və beləliklə də, cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Protest müəllifi hesab edir ki, vurulmuş 785.130,37 manat ziyandan 165.268 manat hissəsi təqsirləndirilən şəxs Məhkum1 aid olmaqla 307.936,3 manat ödənilməmiş, ”xxxx” ASC-yə və ayrı-ayrı vətəndaşlara vurulmuş zərər aradan qaldırılmadığı halda, məhkəmələr Məhkum1 yüngül cəza təyin etmişlər. Bundan əlavə, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 fərdi sahibkar olmaqla Məhkum1 və X2la qabaqcadan əlbir olub 59.790,7 manat pul məbləğinin mənimsənilməsində iştirak etmiş, ibtidai istintaq zamanı həmin ziyanın 46.380,46 manatı ödənilsə də, 13.410,24 manat hissəsi ödənilməmiş qalmışdır. Məhkum3 “xxxx” ASC-nin İmişli filialında zərg ər vəzifəsində işlədiyi müddətdə Məhkum1la qabaqcadan əlbir olub 50.297,73 manat pul məbləğinin mənimsənilməsində iştirak etmiş, ibtidai istintaq zamanı həmin ziyanın 20.864,14 manatı ödənilsə də, 29.433,59 manat hissəsi ödənilməmiş qalmışdır. Dövlət ittihamçısı hesab edir ki, vurulmuş ziyan tam ödənilmədiyi halda, Məhkum2 və Məhkum3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi qənaətinə gəlməklə məhkəmələr haqlı olmamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin Məhkum1 barədə təmin edilməməsi, məhkumlar Məhkum2 və Məhkum3 barəsində təmin edi lməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi V.Əmrahovun, kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar Məhkum2 və Məhkum3 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsəl ələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesab olunur ki, Məhkum1 əsasız olaraq yüngül cəza təyin edilmiş,digər iki məhkum – Məhkum2 və Məhkum3 barəsində isə qanunsuz və əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq edilərək şərti məhkum etmə barədə qərar qəbul edilmişdir. Protestin məzmunundan görünür ki, məhkumların ittiham edildiyi cinayətdə təqsirli olmaları və əməllərinin tövsifi mübahisə edilmir. Məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum2 və Məhkum3 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törət diləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıd ır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı t əqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası məhkumların vurulmuş ziyanın tam ödənilmədiyi halda, məhkəmələrin əsassız və qanunsuz nəticəyə gəlmələri barədə protest müəllifinin qənaətini düzgün hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vurulmuş ziyanın ödənilməsində təqsirləndirilən şəxslə rin hansının nə qədər məbləğdə ödəməsinin müəyyən edilməsinin məhkumlara ağır cəza təyin edilməsi üçün əsas kimi götürülməsi ədalətli hesab edilə bilməz. Bu səbəbdən də məhkumlara CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın məhkəmə qərarlarından xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmı ş sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən ittiham edildikləri cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqların ın və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1, Məhkum2 və Məhkum3 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-175/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-175/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver