Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Rüstəmov, hakimlər S.Əzizov və F.Mahmudovdan ibarət tərkibdə) xx xxxxxxx 1977-ci ildə Tovuz rayonunun Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ünvan1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-c ü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CMnin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X3 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən məhkumlar X3, Məhkum və onun müdafiəçisi Məmmədov Fazil İlyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.Abdullayev, hakimlər S.Hüseynov və Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Məmmədov Fazil İlyas oğlu tərəfindən verilmiş apellyasi ya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə, cəza təyin edilməsinə aid hissədə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 04 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 02 (iki) ilə endirilmişdir. Həmin cəza Məhkuma hökmlə CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassa siya şikayəti vermişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, ünvan 2 ünvanda yaşayan, yaxın münasibətdə olduğu X3 ilə özgə əmlakını talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə imkanlı şəxs kimi tanıdığı X1 yaşadığı ünvan 3 ünvandakı evində xeyli miqdarda pul vəsaitinin saxlanmasını yəqinliklə bildiyindən, sonuncu və arvadının işdə olduqları və evdə heç kimin olmadığı vaxt barədə və digər zəruri məlumatları X3ə bildirmiş və evdə saxlanılan xeyli miqdarda pul vəsaitinin gizli yolla götürmək barədə X3ə göstəriş vermiş, sonuncu da öz növbəsində xx xxxxxxx 2012-ci il tarixdə saat 9:30 radələrində A1 yaşadığı ünvan 4 ünvandakı evə gəlmiş və evin pəncərə şüşəsini s ındıraraq oradan yaşayış sahəsi olan evə qanunsuz daxil olub X1ə məxsus 30.000 manat məbləğində xeyli miqdarda pul vəsaitini gizli olaraq oğurlayaraq ona verməklə öz aralarında bölüşdürməklə X1ə 30.000 (otuz min) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, Məhkum 2018-ci ilin aprel ayında Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 28 ədəd 5-12 sm uzunluğunda, dibçəkdə 1-3 sm uzunluğunda 6 ədəd, cəmi 34 ədəd külli miqdarda əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkilərini əkib yetişdirmiş, onlara aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, tərkibində narkotik maddələr olan həmin 34 ədəd çətənə (kanabis) bitkiləri xx xxxxx 2018ci il tarixdə yaşadığı həmin evdə axtarı ş zamanı aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Həyat yoldaşı vəfat etmişdir. Hal-hazırda övladları yaşlı və xəstə valideynlərinin himayəsindədir. Ailəsinin vəziyyəti olduqca ağırdır. İş üzrə zərərçəkmiş şəxlə barışıq əldə olunmuş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Törətdiyi əməldən peşimandır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkum kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassa siya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin o lunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019cu il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış yerinə qanunsuz girməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə ilə bağlı ittiham birinci ins tansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdi r ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbayc an Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2. 4 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-175/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-175/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver