Məhkəmə qərarları › İş №1(102)-175/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-175/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum və məhkumun müdafiəçisi Mircəlal Mirqələm oğlu Fətul layevin iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin (hakim Atabəy Kiçibəyov) 1(048)-31/2020 nömrəli, 05 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1987-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Lerik rayon İHB-nın Piran kənd ƏİNdə baş məsləhətçi baş mühasib işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Siyov kəndində qeydiyyatda olmaqla Lerik rayon Piran kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişlər ona görə ki, o, 13 mart 2020-ci il tarixdə, saat 19 radələrində Lerik rayonunun Piran kəndində, “Fərid” marketin qarşısında quraşdırılmış"xxxx" ASC-nə aid bankomatdan müxtəlif vətəndaşların xahişi ilə pul çıxararkən Lənkəran rayonunun Aşağı Təngivan kəndində yaşayan X10 ona yaxınlaşıb özünə və arvadı X4 məxsus, elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 02 ədəd plastik təqaüd kartlarını ona verib, kartlarda olan pulu çıxarmasını xahiş etmiş, Məhkum X4 məxsus, elektron məlumat daşıyıcısı hesab edilən “**********311291” hesab nömrəli "xxxx" ASC-nə məxsus plastik təqaüd kartını bankomata daxil etmiş, o, oğurluq, yəni özgəəmlakını gizli olaraq talama məqsədilə, qeyd edilən kartla müvafiq əməliyyat apararaq Namik Məmmədovun diqqətinin yayınmasından istifadə edib sonuncunun görmədiyi şəraitdə hesabda olan 234 (iki yüz otuz dörd) manat pulu çıxarıb götürmüş, bundan sonra Namik Məmmədova məxsus olan plastik kartdan 233 (iki yüz otuz üç) manat pulu çıxardıqdan sonra hər iki kartla birlikdə sonuncuya qaytarmaqla Solmaz Məmmədovaya məxsus plastik təqaüd kartının hesabında pul vəsaitinin olmamasını bildirmiş və bununla da, elektron məlumat daşıyıcısından istifadə etməklə Solmaz Məmmədovanın 234 manat pulunu gizli olaraq talayıb oğurlayaraq sonuncuya həmin məbləğdə ziyan vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)113/2021 nömrə li, 18 mart 2021-ci il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması 1 (bir) il 6 (altı) aya endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və əməlində cinayət tərkibi olmadığından, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırır ki, o cinayət törətməmiş, zərərçək miş şəxs Namiq Məmmədov ona böhtan atmış, lakin birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə lazımi araşdırma aparmamışdır. Məhkəmə baxışı iclasının protokolları Məhkum tanış olub müvafiq qeydlər edilməsi üçün təqdim edilməməklə müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İstintaq orqanı tərəfindən "Fərid” marketin qarşısında quraşdırılmış Kapital banka bankomatın müşahidə kamerasından götürülmüş görüntülərdən bəzi səhnələr silinmiş və məhz bu səbəbdən Məhkum pulu şəxsə verib – verməməsi tam şəkildə sübuta yetirilməmişdir. "xxxx" ASC-dən götürülmüş videogörüntülərdən görünür ki, Məhkum tərəfindən bankomatdan pul çıxararkən arxasında digər şəxslər olmuşdur, lakin istintaq orqanı tərəfindən həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilib dindirilməsi istiqamətində heç bir i stintaq hərəkətləri icra edilməmişdir. Apellyasiya məhkəməsi sübutlara, məhkəməyə müraciətləri, poçt qəbzləri, kamera görüntülərinə və digər sənədlərə qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə m inmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Az ərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum kassasiya şikayətinin digər dəlili hazırkı cinayət işində onun təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olm asıdır. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilməsi ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olması və iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Ap ellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət- prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmə ləri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanun i əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 70-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddə sində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsin i rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar