Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2ci maddəsi ilə, 8 fevral 196 0-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkm iş şəxs ASC-nin nümayəndəsi, “Entileks LO QRUP” Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), S.S.Hüseynov və F.Ə.Qəniyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 5 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 6500 (altı min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə tamamilə birləşdirilməklə və Məhkum2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə və 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 68.2-ci maddəsinə əsasən, cərimə cəzası müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 5 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum1 və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 7 (yeddi) il müddətə endirilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 7 (yeddi) il müddətə endirilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 6500 (altı min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının CM-in 67.1-ci mad dəsinə əsasən, hökmlərin məcmusu üzrə tamamilə birləşdirilmiş və Məhkum2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə və 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-in 68.2-ci maddəsinə əsasən, cərimə cəzası müstəqil icra olunması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikası vətəndaşları “Sezar”, “Sadık Polat” və tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Türkiyə Respublikası vətəndaşı “Sezar” adlı şəxsin qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq Məhkum1 Türkiyə Respub likasında fəaliyyət göstərən “HSBC” bankı tərəfindən qrupun üzvü “Sadık Polat”-a verilmiş 4059-1970-2246-2226 nömrəli bank kartını əldə edərək 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, burada cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Məhkum2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2020-ci il tarixdə Pos-terminalın quraşdınlmasına nail olduqdan sonra Türkiyə Respublikası vətəndaşı “Sezar” adlı şəxs Məhkum1 “Sadık Polat”a məxsus “HSBC”-nin kartına təxminən 50 000 manatdan artıq pul mədaxil etmiş, Məhkum1 həmin kartla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, “Qızıl Tac” şadlıq sarayının qarşısındakı kirayə yaşadığı mənzildə "xxxx" MMC-nin hesabına post-termin al vasitəsilə 22 dekabr 2020-ci il tarixdə 8,653.75 manat və 24 dekabr 2020-ci il tarixdə 42,032.50 manat pul köçürtmüş, bundan sonra Qabil Məmmədov həmin pulu "xxxx" MMC-nin kart hesabına köçürməklə 2020-ci ilin dekabr ayının sonlarında bir hissəsini özü, qalan məbləği isə cinayətə aidiyyəti olmayan tanışı Şahid vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib öz aralarında bölmüşlər, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü “Sadık Polat” Türkiyə Respublikasında “HSBC” bankına müraciət edib onun icazəsi olmadan ona məxsus 4059-1970-2246-2226 nömrəli bank kartından ödəniş edildiyini bildirdiyindən həmin bank tərəfindən Zərərçəkmiş şəxs ASC-yə etiraz əməliyyatları sorğuları göndərilməklə 50,686.25 manat məbləğində pul vəsaiti “VİSA” beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq Zərərçəkmiş şəxs ASC-nin hesabından “Sadık Polatın” xeyrinə tutulmuş, bununla da Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda 50,686.25 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikası vətəndaşları “Sezar”, “Sadık Polat” və tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Türkiyə Respublikası vətəndaşı “Sezar” adlı şəxsin qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq Məhkum1 Türkiyə Respublikasında fəaliyyət göstərən “HSBC” bankı tərəfindən qrup un üzvü “Sadık Polat”-a verilmiş ********* nömrəli bank kartını əldə edərək 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, burada cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Məhkum2 öz qulluq mövqeyindən istifadə etməklə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2020-ci il tarixdə Pos-terminalın quraşdırılmasına nail olduqdan sonra Türkiyə Respublikası vətəndaşı “Sezar" adlı şəxs Məhkum1 “Sadık Polat’’-a məxsus “HSBC"-nin kartına təxminən 50 000 manatdan artıq pul mədaxil etmiş, Məhkum1 həmin kartla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, “Qızıl Tac” şadlıq sarayının qarşısındakı kirayə yaşadığı mənzildə "xxxx" MMC-nin hesabına post-terminal vasitəsilə 22 dekabr 2020-c i il tarixdə 8,653.75 manat və 24 dekabr 2020-ci il tarixdə 42,032.50 manat pul köçürtmüş, bundan sonra Qabil Məmmədov həmin pulu "xxxx" MMC-nin kart hesabına köçürməklə 2020-ci ilin dekabr ayının sonlarında bir hissəsini özü, qalan məbləği isə cinayətə aidiyyəti olmayan tanışı Şahid vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib öz aralarında bölmüşlər, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü “Sadık Polat" Türkiyə Respublikasında “HSBC” bankına müraciət edib onun icazəsi olmadan ona məxsus ******* nömrəli bank kartından ödəniş edildiyini bildirdiyindən həmin bank tərəfindən “Paşa Bank" ASC-yə etiraz əməliyyatları sorğuları göndərilməklə 50,686.25 manat məbləğində pul vəsaiti “VİSA” beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq “Paşa Bank" ASC-nin hesabından “Sadık Polatın” xeyrinə tutulmuş, bununla da Məhkum2 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda 50,686.25 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq apelyasiya şikayəti vermiş təqsirləndirilən şəxs Məhkum1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 8 (səkkiz) ildən yeddi ilə endirmiş, həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərini pozaraq səlahiyyəti olmadığı halda, apelyasiya şikayəti verməmiş və barəsində olan hökm qanuni qüvvəyə minmiş digər təqsirəndirilən şəxs Məhkum2 da cəzasını yüngülləşdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 daha ağır cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini və zərərçəkmiş hüquqi şəxs in nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbində n göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessu al normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız məhkumlar barəsində təyin edilmiş cəzanın yüngül olması mübahisə edilir. Kassasiya protestində və kassasiya şikayətində məhkumlar Məhkum1 və Məhkum2 elan edilmiş ittihamın həcmi və təqsirlilikləri mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Azərbaycan Respublik ası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-i n 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, birinc i instansiyası məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və X3 cəza təyin edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məhkum2 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)-83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmişdir. Sabirabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 117408/2019-19-1 nömrəli 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Məhkum2 barəsində təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Göründüyü kimi, Məhkum2 məhkumluğu ödənilməmiş və üzərində ödənilməmiş cərimə cəzası qalmışdır, odur ki, ona hazırkı cinayət işi üzrə cəza təyin edilərkən hökmlərin məcmusu üzrə cəza təyin edilməli və ona təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2 maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, int izam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, Məhkum2 üzərində çəkilməmiş 6500 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə tamamilə birləşdirilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, zamanı residiv nəzərə alınmadan cəza təyin edilir. Məhkum2 əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmədiyindən ona cəza təyin edilər kən cinayətlərin residivi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları müəyyən olmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi.” Məhkum edilmiş şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan apelyasiya instansiya məhkəməsi hər iki şəxs barəsində birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirərək 7 (yeddi) il müddətə endirər kən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 təyin edilmiş cəzalara münasibətdə məhkum edilmiş şəxslərin, şəxsiyyətini, Məhkum1 cəzasını yüngülləşdirən hal kimi səmimi etirafını, ilk məhkumluğunun olmasını, onun peşmançılığını, zərərin bir qismini ödəmək niyyətinin olmasını, İİ qrup əlil olmasını və xəstə övladının olmasını, Məhkum2 cəzasını yüngülləşdirən hal kimi əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmədiyini, səmimi etirafını və onun peşmançılığını, cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş cəza ağır olmaqla ədalətsiz cəzadır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların barəsində olan yüngülləşdirici halları nəzərə almamış və məhkum edilmiş şəxslərə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilmiş məhkum edilmiş şəxslərin şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilmələri mümkündür.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin nəticəyə gəlinərkən heç bir araşdırma aparılmamış və gəlinən nəticə əsaslandırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərdən heç biri birinci instansiyası məhkəmə sində dindirilərkən törətdikləri əməldən peşman olduqlarını bildirməmişlər. Təqsirləndirilən şəxs Məhkum1 apelyasiya instansiyası məhkəməsinin baxışında iştirak etmiş və törətdiyi cinayəti etiraf etdiyini bildirsə də, həmin cinayəti törətdiyinə görə peşman olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs X5 isə apelyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlindən peşman olduqlarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması nəticəsinə gəlməsinin əsasları iş materiallarından görünmür. İş materiallarından görünür ki, Məhkum2 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 17 8.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmişdir, Məhkum2 barəsində təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum2 əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsini ona cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmamış və Azərbaycan Respublikasının CMin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal kimi müəyyən etməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsinin qərarında X2 əvvəllər məhkum olunsa da, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsinin cəzasını yüngülləşdirən hal kimi nəzərə almasının əsasları göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdı rmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müsbət xarakterizə olunmalarını, Məhkum1 səmimi etirafını, ilk məhkumluğunu, peşmançılığını, zərərin bir qismini ödəmək niyyətində olmasını, 2 qrup əlil olması və himayəsində xəstə övladının olmasını, həmçinin, Məhkum2 əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsi, səmimi etirafı və peşmançılığını cəzalarını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, habelə Məhkum2 tərəfindən şi kayət verilmədiyi halda onun cəzasını yüngülləşdirməsinin əsaslarını, onların şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkumlara təyin ediləcək cəzanı qabaqcada n həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya b axışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onların törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumların şəxsiyyətlərini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışları araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkumlar haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddə sini rəhbər tutaraq Qərara alır: Kassasia protesti və kasassiya şikayəti təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-175/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-175/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver